Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-784/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi ) l Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)-1575/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin başçısının 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üç ün İddiaçı 600 kv. metr torpaq sahəsi ayrılmışdır.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 731 nömrəli arxiv çıxarışına əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində 600 (altı yüz) kv. metr fərdi ev tikmək üçün İddiaçı torpaq sahəsi ayrılmışdır.
3. Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış Badamdar qəsəbəsi 3 yaşayış massivi 1304 B №li ünvanda yerləşən 600 kv. metr torpaq sahəsinin yerləşmə cizgisi 12 mart 2004-cü il tarixdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini V.Muxtarov tərəfindən təsdiq olunmuşdur.
4. İddiaçı həmin torpaq sah əsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2017-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılmış çöl ölçmə işlərinə əsasən müəyyən edilmişdir ki, torpaq sahəsində mərzlənmə və hasarlanma işləri tam aparılmamışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, xx.xx.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi (dövlət torpağıdır) Daş Karxanasının ərazisində yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, onun tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən, 22 ildir sahibliyində olan 600 kv. metr sahədən ibarət torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 09 iyun 2020-ci il tarixdə cavabdeh təşkilata müraciət olunmuşdur. Cavabdeh təşkilat 26 iyun 2020-ci il tarixdə heç bir hüquqi əsaslandırma etmədən, mənfi və ya müsbət cavab vermədən iddiaçı tərəfindən göndərilmiş sənədləri geri qaytarmışdır. Cavabdeh təşkilatın bu hərəkətsizliyi artıq imtinaya bərabər tutulur. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq qeyd edilməsi zəruridir ki, Səbail rayon Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə ona fərdi evin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin zamandan etibarən sözügedən torpaq sahəsi daimi olaraq onun sahibliyində və istifadəsindədir. Hazırki vaxtadək torpaqdan istifadəyə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. İddia ərizəsinə əlavə edilmiş 25 noyabr 2019-cu il tarixli, 731 saylı Milli Arxiv İdarəsinin arayışından da görünür ki, mübahisəli torpaq sahəsi ona 30 dekabr 1998-ci il tarixdə ayrılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırı lmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin şərh olunan faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv. metr sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən aparılmış yerli baxış zamanı müəyyən edilmişd ir ki, torpaq sahəsində mərzlənmə və hasarlanma işləri tam aparılmamışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, xx.xx.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşir (dövlət torpağıdır). Bu barədə vətəndaşa **********15 qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüy ünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyə tini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev ) iddia təmin edilmiş, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə İddiaçı ayrılmış və sonuncunun faktiki istifadəsində olan 557 kv. metr torpaq sahəsinə dair İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərar a alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Belə ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)-1575/2022 nömrəli qərarı ilə (sədrlik edən – S.Bəktaşi, hakimlər – A.Hüseynov və A.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.Əlavə olaraq qeyd etmişdir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 557 kv.m olmaqla iddiaçının istifadəsindədir, ekspert rəyinə əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı fiziki v ə hüquqi şəxsin adına ayrılması eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin mübahisəli torpaq sahəsinin Daş Karxanasının ərazisi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Həmin torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Belə olan halda Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
14. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)-1575/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmi n edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin əsasını imtina məktubunda qeyd olunanlar,iddia tələbinə qarşı etirazın dəlilləri və apelyasiya şikayətində göstərilənlər təşkil edir. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının İdarəyə müraciəti zamanı İdarənin mütəxəssisləri tərəfindən iddia olunan torpaq sahəsinə baxış keçirilmiş və mövcud sahənin (600 kv.m) koordinatları müəyyən edilmişdir. Elektron kadastr məlumatlarına əsasən həmin sahə Daş Karxanasının (dövlət torpağı) hüdudları daxilində yerləşirdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-295/2022 saylı qərarı İdarəyə daxil olduqdan sonra iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən iddiaçının İdarəyə müraciəti zamanı göstərdiyi torpaq sahəsindən fərqli sahə göstərilmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər göstərilməmişdir. İddia olunan hazırki torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir və sahənin faktiki ölçüsü 520 kv.m təşkil edir. Mövcud sahənin koordinatları ilə elektron kadastr məlumatları yoxlanılan zaman məlum olmuşdur ki, həmin torpaq sahəsinə digər fiziki şəxslər - X3, X10, X4, X7, X8, X5 tərəfindən müraciət olunmuşdur. Qeyd olunan fiziki şəxslər tərəfindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınma z əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətlərinə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər Bakı Apellyasiya Məhkəməsinə təqdim olunsa da, həmin şəxslər iş üzrə üçüncü şəxs qismində cəlb edilməmişdir. Həmçinin, qeyd olunanlardan göründüyü kimi iddia olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsində deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz təqdim edilmişdir.Etiraza əsasən kassasiya şikayəti əsassızdır. Belə ki, kassasiya şikayətində göstərilən fiziki şəxslər iddiaçının istifadəsində olan torpağına guya iddialıdırlar və müxtəlif vaxtlarda reyestrə çıxarış almaq üçün müraciət ediblər. Göstərilən şəxslərin məhkəməyə iddia tələbi ilə müraciət hüquqları var idi. X1 istifadəsində olan torpaq sah əsi Badamdar qəsəbəsi İ yaşayış massivində yerləşir və hal-hazırda Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənovun iş №2-1(112)-159/2023 cavabdeh reyestr xidmətinə qarşı iddia tələb ilə baxılır. X10 ərizə ilə müraciət edib və bildirib ki, İddiaçı istifadəsində olan İİİ yaşayış massivində yerləşən torpaq sahəsinə onun heç bir iddiası yoxdur və onun ümumiyyətlə Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün heç bir torpaq sahəsi ayrılmayıb və ərizənin notarius tərəfindən təsdiq olunan əsli Ali Məhkəməyə təqdim olunub. X4, X7, X9 reyestr xidmətinə Badamdar bələdiyyəsi tərəfindən alqı- satqı müqaviləsi ilə müraciət etmişdirlər. Belə ki, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi Badamdar Bələdiyyəsinin mülkyyətində deyil və göstərilən şəxslərə qərar verilib-verilməməsi barədə Badamdar B ələdiyyənin hazırda mövcud olan məlumat və kompyuter bazasında heç bir məlumat yoxdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Badamdar Bələdiyyəsinin sabiq sədri X6 göstərilən şəxslərə saxta sənəd verərək, onları aldadıb və hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunda İstintaq İdarəsində X6 barəsində Azərbaycan Respubliasının CM-in178.2.4, 32.4, 312.1 və 320.1 maddələri ilə istintaq olunan ********* №li cinayət işi başlanılıb. Arayış Ali Məhkəməyə təqdim olunub. 4-cü şəxs X2 ayrılan torpaq sahəsi iddiaçının istifadəsində olan torpaq sahəsindən 200 metr aralıdır və torpağın eskiz- layihəsi təqdim olunub. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra -hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edi lmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar mü əyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələr i ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yer ləşən 600 kv. metr torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir.
29. Bundan başqa cavabdeh inzibati orqanın imtinada göstərdiyi dəlillərə gəldikdə isə kollegiya qeyd edir ki, apelyasiya instansiyasında məhkəmə araşdırması zamanı mütəxəssis və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 557 kv. metr təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsinin hər hansı fiziki və hüquqi şəxsin adına ayrılması, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin Daş Karxanasının ərazisi ilə üst-üstə düşməsi barədə cavabdehin dəlili isə məhkəmə araşdırması zamanı sübuta yet irilməmişdir.
30. Kollegiya apelyasiya instansiyasının mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 557 kv.m olmaqla iddiaçının istifadəsindədir, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı fiziki və hüquqi şəxsin adına ayrılması, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin mübahisəli torpaq sahəsinin Daş Karxanasının ərazisi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. İddiaçıya məxsus torpaq sahəsinin cizgisi Səbail rayon İcra Ha kimiyyəti tərəfindən təsdiq edilmişdir.
31. Eyni zamanda cavabdeh kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə digər fiziki şəxslər - X3, X10, X4, X7, X8, X5 tərəfindən müraciət olunmuşdur. Qeyd olunan fiziki şəxslər tərəfindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətlərinə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər Bakı Apellyasiya Məhkəməsinə təqdim olunsa da, həmin şəxslər iş üzrə üçüncü şəxs qismində cəlb edilməmişdir.
32. Kollegiya cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, S.Y.Məmmədov istisna olmaqla adları qeyd edilən digər şəxslərlə bağlı torpaq sahəsinin ünvanları iddiaçıya məxsus torpaq sahəsinin ünvanı ilə oxşarlıq və eynilik təşkil etmi r. S.Y.Məmmədov isə notarial qaydada təsdiq etdiyi ərizəsində bildirib ki, iddiaçının istifadəsində olan İİİ yaşayış massivində yerləşən torpaq sahəsinə onun heç bir iddiası yoxdur və ona ümumiyyətlə Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün heç bir torpaq sahəsi ayrılmayıb. Bu səbəbdən məhkəmə kollegiyası şikayətin həmin dəlillərini əsaslı saymır.
33. Cavabdehin şikayətinin digər dəlilinə görə torpaq sahəsinin perimetrik ölçüləri qeyd edilməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, 12 mart 2004-cü il tarixdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən təsdiq olunmuş torpaq sahəsinin yerləşmə cizgisində və cavabdehin tabe olduğu baş idarənin mütəxəssisinin rəyində torpaq sahəsinin perimetrik ölçüləri göstərilmişdir. Rəydə torpaq sahəsinin ümumi sahəsi 557 kv.m qeyd edilmiş, iddia da həmin həddə təmin edilmişdir, faktiki torpaq sahəsinin 520 kv.m olması barədə isə şikayətin dəlilləri əsassız olmuşdur.
34. Kollegiya hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının sözügedən sərəncamı ilə ayrılmış torpaq sahəsi iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
35. Beləliklə qeyd edilən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir.
36. Kollegiya hesab edir ki, c avabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir.
37. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 21(103)-1575/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.