Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-784/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın düzgün hesablanması v ə s. tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3863/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlük məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək: Pensiyasının qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanması öhdəliyi cavabdehin üzərinə qoyularaq, 1. “Əmək pensiyaları haqqında” Qanunun 19.1.4 maddəsinə əsasən 2006-cı ildən 2019-cu ilin aprelinə kimi verilməyən 1- ci dərəcəli əlilliyə qulluğa görə əlavə indeksasiya edilməklə hesablanıb ödənilməsi;
2. Prezidentin xx.xx.2001-ci il tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə müəyyən edilmiş verilməsindən imtina edilən 26 manatlıq aylıq müavinət indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;
3. Prezidentin xx.xx.2000-ci il tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamı ilə müəyyən edilmiş 70 min manatın indeksasiya edilməklə ona ödənilməsi və pensiya məbləğində nəzərə alınması;
4. DİN MPİ-dən DSMF-ə keçəndən kəsilən 5.10 manat əlavə indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;
5. NK-nın xx.xx.2013 -cü il tarixli 2 saylı qərarı ilə ikiqat artırılan ərzaq payı əvəzinə pul kompensasiyası indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;
6. Prezidentin xx.xx.2021 tarixli Fərmanı ilə əvvəllər tutduğu vəzifəyə edilən 20 faizlik əlavə “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən pensiyasına 2022-ci ildən hesablanması; 7. “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən pensiyasına 2006-cı ildən 100 faizlik qulluq stajına görə əlavə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək: pensiyanın qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanması öhdəliyi cavabdehin üzərinə qoyularaq, 1. “Əmək pensiyaları haqqında” Qanunun 19.1.4-cü maddəsinə əsasən 2006c ı ildən 2019-cu ilin aprelinə kimi verilməyən 1-ci dərəcəli əlilliyə qulluğa görə əlavə indeksasiya edilməklə hesablanıb ona ödənilməsi;
2. DİN MPİ-dən DSMF-ə keçəndən kəsilən 45.10 manat əlavə indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;
3. NK-nın xx.xx.2013-cü il tarixli 2 saylı qərarı ilə ikiqat artırılan ərzaq payı əvəzinə pul kompensasiyasının indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;
4. Prezidentin xx.xx.2021-ci tarixli Fərmanı ilə əvvəllər tutduğu vəzifəyə edilən 20 faizlik əlavə “Əmək pensiyaları haqqında” qanunun 29.2-ci maddəsinə əsasən pensiyasına 2022-ci ildən hesablanması; 5. “Əmək pensiyaları haqqında” Qqanunun 20.16.1-ci maddəsinə əsasən pensiyasına 2006-cı ildən 100 faizlik qulluq stajına görə əlavə hesablanması;
6. X idmət ilinə 10 faizlik əlavənin 1993-cü ildən hesablanması;
7. Pensiyaya çıxdığı 1993-cü ildən indiyədək AMEA-da işlədiyi dövrdə fərdi hesabında yığılan pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim B.M.Cəlalov) 2-1(112)-7485/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıd ır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qərarından da göründüyü kimi iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyaya əlavələrin hesablanması və s. eyni iddia tələblərinə məhkəmə tərəfindən baxılmış, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8546/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işd ən çıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manatın, 10-cu ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktları mövcuddur. Hazırkı mübahisə üzrə qeyd olunan qərarlar qüvvədə olduğundan, iddia tələ bi mümkünlük şərtlərini ödəmir.
5. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işdə olan sübutlar əsasında xeyrinə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
6. İddiaçı dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.P.Oruczadə (sədrlik edən və məruzəçi), C.A.Yusifov və R.Ə.Səmədov) 2-1(103)-3863/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qərardadları ilə iddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7485/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və İddiaçı dövlət hesabına vəkillə təmin olunma ba rədə ərizəsi təmin edilməmişdir.
8. İddiaçı qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.P.Oruczadə (sədrlik edən və məruzəçi), A.N.İmanov və R.Ə.Səmədov) 2-1(103)-3863/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3863/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
10. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2023-cü il tarixli, 2-1(103)-3863/2023 saylı qərardadı xx.xx.2023cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Lakin həmin qərardaddan kassasiya şikayəti 11 dekabr 2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsull arla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalı dır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron fo rmada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsasl andırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayət sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. üzrə kassasiya mümkün
13. Kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
14. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
15. Belə ki, iş materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Qərardadın elektron kabinetinə yerləşdirildiyi vaxt 28 noyabr 2023-cü il tarixdə iddiaçı 24 noyabr 2023cü il tarixli qərardaddan kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizə vermiş, 04 dekabr 2023-cü ildə apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçıya məktub ünvanlanaraq kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma b arədə ərizənin rədd edilməsi qərardadından kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsi və vəkil orderinin şikayətə əlavə edilməsinin məcburi olmaması, həmin növ qərardadlardan kassasiya şikayətlərinin vətəndaşların özləri tərəfindən tərtib edilərək verilə bilməsi izah olunmuş, bundan sonra 24 noyabr 2023-cü il tarixli qərardaddan kassasiya şikayəti 11 dekabr 2023cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim olmuşdur.
16. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin si stemdə yaradılmış elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
17. Mübahisəyə dair iş üzrə materiallardan, eləcə də Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3863/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərardadı 28 noyabr 2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Lakin həmin qərardaddan kassasiya şikayəti 11 dekabr 2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
18. İddiaçıya göndərilən bildirişdə kassasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə baxılacağı, həmçinin 19 aprel 2024-cü il tarixədək Kassasiya şikayətinə dair etiraz və mülahizələrin təqdim olunması xahiş olunmuşdur.
19. Lakin iddiaçı tərəfindən prosessual müddətin buraxılmadığını təsdiq edən hər hansı sübut və ya prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə müvafiq ərizə məhkəməyə təqdim edilməmişdir.
20. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi üçün yuxarıda istinad edilən n ormalarla müəyyən olunmuş prosessual müddət iddiaçı tərəfindən buraxılmışdır. Odur ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
21. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3863/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.