Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-785/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünsüzlüyü ilə bağlı qərardadın qanuniliyinin yoxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı şəhid ailəsi kimi uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 2-1(103)-2715/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AZE *******, FİN kod: xxxxxxx) xx xxxxxx 1945-ci ildə Xudat şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçının oğlu X4 5 iyun 1993-cü ildə Gəncə şəhərində hərbi xidməti yerinə yetirərkən həlak olmuşdur. Buna görə də, iddiaçıya 28.08.2007-ci ildə 005574 nömrəli “Şəhid ailəsi vəsiqəsi” verilmişdir.
3. İddiaçı özünün və əri X1 şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh Bakı şəhəri Cavabdeh 8 noyabr 2019-cu il tarixli, Ə-236-068 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olara q bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7.8-ci bəndinə əsasən şəhid ailələri daimi qeydiyyatda olan hər ailə üzvünə - 6 kv.m və daha az yaşayış sahəsi düşdükdə mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. 6 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu, gəlini və 2 nəvəsi) daimi qeydiyyatda olduğu 3 otaqlı şəxsi mənzilin yaşayış sahəsi (46.78 kv.m) müəyyən edilmiş uçot normasından artıq olduğundan mənzil növbəsinə qəbul edilməsi barədə xahişinin yerinə yetirilməsi imkan xaricindədir. Eyni zamanda, ailə üzvlərinin adına olan çox sayda torpaq və yaşayış sahələrinin satılması ilə əlaqədar Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış şəraiti qəsdən pisləşdirildiyi gündən 5 ildən te z olmayaraq mənzil uçotuna dayanmaq hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi kimi uçota alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2084/2020 nömrəli qərarı (hakim A.Abdullayeva) ilə iddia tələbi təmin edilməmişdir.
7. Qeyd edilən məhkəmə qərarı 17 sentyabr 2020-ci il tarixli məktubla iddiaçının iş materiallarındakı ünvanına göndərilmiş və 17 oktyabr 2020-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “İddiaçı (gəlini)” yazılaraq imza edilməklə qəbul edilmişdir.
8. İddiaçı 20 sentyabr 2021-ci il tarixli (daxil o lma tarixi 23 sentyabr 2021-ci il) qanunla nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2084/2020 nömrəli qərarı üzrə qanunla nəzərdə tutulan prosessual şikayət vermə müddətinin buraxılmağını üzrlü hesab etməklə ötürülmüş müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qərar ona 2020-ci ilin oktyabr ayının sonlarında və ya noyabr ayının əvvəllərində verilmiş, həmin dövrdə özü və həyat yoldaşı ağır xəstə olmuş, sonradan həyat yoldaşı vəfat etmiş, özü də imkansızlıqla bağlı vəkil tuta bilməmiş, nəticədə şikayət verilmə müddətini ötürmüşdür. Bu səbəbdən də şikayət verilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilərək bərp a edilməlidir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2715/2021 nömrəli qərardadı (sədrlik edən X.Cəmilova, hakimlər M.Tağızadə və H.Həmidov) ilə İddiaçı tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli, 21(112)-2084/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2084/2020 nömrəli qərarı poçt vasitəsilə 17 sentyabr 2020-ci il tarixli məktubla iddiaçının iş materiallarındakı ünvanına göndərilmiş və 17 oktyabr 2020-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “İddiaçı (gəlini)” yazılaraq imza edilməklə qəbul edilmişdir. Sözügedən məhkəmə qərarının iddiaçı tərəfindən 17 oktyabr 2020-ci il tarixdə alınması faktı mübahisəsiz olub, sonuncunun “müddətin bərpa edilməsi barədə” verdiyi ərizəsində də öz əksini tapmışdır. Belə olan halda 03 sentyabr 2020-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət 17 noyabr 2020-ci il tarix hesab olunsa da, prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti 23 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülmüşdür. İddiaçının həyat yoldaşı X2 11 dekabr 2020-ci il tarixdə vəf at etmişdir. Eyni zamanda iddiaçı həmin dövrdə koronovirus xəstəsi olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmə qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməməklə yanaşı, həmin müddət bitdikdən sonra da onun üzrlü səbəbdən ötürülməsinin əsası kimi istinad etdiyi halların baş verməsindən (həyat yoldaşının vəfat etməsindən) dərhal sonra deyil, bundan xeyli müddət keçdikdən sonra, yəni təxminən 9 ay sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün keçdikdən xeyli sonra təqdim etmişdir ki, bu da onun tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəbdən ötürüldüyü üçün onun bərpas ı ilə bağlı verilmiş ərizənin təmin edilməməsi üçün əsas yaradır.
12. Məhkəmə qərardadı iddiaçının ünvanı üzrə 11 noyabr 2021-ci il tarixdə təqdim edilmişdir.
13. İddiaçı 18 noyabr 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək dövlət vəsaiti hesabına vəkillə təmin olunmağını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.
14. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021ci il tarixli, 2-1(103)-2715/2021 nömrəli qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
15. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi prosessual müddətin bərpa olunmaması və apellyasiya şikayətinin mümkünsüzlüyü barədə qərardadı ilə onun Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddələri ilə nəzərdə tutulan hüquqlarını pozmuşdur. Prosessual müddətin buraxılmasının səbəbi kimi onun həyat yoldaşının vəfat etməsini və həmin vaxtda özünün də xəstə olmağını göstərmiş, bu səbəbləri səmimi olaraq bildirmişdir. Həmin ərəfədə düşdüyü çətin vəziyyət heç də məhkəmə mübahisəsi barədə düşünməyə imkan verməmişdir. Çox təəssüf ki, məhkəmə bunu nəzərə almadan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılm ası tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının a dını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20.1. Müddətin axımının baş lanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə ba ğlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmi n qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməklə həmin norm alar mübahisəyə düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
24. İddiaçı kassasiya şikayətində məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutul an prosessual müddətin buraxılmasının səbəbi kimi həyat yoldaşının vəfat etməsini və həmin vaxtda özünün də xəstə olmağını göstərmişdir. İddiaçı qeyd edilən xüsusatlarla bağlı sadəcə olaraq həyat yoldaşı X1 11 dekabr 2020-ci il tarixdə vəfat etməsinə dair AZ-İİ 109788 nömrəli “Ölüm haqqında şəhadətnamə”ni təqdim etmiş, lakin özünün xəstəliyi və bununla əlaqədar uzunmüddətli müalicəsi ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir.
25. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2084/2020 nömrəli qərarı poçt vasitəsilə 17 sentyabr 2020-ci il tarixli məktubla iddiaçının iş materiallarındakı ünvanına göndərilmiş və 17 oktyabr 2020-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “İddiaçı (g əlini)” yazılaraq imza edilməklə qəbul edilmişdir. Sözügedən məhkəmə qərarının iddiaçı tərəfindən 17 oktyabr 2020-ci il tarixdə alınması faktı mübahisəsiz olub, sonuncunun “müddətin bərpa edilməsi barədə” verdiyi ərizəsində də öz əksini tapmışdır. Həmin qərardan apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət 17 noyabr 2020-ci il tarix hesab olunsa da, iddiaçı tərəfindən prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti 23 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələblərinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir.
27. Lakin iddiaçı müddətin bu raxılmasına səbəb kimi göstərdiyi əri X1 vəfatından, yəni 11 dekabr 2020-ci il tarixdən sonra 15 gün ərzində deyil, doqquz aydan daha çox müddət keçdikdən sonra məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş və ərizəsində prosessual müddətin kifayət qədər uzun zaman kəsiyində buraxılmasının üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim etməmişdir.
28. Halbuki, müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət verilməsi üçün müəyyən olunmuş müddətdə şəxsin şikayət verməsinə yönələn hərəkətlər etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.
29. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün isə göstərilən hallar mövcud deyildir.
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2715/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 okt yabr 2021-ci il tarixli, 2-1(103)-2715/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.