Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-785/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbay can Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)3386/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrinə əsasən, Abşeron RİK-nin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün işçilərin hər birinə 0.08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Qərara əlavə olunmuş adlı siyahının 148-ci sırasında iddiaçının adı qeyd edilmişdir.
3. İddiaçı xx.xx.2020-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrindən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün ona ayrılmış torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsini xahiş etmiş, müraciətlə bağlı, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən torpaq sahəsinə yerində baxış keçirilmiş, həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək vətəndaşa göndərilmişdir.
4. İddiaçı, Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixl i, 108 saylı əmri əsasında ona ayrılmış 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 196 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi əsası ilə iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişdir (xx.xx.2020-ci il tarixli məktub). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1ə sovxozunda yerləşən 0.08 ha torpaq sahəsinə da ir onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hüquqmüəyyənedici sənədləri olmasına baxmayaraq, cavabdeh əsassız olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı verdiyi etirazda imtinanın dəlillərinə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, ərazinin 6 m yaxınlığından orta təzyiqli qaz xətti (219 mmlik) keçir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim P.Hüseynov) 2-1(112)-3976/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmk arlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən fərdi ev tikdirmək üçün ayrılmış 0.08 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin sovxozdan kənarda yerləşdiyini qeyd etsə də, iddiaçının müraciəti ilə bağlı ona ayrılmış torpaq sahəsinə hüquqi sənədlər əsasında Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinə c izginin və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olduğu hesab edilmişdir. Bundan sonra Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinə əsasən Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək iddiaçıya göndərilmişdir, həmin cizgi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları da qeyd olunmuş, lakin torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi halı müəyyən edilməmişdir. Bundan başqa, torpaq sahəsinin sovxozdan kənarda yerləşməsi hallarına iddiaçı cavabdehlik daşımır. Qeyd olunan hallar iddiaçının təqsiri deyil, həmin məsələlər cavabdeh tərəfindən yerinə yetirilən vəzifələrə aiddir. Həmin hallar torpaq sahəsinə dair hü quqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçməsi də torpağa mülkiyyət hüquqlarının qeydiyyata alınmasına heç bir maneçilik törətmir. Həmçinin, qeyd olunan hallarla əlaqədar sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan əmr və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
10. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-3976/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N,Tağızadə) 24 noyabr 2022-ci il tarixli, 21(103)-3386/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına əlavə olunmuş “Azəriqaz” İstehsalat Birliyinin xx.xx. 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən ünvanda ünvan 1ə sovxozunda İddiaçı məxsus torpaq sahəsi qaz xətlərinin mühafizə zonasına düşmür.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq var. Həmçinin, məhkəmə tərəfindən sovxozun ayrıc aktı əldə edilərək ekspertiza təyin edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. İddiaçı kassasiya şikayətinə qarşı etir az təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərar dad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
20. Bel ə ki, hazırkı iş üzrə iddiaçının tələbi Donuzkökəltmə sovxozu sədrinin 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrilə ona ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlıdır.
21. Cavabdehin imtinasının və etirazının əsasını isə iki məsələ təşkil edir: - torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 196 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi; - ərazinin 6 m yaxınlığından orta təzyiqli qaz xəttinin (219 mm-lik) keçməsi.
22. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsininin torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçməsinin torpağa mülkiyyət hüququnun qeydiyyata alın masına heç bir maneçilik törətməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin qaz xətti ilə bağlı dəlili əsassızdır. Eyni zamanda, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən ünvanda Xəzər rayonu, Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda İddiaçı məxsus torpaq sahəsi qaz xətlərinin mühafizə zonasına düşmür. Göründüyü kimi, cavabdehin dəlili həm də iş materiallarında olan sənədlə təkzib olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin “torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 196 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi” ilə bağlı dəlilinin hərtərəfli araşdırılmalıdığını, bununla da İ PM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin pozulduğunu hesab edir.
24. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən, torpaq sahəsi Donuzkökəltmə sovxozundan 196 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində yerləşir.
25. İşə baxan məhkəmə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin cizgisinə və xəritədən çıxarışına istinadən qeyd etmişdir ki, cizgi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları qeyd olunmuş, lakin torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi halı müəyyən edilməmişdir. Bundan başqa, torpaq sahəsinin sovxozdan kənarda yerləşməsi hallarına iddiaçı cavabdehlik daşımır.
26. Əvvəla, torpaq sahəsinin cizgisinin və xəritədən çı xarışın verilməsinin yerli icra hakimiyyətinin səlahiyyətinə aid olub-olmaması məsələsinə apellyasiya instansiya məhkəməsi qiymət verməmişdir.
27. Bundan əlavə, iş materiallarında sovxozun ayrıc aktı mövcud olmadığı halda, eyni zamanda torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşibyerləşməməsi ilə bağlı mütəxəssis rəyi verilmədiyi halda, həmçinin Xəzər rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktublarda da torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi məsələsinə toxunulmadığından (hərçənd ki, həmin məsələyə qiymət verilməsi də yerli icra hakimiyyətinin səlahiyyətinə aid deyildir), məhkəmənin gəldiyi qənaət aydın deyildir və hər hansı mötəbər sübuta əsaslanmır.
28. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə nin düzgün həlli edilməsi üçün sovxozun ayrıc aktını tələb edilməli (cavabdeh torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyinə istinad etdiyindən, ayrıc aktının mövcudluğu ehtimal olunur), iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının (yerində baxış keçirilməklə mütəxəssis tərəfindən müəyyən edilməlidir) sovxozun ayrıc aktının hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin həlli istiqamətində araşdırma aparılmalı, bu məqsədlə müvafiq mütəxəssis və ekspert rəyi alınmalı, eyni zamanda ayrıc aktından iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudlarının müəyyən edilməsinin mümkünlüyü araşdırılmalı, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlər (Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı əmri ) əsasında iddia tələbinin qanuniliyinə qiymət verməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3386/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.