Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-785/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə cərimə tətbiq olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı “şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 2-1(103)-4082/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılma sına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğind ə faiz ödənilməsi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş, daha sonra xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, apellyasiya şikayəti geri qaytarılmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayətlə bağlı icraata xitam verilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra 17 may 2023-cü il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. İŞ ÜZRƏ QƏBU L EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə qərarının icra edilmədiyini bildirmiş və icra olunmasını xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehə cərimə ediləcəyi barədə xəbərdarlıq edilərək bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surəti icra edilməsi üçün təkrarən göndərilir və qərarın icra edilməsi barədə xx.xx.2023-cü il tarixədək sübutlar təqdim edilmədiyi təqdirdə, 50000 manatadək məbləğdə cərimə olunacaqdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) xx.xx.2023-cü il tarixli 2-1(112)79/2023 nömrəli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 500 manat m iqdarında cərimə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2 1(112)-79/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının icra edilməsi üçün cavabdehə müddət təyin edilməsinə və cərimə olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən qərarın icrasını hal-hazıradək tam təmin etməmişdir.
10. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və cərimənin götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.N.İmanov, K.H.Əkbərov) xx.xx.2023-cü il tarixli, 2-1(103)4082/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərar olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi ilə bağlı məhkəmə qərarının icrası tam təmin edilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə rəy 2 nüsxədə xx.xx.2023-cü il tarixli **********892300 nömrəli məktubla aidiyyəti üzrə Maliyyə Nazirliyinə göndərilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixli **********104300 nömrəli məktubla Bakı İnzibati Məhkəməsinə məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının nəticə hissəsindən göründüyü kimi, məhkəmə qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 %-i məbləğində faizin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi də biri nci instansiya məhkəməsinin düzgün olmayan mövqeyini əsaslı hesab edərək, cavabdehin apellyasiya şikayətini təmin etməmiş və qərardadı dəyişdirilmədən saxlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 9 4.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qi smən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifə lərin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləği ni müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 17. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası cərimənin tətbiq edilməli olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 17-ci bəndin də qeyd olunan “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim əvvəlcə, həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İnzibati Prosessual Məcəllənin 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf edilməsi ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
23. Hazırkı iş materialları ilə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərarı qanuni qüvvəsini aldıqdan sonra qərardan çıxarış 17 may 2023-cü il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir.
24. Plenum Qərarında da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən qərarın icrası ilə bağlı cavabdehə müvafiq məktub göndərilmiş, qərar icra olunmadığı halda, İnzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh inzibati orqan qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan məhkəmə qərarını əsassız olaraq icra etməmiş və icrasından yayınmışdır ki, belə olan halda da birinci instansiya məhkəməsi tərəfindən onun 500 manat məbləğində cərimə olunması qanuni və əsaslı olmuşdur.
26. Sonda məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqanın eyni məzmunlu apellyasiya dəlilinə apellyasiya instansiyası məhkəməsi qiymət vermiş və düzgün olaraq göstərmişdir ki, cavabdehin bəhs etdiyi qərar birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərarıdır, hansı ki, həmin qərarı icra etmədiyinə görə cavabdeh cərimə olunmuşdur. İş materiallarından göründüyü kimi, sözügedən qərar cavabdeh tərəfindən ilk öncə mübahisələndirilsə də, daha sonra cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayətinin geri qaytarılması xahiş edilmişdir. Buna uyğun olaraq da, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, apellyasiya şikayəti geri qaytarılmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayətlə bağlı icraata xitam verilmişdir.
27. Göründüyü kimi, sözügedən qərar artıq qanuni qüvvəyə mindiyindən, onun qanuniliyi deyil, hazırda həmin qərarın icra edilməməsinə görə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin cərimə edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.x x.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərardadının qüvvədə saxlanılması barədə apelyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyi yoxlanılır ki, həmin qərardad qəbul edilərkən də hüquq normalarının pozuntusuna yol verilməmişdir.
28. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-4082/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.