Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-786/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Xəqani Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı üçüncü şəxsə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi t ələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2559/2018 saylı iş üzrə 15 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən üçüncü şəxs Orlova Zinaida Vasilyevnaya verilmiş RX seriyalı ******* seriyalı, 28 iyul 2017-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəmə si) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 04 may 2018-ci il tarixli iş № 2-1(82)-229/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bundan sonra X2 məhkəməyə ərizə ilə müraciət edərək, qəbul olunmuş qərar onun maraqlarına toxunduğunu bildirərək, qərarın ləğv olunmasını və işə onun iştirakı ilə yenidən baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 03 iyul 2018-ci il tarixli iş № 2-1(82)-229/2018, (sədrlik edən hakim E.Mustafayev) qərardadı ilə X1 ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılması üçün təzələnmiş və T.Məmmədov üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin 20 avqust 2018-ci il tarixli iş № 2-1(82)-229/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə i ddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs Orlova Zinaida Vasilyevnayaapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsibarədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 15 noyabr 2018-ci il tarixli iş № 2-1(103)-2559/2018 (hakimlər C.Yusifov sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərarı ilə üçüncü şəxs Orlova Zinaida Vasilyevnanın apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının iddiasının rədd edilmə siqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, mənzilin bir otağının bir ailə tərkibində ayrıca kirayəçi hesab olunduğu və onunla kirayə müqaviləsi bağlandığı halda, qanun tələbləri baxımından, onun həmin bir otağı özəlləşdirməsi üçün mənzildə nə iddiaçının, (nə də ki digərinin) razılığı tələb oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən “mənzil” və “kommunal mənzil” anlayışları fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-42, 58-ci və s. maddələrində nəzərdə tutulan kommunal mənzil - iki və ya daha çox otağı olan, hər bir otağının ayrıca mülkiyyətçisi olan, ümumi istifadə olunan əmlakı təcrid olunmuş və ya təcrid olunmamış m ənzillər hesab olunur. Belə ki, həmin Məcəllənin 29.3-cü maddəsində qeyd olunmuşdur ki, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Qeyd olunan maddədən də açıq-aşkar görünür ki, mənzillə yanaşı kommunal mənzil anlayışı da vardır ki, bu növ mənzillərin otaqlarının ayrıca mülkiyyətçisi olur. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılm ası üçün apelyasiya instansiyası məhkəməsinə qaytarlılması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: MəhkəməiclasındaiştirakedəniddiaçınınvəkiliVəkilkasasiyaşikayətindəqeydedilənlərəuyğunçıxışed ərəkbildirmişdirki, apelyasiyainstansiyasıməhkəməsihazırkıişəbaxarkənmaddivəprosessualhüquqnormalarınınpozulmasına yolvermişvəbununnəticəsindəqanunauyğunolmayanqərarqəbuledilmişdir. Busəbəbdəndəo, kasasiyaşikayətinintəminedilməsini, apelyasiya instansiyası məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini AliMəhkəməninİnzibati-İqtisadiKollegiyasındanxahişetmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavab dehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiası mümkün sayılmamalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası qeyd etmək istər di ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə nəticəsini ləğv edib, iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğun deyil, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, hər iki instansiyasının gəldiyi nəticə qüvvədə saxlanıla bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Hazırkı mübahisənin predmetini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi təşkil edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli qərarına müraciət edilməlidir. Belə ki, həmin qərarda deyil ir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışı ilə bağlı mövqeyini ifadə etmiş və inzibati aktın hansı əlamətlərə malik olmasını açıqlamışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı and an yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkət i hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Lakin hazırki işdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Buna görə də hazırki iş inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbində də isə göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 35, 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli 21(103)-2559/2018 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddiası mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-786/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-786/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver