Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-786/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-452/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, 1975-ci ilin aprel ayından 1996-cı ilin may ayınadək keçmiş 1 nömrəli Taksi-motor Parkında “Dəmirçi" vəzifəsində, 1996-cı ilin may ayından 2005-ci iln oktyabr ayınadək Bakı Taksi park-1 ATC, 2005-cı ilin oktyabr ayından 2010-cu ilin iyul ayınadək Alkoros-Motors QTSC-də dəmirçi, 2010-cu ilin iyul ayı ndan 2015-ci ilin aprel ayınadək Nəsimi rayonu 54 nömrəli orta məktəbdə gözətçi vəzifəsində işləmişdir.
2. İddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) dəmirçi-presləmə istehsalı bəndində (11.2) press və çəkic dəmirçiləri, əllə döymədə dəmirçilər, ştamplayıcı dəmirçilər və rotasiya maşınlarında ştamplayıcı dəmirçilər vəzifələri nəzərdə tutulmuşdur. Filiala təqdim edilmiş 8 saylı 18 yanvar 2015-ci il tarixli arxiv arayışında xx.xx.1975-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində onun 1saylı Taksi parkında dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyildir. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümükün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2002ci ildən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (2002-2003-cü illər üzrə) hesablanması və pensiya hüququ yarandığı tarixdən hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, 1975-ci ilin aprel ayından 1996-cı ilin may ayınadək keçmiş 1 nömrəli Taksi-motor Parkında “Dəmirçi" vəzifəsində işləmişdir. Ona xx.xx.2015-ci il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. İşlədiyi “Dəmirçi” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 N-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 1110200a—13227 şifrə ilə göstərilmişdir və 50 yaşdan güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Ona həmin dövrdə qüvvədə olmuş qanunvericilyə uyğun olaraq, 50 yaşdan pensiya təyin edilməlidir, çünki 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Onun 2017-ci ilə qədər ümumilikdə 43 il iş stajı və 20 ildən artıq güzəştli şər tlərlə yaşa görə pensiya hüququ verən iş stajı vardır. Bundan başqa, onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 2002-ci il tarixdən yarandığından həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbinə əsasən pensiya hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Mövcud məsələ ilə bağlı cavab deh inzibati orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
5. Cavabdeh iddiaya dair yazılı etiraz ərizəsində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığor ta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) dəmirçi-presləmə istehsalı bəndində (11.2) press və çəkic dəmirçiləri, əllə döymədə dəmirçilər, ştamplayıcı dəmirçilər və rotasiya maşınlarında ştamplayıcı dəmirçilər vəzifələri nəzə rdə tutulmuşdur. İddiaçının mərkəzi filiala təqdim edilmiş 8 saylı xx.xx.2015- ci il tarixli arxiv arayışında xx.xx.1975-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində onun 1 saylı taksi parkında dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyildir. İddiaçının iddia ərizəsində qeyd etdiyi fərq məbləğin birdəfəlik ödənilməsi məsələsinə dair bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki aylar ın sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
6. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4203/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 1110200a—13227 şifrə ilə göstərilmiş peşə “Xİ. Metal emalı” bölməsinə aiddir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi X1 Xidmətinin 08 nöm rəli xx.xx.2015-ci il tarixli Arxiv Arayışında göstərilmişdir ki, "xxxx" MMC-də saxlanılan keçmiş 1 nömrəli Taksi parkının tam olmayan arxiv sənədlərini yoxlayarkən müəyyən olundu ki, həqiqətən İddiaçı (tab.80861) 1975-ci il aprel ayından 1996-ci ilin may ayınadək keçmiş 1 nömrəli Taksi parkında dəmirçi vəzifəsində işləmişdir. Həmçinin, iddiaçı “dəmirçi” peşəsinin və işlədiyi digər peşələrin güzəştli iş stajına daxil olmasına dair müvafiq iş yerlərindən güzəştli arayış təqim etməmişdir. Göründüyü kimi iddiaçının Taksi parkında işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiy a hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş “metal emalı” sahəsinə uyğun deyil. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik deyildir.
8. Həmçinin məhkəmə hesab etmişdir ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmadığınd an, ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən pensiya təyin oluna bilməz.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat 10. 3.08.2022-ci il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidməti "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı 1996-2000-ci illər üzrə işlədiyi 1 saylı Taksi parkının sənədləri MMC-yə təhvil verilmədiyindən tələb olunan arxiv sənədlərinin verilməsi mümkün olmamışdır. 11. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 2019-cu il tarixdə Nəqliyyat, Rabitə və Yüks ək Texnologiyalar Nazirliyinin müvafiq göstərişinə əsasən "xxxx" MMC-də olan arxiv sənədləri Nazirliyin Mərkəzi Arxivinə aparılmışdı. Azərbaycan Respublikası Prezidentinin 1463 saylı 11/102021-ci il tarixli Fərmanına əsasən "xxxx" MMC və digər bəzi qurumlarla birlikdə ləğv edilmiş, hal-hazırda ləğvetmə prosesi davam edir. Məktuba əlavə edilmiş 08 saylı xx.xx.2015-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1975-ci ilin aprel ayından 1996cı ilin may ayınadək keçmiş 1 saylı Taksi parkında dəmirçi vəzifəsində işləmişdir. Həmçinin 131/A saylı xx.xx.1975-ci il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən işə qəbul edilmişdir. 12. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliy indən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 1 saylı Taksi parkına aid arxiv sənədləri Agentlikdə olmadığından sözügedən məlumatların verilməsi qeyri-mümkündür. Eyni zamanda 1 saylı taksi Parkının fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda qeyd edilən “İİİ. Metallurgiya istehsalatı”, “Vİİ. Metallurgiya istehsalı (əlvan metallar)” və “Xİ. Metal emalı” sənayesi sahələri ilə eynilik təşkil etmir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-452/2022 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 15.İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 1 nömrəli Taksi parkında metal emalı ilə məşğul olmuşdur.Mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmağı və dəmirçi vəzifəsində çalışmağı faktı əmək kitabçası ilə təsdiq olunur. Lakin məhkəmə 15.11,2022-ci il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məhkəməyə daxil olmuş sorğuya cavabı əsas gətirərək işlədiyi “dəmirçi” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə və peşəyə aid olması faktının təsdiqlənmədiyi qənaətinə gəlmişdir. Bundan əlavə iddiaçının işlədiyi “dəmirçi” vəzifəsinin Azərbayc an Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarına 2 nömrəli əlavə Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-İi Siyahısında qeyd edilən “XİV. Metal emalı” (********), 2.Dəmirçi-presləmə istehsalatı” (********) sahələri ilə uyğunluq təşkil edib-etmədiyi isə ümumiyyətlə araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədə n saxlanılmalıdır.
24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müə yyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 50 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylı q əmək haqqı əsas götürülməklə (2002-2003-cü illər üzrə) hesablanması və pensiya hüququ yarandığı tarixdən hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun xx.xx.1975-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində 1 saylı Taksi parkında işlədiyi dəmirçi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) dəmirçi-presləmə istehsalı bəndində (11.2) qeyd olunan sahəyə uyğun olmaması əsası ilə imtina edilmişdir.
30. İddiaçının 1 yanvar 200 6-cı ilədək 20 ildən çox ümumi staja malik olması, həmçinin 10 ildən çox 1 saylı Taksi parkında dəmirçi işləməsi işdə olan mötəbər sübutlarla təsdiq olunur. Araşdırılmalı hal iddiaçının işlədiyi dəmirçi peşəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olub-olmamasıdır. 31. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 1 saylı taksi Parkının fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq u verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda qeyd edilən “İİİ. Metallurgiya istehsalatı”, “Vİİ. Metallurgiya istehsalı (əlvan metallar)” və “Xİ. Metal emalı” sənayesi sahələri ilə eynilik təşkil etmir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının işlədiyi “dəmirçi” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüqu qu verən sahəyə və peşəyə aid olması faktı aparılan araşdırmalar nəticəsində təsdiqlənməmişdir.
33. İddiaçının 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələr üzrə güzəştli iş stajı olmadığından apelyasiya məəhkəməsini gəldiyi nəticə əsaslı olmuşdur.
34. Bəhs olunanlara əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 21(103)-452/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.