Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-786/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, iş üzrə icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X7 üzrə Baş İdarə sinə qarşı “qərarın ləğvi” tələbinə dair ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)3531/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi və icraata xitam verilməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin sonuncu 18 oktyabr 2022-ci il tarixli **********394300 saylı qərarının ləğv edilməsi, 4.705,16 (dörd min yeddi yüz beş manat on altı qəpik) manat məbləğində cərim ənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 03 iyul 2022-ci il tarixli, 2-1(112)-4109/2022 nömrəli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********822400 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv olunmuşdur.
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3531/2023 nömrəli qərarı ilə (X1 (məruzəçi) X4 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəmə sinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Kassasiya icraatı zamanı cavabdeh ərizə təqdim edərək kassasiya şikayətinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Maddə
67. İddiaçının tələbinin təmin olunması 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun ola raq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsi və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı nəzərə alınmaqla icraata xitam verilməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi və icraata xitam verilməsi barədə ərizəsi təmin edilməli, iş üzrə üzrə icraata xitam verilməlidir.
9. Ey ni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
10. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək cavabdehin kassasiya şikayətinin geri götürülməsinə və iş üzrə icraata xitam verilməsinə heç bir etirazının olmadığnı bildirmişdir.
11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin ərizəsi təmin edilsin. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X7 üzrə Baş İd arəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.