Məhkəmə qərarları › İş №2-1(102)-787/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-787/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-787/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi x2, Cavabdehin vəkili Cəlilov Haqqı Elman oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 noyabr tarixli 2-1(103)-2687/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı q ərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2017-ci il 23 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-cı il 15 noyabr tarixli, 724 saylı və 2017-ci il 12 yanvar tarixli, 16 saylı əmrlərinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı ərizə verərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 oktyabr tarixli 2-1(82)-98/2018 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardad dan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 noyabr tarixli 2-1(103)-2687/2018 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Universitetin qanuni təmsilçisi x3 2018-ci il 14 sentyabr tarixli, 46 saylı əmri ilə 2018-ci il 17 sentyabr tarixdən səlahiyyətlərin müvəqqəti icrasını Universitetin prorektoru x4 həvalə etmiş və x4 həmin hüquqi şəxsi məhkəmədə etibarnamə olmadan, lakin səlahiyyətini təsdiq edən sənədi əmri təqdim etməklə təmsil etmişdir. Məhkəmənin qərar dadı iddiaçıya 2018-ci il 26 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2018-ci il 28 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsassızdır, prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Universitetin rektoru x3 2018-ci il 14 sentyabr tarixli, 46 saylı əmri ilə 2018-ci il 17 sentyabr tarixdən səlahiyyətlər müvəqqəti Universitetin prorektoru x4 həvalə edilmişdir. Lakin həmin əmrlə Universiteti məhkəmələrdə təmsil etmək, Universitetin adından məhkəmələrdə izahat vermək, çıxış etmək, iddia ərizəsinin, məhkəmə aktlarından şikayətin, vəsatətin, əriz ələrin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və qismən imtina edilməsi, iddianın təmin edilməsi, iddianın predmetinin və əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, məhkəmə aktlarından şikayət verilməsi, iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi və digər ərizələrin imzalanması və s. səlahiyyətlər verilməmişdir. Göründüyü kimi, məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edilmişdir. Bununla da həmin ərizə əsasında iş üzrə icraata xitam verilməsi yolverilməzdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkə məsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri ). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 47.1-ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. MM-in 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir. MM-in 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülk i vəzifələr götürə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 30.4-cü maddəsinə əsasən, özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Həmin Qanunun 30.7-ci maddəsinə əsasən, təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, yuxarıda istinad edilən əmrlə Universiteti məhkəmələrdə təmsil etmək, Universitetin adından məhkəmələrdə izahat vermək, çıxış etmək, iddia ərizəsinin, məhkəmə aktlarından şikayətin, vəsatətin, ərizələrin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və qismən imtina edilməsi, iddianın təmin edilməsi, iddianın predmetinin və əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, məhkəmə aktlarından şikayət verilməsi, iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi və digər ərizələrin imzalanması və s. səlahiyyətlər verilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etmir. Belə ki, kommersiya qurumunun dövlət reyestrindən 2017-ci il 10 mart tarixli çıxarışa əsasən, x1 qanuni təmsilçisi x3dur. Universitetin qanuni təmsilçisi x3 2018-ci il 14 sentyabr tarixli, 46 saylı əmri ilə 2018ci il 17 sentyabr tarixdən səlahiyyətləri müvəqqəti Universitetin prorektoru x4 həvalə etmiş və x4 həmin hüquqi şəxsi inzibati məhkəmə icraatında etibarnamə olmadan, lakin səlahiyyətini təsdiq edən sənəd - əmri təqdim etməklə təms il etmişdir. Beləliklə, Universitetin rektoru tərəfindən verilmiş əmrdə qanuna və nizamnaməyə əsasən ona məxsus səlahiyyətlərin icrası bilavasitə prorektora ötürülmüş, həmin əmrdə rektora məxsus səlahiyyətlərin icrası ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməmiş, rektor əvəzi tam səlahiyyətli qanuni təmsilçi kimi rektorun adından və ona məxsus səlahiyyətlər daxilində hərəkət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 noyabr tarixli 2-1(103)-2687/2018 nömrəli qərardadı dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar