Məhkəmə qərarları › İş №2-1(102)-788/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-788/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-788/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “imtinanın qanunsuz sayılması, diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2-1(103)-366/2022 nömrəli qərarından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək “cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-2682/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

3. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2-1(103)-366/2022 nömrəli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Мəhkəməsinin 10 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı apelyasiya instansiyası məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarını 2 fevral 2022-ci il tarixdə almış, 4 mart 2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə kasasiya şikayəti vermişdir.

6. İddiaçı kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etməmişdir.

7. İddiaçının kasasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması barədə kasasiya şikayətini tərtib etmiş iddiaçıya 4 aprel 2022-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, şikayət üzrə müddətin buraxılması qey d edilərək göstərilən nöqsanın aradan qaldırılması təklif edilmiş, əks halda kasasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

8. İddiaçının vəkili elektron məhkəmə sistemi vasitəsilə 25 aprel 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2022-ci il tarixli 2-1(103)-366/2022 nömrəli qərarından 4 mart 2022-ci il tarixdə verdikləri kassasiya şikayətinin vaxtında verildiyi üçün mümkün sayılmasını xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 14 yanvar 2022-ci il tarixli 2-1(103)-366/2022 nömrəli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 2 fevral 2022-ci il tarixdə təqdim olunmamışdır. Ümumiyyətlə, həmin qərar iddiaçıya indiyə kimi təqdim olunmamışdır. Bunu "xxxx" MMC-nin X2 18 aprel 2022ci il tarixli 26 nömrəli məktubu da təsdiq edir. Həmin məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş iddiaçının adına 2022-ci ilin fevral-mart ayları ərzində heç bir məktub daxil olmamışdır. ("xxxx" MMC-nin X2 18 aprel 2022-ci il tarixli 26 nömrəli məktubu əlavə edilmişdir). Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 14 yanvar 2022-ci il tarixli 2-1(103)-366/2022 nömrəli qərardadı apellyasiya instansiyası məhkəməsində iştirak etmiş vəkilin elektron kabinetində yerləşdirilmiş və onun tərəfindən 10 fevral 2022-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Yəni iddiaçıya münasibətdə kassasiya şikayəti verilmə müddəti ötürülməmişdir. Bundan başqa kassasiya şikayəti poçt rabitəsi şöbəsinə təqdim edilməmiş, 4 mart 2022-ci il tarixdə EMS-də o lan şəxsi kabinet vasitəsilə elektron qaydada verilmişdir. Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin t əsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində m üvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir..... Maddə

96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

11. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİ Maddə

129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır..... Maddə

146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlə r. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

12. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəm ə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

13. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü

14. İşdə olan sənədlərə görə iddiaçı qərardan verdiyi kasasiya şikayətini 4 mart 2022-ci il tarixdə elektron məhkəmə sistemi va sitəsilə göndərmişdir. İddiaçı kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etməmişdir.

15. Məhkəmə kollegiyası iddiaçının vəkili tərəfindən verilmiş ərizənin dəlilini müddətin üzrlü səbəblərdən ötürülməsinin əsası kimi qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətində iddiaçının ünvanı ünvan 2nsiyası məhkəməsi icraat zamanı məhkəmə iclasının keçirilməsi barədə məhkəmə bildirişi həmin ünvana göndərilməklə iddiaçı tərəfindən qəbul edilmiş, iddiaçının vəkili məhkəmə iclaslarında iştirak etmişdir.

16. Bu qərarın 11-ci bəndində göstərilmiş normaların tələblərinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, mə hkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı apellyasiya şikayətində göstərdiyi ünvanın dəyişməsi barədə məhkəməyə məlumat verməmiş, yaşayış yerini uzun müddətə tərk etməsi, məhkəmə sənədlərinin məhz hansı ünvana və ya hansı qaydada çatdırılmalı olması barədə məhkəməni məlumatlandırmamışdır.

17. Qərarın çatdırılması barədə poçt qəbzindən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən 2 fevral 2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət daxilində qərarı mübahisələndirməmişdir. Qərardan vaxtında şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

18. Kasasiya şikayətini İPM-in 94.1-ci maddəsində nəzərdə tutulan 1 ay müddətində təqdim edilmədiyindən, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından kasasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

19. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2-1(103)-366/2022 nömrəli qərarından verdiyi kasasiya şikayəti mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar