Məhkəmə qərarları › İş №2-1(102)-788/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-788/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-788/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası; əmək kitabçasının mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sos ial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)365/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1984-xx.xx.1985-ci illərdə Bakı şəhər 4 nömrəli orta texniki peşə məktəbində əl ilə qaynaq edən elektik qaynaqçısı ixtisası üzrə kursu bitirmişdir.

2. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4582/2021 saylı qətnaməsi ilə xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.198 1-xx.xx.1984-cü il tarixədək Əvəz Verdiyev adına (əvvəlki adı Həzi Aslanov) sovxozda fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.

3. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-xx.xx.1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti idarəsində, xx.xx.1994-xx.xx.2001-ci illərdə “Adil-A” İKF-da, xx.xx.2001xx.xx.2004-cü illərdə “Xəzərdənizneftdonanma” İdarəsində, xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də, xx.xx.2009-xx.xx.2011-ci illərdə “Xəzər GLF”-da çalışmış, xx.xx.2011-ci ildə "xxxx" MMC-yə işə qəbul edilmişdir. 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, HR-2020/BOS/GHA/R00/3865 saylı güzəştli arayışa əsasən, İddiaçı Məlik oğlu xx.xx.2004-xx.xx.2007-ci illərdə qaynaqçı (əl i lə qaynaqda) peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdə xitam verilmişdir. Daha sonra o, xx.xx.2011-ci ildə yenidən əmək fəaliyyətinə başlamış və hal-hazıradək qaynaqçı (əl ilə qaynaqda) peşəsində işləyir. Həmin peşə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsində (Ümumi peşələr) əks olunmuşdur. Onun həmin müəssisədə güzəştli əmək şəraitində iş müddəti 12 il 6 ay 10 gün təşkil edir. 5. “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2019-cu il tarixli, 92 saylı arxiv arayışına əsasən İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2004-cü illərdə “Xəzərdənizneftqaz” idarəsinin XXL Partiya qurultayı adına Gəmi təmiri zavodunda əl ilə işləyən elektrik qaynaqşısı peşəsində işləmişdir.

6. İddiaçının ona güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciətinə cavabdeh orqan tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli, **********4 saylı imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən ИТ-İ ******* nömrəli əmək kitabçası saxtalaşdırılaraq ona ******* nömrəli titul vərəqinin (40-43-cü səhifələrə) əlavə edildiyi aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1988-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şuşa 1 nömrəli Tikinti İdarəsində elektrik qaynaqçısı işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1977-ci ildə əmək fəaliyyətinə başlamışdır. Belə ki, o, xx.xx.1977-xx.xx.1979-cu illərdə “Həzi Aslanov” adına sovxozda işləmişdir. xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra həmin sovxozda xx.xx.1981-xx.xx.1984-cü illərdə əmək fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə sovxozun adı dəyişdirilərək “Əvəz Verdiyev ” adına olmuşdur. xx.xx.1984-xx.xx.1985-ci illərdə Bakı şəhəri 4 nömrəli orta texniki peşə məktəbində təhsil alaraq məktəbin tam kursunu bitirmişdir. xx.xx.1985-xx.xx.1988-ci illərdə həmin sovxozda qaynaqçı, 1988-1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti İdarəsində 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. İşğaldan sonra həmin idarə Bakı şəhərində Çermet adlanan ərazidə qarajda fəaliyyət göstərmişdir. 1994-cü ildən hazıradək müxtəlif işlərdə və peşələrdə işləyir. Məlum hadisələrlə əlaqədar Laçın rayonunda əmək fəaliyyətini təsdiq edən əmək kitabçası işğal zonasında qaldığından o, yeni əmək kitabçası almaq məcbuiriyyətində qalmışdır. Həmin illər yeni əmək kitabçasında əks olunmadığından o, xx.xx.1981-xx.xx.1984-cü illərdə “Əvəz Verdiyev” sovxozunda fəhlə və xx.xx.1984xx.xx.1988-ci illərdə həmin sovxozda qaynaqçı işləməsinə dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi ilə əlaqədar Abşeron rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli 2(012)-4582/2021 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 1988-1994-cü illərə aid olan dövrü mübahisəli hesab etdiyindən ona imtina cavabı vermişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1040/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəməni n mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 1988-1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti İdarəsində işləməsinə dair qeydinin aparıldığı vərəqdə əmək kitabçasının seriya nömrəsi göstərilməmişdir. Həmin uyğunsuzluq onun “Adil L” kommersiya firmasında işləməsinə dair qeydin aparıldığı vərəqdə vardır ki, buna görə onun Şuşa 1 nömrəli Tikinti İdarəsində işlədiyi dövrün staja daxil edilməsindən imtina əsassızdır. İddiaçının həmin dövrdə göstərilən idarədə işləməsi şahidlərin ifadələri və əmək kitabçasında aparılan qeydlə öz təsdiqini tapır. Həmin dövrə aid əmək kitabçası məlum olan səbəblərdən işğal zonasında qaldığından göstərilən qeydlər işəgötürən tərəfindən sonradan aparılmışdır. Məlum olduğu kimi əmək kitabçasında aparılan qeydlərin düzgünlüyü və mötəbərliyinə məsul şəxs işəgötürəndir və işçi, hazırkı halda iddiaçı buna görə cavabdehlik daşımamalıdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X1 yenidən təşkil edilməsi, ləğv edilməsi və ya hüquqi varisi barədə hər hansı məlumat aşkar edilməmişdir. Uçot baza məlumatlarına əsasən bildiririk ki, "xxxx" X1 xx.xx.1999-cu il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2004-cü il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. "xxxx" X1 sahibkarlıq və ya digər vergi tutulan əməliyyatların dayandırılması ilə əlaqədar vergi orqanına müraciət etməsi barədə məlumat müəyyən olunmamışdır. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. 13. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli 13-3-3/1-S-1xx-xx/2023 nömrəli ərizə ilə “Bibiheybət” Gəmi Təmiri Zavoduna müraciət etmişdir. Məktuba əsasən, İddiaçı ərizədə qeyd olunan illər üzrə güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar verilmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Arif Malik oğlu X2 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, xx.xx.2006-ci il tarixindən sonra onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 78474,01 manat təşkil edir.

15. İddiaçı məhkəmə icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 60 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)365/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1040/2022 nömrəli, 13 dekabr 2022ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilərək iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanının imtinasının əsası kimi əmək kitabçası və onda olan məlumatların həqiqiliyinə əsaslı şübhələrin olması halına istinad etməsi formal xarakter daşımaqla, inzibati icraatın aparılmasının norma və prinsiplərinin tələblərinə və mahiyyətinə zidd olmuş və nəticə etibarilə iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyin olunması üçün onun qanunvericiliklə müəyyən olunmuş bütün tələblərə malik olduğu qənaətinə gəlmişdir. Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa gönə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər – 60 yaşına çatması, 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajının mövcud olması, eləcə də fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiya təminatına imkan verməsi ödənilir.

18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qərarında əmək kitabçasında saxtalaşdırma fakt larına münasibətdə onun hansı dövrləri əhatə etməsinə münasibət bildirilmiş, həmin faktın müəyyən olunması ilə bağlı hər hansı hərəkətlər edilməmişdir. Belə ki, qərarda yalnız iddiaçının 1988-1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti İdarəsində işləməsinə dair qeydin aparıldığı vərəqdə əmək kitabçasının seriya nömrəsinin göstərilmədiyini, həmin uyğunsuzluğun “Adil L” kommersiya firmasında işləməsinə dair qeydin aparıldığı vərəqdə olduğunu qeyd etmişdir. Halbuki indiki halda mübahisənin predmeti əmək kitabçasında saxtakarlıq faktlarının mövcud olması ilə bağlı olmuş, həmin faktın hansı dövrləri əhatə etdiyi və ya ondan irəli gələn səbəblərdən iddiaçının sığorta stajı ilə bağlı olmamışdır. Yuxarıda qeyd olunan hallara apellyasiya instansiya məhkəməsi tərəfindən bu hallara münasibət bildirilməmi şdir. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətində də qeyd edildiyi kimi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal MT-İ ******* nömrəli əmək kitabçasına MT-İ ******* nömrəli titul vərəqinin (40-43 səhifələrə) əlavə edildiyi və qeyd edilən səbəbdən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyinə şübhə doğurmuşdur. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin imtina səbəbi kimi nəzərdə tutduğu əsasa qiymət verilmiş, cavabdehin imtinasının inzibati icraatın aparılmasının norma və prinsiplərinin tələblərinə zidd olduğu qənaətinə gəlmiş, yalnız müvafiq müəssisənin mövcudluğu ilə bağlı araşdırılma aparılmışdır. Halbuki məhkəmə kollegiyası tərəfindən verilmiş sorğulara əsasən müvafiq məlumatların aşkar edilməd iyi bildirilmişdir. Belə ki, iddiaçının Şuşa 1 №li Tikinti İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1994cü il tarixədək olan işlədiyi dövrlərlə bağlı müvafiq sorğu göndərilsə də, həmin İdarənin sənədlərinin arxivə təhvil verilmədiyindən, bu barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Bundan əlavə müvafiq vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası “Azərsənayetikinti” Dağlıq Qarabağ Layihə Sənaye Tikinti Birliyinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı, onun ləğv edilməsi, yenidən təşkil olunması və hüquq varisliyi barədə hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin müvafiq yeri icra hakimiyyəti orqanı tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, Dağlıq Qarabağ Layihə Sənaye Tikin ti Birliyinin arxivi işğal dövründə Xankəndi şəhərində qaldığı üçün həmin müəssisənin fəaliyyəti ilə bağlı hər hansı məlumat verilməsi mümkün olmamışdır. Göründüyü kimi həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilən hallara düzgün qiymət verilməmiş, həmçinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələblərinin pozulması yolu ilə qərar qəbul etmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən də aydın olduğu kimi iddiaçıya məxsus əmək kitabçasında ziddiyyətlərin olduğu dövrlərin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəra itinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiya)... 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəs inin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hes ab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəf indən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı məsələləri lazımi qaydada araşdırmışdır. Məhkəmələrin bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Kassasiya şikayətində təkrarlanan dəlillə bağlı olaraq isə kollegiya qeyd edir ki, iş üzrə cavabdeh inzibati orqan iddiaçının adına olan əmək kitabçasının saxtalaşdırılaraq, ona titul vərəqənin (40-43-cü səhifələrə) əlavə edilməsi halına istinad edərək əmək kitabçasının mötəbərliyini mübahisələndirmişdir.

30. Bununla bağlı, apellyasiya məhkəməsinin haqlı mövqeyinə uyğun olaraq, indiki halda cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə ya lnız əmək kitabçasının nömrəsi ilə fərqli nömrəli titul vərəqinin əlavə edilməsi halına istinad etmiş, bununla bağlı inzibati icraat çərçivəsində həmin titul vərəqində aparılmış qeydlərin mötəbərliyinin yoxlanılması ilə bağlı araşdırma aparmamış, formal olaraq əsaslandırma aparılmışdır.

31. Əmək kitabçasının 40-43 nömrəli titul vərəqi iddiaçının ad, soyad, ata adı, doğulduğu tarix, imzası ilə bağlı məlumatlara dair, habelə iddiaçının xx.xx.1988-ci il tarixdən Şuşa 1 №li Tikinti İdarəsi 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə işə qəbul edilməsi və xx.xx.1989-cu il tarixdə həmin idarədə 5-ci dərəcəyə keçirilməsi, xx.xx.1994-cü il tarixdən öz ərizəsinə əsasən işdən azad olunması ilə bağlı aparılmış qeydlərdən ibarət olmuşdur.

32. Cavabdeh inzibati orqan yalnız bu hissəyə istinad etməklə, ümumilikdə əmək kitabçasının mötəbərliyini şübhə altına almış, iddiaçının əmək kitabçasında aparılmış digər qeydlərlə bağlı heç bir araşdırma aparmamışdır, nəticə etibarilə iddiaçının pensiya hüququnun yaranması əsasları tam araşdırılmamış, formal olaraq pensiya təyinatından imtina edilmişdir. Halbuki cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasının mötəbərliyi şübhə altına alınırsa, bununla bağlı əsaslı araşdırma aparılmalı, formal olaraq deyil, bu cür şübhə məhz əsaslandırılmış şəkildə istinad edilməli, habelə pensiya hüququnun yaranması baxımından ona təsir edən bütün hallar, o cümlədən əmək kitabçasında əks olunmuş bütün digər qeydlərin əsaslılığı məsələsi aydınlaşdırılmalı idi.

33. Bu baxımından, cavabdeh inzibati orqanının imtinasının əsası kimi əmək kitabçası və onda olan məlu matların həqiqiliyinə əsaslı şübhələrin olması halına istinad etməsi formal xarakter daşımaqla, inzibati icraatın aparılmasının norma və prinsiplərinin tələblərinə və mahiyyətinə zidd olmuş və nəticə etibarilə iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur.

34. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əmək kitabçasında aparılmış qeydlər, işlədiyi dövrlərdən hansının sosial sığorta stajına daxil edilib-edilməməsi, mübahisələndirilən dövrlərlə bağlı məlumat verilməsi tələb olunmuş, bununla bağlı məlumat təqdim edilməmiş və onun əsası kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus olan əmək kitabçasının mötəbərliyi mübahisələndirildiyindən, bu barədə məlumat olmaması halına istinad edilmişdir. Görü ndüyü kimi cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi formal olaraq qeyd edilən əsasa istinad edilmiş, iddiaçının pensiya hüququnun yaranmasına təsir edən bütün hallar araşdırılmamışdır.

35. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında göstərilən dövrləri iş materiallarında mövcud olan digər sübutlarla əlaqəli şəkildə tədqiq etməklə iddiaçının həqiqətən əmək kitabçasında göstərilən işlərdə çalışdığı qənaətinə gəlmişdir. Yəni əmək fəaliyyətinə dair digər sübutlar iddiaçının qanunvericiliklə tələb olunan stajı topladığını təsdiq etmişdir.

36. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının adına olan əmək kitabçasında aparılmış bir qisim işlədiyi dövrlərlə bağlı və güzəştli iş stajına malik olması halına dair hətta işəgötürən tərəfindən arayışlar təqdim edil miş, habelə həmin müəssisələr hazırda da fəaliyyət göstərməklə, iddiaçı hazırda da həmin müəssisələrdən birində əmək fəaliyyətini davam etdirir.

37. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, həmin halların araşdırılması iddiaçının pensiya hüququnun yaranması məsələsinin həllinə təsir etdiyi halda, cavabdeh inzibati orqan tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, həmin hallara diqqət yetirməmiş, nəticə olaraq iddiaçının pensiya hüququnun yaranmasına birbaşa təsir edən hallara əhəmiyyət verməmiş, bu hərəkətləri isə onun hüququnun pozulmasına səbəb olmuşdur.

38. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdiri lmədən qüvvədə saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(105)-365/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar