Məhkəmə qərarları › İş №2-1(102)-789/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-789/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-789/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının təyin olunması və pensiya fərqinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 2-1(103)-357/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X4 (AA 2239721, FİN – xxxxxxx) xx.xx.1958-cı il tarixdə Ağcəbədi rayonunda anadan olub. Ağcəbədi ray., Xəlfərəddin küçəsində qeydiyyatdadır.

2. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respub likası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi “Ağcabədi Avtotəmir" ATSC-nin 17 aprel 2017-ci il tarixli 27a nömrəli arayışında xx.xx.1980-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində Ağcabədi rayon “Texnoloji avadanlıq sexi”ndə qaynaqçı köməkçisi və qaynaqçı peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşə yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli i ş stajı 12 il 6 aydan az (9 il 8 ay 24 gün) təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabın yığım hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırılmışdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34800,00 manat manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi 31009,55 manat olduğundan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinatı qanunvericilik baxımından mümkün hesab edilməmişdir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşından, yəni 01 iyul 2015-c i il tarixdən güzəştli pensiya təyin edilməsi öhdəliyinin və pensiya təyinatı üçün müraciət etdiyi vaxtdan əvvəlki 3 il üçün pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 fevral 1980-ci il tarixdə 10 saylı əmrlə Ağcabədi rayon avtomobil təmiri zavoduna tokar işi üzrə şagird qəbul edilib. 19 may 1980-ci il tarixli 33 saylı əmrin 2- ci paraqrafına əsasən "Texnoloji avadanlıq sexinə qaynaqçı köməkçisi" işinə keçirilib. Həmin vaxtdan da etibarən İİ dərəcəli elektrik qaynaqçısı kimi fəaliyyətini davam etdirib. 01 fevral 1995-ci il tarixli 13 saylı əmrin 3-cü paraqrafına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (o zamankı Əmək qanunları Məcəlləsi) 37-ci maddəsinə əsasən öz ərizəsi əsasında qaynaqçı vəzifəsindən azad edilib. 01 mart 1995-ci il tarixli 10 saylı əmrlə X2 Birləşmiş Qazanxanası və İstilik Şəbəkəsi sahəsinə növbətçi çilingər işinə qəbul edilib. Lakin faktiki surətdə qaynaqçı kimi fəaliyyət göstərib. 02 fevral 2009-cu il tarixdə 03 saylı əmrlə həmin sahədə elektro-çilingər işinə keçirilib. 01 may 2011-ci il tarixli 07 saylı əmrlə isə elektro qaz qaynaqçısı işinə keçirilib. İndi də həmin vəzifədə işləyir. Güzəştli şərtlərlə pensiya təyinatı üçün müraciət edib və ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müd afiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən 05 fevral 2021-ci il tarixdə **********5 nömrəli məktubla "güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsi barədə" cavab verilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5252/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Günel Sevdimalıyeva ) iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 01 iyul 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, İddiaçı pensiya təyinatı üçün müraciət etdiyi 06 yanvar 2021-ci il tarixdən əvvəlki 3 (üç) il üçün pensiya fərqi ötən dövrdəki ayları n sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına əsasən iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2015- ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməlidir.

8. İddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün pensiya fərqinin ödənilməsi tələbinə münasibətdə məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hü quqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-357/2022 nömrəli, qərarı ilə (hakimlər Mirzə Tağızadə -sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Azər Hüseynov ) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6843/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının tam əmək stajı xx.xx.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında m üəyyən edilməlidir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti imtina məktubunun məzmununa uyğun verilmişdir. Bundan başqa qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydə əsasən, o, xx.xx.1980- xx.xx.1995-ci illərdə Ağcabədi Avtotəmir ATSC-nin “texnoloji avadanlıq sexi”ndə qaynaqçı köməkçisi və qaynaqçı peşələrində çalışmışdır. İddiaçının cavabdeh Filiala təqdim etdiyi “Ağcabədi Avtotəmir" ATSC-nin 27a saylı, xx.xx.2017-ci il tarixli Arayışında ümumiyyətlə, iddiaçının çalışdığı peşənin güzəştli iş stajı v erən peşə olub-olmadığına dair hər hansı qeydə yer verilməmişdi. Məhkəmə sorğusu əsasında “Ağcabədi Avtotəmir" ATSC-nin verdiyi arayışda isə, onun “əl ilə qaynaq aparan elektrik qaynaqçısı" peşəsində işlədiyi qeyd edilmişdir. Halbuki iddiaçının əmək kitabçasında bu barədə qeyd yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, az ı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: Maddə 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icr a hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; Maddə 32.1-1- Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbayca n Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXXİİİ. Ümumi peşələr bölməsi kod:23200000-19906...əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda – 35-ci bənd. Ümumi peşələr: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

21. Azərbaycan Respublikası N azirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 22.İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübu tlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Ali Məhkəmənin İnzibati Kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tər əfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

27. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məh kəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İş materiallarında olan iddiaçının əmək kitabçasından və iş yerindən təsdiq olunmuş arayışdan (“Ağcabədi Avtotəmir” X6 cəmiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 27a nömrəli) görünür ki, o, xx.xx.1980-ci il tarixdə 10 saylı əmrlə Ağcabədi rayon Avtomobil təmiri zavodunda tokar işi üzrə şagird qəbul edilmişdir, xx.xx.1980-ci il tarixdə 33 saylı əmrlə (əmr 33 paraqraf 2) Texnoloji avadanlıq sexinə qaynaqçı köməkçisi işinə keçirilmiş və beləliklə İİ dərəcə qaynaqçı kimi fəaliyyətini davam etdirmişdir. xx.xx.1985-ci il tarixdə 13 saylı əmrlə (əmr 13 paraqraf 3) öz ərizəsi ilə həmin vəzifədən azad edilmişdir.

29. Bundan baqşqa iş materiallarında olan məhkəmənin "xxxx" ASC-yə (Ağcabədi rayon Avtomobil təmiri zavoduna) sorğusuna cavab olaraq bildirilmişdir ki, xx xxxx 1958-ci il təvəllüdlü X4 19 may 1980-cı il tarixdən (əmr 33 paraqraf 2) 01 fevral 1995-ci il tarixə kimi (əmr 13 paraqraf 3) olan dövr ərzində keçmiş (Ağcabədi rayon Avtomobil təmiri zavodunda) hazırki "xxxx" ASC-nin “Texnoloji avadanlıq sexində” qaynaqçı köməkçisi, qaynaqçı peşələrində çalışmış və bu peşələr üzrə əmək funksiyaları əl ilə qaynaq işləri aparılan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid edilməklə əmək şəraiti zərərli və ağır olan işlər sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 səyli Qərarına 2 saylı əlavə. Əmək şəraiti zərərli və ağır elan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı. XXXİİİ. Ümumi peşələr. (kod:23200000-19906...əl ilə qaynaq aparan elektrik qaynaqçıları) - F.Fərhadovun 19 may 1980-ci il tarixdən 01 fevral 1995-ci il tarixə kimi 14 (on dörd) il 8 (səkkiz) ay 12 (on iki) gün iş təcrübəsi vardır.

30. Eyni zamanda iş materiallarında olan iddiaçının əmək kitabçasından və iş yerindən təsdiq olunmuş arayışdan (Ağcabədi İstilik sistemləri istismar sahəsinin rəisi tərəfi ndən verilmiş xx.xx.2019-cu il tarixli 05 nömrəli) görünür ki, İddiaçı 01 mart 1995-ci il tarixdə 10 saylı əmrlə X2 Birləşmiş Qazanxanası və İstilik Şəbəkəsi sahəsinə növbətçiçilingər qəbul edilmişdir. O, 03 saylı əmrlə 02 fevral 2009-cu il tarixdən növbətçiçilingərlikdən elektro-çilingər işinə keçirilib. 07 saylı əmrlə 01 may 2011-ci il tarixdən öz ərizəsinə əsasən elektro-çilingər işindən elektro qaz qaynaqçısı işinə keçirilib. Həmin vaxtdan hal-hazıra kimi sahədə elektro qaz qaynaqçısı peşəsində işləyir.

31. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, İddiaçı "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli 06/262b saylı əmri ilə xx.xx.2013-cü il tarixindən əmək müqaviləsinə əsasən X3 İstismar Sahəsinə 6-cı dərəcəli elektrik-qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. "Azəristiliktəchizat” ASC-nin xx.xx.2019-cu il tarixli 06/142 saylı əmri ilə xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68.2 ci maddəsinin ”a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. "Azəristiliktəchizat” ASC-nin xx.xx.2019-cu il tarixli 06/157 saylı əmri ilə xx.xx.2019-cu il tarixindən əmək müqaviləsinə əsasən X3 istismar Sahəsinə 6-cı dərəcəli elektrikqaz qaynaqçısı peşəsinə qəbul edilmiş və hal-hazırda həmin peşədə işləyir. Elektrik qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 01.2007 ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. 23200000-11620 - elektrik-qaz qaynaqçısı 8 il 13 gün ( xx.xx.2021-cil tarixinə qədər hesablanmış iş təcrübəsi). Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 8 il 13 gün tə şkil edir.(20.05 2021- ci il tarixinə qədər hesablanmış iş təcrübəsi)

32. Kassasiya şikayətindən də göründüyü kimi, cavabdeh orqan iddiaçının xx.xx.1980-xx.xx.1995-ci illərə aid olan iş stajını güzəştli olmasını mübahisələndirərək, iddiaçının qeyd edilən illərdə işlədiyi vəzifənin adının güzəştli peşələrin müvafiq siyahısına uyğun olaraq əl ilə qaynaq aparan elektrik qaynaqçısı deyil, sadəcə qaynaqçı kimi qeyd edilməsinə əsaslanır.

33. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

34. İlk öncə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaynaqçı şağirdi və qaynaqçı vəzifəsində işlədiyi 1980-1995-ci illərdə müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçü n qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur.

35. Digər tərəfdən, iş materiallarında olan "xxxx" ASC-nin (Ağcabədi rayon Avtomobil təmiri zavodu) məhkəməyə ünvanlanmış mktubunda qeyd edilmişdir ki, “... qaynaqçı köməkçisi, qaynaqçı peşələrində çalışmış və bu peşələr üzrə əmək funksiyaları əl ilə qaynaq işləri aparılan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid edilməklə əmək şəraiti zərərli və ağır olan işlər sayılır.”

36. Göründüyü kimi, iddiaçının xx.xx.1980-xx.xx.1995-ci illərdə işlədiyi qaynaqçı peşəsinin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 səyli Qərarına 2 saylı əlavə. Əmək şəraiti zərərli və ağır elan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı. XXXİİİ. Ümumi peşələr bölməsində qeyd edilən kod:23200000-19906...əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olması faktı məhkəmə araşdırması ilə öz təsdiqini tapır.

37. Eyni zamanda işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olub və 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. 38. xx.xx.1980-ci il tarixdən fasiləsiz olmaqla xx.xx.2006-cı il tarixə iddiaçının ümumilikdə 25 il 09 ay 11 gün sığorta stajı mövcuddur, ((xx.xx.1995 - xx.xx.1980) + (xx.xx.2006 – xx.xx.1995 = 10 il 10 ay) = 25 il 09 ay 11 gün))

39. İddiaçı əmək fəaliyyətinin 14 il 08 ay 12 gününü isə əmək şəraiti zərərli və ağır olan işlərdə (19 may 1980-ci il tarixdən 01 fevral 1995-ci il tarixə kimi müddətinə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi üzrə (kod: 23200000-19906 uyğundur) işləmişdir. (xx.xx.1995 - xx.xx.1980 = 14 il 08 ay 12 gün)

40. Apellyasiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçının tam əmək stajı xx.xx.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir.

42. İddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün pensiya fərqinin ödənilməsi tələbinə münasibətdə məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifad ə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”

43. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

44. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusun a əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 21(103)-357/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar