Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-789/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyata alınma ) 29.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X12 və İbatova Jalə Musayəddin qızı) “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2-1(103)3187/2022 nömrəli qərarından üçüncü şəxs İbatov a Jalə Musayəddin qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsinə əsasən qeyd olunan ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır.
2. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsinə əsasən ləğv edilmiş və İbatova Jalə Musayəddin qızının hazırki iddiaçının qeyd olunan ünvana istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair iddiası təmin edilməmiş (İbatova Jalə Musayəddin qızının həmin iddianı qaldırmağa subyektiv hüququ olma dığı üçün), Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi hazırda qanuni qüvvəyə minmişdir.
3. Bundan sonra iddiaçı qeydiyyatının bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
4. İmtina məktubunda qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icrası və qeydiyyata alınma ilə bağlı müraciətinizə Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılaraq baxılmışdır. Sizin və ailə üzvlərinizin ünvan 4 ünvanına qeydiyyata alınmanız üçün məhkəmə qətnamələri icra olunması üçün tərəfimizdən ASAN Xidmət mərkəzinə göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Sizin və ailə üzvlərinizin şəxsiyyət vəsiqəsi ilə ASAN Xidmət mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Pol is İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Binəqədi Rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat" haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən X3 və X8 ünvan 4 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsinə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə Sizin göstərilən ünvana tərəfimizdən qeydiyyata alınması qanunamüvafiq deyildir. Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə bağlı Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məh kəməsində icraat
5. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 4 ünvanda mülkiyyətində olan evə qeydiyyatının bərpa edilməsi və qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı və qeydiyyatda olduğu ünvan 7 ünvanındakı yaşayış evi torpaq sahəsi ilə birlikdə ana-X2nun şəxsi mülkiyyətində olmuşdur. X2 vəfat etdikdən sonra həmin yaşayış evi vərəsəlik yolu ilə anası X4 mülkiyyətinə keçmişdir. Anası 21 yanvar 1980-ci ildə vəfat etmişdir. Bundan sonra şəxsi mülkiyyət hüququ əsasında valideynlərinə məxsus olan həmin yaşayış evi vərəsəlik yolu ilə X1 və ona keçmişdir. X1 25 aprel 2006-cı ildə vəfat etmişdir. Arzu İbatova vəfat etdikdən sonra o, qanun üzrə vərəsə olmuşdur. Onlar hamısı həmin yaşayış evində qeydiyyatda olmuşlar. Yaşayış evinin həyətyanı sahəsi ilə birlikdə X9 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olmasını təsdiq edən fevral 1964-cü il tarixli texniki pasport da mövcuddur. Ailə qurduqdan sonra da həmin yaşayış evində yaşamışlar, qeyd olunan yaşayış evi vərəsəlik qaydasında onların şəxsi mülkiyyətindədir. Ailə qurduqdan sonra həmin evdə 19 fevral 1988-ci ildə oğlu X13 və 06 iyul 1989-cu ildə oğlu X14 anadan olmuşdur. Onların hər üçü də anasından vərəsəlik yolu ilə qalmış həmin yaşayış evində qeydiyyatdadırlar. Həmin yaşayış evində eyni zamanda mərhum bacısı X5 oğlu X12 da qeydiyyatdadır. Üçüncü şəxs X12 06 oktyabr 2009-cu ildə digər üçüncü şəxs İbatova Jalə Musayəddin qızı ilə nikaha daxil olmuş, bu səbəbdən də sonuncu ona məxsus həmin yaşayış evinə onun razılığı ilə qeydiyyata alınmışdır. Ona vərəsəlik yolu məxsus olan və yaşadığı evə gəlin gəlmiş məhrum bacısı Arzu İbatovanın gəlini İbatova Jalə Musayəddin qızı ona və oğulları X13, X10 və üçüncü şəxs Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Şöbəsinə qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Onların məlumatı və iştirakı olmadan Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)- 6822/2018 nömrəli onların ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və qeydiyyatdan çıxarılmaları barədə qanunsuz və əsassız qətnaməsi qəbul edilmişdir, qətnamə onlara göndərilməmiş və onlara məlumat verilməmişdir. Belə ki, həmin qətnamənin qanuni qüvvəyə mindikdən sonra onun, oğulları X6 və X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmamaları və həmin ünvandan qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi müəyyən edilmişdir. Lakin həmin qətnamə qanuni qüvvəyə minmədən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat şöbəsi tərəfindən onların üçü də qanunsuz olaraq qeydiyyatdan çıxarılmışlar. Onlar sözügedən qanunsuz və əsassız qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)-6870/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 nömrəli qətnam əsi ləğv edilərək onların şikayəti təmin olunmuşdur. Üçüncü şəxs İbatova Jalə Musayəddin qızı Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)6870/2019 nömrəli qətnaməsi ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(102)-8097/19 nömrəli qərarı ilə İbatova Jalə Musayəddin qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)-6870/2019 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Beləliklə də, onların qeyd olunan ünvana olan mülkiyyət və qeydiyyata alınma hüquqlarının bərpa edilməsi barədə məhkəmə qərarı qüvvəyə minmişdir. Lakin qanuni qüvvəyə minmiş həmin qərarı hələ də icra olunmamışdır. Dəfələrlə ASAN Xidmətə və cavabdehə müraciət etsələr də o nların müraciətlərinə baxılmamış, onların mülkiyyətində olan evə qeydiyyatları bərpa edilməmişdir. Qarşı tərəfin mənafeyini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarı bu günə qədər əsassız icra olunmur. Məhkəmə qətnaməsinin icrası və qeydiyyata alınma ilə bağlı o, cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh ona xx.xx.2020-ci il tarixli cavab məktubu ilə onun və ailə üzvlərinin ünvan 4 ünvanına qeydiyyata alınmaları üçün məhkəmə qətnamələrini icra olunması üçün ASAN Xidmət mərkəzinə göndərdiklərini bildirmiş və onların şəxsiyyət vəsiqələri ilə ASAN Xidmət mərkəzinə müraciət etmələrini tövsiyə etmişdir. O, qeydiyyata alınmaq üçün ASAN Xidmət mərkəzinə müraciət etsə də, onun qeydiyyatını bərpa etməkdən əsassız olaraq imtina etmiş və yenidən cavabdehə müraciət etməsini bildirmişlər. O, cavabdehə müraciət etsə də, xx.xx.2021-ci il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Hazırda onun şəxsiyyət vəsiqəsi etibarlı deyil, onun qeydiyyat ünvanı yoxdur. O, qeydiyyatdan çıxarıldığına görə yenidən şəxsiyyət vəsiqəsi ala bilmir. Onun oğullarından biri hərbiçidir və xidmət etdiyi hərbi hissənin ünvanına qeydiyyata düşmüş, digər oğlu isə müvəqqəti olaraq qohumlarının evinə qeydiyyata düşmüşdür. O isə hələ də heç yerdə qeydiyyata alına bilmir, qeydiyyat yeri olmadığına görə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüşdür. Bu da onun bir vətəndaş kimi hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3642/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyatının bərpa edilərək qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istifadə hüququnun olmadığını müəyyən edən və qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmiş, ona qarşı iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Üçüncü şəxs İbatova Jalə Musayəddin qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasın ı xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2-1(103)-3187/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Oruczadə hakimlər – C.Hüseyn və M.Tağızadə) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-3642/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Üçüncü şəxs İbatova Jalə Musayəddin qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2-1(103)3187/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanun: Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının v ə azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə
2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə
5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. 5.2 Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaş ayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata alma lı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
16. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə rək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fu ndamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının t am və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhk əməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsinə əsasən qeyd olunan ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır.Göründüyü kimi, iddiaçı qeydiyyatda olduğu ünvandan onun həmin ünvana istifadə hüquqlarının olmadığını müəyyən edən məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmışdır. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103) -6870/2019 saylı qətnaməsinə əsasən ləğv edilmiş və İbatova Jalə Musayəddin qızının hazırki iddiaçının qeyd olunan ünvana istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair iddiası təmin edilməmiş (İbatova Jalə Musayəddin qızının həmin iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün), Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi hazırda qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçı qeydiyyatının bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının istifadə hüququnun olmadığını müəyyən edən və qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmiş, ona qarşı iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
27. Belə ki, işdə olan sorğulara cavab məktublarından aydın olur ki, sözügedən ünvana dair 1964-cü ilin fevral ayında Tapdıq İbad oğlunun adına texniki pasport tərtib olunmuşdur və həmin texniki pasportun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan təsdiq edilmiş surəti həmin İdarə tərəfindən məhkəməyə təqdim edilmişdir. Mülki mübahisə üzrə qəbul edilmiş qətnamələrdən aydın görünür ki, mübahisəli ev İddiaçı ana X2nun şəxsi mülkiyyətində olmuş, o vəfat etdikdən sonra həmin yaşayış evi vərəsəlik yolu ilə anası X4 mülkiyyətinə keçmişdir. Anası vəfat etdikdən sonra həmin evdə bacıs ı, o və başqa övladları ilə birlikdə yaşamışlar.
28. Beləliklə bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 21(103)-3187/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.