Məhkəmə qərarları › İş №2-1(102)-789/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-789/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-789/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi borcunun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2061/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)3620/2016-cı il saylı qərarına əsasən "xxxx" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu (yəni, hazırkı iddiaçı) xx.xx.2016- cı il tarixindən etibarən "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)- 17/2016 saylı Qərarından isə görünür ki, iş üzrə mülki iddia təmin edilərək və mülki iddia üzrə qalıq 514.573,00 (beş yüz on dörd min beş yüz yetmiş üç) manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğv edicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı 1(060)-17/2016-cı il saylı, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin həmin qərarı xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 24 dekabr 2020-ci ildə şəxsi hesab vərəqəsinə hesabladığı 514573.00 manat vergi öhdəliyinin ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, fondun ş əxsi hesab vərəqəsinə cavabdeh tərəfindən 19 yanvar 2021-ci il tarixinə 514573 manat məbləğində vergi öhdəliyi qoyulmuşdur. Sözügedən idarə tərəfindən 25 dekabr 2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişlə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Buna müvafiq olaraq Fondunun (VÖEN **********) “Kapital bank" ASC-də olan AZ62AİİB******************** hesabına 05 yanvar 2021-ci il tarixində sərəncam qoyulmuşdur.

6. Vergi Məcəlləsində vergilərin müəyyən edilməsinin əsas şərtləri müəyyən edilmiş və aşağıda göstərilən kimidir: vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergi tutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma baz ası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Vergi orqanı tərəfindən hesablanmış 514573.00 manat vergi məbləğinin vergitutma obyekti, vergitutma bazası və vergi dərəcəsi mövcud deyil. Ona görə də hesablanmış 514573.00 manat vergi məbləği Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş vergilərin müəyyən edilmə tələblərinə cavab vermir. Gö stərilən vergi öhdəliyinin hansı vergi növünə aid olması və həmçinin həmin öhdəliyin vergi ödəyicisi və ya vergi orqanı tərəfindən hesablanmasını müəyyən etmək mümkün deyil.

7. Cavabdeh orqan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2-1(085)-207/2019 saylı qərarını rəhbər tutaraq həmin vergi öhdəliyini hesablamışdır. Lakin, bu özlüyündə tamamilə iddiaçının hüquqlarının və hüquqi müəyyənlik prinsipinin tələblərinin pozulmasıdır. Belə ki, həmin qərara əsasən məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqədə əksini tapan 514573 manat vergi borcunun Cəmiyyətin şəxsi hesab vərəqəsində silinərək ödəməyə öhdəlik daşıyan aidiyyəti vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 1 (0 60)-17/2016 nömrəli hökmündə göstərilmişdir ki, “iş üzrə mülki iddia təmin edilsin və mülki iddia üzrə 514573 manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilsin”. Sözügedən məhkəmə hökmünün icrası ilə əlaqədar 23 dekabr 2016- cı ildə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb 0041/A nömrəsi ilə kreditor tələbi kimi qeydə alınmışdır. Əvvəla, sözügedən məbləğin mənbəyinə dair bildirmək istəyirik ki, bu məbləğ "xxxx" MMC-nin “Zaminbank “ASC-də mövcud olan hesabındakı vəsaitdir. Belə ki, “Zaminbank" ASC-də iflas proseduruna başlanıldıqdan sonra nümayəndəsi Nizami Gözəlov ərizə ilə müraciət edərək "xxxx" ASC-nin MMC qarşısında olan 583648,61 manat m əbləğində borc öhdəliyinin kreditor tələbi kimi qeydə alınmasını xahiş etmişdir. Bununla əlaqədar 22 noyabr 2016-ci il tarixində həmin məbləğ 0219 nömrəsi ilə kreditor tələbi kimi qeydə alınmışdır. Məhkəmə hökmü ilə müəyyən edilmiş məbləğ "xxxx" ASC-yə hesablanmış vergi borcu deyil, bu "xxxx" MMC-nin dövlət büdcəsi üçün vergi borcunun ödənilməsi ilə bağlı təqdim etdiyi vəsaitdir. Belə ki, bu məbləğ "xxxx" MMC-yə münasibətdə vergi öhdəliyi olsa da, ləğv prosesində olan "xxxx" ASC-yə münasibətdə kreditor tələbidir. Odur ki, cavabdeh orqanın müəyyən etdiyi kimi hər hansı vergi öhdəliyindən danışmaq əsassızdır.

8. Cavabdeh orqan Fondun hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmişdir. Belə ki, Fond iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Fond (sığortaçı) və ləğv prosesində olan Bankın ayrı-ayrı hüquqi şəxslər olduğunu qeyd etmişdir. Sözügedən məhkəmə qərarı üzrə ləğvedici cavab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və beləliklə də, “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur.

9. Vergi orqanı qanunu pozaraq Fonda vergi öhdəliyinin müəyyən etməsi həmin orqan ının özünün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qərarında verdiyi izahatda öz əksini tapır. Belə ki, həmin qərarın 8-ci səhifəsinin ikinci abzasında göstərilmişdir ki, “Qeyd edilən vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməməsini bu borcun "xxxx" ASC-yə, yaxud Fonda aid edilməli olduğuna aydınlıq gətirə bilməmələri ilə izah edirlər”.

10. Digər tərəfdən həmin qərarın 5-ci səhifəsinin 7-ci abzasında göstərilmişdir ki, “vergi ödəyicisi tərəfindən məhkəmə qərarının izah edilməsi üçün müvafiq icra qurumuna müraciət edilmiş və Azərbaycan Respublikası Sumqayıt Şəhər Məhkəməsinin izah xarakterli 08 avqust 2018-ci il tarixli S-1 nömrəli məktubu ilə izah verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin izah xarakterli məktubunda cəmiyyətin vergi borcunun sili nməli olduğu birbaşa qeyd olunsa da, Azərbaycan Respublikasının Əmanətlərin edilməli olduğu məsələsinə aydınlıq gətirilməmişdir.

11. Göründüyü kimi, nə vergi orqanı, nə də məhkəmə sözügedən öhdəliyin kimə aid olmasını müəyyənləşdirilə bilməmişdir. Buna baxmayaraq hazırkı iş üzrə cavabdeh olan orqan daha da irəli gedərək heç bir əsas olmadan, əvvəllər müəyyən etməkdə çətinlik çəkdiyi halda öhdəliyin Fondun üzərinə qoyulması qərarına gəlmişdir. Bu da, qanunsuz və əsassızdır.

12. Beləliklə, ləğv prosesində olan "Zaminbank” ASC-nin ləğvedicisi və Əmanətlərin Sığortalanması Fondu faktiki ayrı-ayrı hüquqi şəxslərdir, öz əmlaklarına malikdir. Belə ki, hər iki hüquqi şəxs ayrıca vergi ödəyicisidir. Əmanətlərin Sığortalanması Fondunun vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi **********, ləğv pro sesində olan "xxxx" ASC-nin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi ********** kimi qeydiyyata alınmışdır. Buradan da görünür ki, hər iki hüquqi şəxs ayrılıqda vergi ödəyiciləridir və onların öhdəliklərini eyniləşdirmək qeyri-mümkündür.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-615/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təqdim edilmiş 1(060)-17/2016-cı il saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016- cı il tarixli 1(060)-17/2016 nömrəli qərarına əsasən iş üzrə mülki iddia təmin edilmiş və mülki iddia üzrə qalıq 514573,00 manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

15. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(060)-17/2016 nömrəli qərarı ilə qeyd olunan 514573,00 manat vergi borcunun "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alındığından və həmin qərar hazırda qüvvədə olduğundan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2061/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, P.H üseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən hesablanmış 514573 (beş yüz on dörd min beş yüz yetmiş üç) manat vergitutma obyekti kimi müəyyən edilsə də, burada vergitutma bazası və dərəcəsi mövcud deyildir. Bu səbəbdən hesablanmış vergi məbləği həm də Vergi Məcəlləsinin 12-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Hesablanan verginin hansı vergi növünə aid olması bəlli deyil. Cavabdeh Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cuil tarixli 2-1(085)207/2019 saylı qərarını rəhbər tutaraq vergi öhdəliyini hesablamış və bununla da İddiaçının hüquqları və qanuni maraqları, həmçinin hüquqi müəyyənlik prinsipini pozmuşdur. Həmin qərara əsasən məhkəmə hökmü ilə təmin edilmiş 514573 manat vergi borcunun əsassız olaraq İddiaçının şəxsi hesab vərəqəsinə işlənməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(060)-17/2016 nömrəli hökmünə əsasən iş üzrə mülki iddia təmin edilmiş və 514573 manat vergi məbləğinin "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınm ışdır. Həmin hökmün icrası ilə bağlı xx.xx.2016-cı il tarixdə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin tələblərinə uyğun olaraq tələb hüququ 0041/A nömrəsi ilə kreditor tələb kimi qeydə alınmışdır.

21. Qeyd olunan vergi məbləğinin mənbəyi "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesabında olan vəsaitdir. "xxxx" ASC-də iflas prosesi başlayanda həmin Cəmiyyətin nümayəndəsi Nizami Gözəlov ərizə ilə müraciət edərək "xxxx" ASC-nin həmin MMC qarşısında olan 583648,61 manat borc öhdəliyinin kreditor tələb kimi qeydə alınmasını xahiş etmiş və xx.xx.2016-cı il tarixdə həmin tələb kreditor tələb kimi qeydə alınmışdır.

22. Həqiqət budur ki, hökmlə müəyyən edilmiş məbləğ "xxxx" ASC-yə hesablanmalı olan vergi borcu deyil, o "xxxx" MMC şirkətinin vergi borcunun ödənilməsi ilə bağlı təqdim etdiyi vəsaitdir. Bu məbləğ "xxxx" MMC şirkətinə münasibətdə vergi öhdəliyi, LPO "xxxx" ASC-yə münasibətdə isə kreditor tələbidir və bunları qarışdırmaq və ya eyniləşdirmək ciddi qanun pozuntusudur. Bu fakt həmin vəsaitə olan tələbin kreditor tələbi kimi qeydə alınması faktı ilə bir daha öz təsdiqini tapmışdır. Buna görə də LPO Zamin Bank ASC-nin, ələxsus da Fondun üzərinə vergi öhdəliyi daşıyan digər şəxsin öhdəliyini qoymaq Azərbaycan Respublikası Konstitusiyasının və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. Vergi borcu olan hüquqi şəxsin bu məqsədlə banka təqdim etdiyi vəsait həmin bankın və ya onun ləğvedicisinin vergi öhdəliyinə çevrilə bilməz, bu məbləğ bank qarşısında vəsait sahibinin həmin vəsaitə tələb hüququnun qeydə alınması ilə nəticələnməlidir v ə bu da baş vermişdir.

23. Üzərinə vergi öhdəliyi qoyulan Əmanətlərin Sığortalanması Fondu ləğvini həyata keçirdiyi banklarla eyniləşdirilə və ya onun hüquqi varisi hesab edilə bilməz. Bu məsələ “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarınında da öz əksini tapmışdır. Məhkəmə bu tələbləri nəzərə almadan heç bir icra edilməmiş vergi öhdəliyi olmadan daşımadığı halda əsassız olaraq Fondun vergi öhdəliyi subyekti olması qənaətinə gəlmişdir.

24. İş materiallarından göründüyü kimi, nə cavabdeh, nə də məhkəmə qeyd olunan vergi borcunun kimə aid olmasını müəyyən edən əsaslı və mötəbər sübutlara malik olmadan qərəzli şəkildə həmin öhdəliyin Fondun üzərinə qoyulması qənaətinə gəlmişlər. Bu isə Azərbaycan Respublikası Qa nunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, heç bir vergi borcu öhdəliyi olmadan Fondun üzərinə külli miqdarda öhdəlik qoyulmuş və bank hesabına sərəncam qoyulmuşdur.

25. Beləliklə, LPO "xxxx" ASC və onun ləğvedicisi ayrı-ayrı hüquqi şəxslər və ayrıca vergi ödəyiciləridirlər, bankın VÖEN-i: **********, Fondun VÖEN-i isə **********-dir. Onların hər birinin yalnız özlərinə aid əmlakları (əmlak hüquqları) və öhdəlikləri vardır, həmin hüquq və öhdəliklər isə eyniləşdirilə bilməz. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli m əlumatlara. 85.4. Vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) y eni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq y oxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cə fərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia tələbi ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. İşin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(060)-17/2016 saylı Qərarına görə, iş üzrə mülki iddia təmin edilərək və mülki iddia üzrə qalıq 514.573,00 (beş yüz on dörd min beş yüz yetmiş üç) manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

37. Həmçinin iş materiallarına əsasən qeyd edilməlidir ki, Sumqayıt Şəhər Məhkəməsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı 1(060)-17/2016-cı il saylı, xx.xx.2021-ci il tarixli məktubunda, Sumqayıt Şəhər Məhkəməsinin həmin qərarı xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının hüquqi marağı 24 dekabr 2020-ci il tarixdə cavabdeh tərəfindən şəxsi hesab vərəqəsinə daxil edilmiş 514,573.00 manat vergi öhdəliyinin ləğv edilməsi ilə bağlıdır.

39. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, qeyd edilən məbləğin dövlət büdcəsinə ödənilməsini təmin etmək öhdəliyi qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2016cı il tarixli 1 (060)-17/2016 nömrəli qərarından irəli gəlir.

40. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsinin mənası baxımından, şəxsi hesab vərəqi vergi ödəyicisinin fəaliyyətini əks etdirən bir uçot sənədi sayılır. Cavabdeh vergi orqanı olaraq həmin uçot sənədində Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış qərarına əsasən dövlət büdcəsinə ödənilməli olan 514573,0 manat məbləğin iddiaçının şəxsi hesab vərəqinə daxil etməsi - onun Vergi Məcəlləsi və birbaşa hüquqi qüvvəyə malik olan AR Konstitusiyanın qeyd olunan normaları baxımından üzərinə düşən öhdəliyidir.

41. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətindəki əsas dəlili ondan ibarətdir ki, LPO "xxxx" ASC və onun ləğvedicisi ayrı-ayrı hüquqi şəxslər və ayrıca vergi ödəyiciləridirlər, bankın VÖEN-i: **********, Fondun VÖEN-i isə **********-dir. Onların hər birinin yalnız özlərinə aid əmlakları (əmlak hüquqları) və öhdəlikləri vardır, həmin hüquq və öhdəliklər isə eyniləşdirilə bilməz.

42. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu dəlildən asılı olmayaraq hazırkı işdə cavabdehin hərəkəti Sumqayıt Şəhər Məhkəməsinin icrası ilə bağlı olmuşdur. Həmin qərara əsasən, mülki iddia təmin olunaraq, qeyd olunan 514573,00 manat vergi borcunun "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alındığından və həmin qərar hazırda qüvvədə olduğundan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir.

43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edildiyindən, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2061/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar