Məhkəmə qərarları › İş №2-1(102)-79/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-79/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-79/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-79/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: prokurorluq orqanı işçisinə prokurorluq orqanlarında stajı nəzərə alınmaqla pensiyanın təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil t ərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1893/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq orqanlarında işlədiyi müddətdə (xx.xx.1993xx.xx.2018) 25 il xidmət illərinin - əmək stajının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixli, 543-VQD Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaqla pensiya hüququnun təmin olunması və təqaüdünün hesablanmaqla məlumat vərəqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun prokurorluq orqanlarına işlədiyi müddətdə (xx.xx.1993-xx.xx.2018) 25 il xidmət illərinə görə pensiya hüququnun təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 1993-cü il tarixdə prokurorluq orqanlarında işə qəbul olunmuş, 25 il 23 gün müddətində müxtəlif vəzifələrdə çalışmaqla xx xxxxxxxx 2018ci il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı ona əmək pensiyasının təyin olunmas ına dair tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə ona əmək pensiyasının təyin edilməsi üçün qanunvericiklə tələb olunan prokurorluq orqanlarında 35 illik iş stajının mövcud olmaması əsası ilə imtina etmişdir. Onun 25 il qulluq stajının tamam olduğu tarixdən 1 il 5 ay əvvələdək qanunvericiliyin əmək pensiyasının təyin olunması üçün əmək stajı ilə bağlı tələbi 25 ili nəzərdə tutmuşdur. Bu səbəbdən, ona qanunvericiliyin həmin tarixədək qüvvədə olmuş tələbinə əsasən əmək pensiyası təyin olunmalı idi. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)1729/2019 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı prokurorluq or qanlarında 25 il qulluq etmədiyindən onun istər qanunvericiliyin xx xxxx 2017-ci il tarixdə dəyişiklik edilənək qüvvədə olmuş tələblərinə, istərsə də hazırda qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibti-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1893/2019 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov) hakimlər Mirzə Tağızadə və Valeh Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarla mışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi qərarında birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları təkrarlamış və iddiaçının apellyasiya şikayətində onun sərəncamda olduğu müddətin sosial sığorta stajına alınmasına dair dəlilinə münasibət bildirməmişdir. Bundan başqa bildiri lmişdir ki, məhkəmə öz qərarında Azərbaycan Respublikası Baş Prokurorluğunun xx xxx 2019-cu il tarixli, 11/362 saylı arayışına istinad etsə də, arayışda iddiaçının prokurorluq orqanlarında 25 il 23 gün qulluq keçdiyinə dair göstərilənləri nəzərə almamış, yalnız iddiaçının əmək kitabçası üzrə hesablama aparmaqla iddiaçının zəruri stajını toplamadığı nəticəsinə gəlmişdir. Əmək pensiyaları haqqında qanunvericiliyə edilmiş dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirdiyindən, onun zəruri stajını həmin dəyişiklik edildikdən sonra toplamasına baxmayaraq, mübahisəyə qanunvericiliyin əvvəllər qüvvədə olmuş norması tətbiq olunmalı idi. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik ası Qanunun 1.0.2, 15-ci maddələri ilə əsaslandırmışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı prokurorluq orqanlarında işlədiyi qulluq illəri nəzərə alınaraq, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan xx xxxxxx 2019-cu il tarixli, **********4 saylı imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinə şamil olunduğu, təqdim etdiyi əmək kitabçasında prokurorluq orqanlarında qulluq illərinin 35 il olmadığından müraciətin təmin edilməsindən imtina edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 11/362 saylı arayışdan görünür ki, iddiaçı xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Baş prokurorunun xx xxxxxxxx 2018-ci il tarixli 10/69-11/430-k saylı əmrinə əsasən Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin 8-ci abzası və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 26.1.7-ci maddəsi rəhbər tutularaq prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx xxxx 2003-cü il tarixli 09/135-K saylı əmri ilə İddiaçı kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçıya məxsus ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx xxxxxx 1993-cü ildən xx xxxxxx 1994-cü il tarixədək Kürdəmir rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajor, daha sonra müstəntiq, xx xxxxxx 1994-cü ildən xx xxxx 1997-ci il tarixədək Əli-Bayramlı şəhər prokurorluğunun baş müstəntiq, xx xxxx 1997-ci il tarixdən xx xxxx 2001-ci il tarixədək Ağdaş rayon prokurorunun köməkçisi, xx xxxx 2001-ci il tarixdən xx xxxx 2003-cü il tarixədək Baş prokurorluğun Kadrlar İdarəsinin prokuroru, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Daşkəsən rayon prokuroru vəzifəsində çalışmış, xx xxxxxx 2007-ci il tarixdə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 33-cü maddəsinin 7-ci hissəsinin 6-cı bəndinə əsasən vəzifədən azad edilmişdir. xx xxxx 2007-ci il tarixdən xx xxxx 2007-ci il tarixədək Yevlax rayon prokurorluğunun prokuror-kriminalisti, xx xxxx 2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək Suraxanı rayon prokurorunun köməkçisi, xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxxx x 2018-ci il tarixədək Yasamal rayon prokurorunun köməkçisi, daha sonra böyük köməkçisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin 8-ci abzasının və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq prokurorluq orqanlarından xaric edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsinin nəticəsinə görə iddiaçı prokurorluq orqanlarında 25 il qulluq etmədiyindən, onun istər qanunvericiliyin xx xxxx 2017-ci il tarixdə dəyişiklik edilənədək qüvvədə olmuş tələblərinə, istərsə də hazırda qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Bu mövqeyi mübahisələndirən iddiaçı hesab etmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyə edilmiş dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirdiyindən, onun zəruri stajını həmin dəyişiklik edildikdən sonra toplamasına bax mayaraq, mübahisəyə qanunvericiliyin əvvəllər qüvvədə olmuş norması tətbiq olunmalı idi. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə razılaşmadığını qeyd edir. Tələblə iddiaçı xx xxxxxx 2018-ci il tarixinədək prokurorluq orqanlarında işlədiyi müddət nəzərə alınmaqla pensiyanın təyin olunmasını xahiş etmişdir. Həmin tarixə münasibətdə zamana görə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun): - 9.4.1-ci maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Maddələrin tələblərinə görə, prokurorluq orqanlarında qulluq etmiş şəxslərin güzəştli şərtlərlə pensiya hüququnun yaranmasının əsası üçün iki hallardan birinin mövcud olması zəruridir: ümumilikdə prokurorluq orqanlarında 35 il qulluq stajının (1) və yaxud yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş şəxslərin 35 il ümumi iş stajının və onun daxilində 17 il 6 ayının prokurorluq orqanlarında qulluğunun müəyyən edilməsi (2). İşin hallarına görə iddiaçının yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilməmiş, onun xidmətinə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin 8-ci abz asının və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7-ci maddələrinin tələblərinə əsasən xitam verimişdir. Bu maddələrdə prokurorluq orqanlarından xaric etmə intizam məsuliyyətinin növü kimi müəyyən edilmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensya hüququnun təmin edilməsi üçün onun azı 35 il prokurorluq orqanlarında xidmət illəri mövcud olmalı idi. Lakin iddiaçıya münasibətdə bu şərt ödənilmədiyindən, cavabdehin imtinası qanunamüvafiq hesab olunmuşdur. İddiaçı hesab edir ki, qanunvericiliyin yuxarıda istinad edilən müddəası deyil, əvvəlki redaksiyada olan müddəa tətbiq olunmaqla tələbi təmin edilməli idi. Belə ki, istinad edilən mətndə olan maddələr «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmə si barədə” Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli Qanunu ilə müəyyən edilmiş və onlar xx xxxx 2017-ci il tarixindən qüvvəyə minmişdir. Bu müddətdən əvvəl olan redaksiyada həmin Qanunun: - 9.4-ci maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri. Maddənin əvvəllər qüvvədə olmuş mətnindən aydın olduğu kimi, prokurorluq orqanlarında 25 il qulluq stajını toplamış prokurorluq işçiləri güzəştli şərtlərlə pensya hüququnu qazanmış olurlar. Lakin bu müddəanın tələbləri yalnız xx xxxx 2017-ci il tarixinə qədər prokurorluq işçisi kimi 25 il sosial sığorta stajına malik olan şəxslərə münasibətdə tətbiq edilməlidir. Bu müddətə qədər həmin stajı top lamamış şəxslərə münasibətdə pensiya qanunverciliyində aparılmış dəyişikliklərə uyğun olaraq yeni şərtlər müəyyən edildiyindən, həmin şəxslərin pensiya təminatı hüququ yaranmamış hesab olunmalıdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Yİİ hissəsinə istinad etmişdir. Həmin maddəyə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin hüquqi qiymətləndirilməsini aşağıdakılara əsasən düzgün hesab edir. Belə ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qa nununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında eyni mahiyyətli məsələyə qiymət verilərkən göstərilmişdir ki, «hüquqi vəziyyət (status)» kateqoriyası hər hansı subyektin hüquq və vəzifələrinin məcmusunu xarakterizə edir. Bu anlayış qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. «Hüquqi vəziyyət (status)» hüququn ayrı-ayrı subyektləri (həmin subyektlər sırasına dövlət də aiddir) arasında qarşılıqlı əlaqələrin qurulmasının hüquqi prinsiplərinin əsasını təşkil edir. Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsi ndə «fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar» dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş «hüquqi vəziyyətini yaxşılaşdıran» hal kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyi əsas tutmaqla məhkəmə kollegiyası bildirir ki, Qanunun xx xxxx 2017-ci il tarixinə qədər olan redaksiyasında 9.4.1-ci maddədə prokurorluq işçilərinin hüquqi vəziyyətinə 25 il stajın toplandığı halda pensiya hüququnun yaranması aiddir. Bu müddətə qədər 25 il stajı artıq toplamış şəxslərə münasibətdə Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq yeni tələblərin tətbiq edilməsi isə onların hüquqi vəziyyətini ağırlaşdırdığı üçün istisna olunmalıdır. İddiaçı xx xxxx 2017-ci il tarixinə qədər 25 il stajı toplamadığı üçün Qanunun 9.4.1ci maddəsində müəyyən edilmiş hüquqi vəziyyət ona aid edilməməlidir. Bu halda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Yİİ hissəsinə istinadən onun hüquqi vəziyyətini ağırlaşdıran qanunun tətbiq e dilməməsi barədə iddiaçının dəlili əsassız kimi qiymətləndirilməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1893/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar