Məhkəmə qərarları › İş №2-1(102)-79/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-79/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-79/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, müddətin bərpası, əsaslandırılmış qərar) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi ilə, iddiaçıın, onun vəkili Vəkil və tərcüməçi iştirakları ilə, iddiaçıın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1532/2020 saylı 2020-ci il 08 sentyabr tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxx 2019-cu il tarixli ****** nömrəli qərarı ilə iddiaçıa və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin xx xxx 2019-cu il tarixli ****** nömrəli qərarı qərarının ləğv edilməsi, qaçqın statusunun verilməsi haqqında vəsatətinin təmin edilməsi, ona və ailə üzvlərinə «Qaçqın vəsiqə»sinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.

3. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli, ****** nömrəli qərarından şikayət verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş müddətin onun tərəfindən buraxılmasının səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli, ****** nömrəli qərardan sonra iki dəfə iddiaçıya və ailə üzvlərinə dalbadal müvəqqəti şəhadətnamə təqdim edilmişdir. Sonuncu müvəqqəti şəhadətnamə *****-2019 saylı, xx xxxxxx 2020-ci il tarixli olmuşdur. Həmin müvəqqəti şəhadətnaməyə əsasən xx.xx.2020-ci ilədək etibarlı olması təsdiqlənmişdir. Bu səbəbdən də onun tərəfindən sözügedən qərardan şikayət vaxtında verilməmişdir. Ona görə də, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və məhkəmə tərəfindən bərpa edilməlidir.

5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli 2-1(112)-3846/2020 saylı qərardadı ilə (hakim - Ş.A.Həsənova) iddiaçının buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməyərək iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizədə göstərilən hallar buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz, ona görə də, qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmə lidir. Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilə bilməz.

7. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 08 sentyabr tarixli 21(103)-1532/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim - V.Ağayev, hakimlər - A.Nuriyeva və A.Hüseyn) iddiaçının apelllyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli 2-1(112)-3846/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi eynilə təkrarlamaqla birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayə t verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kasasiya şikayətinin dəlilləri

11. İddiaçının kasasiya şikayətinin dəlillərinə görə, Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, ****** nömrəli qərar qəbul edilərkən xarici ölkə vətəndaşı olan iddiaçıa onun hüquqlarının izah olunması qanunvericiliyə uyğun həyata keçirilməmişdir. İddiaçının inzibati icraatın aparıldığı Azərbaycan dilini bilməməsi və bununla bağlı peşəkar tərcüməçinin rəsmi şəkildə təyin edilməməsi onun fundamental hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçıya qərardan şikayət etmək üçün prosessual müddət məhdudiyyəti izah olunmamış, onun tərcüməçinin xidmətində istifadə hüququ və di gər hüquqları barədə məlumat əldə etmə imkanı məhdudlaşdırılmışdır. Bu səbəbdən iddiaçı qərarla aydın şəkildə tanış ola bilməmiş və şikayət vermək hüququ barədə məlumatsız olmuşdur. İnzibati orqanının qərarından sonra iki dəfə iddiaçı və ailə üzvlərinə ardıcıl olaraq müvəqqəti şəhadətnamə təqdim edilmişdir. Sonuncu müvəqqəti şəhadətnamə isə *****-2019- saylı xx xxxxxx 2020-ci il tarixli olmuşdur və xx.xx.2020-ci ilədək etibarlı olması təsdiqlənmişdir. Yalnız həmin müvəqqəti şəhadətnaməni müddəti bitdikdən sonra iddiaçı, prosessual hüquqları barədə vəkilə müraciət etməyə məcbur qalmış və məhkəməyə müraciət etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçı və vəkili kasasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunması nı xahiş etdilər. İddiaçı əlavə olaraq bildirmişdi ki, o, imtina qərarı barədə məlumatlı olsa da, imtinanın səbəbləri barədə məlumatsız olmuşdur. Bundan başqa, o, qərarı mübahisələndirmək üçün bir neçə hüquqşünasa müraciət etsə də, onlar bu qərardan şikayət verilə bilməyəcəyini bildirmişlər. Daha sonra isə hazırkı vəkillə müqavilə bağlayaraq şikayət vermiş, müvafiq olaraq müddət ötürülmüşdür.

13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü ba rədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

82. Apelllyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelllyasiya instansiya sı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsin ə göndərməyə haqlıdır: 96.5.1. apelllyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelllyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASASİYANİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunil iyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan prosessual hüquq normaları düzgün tətbiq olunmamışdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

18. Məhkəmələr tərəfindən həll edilmiş məsələ inzibati aktın mübahisələndirilməsinə dair iddiaçı tərəfindən buraxılmış müddətin bərpasının mümkünlüyü ilə bağlı olmuşdur. İşin hallarından göründüyü kimi iddiaçı müddəti buraxdığını qəbul etmiş və onun səbəblərini aşağıdakılarla izah edərək bərpasını xahiş etmişdir: 1) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli, ****** nömrəli qərardan sonra i ki dəfə iddiaçıya və ailə üzvlərinə dalbadal müvəqqəti şəhadətnamə təqdim edilmişdir. Sonuncu müvəqqəti şəhadətnamə *****-2019 saylı, xx xxxxxx 2020-ci il tarixli olmuşdur. Həmin müvəqqəti şəhadətnaməyə əsasən xx.xx.2020-ci ilədək etibarlı olması təsdiqlənmişdir. Bu səbəbdən də onun tərəfindən sözügedən qərardan şikayət vaxtında verilməmişdir (i.v.12, müddətin bərpasına dair ərizədə istinad edilən dəlil); 2) Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, ****** nömrəli qərar qəbul edilərkən xarici ölkə vətəndaşı olan iddiaçıa onun hüquqlarının izah olunması qanunvericiliyə uyğun həyata keçirilməmişdir. İddiaçının inzibati icraatın aparıldığı Azərbaycan dilini bilməməsi və bununla bağlı peşəkar tərcüməçinin rəsmi şəkildə təyin edilməməsi onun fundamental hüquqlarının pozulmas ı ilə nəticələnmişdir. Belə ki, iddiaçıya qərardan şikayət etmək üçün prosessual müddət məhdudiyyəti izah olunmamış, onun tərcüməçinin xidmətində istifadə hüququ və digər hüquqları barədə məlumat əldə etmə imkanı məhdudlaşdırılmışdır. Bu səbəbdən iddiaçı qərarla aydın şəkildə tanış ola bilməmiş və şikayət vermək hüququ barədə məlumatsız olmuşdur (i.v.77 və 123, apellyasiya və kassasiya şikayətlərində istinad edilən dəlil); 3) qaçqın statusunun alınması üçün ikinci müraciət ərizələrinə rədd cavabı gəldikdən sonra həmin qərardan apelyasiya şikayəti vermək üçün 30 gün vaxt verilmişdi. Həmin müddət ərzində şikayət verə bilmək üçün üç ayrı vəkillə görüşmüşlər. Vəkillərin üçü də apelyasiya şikayəti verə bilməyəcəklərini deyərək onları yanlış yönləndirmişlər. Onlara həmçinin vəkil olmadan məhkəmə də özümüzü təmsil etməyə də icazə veriməmişdi. Beləliklə, onlar hazırkı vəkillərini tapanadək şikayət vermək imkanına malik olmamışlar (i.v.90, iddiaçı tərəfindən apelyasiya məhkəməsinə təqdim olunmuş ərizədə istinad olunan dəlil).

19. Müddətin bərpası ilə bağlı məsələnin həllində iddiaçının müddətin buraxılmasında təqsirinin olub-olmamasının müəyyən olunması tələb edilir. Bunun üçün isə işə baxan məhkəmələr iddiaçının təqdim etdiyi səbəblərin həqiqətən mövcud olub-olmadığını, eləcə də həmin səbəblərin iddiaçının təqsiri ilə əhatə olunub-olmadığını müvafiq sübutlara istinadla yoxlamalı və qiymətləndirməlidirlər. Bu vəzifə İPM-in 12 və 82-ci maddələrinə əsasən həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrinin işin hallarının araşdırılması ilə bağlı xidməti borcunu təşkil edir. Apel yasiya məhkəməsi isə əlavə olaraq apelyasiya şikayətinin dəlillərinə də münasibət bildirmək vəzifəsi daşıyır.

20. Məhkəmə tərkibi hesab edir ki, müddətin bərpası ilə bağlı ərizəyə baxılarkən məhkəmələr prosessual qanunvericiliyin qeyd edilən tələblərini pozaraq xidməti vəzifələrinin tələblərinə uyğun davranmamış, ərizənin və apelyasiya şikayətinin dəlillərindən irəli gələn lazımi araşdırmanı və qiymətləndirməni aparmamışlar. Məhkəmələr müddətin iddiaçının təqsiri olmadan buraxılması hallarının mövcud olmadığını və ərizədə göstərilən halların buraxılmış müddətin bərpa edilməsi üçün əsas təşkil etmədiyini bildirsələr də, bu qənaətlərini işin konkret hallarının təhlili və qiymətləndirilməsi ilə əlaqələndirməmişlər, yalnız ümumi ifadələrdən istifadə etmişlər. Nəticədə isə iddiaçının bildirdiyi yuxarıda sadalanmış dəlillərin heç biri lazımi qaydada qiymətləndirilməmişdir.

21. Məhkəmə tərkibi qeyd edir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması ilə və mübahisənin halları ilə əlaqələndirilmədən çıxarılmış hazırkı məhkəmə aktları, başqa sözlə, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərardadları əsaslandırılmış məhkəmə aktları kimi qəbul edilə bilməzlər. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.

22. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll o lunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı).

23. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifa dələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı).

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlən ilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxxxx 2007-ci il tarixli qərar).

25. Qeyd edilənləri nəzərə almaqla məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsinin qərardadı qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarıldığı, iddiaçının ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə lazımi qaydada araşdırılmadan və qiymət verilmədən çıxarıldığı üçün ləğv edilməlidir. Təkrar apellyasiya baxışı zamanı ərizəçinin bildirdiyi dəlillərin lazımi qaydada yoxlanılması, mübahisə ilə bağlı həm işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məh kəmə aktının çıxarılması təmin olunmalıdır.

26. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ İddiaçının kasasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 08 sentyabr tarixli 2-1(103)-1532/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar