Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-79/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 55+2 yaş, “qaldırıcı maşınist” və “sementləşdirici aqreqatların motorçuları” peşələri giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2072/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xxxxx-cı il tarixdə doğulmuşdur. Əmək kitabçasına əsasən 18.9.1979cu ildə “Azneft” Birliyinin Boru-instrumental bazasında instrumental sahədə kontora 1-ci dərəcəli çilingər-təmirçi vəzifə sinə qəbul edilmiş, 30.10.1980-cı ildə Sovet ordusu sıralarına getdiyinə görə tutduğu vəzifədən azad edilmiş, 10.11.1980-cı ildən 21.11.1982-ci ilədək Sovet Ordusunda xidmət etmiş, 17.01.1983-cü ildə Əli Bayramlı cihazlar zavodunda təmir mexanika sexinə 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 24.10.1983-cü ildə 3-cü dərəcəli elektrik montyoru vəzifəsindən azad edilmiş, 14.11.1983cü ildə Şirvan TNİ-də 3 saylı avtomobil dəstəsi 3-cü dərəcəli 3 Səyyar buxar deaksilyasiya qurğusunun maşinisti vəzifəsinə qəbul edilmiş, 26.09.1984-cü ildə “AZİNMAŞ-37”-yə 6-cı dərəcəli motorçu sürücü vəzifəsinə keçirilmiş, Quruda Neft və X2 24.02.1995-ci il tarixli 52 saylı əmrinə əsasən Şirvan TNİ-si 01.03.1995-cı ildən struktur bölmə kimi traktor nəqliyyat sexi adı ilə “Şirvanneft” NQÇİ-nin ta beçiliyinə keçirilmişdir, 15.02.1996-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə "xxxx" müştərək müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuş, 01.02.1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X11 Şirkətinin X3ndə Traktor nəqliyyat sexinə 6-cı dərəcəli qaldırıcı maşinist qəbul edilmiş, 30.11.2000-ci ildə “Azərpetoıl” MM-nin ləğvi ilə əlaqədar olaraq bağlanmış 01.02.1996-cı il müddətində fərdi əmək müqavilələrinə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir, 01.12.2000-ci ildə "xxxx" Əməliyyat Şirkətində Texnoloji nəqliyyat sexinə 6-cı dərəcəli maşinist-qazmaçı qəbul edilmiş, 25.09.2001-ci ildə Quruların Əsaslı və Yeraltı Təmir sexinə fəhlə keçirilmiş, 11.01.2002-ci ildə Texnoloji nəqliyyat sexin ə UPA-2 qaldırıcı maşına sürücü maşinist keçirilmiş, 01.12.2003-cü ildə əsaslı təmir sahəsinə mexaniksürücü vəzifəsinə təyin edilmiş, 01.11.2008-ci ildə Ağır avadanlıqlar şöbəsində avtomobil sürücüsü işinə təyin edilmiş, 01.01.2009-cu ildə Nəqliyyat sexində avtomobil sürücüsü işinə keçirilmişdir.
2. Karasu Əməliyyat Şirkətinin 30.5.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr üzrə iş stajı haqqında arayışına əsasən iddiaçı nəqliyyat sexində, avtomobil sürücüsü vəzifəsində işləyir. İddiaçının neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: 1.Texnoloji Nəqliyyat sexində 6 (altıncı) dərəcəli qaldırıcı maşinist (01.12.2000-25.09.2001). 2.Quyuların Əsaslı və Yeraltı təmiri sexində fəhlə (25.09.2001-11.01.2002).
3. Texnoloji Nəqliyyat sexi UPA-2də qaldırıcı maşinist (11.01.2002-01.12.2003)
4. Əsaslı Təmir sahəsinə mexanik-sürücü (01.12.2003-01.11.2008).
5. Ağır Avadanlıqlar şöbəsində avtomobil sürücüsü (01.11.200801.01.2009).
6. Nəqliyyat sexində avtomobil sürücüsü (01.01.2009-31.05.2019) - cəmi: 3 il. X3 Traktor Nəqliyyat sexində 6 (altıncı) dərəcəli qaldırıcı maşinist qəbul edilmişdir (01.02.1996-01.12.2000). Qeyd: Əmək kitabçasında göstərilən 9, 10, 11 nömrəli qeydlərə əsasən cəmi: 4 il 10 ay. Ümumi 7 il 10 ay. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilə rin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə iddiaçı 7 il 10 ay imtiyazlı iş stajına malikdir –
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr: qaldırıcıların maşinistləri. 3. “X19 Alətləri” ASC-nin 05.04.2020-ci il tarixli 14 nömrəli arayışına əsasən iddiaçı 18.9.1979-cu ildə X12 Alətlər Bazasında 1-ci dərəcəli təmirçi-çilingər ştatına işə qəbul edilmişdir (əmr 89/k, 17.09.1979-cu il), 30.10.1980-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir (əmr 87/r, 29.10.1980-ci il). İddiaçının göstərilən vəzifədə 01 il 01 ay 12 gün iş stajı vardır. X17 X20 X4 27.03.2002-ci il 32 nömrəli əmri ilə onun struktur tərkibindən çıxarılmış və onun bazasında X18 Alətləri ASC yaradılmışdır.
4. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin 07.04.2020-ci il tarixli arxiv arayışdan görünür ki, iddiaçı həqiqətən Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (Hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC) Mexaniki təmir sexinə 17.01.1983-cü il tarixində 3-cü dərəcəli elektrik montyoru peşəsi işinə qəbul edilmişdir.
5. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 15.05.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya göndərdiyi 3 iyun 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, 26.09.1984-15.02.1996-cı il tarixləri arasındakı dövrdə Şirvanneft NQÇİ-də çalışdığı sürücü-motorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Ka binetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 8 iyul 2020-ci il tarixdə iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu 13.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabd eh 26.09.1984 – 15.02.1996-cı il tarixinə kimi Şirvanneft NQÇİ-nin X5 3-cü avtobölməsində sementləyici aqreqatda sürücümotorçu peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmadığını bildirmişdir. Həmin vəzifə qeyd edilən Siyahıda mövcuddur, sadəcə motorçu peşəsinin əvvəlinə sürücü sözünün əlavə edilməsini cavabdeh bəhanə gətirərək Siyahıda məhz sürücü-motorçu peşəsinin göstərilmədiyini bildirərək xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçının çalışdığı motorçu peşəsinin qarşısında həm də sürücü sözünün qeyd edilməsi onunla bağlıdır ki, işlətdiyi sementləyici aqreqat avt omobil şassisi üzərində yığılmışdır. Həmin nəqliyyat vasitəsini sürücü idarə edərək neft quyularının meydançasına sürür və orada saxlayır. Motorçu isə avtomaşın meydançada tərpənməz səkildə dayandıqdan sonra onun arxa hissəsində yığılmış sementləyici aqreqatı işə salaraq, neft quyularında sementləmə işlərini həyata keçirir. Bəzi şirkətlər əlavə işçi qüvvəsinə ehtiyac yaratmamaq məqsədilə həmin avtomaşının quyu meydançasına sürülməsini həmin aqreqatı işlədəcək motorçuya həvalə edirlər. Motorçu, sementləyici aqreqatı çalışdırmaqdan əlavə həm də həmin aqreqatın quraşdırıldığı avtomaşını neft quyularına idarə edərək aparmalı olur. Bu səbəblə də iddiaçı peşəsi artıq sadəcə motorçu deyil, sürücü-motorçu olaraq qeyd edilmişdir. İddiaçının işlədiyi sürücü-motorçu vəzifəsinin sementləyici aqreqat motorçuları vəzifəsi ilə eynilik təşkil etməsi barədə təqdim etdiyi aydınlaşdırıcı sənəddə bu barədə açıq-aydın təsdiqini tapsa da, cavabdeh «İnzibati icraat haqqında» Qanunun 24.2-ci maddəsinə görə «inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz» - müddəasını pozaraq hüquqi mahiyyətinə görə hazırki mübahisədə onun xeyrinə olan məqamları nəzərə almamışdır. «İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Yəni əslində onun xeyrinə olan sübutların toplanması nəzərdə tutulur. Lakin cavabdeh bu mənada hərəkətsizlik etmiş, onun təqdim etdiyi sübutları (güzəştli arayışları) isə qəbul etməyərək, qər əzli qərar qəbul etmişdir. Göründüyü kimi, cavabdeh işin düzgün həlli üçün tam, obyektiv, xidməti vəzifəsində irəli gələn araşdırma aparmamış, onun xeyrinə olan halları nəzərə almamış, onun təqdim etdiyi sənədlərin mötəbərliyini əks sübutlarla təkzib etməmiş, öz tərəfindən nə onun xeyrinə, nə də onun maraqlarına əks sübutlar toplamamışdır. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca riayət etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin imtina kifayət qədər əsaslandırılmamış, mümkün hüquqi müdafiə məsələləri vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. SOCAR tərəfindən məhkəməyə ünvanlanmış 21.12.2020-ci il tarixli arayışında qeyd olunur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən iddiaçı həqiqətən 14.11.1983-cü il X6 İdarəsinin 3 saylı avto kolonuna iki həftəlik təcrübə müddəti ilə PPU-3, 51-84 № maşına 3-cü dərəcəli maşinist (PPU-3) peşəsinə işə qəbul edilmişdir. 28.11.1983-cü ildə təcrübə müddətindən sonra sərbəst işə başlamışdır. 26.9.1984-cü ildə iki həftəlik təcrübə müddəti ilə "AZİNMAŞ- 37”-yə 6-cı dərəcəli motorçu sürücü peşəsinə keçirilmişdir. 10.10.1984-cü ildə təcrübə müddətindən sonra sərbəst işə başlamışdır. 10.02.1987-ci ildə yeni alınmış “AZİNMAŞ-37”-yə təhkim olunmuşdur. Quruda NQÇ İB-nin 24.02.1995-ci il tarixli, 52 saylı əmrinə əsasən Şirvan TNİ 01.03.1995-ci ildən struktur bölmə kimi TNS adı ilə “Şirvanneft” NQÇİ-nin tabeliyinə keçirilmişdir. 15.02.1996cı ildə Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə "xxxx" Müştərək Müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuşdur. 01.02.1996-cı ildə "xxxx" MMnin TNS-nə 6-cı dərəcəli qaldırıcı maşinist peşəsinə işə qəbul edilmişdir. 15.02.1996-cı ildə Mişovdağ sahəsinə 6-cı dərəcəli sürücü peşəsinə keçirilmişdir. 12.01.1998- ci ildə TNS-yə 01-03 AQO №-li avtomaşına sürücü peşəsinə keçirilmişdir. 17.05.1999-cu ildə UPA 50, KRAZ-255 avtomaşınına 6-cı dərəcəli maşinist peşəsinə keçirilmişdir. Haqqhesab cədvəllərində olan qeydə əsasən 01.01.2000-ci ildən UPA4, UPA2 və “AUDEKO" qaldır ıcı qurğularını idarə etmək üçün 8-ci dərəcəli sürücü peşəsinə keçirilmiş, 2000-ci ilin iyul ayınadək 8, avqust-oktyabr aylarında isə 6-cı dərəcəli sürücü kimi əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, ARDNŞ-nin 18.01.2001-ci il tarixli, 4 nömrəli əmrinə əsasən 22.11.2000-ci ildə "xxxx" MM ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. 15.02.1996-cı il tarixli, 11/k-A nömrəli işdən azad olunma əmrində peşəsi “AZİNMAŞ’’-37-nin 6-cı dərəcəli qaldırıcı maşinisti kimi göstərildiyindən, araşdırmaq məqsədi ilə 1984-1996-cı illər üzrə haqq-hesab cədvəlləri izlənilmiş, cədvəllərdə peşəsi mot.Az-37 olaraq göstərilmişdir. ARDNŞ-nin 22.08.1997-ci il tarixli 158 nömrəli və Quruda Neft və X2 26.08.1997-ci il tarixli 17 9 nömrəli əmrləri ilə “Şirvanneft” NQÇİ 01.09.1997-ci ildən ləğv olunmuş və onun bazasında "xxxx" BMMM yaradılmışdır. “Şirvanneft” NQÇİ-nin arxiv sənədləri Baş ofisin Mərkəzi Arxivinə təhvil verilmişdir. Vətəndaşın iş stajı barədə arayış arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən verildiyindən tərəflərindən güzəştli iş stajının olubolmaması barədə qeydin göstərilməsi imkan xaricindədir. 9. “X9 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 07.04.2021-ci il tarixli 20 saylı arayışından görünür ki, iddiaçı həqiqətən “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində SBQ-3 maşinisti və 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. “Shirvan OSL" Şirkətində saxlanılan arxiv sənədlərinə əsasən iddiaçının “Ş irvanneft " NQÇİ-də 12 il, 02 ay, 29 gün əmək stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının 12-ci bəndinin 2-ci yarımbəndinə əsasən iddiaçının “Şirvanneft ” NQÇİ-də güzəştli şərtlərlə 12 il, 2 ay, 29 gün əmək stajı vardır. Belə ki, 179/k saylı 14.11.1983-cü il tarixli əmrlə 14.11.1983-cü ildən 26.9.1984-cü il tarixədək “X6 İdarəsinin 3-cü avtobölməsində SBQ-3 maşinisti peşəsində işləmişdir. 26.09.1984-cü il tarixdən 15.02.1996-cı il tarixədək “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində 6-cı dərəcə sementləy ici aqreqatın motorçusu peşəsində işləmişdir. Sementləşdirici aqreqatlar keçmiş SSRİ dövründə KRAZ markalı avtomaşınların bazasında yığılmış AZİNMAŞ markalı qurğulardır. Həmin qurğular neft-qaz quyularının qazılması zamanı və artıq istismar edilən neft-qaz quyularında sementləşdirmə işlərinin həyata keçirilməsində istifadə edilir. “Sürücü-motorçu” sementləşdirici aqreqat motorçusu peşəsinin öhdəliklərini və sürücünün də peşə öhdəliklərini həyata keçirir. İddiaçı 15.02.1996-cı il tarixli "xxxx" Müştərək Müəssisəsinə keçirilməsilə ilə əlaqədar 15.02.1996-cı ildə işdən azad edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-1214/2021 saylı iş) 28 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya pensiya hüququ yarandığı 13.02.2019-ci il tarixdən güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icr aat
13. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X8-məruzəçi, X10 və X16, 2-1(103)2072/2021 saylı iş) 22 sentyabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. Cavabdeh 6 oktyabr 2021-ci tarixdə qərarın surətini almış, 28 oktyabr 2021ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri 15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilə rin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı (10.2) bəndində sementləşdirici aqreqatların motorçuları vəzifəsi nəzərdə tutulmamışdır.
17. Belə olan h alda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz.
18. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, “Əmə pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmay an pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşə lərin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 19 97-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növ ünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Ş ikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
28. İddiaçı xx xxxxxx 1962-ci ildə doğulmuş, 13 fevral 2019-cu ildə 57 yaşı tamam olmuşdur. Zərərli sahədə motorçu və səyyar buxar maşinisti peşələrində işlədiyini, işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. a. Cavabdehin şikayətinin dəlillərinə görə iddia çı 1 yanvar 2006-cı il tarixə qədər güzəştli iş stajını toplamadığından, yəni işlədiyi sementləşdirici aqreqatların motorçuları peşəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmadığından, güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.
29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
31. İşdə olan sənədlərə görə iddiaçı 18.09.1979-cu ild ə “Azneft” Birliyinin Boruinstrumental bazasında instrumental sahədə kontora 1-ci dərəcəli çilingər-təmirçi vəzifəsinə qəbul edilmiş, 30.10.1980-cı ildə Sovet ordusu sıralarına getdiyinə görə tutduğu vəzifədən azad edilmiş, 10.11.1980-cı ildən 21.11.1982-ci ilədək Sovet Ordusunda xidmət etmiş, 17.01.1983-cü ildə Əli Bayramlı cihazlar zavodunda təmir mexanika sexinə 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 24.10.1983-cü ildə 3-cü dərəcəli elektrik montyoru vəzifəsindən azad edilmiş, 15.02.1996-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə "xxxx" müştərək müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuş, 01.02.1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X11 Şirkətinin X3ndə Traktor nəqliyyat sexinə 6-cı dərəcəli qaldırıcı maşini st qəbul edilmiş, 30.11.2000-ci ilə qədər müxtəlif peşələrdə işləmiş, 01.12.2000-ci ildə "xxxx" Əməliyyat Şirkətində Texnoloji nəqliyyat sexinə 6-cı dərəcəli maşinist-qazmaçı qəbul edilmiş, 1 yanvar 2006-cı ilə qədər şirkətdə müxtəlif peşələrdə işləmişdir. 32. 1 yanvar 2006-cı il tarixədək iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü 25 ildən çox olmuşdur.
33. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 14.11.1983-cü il tarixdən 26.09.1984-cü ilədək Şirvan TNİ-nin 3-cü avtobölməsində Səyyar buxar deaksilyasiya qurğusunun maşinisti Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı, kömürün və şistin emalı, 2-ci yarımbölmə Neft-qaz və qaz kon densatının hasilatı, kod 2136200a—13969 - buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri (10 ay 12 gün); 26.09.1984-cü il tarixdən 15.02.1996-cı il tarixədək “Şirvanneft” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində işlədiyi 6-cı dərəcəli motorçu sürücü Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı, kömürün və şistin emalı, 2-ci yarımbölmə Neft-qaz və qaz kondensatının hasilatı, kod 2130200a—14754 - sementləşdirici aqreqatların motorçuları (11 il 4 ay 19 gün); 01.02.1996-cı il tarixdən 01.12.2000-ci il tarixədək X1 Traktor Nəqliyyat sexində işlədiyi qaldırıcı maşinist (4 il 10 ay) Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda Xİİ bölmənin 2-ci bəndində qeyd olunan Neft-qaz və qaz kondensatının hasilatı (kod: 2130200a-14012 qaldırıcıların maşinistləri), Karasu Əməliyyat Şirkətində 01.12.2000-ci il tarixdən 25.09.2001-ci il tarixədək Texnoloji Nəqliyyat sexində işlədiyi 6 dərəcəli qaldırıcı maşinist, 25.09.2001-ci il tarixdən 11.01.2002-ci il tarixədək Quyuların Əsaslı və Yeraltı təmiri sexində işlədiyi fəhlə, 11.01.2002-ci il tarixdən 01.12.2003-cü il tarixədək Texnoloji Nəqliyyat sexi UPA-2-də işlədiyi qaldırıcı maşinist (3 il), Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda Xİİ bölmənin 2-ci bəndində qeyd olunan Neft-qaz və qaz kondensatının hasilatı (kod: 2130200a - a) fəhlələr, 2130200a-14012 - qaldırıcıların maşinis tləri), eləcə də Nazirlər Kabinetinin hazırda qüvvədə olan 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahıda 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr: qaldırıcıların maşinistləri peşələrinə uyğun olduğundan ona güzəştli əmək pensiyasına çıxmağına əsas verir.
34. İş yerindən verilən arayışlara əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işlədiyi müddət 12 il 6 aydan çoxdur.
35. İddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda olması iş yerinin ətraflı arayışları ilə təsdiq olunduğundan, 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı mövcud olduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən (55+2) 57 yaşdan güzəştli şərtl ərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
36. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
37. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2072/2021 saylı, 22 sentyabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.