Məhkəmə qərarları › İş №2-1(102)-79/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-79/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-79/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1852/2022 saylı, 25 avqust 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən: - xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər texniki peşə məktəbində təhsil almış, - xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuş, - xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər və xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər elektrik qaz qaynaqçısı, - Güzgü-furnitur zavodunda xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər elektrik qaz qaynaqçısı, - Bakı “Poladkonstruksiya” quraşdırma idarəsində xx.xx.1989-cu ildən xx.xx.1989cu ilə qədər elektrik qaynaqçısı, - “Azərsovetkurort” ATM-də xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər elektrik qaz qaynaqçısı, - "xxxx" Nəqliyyat Müəssisəsində xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilə qədər elektrik qaz qaynaqçısı, - xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunda təlimatçı, - “Qum adası” Neft-Qazçıxarma İdarəsində xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə qədər istismar avadanlıqlarının təmiri sexində 5-ci dərəcəli qazla kəsən, - xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər həmin sexdə elektrik qaz qaynaqçısı, - xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər dizel elektrik stansiyaları sexində elektrik montyoru, - 3.03.2006-cı ildən xx.xx.2010-cu ilə qədər həmin sexdə usta, - BEOCL şirkətinin Azərbaycan Nümayəndəliyində xx.xx.201 0-cu ildən xx.xx.2011ci ilə qədər dizel elektrik stansiyaları sexində böyük usta, - xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilə qədər həmin sexdə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işləmiş, - xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə qədər "xxxx" Şirkətlər qrupu MMC-də “Elektromaşzavodu”n metalkonstruksiya sexində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, - xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər "xxxx" MMC-də sürücü işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdehin 30 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiaçıya dair xx.xx.202 1-ci il tarixli 101 və 102 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində ona 4 ay (xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il və xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) üzrə əmək haqqı ödənilmədiyi qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəblərdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay (xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2021-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuş, xx.xx.2021-ci ildə 57 yaşı tamam olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər texniki peşə məktəbində təhsil almış, ona elektrik qaz qaynaqçısı peşəsi üzrə ixtisas verilmişdir. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bakı neft emalı zavodunda mexaniki-təmir sexində xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər və xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər elektrik qaz qaynaqçısı, Güzgüfurnitur zavodunda xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər elektrik qaz qaynaqçısı, Bakı “Poladkonstruksiya” quraşdırma idarəsində xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər elektrik qaynaqçısı, “Azərsovetkurort” ATM-də xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər elektrik qaz qaynaqçısı, "xxxx" Nəqliyyat Müəssisəsində xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilə qədər elektrik qaz qaynaqçısı, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədə r “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunda təlimatçı, “Qum adası” NeftQazçıxarma İdarəsində xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə qədər istismar avadanlıqlarının təmiri sexində 5-ci dərəcəli qazla kəsən, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər həmin sexdə elektrik qaz qaynaqçısı, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər dizel elektrik stansiyaları sexində elektrik montyoru, xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilə qədər həmin sexdə usta, BEOCL şirkətinin Azərbaycan Nümayəndəliyində xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər dizel elektrik stansiyaları sexində böyük usta, xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilə qədər həmin sexdə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işləmiş, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər Suraxanı rayon Məşğulluq Mərkəzi ndə işsiz kimi qeydiyyatda olaraq işsizlik müavinəti almışdır. xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə qədər "xxxx" Şirkətlər qrupu MMC-də “Elektromaşzavodu”n metalkonstruksiya sexində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər "xxxx" MMC-də sürücü işləmişdir. Ümumi iş stajı hərbi xidmətdə olduğu, işsiz kimi müavinət aldığı və texniki peşə məktəbində təhsil aldığı müddətlər nəzərə alınmaqla 34 il 5 ay 14 gün təşkil edir. Həmin müddətin xx.xx.2006-cı il tarixinə iş stajı hərbi xidmətdə olduğu və texniki peşə məktəbində təhsil aldığı müddətlər nəzərə alınmaqla 26 il 1 ay təşkil edir. Bu müddətin 15 ilini (xx.xx.2006-cı ilə qədər) elektrik qaz qaynaqçısı işləmişdir ki, həmin peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (Ümumi peşələr) “elektrik qaz qaynaqçısı” güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. Ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməyərək, ona 06 sentyabr 2021-ci il tarixdə imtina məktubu təqdim edilmişdir.

6. Cavabdeh tərəfindən iddiaya dair etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının ümumi iş stajı xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı 02 il 10 ay, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət keçdiyi 02 il, əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdə n xx.xx.1982-ci il tarixədək işlədiyi 02 ay 08 gün, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi 06 ay 06 gün, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi 03 il 10 ay 21 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi 01 ay 20 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi 01 il 02 ay 14 gün, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi 01 il 11 ay 04 gün, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi 03 il 11 ay 30 gün, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi 02 il 30 gün və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi 05 il 09 ay 18 gün müddətdir ki, ümumilikdə 24 il 09 ay təşkil edir. İddiaçının güzəştli iş stajı xx.xx.1982-ci il tarixdən x x.xx.1982-ci il tarixədək 02 ay 08 gün, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 06 ay 07 gün, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək 08 il 06 ay 04 gün və 04 gün və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 05 il 09 ay gün müddətdir ki, bu da ümumilikdə 15 il 05 gün təşkil edir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində İddiaçı 4 ay (xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il və xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) üzrə əmək haqqı ödənilmədiyi qeyd edilmişdir. 24 dekabr 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1999-xx.xx.2000-ci il t arixləri arasındakı dövr ərzində “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunda işlədiyi qeyd olunmuşdur. Qeyd olunan dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinqi)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan sözügedən dövrləri onun ümumi stajına daxil etmək mümkün deyil.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2523/2022 saylı iş 18 fevral 2021-ci il tarixli ( hakim H.Ağalarov) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin mübahisələndirdiyi dövrlər üzrə məcburi sosial sığorta haqqının ödənilməməsi ilə bağlı imtina dəlili əsaslı deyildir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1852/2022 saylı 25 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, A.Hüseynov və S.Bəktaşi) Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə, xx.xx.1964-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ qanunvericilikdə nəzərdə tutulmuş digər tələblər ödənildiyi halda 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranacaqdı. İddiaçıya xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması və 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında' Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, iddiaçının xx.xx.2006-cı tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çox olmasına baxmayaraq, ümumi iş stajı 25 ildən azdır.

14. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.1999cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya 4 ay (xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1 992-xx.xx.1993-cü il və xx.xx.1997- xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) əmək haqqı ödənilməməsi ilə bağlıdır. Cavabdeh əlavə olaraq iddiaçının xx.xx.1999xx.xx.2000-ci il tarixləri arasında dövr ərzində işlədiyi “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunun Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsi göstərilmişdir. Qeyd edilən dövrlər çıxılmaqla 24 il 9 ay ümumi stajının olması göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyin ə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəra itinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” 19. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qa nunu Maddə 13. a) bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş staj ı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasib ətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzr ə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.2006-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur.

27. İş materiallarına əlavə edilmiş “SOCAR” “Azneft” İB-nin 27 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən o, “Qum adası” Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqlarının təmiri sexində xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “qazla kəsən”, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “elektrik qaynaqçısı”, Dizel elektrik stansiyaları sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “elektrik montyoru”, həmin sexdə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək “usta” vəzifəsində (peşəsində) işləmişdir. İddiaçı işlədiyi “qazla kəsən” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü (XXXİİİ) “Ümumi peşələr” bölməsində 23200000-11618 kodu ilə qeyd olunmuş “qazla kəsicilər” peşəsinə, “elektrik qaynaqçısı” peşəsi isə həmin siyahı da 23200000-19906 kodu ilə qeyd olunmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur.

28. Cavabdehin şikayətinin əsas dəlili Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya 4 ay (xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il və xx.xx.1997- xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) əmək haqqı ödənilməməsi ilə bağlıdır. Cavabdeh əlavə olaraq iddiaçının xx.xx.1999-xx.xx.2000-ci il tarixləri arasında dövr ərzində işlədiyi “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunun Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsi göstərilmi şdir. Qeyd edilən dövrlər çıxılmaqla 24 il 9 ay ümumi stajının olması göstərilmişdir.

29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur.

30. Lakin “Əmək pensiyaları haqqında” Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (xx.xx.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid edilməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki, “Əmək pensiyaları haqqında” Qanun qəbul olunanadək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məc buri sosial sığorta haqqının ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir

32. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1852/2022 nömrəli 25 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1852/2022 saylı 25 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar