Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-79/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sahibkarlıq sahəsində plandankənar (növbədənkənar) yoxlama aparılmasına dair qərarın mübahisələndirilməsi haqqında iddianın mümkünsüzlüyü). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərinə təyin edilən, kodu KY221867832 olan və cəmiyyətdə keçirilməli olan, lakin baş tutmayan plandankənar (növbədənkənar) yoxlamanın davam etdirilməsinin qarşısının alınması, plandankənar (növbədənkənar) yoxlamanın təkrarən təyin olunmasının, habelə cavabdeh təşkilat tərəfindən həmin yoxlama üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən müvafiq icazənin alınması və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata salınması üçün müvafiq müraciətlərin edilməsinin qarşısının alınması - bu hərəkətləri etməkdən çəkinmək barədə (qabaqlayıcı-preventiv) qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-2343/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Sürətli poçt xidməti fəaliyyəti üzrə plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi haqqında” 1/22 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 58 ünvanında fəaliyyət göstərən iddiaçı cəmiyyətin xx.xx.2019 – xx.xx.2022-ci il dövrü üzrə olan fəaliyyəti üzrə 02-xx.xx.2022-ci il tarixlərində plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır.
2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 01 noyabr 2022-ci il tarixli çıxarışa əsasən, yoxlamanın əsası insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zər ərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması; bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi; fiziki şəxs tərəfindən müraciət (məlumat) qeyd edilmişdir. 3. 01 nömrəli, 04 noyabr 2022-ci il tarixli nəzarət olunan subyektin plandankənar (növbədənkənar) yoxlanılmasına dair aktla müəyyən olunur ki, plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına şərait yaradılmamışdır, sözügedən obyekt lisenziya ərazisində göstərilən obyektə uyğun deyildir. Obyektə vizual baxış zamanı məlum olmuşdur ki, fəaliyyət ünvanı kimi istifadə olunan hazırkı obyektdə s ürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq şəraitdə (obyektin ad göstəricisi, iş saatlarını göstərən tablo, avadanlıqlar, təhlükəsizlik kameraları, rəflərlə təchiz edilmiş anbar, yanmayan seyf) təmin edilməmişdir. İddiaçı cəmiyyətin Bakı şəhəri, ünvan 1 ünvanda sürətli poçt xidmətlərinin göstərilməsi üçün uyğun şəraitin olmadığı müəyyən edilmişdir. Yoxlamanın aparılması üçün fəaliyyət ünvanına daxil olub baxış keçirilməsinə şərait yaradılmamışdır.
4. Cavabdeh tərəfindən tərtib olunmuş MN seriyalı, ******* nömrəli, 23 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 58 ünvanında xx.xx.2022-ci il tarixə təyin edilmiş plandankənar (növbədənkənar) yoxlama keçirilməsinə şərait yaradılmadığından, iddiaçı cəmiyyətin direkt oru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3926/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərarı ilə inzibati xəta törətmiş X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərinə təyin edilən, kodu KY221867832 olan və cəmiyyətdə keçirilməsi nəzərdə tutulan, lakin baş tutmayan plandankənar (növbədənkənar) yoxlamanın davam etdirilməsini n qarşısının alınması, plandankənar (növbədənkənar) yoxlamanın təkrarən təyin olunmasının, habelə cavabdeh təşkilat tərəfindən həmin yoxlama üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən müvafiq icazənin alınması və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata salınması üçün müvafiq müraciətlərin edilməsinin qarşısının alınması - bu hərəkətləri etməkdən çəkinmək barədə (qabaqlayıcı-preventiv) qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cəmiyyətin fəaliyyəti təşkilatların, qurumların və şirkətlərin məktublarının çatdırılmasını həyata keçirməkdir. Cəmiyyət 6 ilə yaxındır ki, sürətli poçt daşıması sahəsində fəaliyyət göstərir və bu günədək fəaliyyətini uğurla davam etdirmiş, vergi və qanunvericiliklə nəzərdə tutulan bütün öhdəliklər ini vaxtlı vaxtında icra etmişdir. Xüsusilə də “Poçt haqqında” Qanunun 4-cü maddəsi, “Lisenziyalar və icazələr haqqında” Qanunun 6, 7, 25, 27-ci maddələrinin tələblərinə diqqət edilmişdir. Qərəzli şəxslər tərəfindən mütəmadi olaraq fərqli qurumlara, o cümlədən, cavabdehə cəmiyyət barəsində yalan və böhtan xarakterli şikayət ərizələri göndərilməsi, cəmiyyətin iş fəaliyyətinin iflic vəziyyətə düşməsinə, imicinin korlanmasına və işçilərinin bir çoxunun işdən ayrılmasına gətirib çıxarmışdır. Artıq cəmiyyətin sahibkarlıq fəaliyyəti bu yoxlamalara görə batmaq üzrədir. Bu səbəbdən cavabdeh tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərinə təyin edilən plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi dayandırılmalıdır.
8. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, i ddiaçı cəmiyyət 2017-ci ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin verdiyi lisenziya əsasında (xx.xx.2017-ci il, İN/L- 685/2017) fəaliyyətə başlamışdır. Cari ilin iyun ayından etibarən vətəndaşlar X2 və X3 tərəfindən cəmiyyətin qanunsuz fəaliyyəti, "Engin LTD” MMC tərəfindən onlara göndərilən məktubların çatdırılmasında cəmiyyətin əməkdaşları tərəfindən saxtakarlığa yol verilməsi və bunun nəticəsində hüquqlarının pozulması əsasları ilə onlara çoxsaylı şikayətlər daxil olmuşdur. Şikayətlərin araşdırılması məqsədilə cəmiyyətə məktub göndərilsə də, lisenziya verilərkən baxış keçirilmiş ünvanda (ünvan 2 ünvanının dəyişdirilməsi barədə qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara məlumat verilməməsi səbəbindən məktubun cəmiyyətə çatdırılması və sözügedən şəxslərin şikayətlər inin araşdırılması mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına uyğun olaraq, cavabdehin nümayəndələri tərəfindən cəmiyyətin fəaliyyət ünvanında (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 58) 02-xx.xx.2022-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi barədə qərar qəbul edilmişdir. Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvanda cavabdehin yoxlayıcıları tərəfindən xx.xx.2022-ci il tarixdə plandankənar (növbənkənar) yoxlama həyata keçirilməsi üçün baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixdə cəmiyyət tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmaması səbəbindən yoxlamanın keçirilməsi mümkün olmamışdır. Belə ki, sözügedən obyekt lisenziya ərazisində göstərilən obyektə uyğun olmamış, obyektə vizual baxış zamanı isə məlum olmuşdur ki, fəaliyyət ünvanı kimi istifadə olunan hazırkı obyekt sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq şəraitlə təmin edilməmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602-ci maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması əsasları ilə inzibati xəta müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlər və cavabdehin qərarının icrası məqsədilə plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına şərait yaradılmadığı nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli 1-7-10/11812-22 nömrəli məktubla cəmiyyətin səlahiyyətli nümayəndəsi işin halları ilə tanış olması, müvafiq izahatın verilməsi və göstərilən maddə üzrə inzibati xəta haqqında pro tokolun tərtibində iştirak etməsi üçün xx.xx.2022-ci il tarixdə nazirliyə dəvət olunmuşdur. Cəmiyyətin direktoru Zaur Hacıyevin iştirakı ilə xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək protokolun surəti ona təqdim edilmişdir. İnzibati xəta haqqında iş üzrə materiallar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, işə baxan məhkəmə tərəfindən cəmiyyətin direktoru X1 İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilərək 1000 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2022-ci il tarixli 3(001)-3926/2022 nömrəli qərar qəbul edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən, iddia əsassız olduğundan rədd edilməlidir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Almazova) 03 fevral 2023-cü il tarixli, 21(112)-3877/2023 nö mrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi iki hissədən ibarətdir. Tələbin birinci hissəsi ilə bağlı işin halları ilə müəyyən edilir ki, iddiaçıya münasibətdə cavabdeh orqan tərəfindən plandankənar yoxlamanın xx.xx.2022 xx.xx.2022-ci tarixində keçirilməsi nəzərdə tutulmuş, iddiacı tərəfindən plandankənar yoxlamanın aparılmasına şərait yaradılmamış, bu barədə, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsiinin xx.xx.2022-ci il tarixli, 3(001)-3926 nömrəli qərarına əsasən inzibati xəta törətmiş vəzifəli şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604.2-ci maddəsində nəzərdə tutulmuş 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, plandankənar yoxlamanın keçirilməsi barədə nəzərdə tutulmuş müddət artıq keçdiyindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş (faktiki olaraq keçirilə bilməmiş) yoxlamanın dayandırılması üzrə tələbinə mahiyyəti üzrə baxılıb iş üzrə qərar qəbul edilsə belə, qəbul ediləcək qərarın icrası mümkün olmayacağından, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Bununla əlaqədar məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələb üzə mahiyyət etibari ilə əsas tələbin birinci hissəsi ilə eynilik təşkil edən “cavabdeh tərəfindən xx.xx.2022 - xx.xx.2022 tarixlərə təyin edilən, kodu KY221867832 olan plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsinin dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə də xx.xx.2023-cü il tarixdə baxılmış və məhkəmənin 15(112)-9/2023 saylı qərardadı ilə ərizə mümkün sayılmamışdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, yoxlamanın həyata keçirilməsi cavabdeh inzibati orqanın qanunla müəyyən olunan səlahiyyətidir və bu barədə əvvəlcədən hər hansı qadağanedici tədbirlər görülməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia mümkün sayılmamalı, iddiaçıya plandankənar yoxlama keçirildikdən sonra yoxlamanın nəticələrinə dair yoxlayıcı orqanın qərarını mübahisələndirmək hüququnun olması izah edilməlidir.
11. İddiaçı həmin qərardaddan apellya siya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia mümkün sayılmaqla, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və R. Səmədov) 10 iyul 2023-cü il tarixli, 2-1(103)2343/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-3877/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barəd ə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu bildirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayətində qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1.Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: … 1.1.6. Plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. Maddə
16. Plandankənar (növbədənkənar) yoxlama 16.1. Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: … 16.1.3. Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rə smi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda aparılır. … 16.4. Bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya mediada yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. … 16.7. Bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. 16.8. Bu Qanunun 16.7-ci maddəsində göstərilən amillərin təhlili nəticəsində yoxlayıcı orqan insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olmadığı və ya mühüm zərərin vurulmadığı barədə qənaətə gəldikdə, bu Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yetərli əsasların olmadığı barədə qərar qəbul edir. Bu qərar əsaslandırılmalı, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanmalı və müraciət etmiş şəxsə (orqana), məlumatı yaymış kütləvi informasiya vasitəsinə göndərilməlidir. 16.9. Anonim müraciətlər (məlumatlar) əsasında bu Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassa siya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidi r. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisə lərə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
27. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasın ı, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılma sı və s. meyarlar nəzərə alına bilər. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən plandankənar yoxlamanın xx.xx.2022-xx.xx.2022-ci tarixlərdə keçirilməsi nəzərdə tutularaq müvafiq qərar qəbul edilmiş, iddiaçı tərəfindən plandankənar yoxlamanın aparılmasına şərait ya radılmamış, bu barədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsiinin xx.xx.2022-ci il tarixli 3(001)-3926 nömrəli qərarına əsasən inzibati xəta törətmiş vəzifəli şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604.2-ci maddəsində nəzərdə tutulmuş 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, plandankənar yoxlamanın keçirilməsi barədə nəzərdə tutulmuş müddət artıq keçdiyindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə keçirilməsi nəzərdə tutulmuş yoxlamanın dayandırılması mümkün deyildir. Başqa sözlə, iddiaçının hüquqi marağı mövcud deyildir, yəni onun ça tmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir.
30. Həmçinin qeyd edilməlidir ki, inzibati orqanın yoxlamanın keçirilməsi ilə bağlı qəbul etdiyi və hazırda mübashisə predmeti olan qərar inzibati akt deyildir. Belə ki, plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında qərar özü-özlüyündə heç bir hüquqi nəticə yaratmır, yoxlanılan şəxsin – sahibkarın məsuliyyətinin yaranması üçün yuxarıda adı çəkilən qərarın (inzibati aktın) qəbul edilməsi tələb olunur. Belə ki, aparılan yoxlamanın nəticələri qanunvericiliyin tələblərinə müvafiq olaraq aktla rəsmiləşdirilir və həmin akt əsasında müvafiq qərar qəbul edilir. Məhz həmin qərar inzibati akt sayılır və sahibkar üçün məsuliyyət yaradıqda inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Buna görə də, inzibati orqanın heç bir hüquqi nəticə yaratmayan aktı (plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında) mübahisənədirilsə belə, onun ləğvinin tələb edilməsi barədə iddianın mümkünsüz sayılacağını nəzərə alaraq, belə yoxlamanın davam etdirilməsinin qarşısının alınması barədə tələb də əhəmiyətsizdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məh kəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-2343/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.