Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-790/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Təhsildə X1rşı (bundan sonra cavabdeh) (üçüncü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(103)-1599/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AZE 0*******, FİN kod: xxxxxxx) xx xxxxxxxx 1995-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayır.
2. X3 Tədris Universiteti tərəfindən verilmiş THTU seriyalı 000101 saylı 28 iyul 2017-ci il tarixli diplomun və həmin diploma əlavənin surətindən görünür ki, iddiaçı əyani təhsil almış və ona X4 Doktoru dərəcəsi verilmişdir.
3. İddiaçı ona verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən e dilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir.
4. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli 2304-444/ANİ saylı imtina məktubunda qeyd edilmişdir ki, X3 Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun ali təhsil almasını təsdiq edən X10 Universitetinin THTU seriyalı 000101 saylı xx.xx.2017-ci il tarixli diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-2017-ci illərdə X10 Universitetində stomatologiya ixtisası üzrə əyani əsaslarla təhsil almış, 2017-ci ildə həmin universiteti bitirmiş, ona xx.xx.2017-ci il tarixdə THTU № 000101 nömrəli bakalavr diplomu verilmiş, diplom xx.xx.2017-ci il tarixdə Apostil olunmuşdur. Diplom üzrə aldığı ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada, lazımi sənədəri təqdim etməklə müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Qeyd olunur ki, cavabdeh inzibati orqan onun diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə haqqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Müddətli həqiqi hərbi xidmətdə olduğu zaman şəxsi elektron kabinetində yerləşdirilmiş xx.xx.2018-ci il tarixli məktuba əsasən ailə üzvlərinə məlum olmuşdur ki, diplom üzrə alınan ixtisasın tanınması mümkün hesab olunmamışdır. Həmin məktub ona rəsmi qaydada təqdim olunmamışdır. Nümayəndəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsində xx.xx.2018-ci il tarixdə qəbulda olmuş, toplanmış materiallarla tanışlıq zamanı imtina məktubunda imtinanın əsaslandırılmasına dair qeyd olunanlardan əlavə əsaslandırma, normativ istinadın əks olunduğu hər hansı qərar və ya rəy aşkar olunmamışdır. Bundan başqa tanışlıq zamanı X5 Tədris Universitetinə ünvanladığı sorğu əsasında həmin universitet tərəfindən gürcü dilində verilmiş cavab məktubunun nə azərbaycan dilinə, nə də ki beynəlxalq dil hesab olunan ( rus, ingilis və s.) hər hansı dilə tərcümə olunmadan materiallara əlavə olunması nümayəndəyə məlum olmuşdur (əgər idarədə gürcü dilini bilən şəxs olubsa və ya sənədin məzmununun şifahi tərcüməsi il ə bağlı tərcüməçi dəvət olunubsa bununla bağlı qeyd olmalı, həmin işçi və ya tərcüməçinin şəxsiyyəti və müvafiq dili bilməsi barədə sənəd materiallara əlavə olunmalı idi, lakin olunmamışdır). Nümayəndəsi idarənin sorğusu əsasında Dövlət Sərhəd Xidmətindən alınan giriş-çıxışını əks etdirən cədvəl və onun Gürcüstan Respulikası ərazisində olduğu müddətlərə dair ekspertin hesablamaları ilə tanış olmuş və müəyyən etmişdir ki, ekspert tərəfindən hesablamalar düzgün aparılmamışdır. Belə ki, onun Gürcüstan Respublikasına səhər saatlarında girişi və eyni gün axşam saatlarında çıxışları olmuş, ekspert tərəfindən bu giriş-çıxış 1 gün hesablanmışdır (dərsdə iştirakının mümkün ola biləcəyi saatlarda həmin ölkədə olsa da bu cür birgünlük giriş- çıxışın da nəzərə alınmadığı hallar aşkar olunmuşdur). Laki n Gürcüstan Respublikasına səhər saatlarında daxil olub başqa gün axşam saatlarında Gürcüstan Respublikası ərazisindən çıxsa da, bütün hesalamalarda ekspert tərəfindən 1 gün əksik hesablanmışdır (ya giriş günü ya çıxış günü nəzərə alınmamış, məsələ məhz giriş və ya çıxış vaxtlarının dərsdə iştirak edə biləcəyi imkanı nəzərə alınmadan hesablanmasındadır). Bundan başqa həftənin şənbə günləri dərsdə iştirak etməsi nəzərə alınmayaraq, şənbə günləri Gürcüstan Respublikasında olduğu müddətlər dərsdə iştirak etdiyi müddətlərə hesablanmamışdır. Şəxsi elektron kabinetdə yerləşdirilmiş məktubda imtinanın əsası kimi göstərilmişdir ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun Gürcüstan Respublikasında qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan təd ris yükünün yerinə yetirilməsi qeyri-mümkündür və normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Məktubda qısa müddət dedikdə, hansı müddət nəzərdə tutulduğu, hansı tədris ilində müddətin kifayət etmədiyi, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkünlüyünün nədə ifadə olunduğu, tədris yükünə riayət olunması üçün minimum müddətin nə qədər olduğu, təhsil müddəti, hansı normativ-hüquqi akta əsasən tənzimləndiyi, normativ müddətin tələbinin nəyə əsaslandığı və hansı müddətin kifayət olduğu göstərilməmişdir. Əsas məsələ bundan ibarətdir ki, məktubdan görünür ki, idarə tərəfindən Azərbaycan Respublikasında tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin hansı qanunvericilik aktı ilə tənzimləndiyi və müddətlərə dair qanunvericilikdə nə qədər tələbin olması araşdırılmamışdır. Qanunvericilik və müvafiq tədris proqramlarında qeyd olunan məsələlərin tənzimlədiyi halda subyektiv rəy olaraq “qısa müddətdə ölkədə olma” və ya “normativ müddətin tələbinin” pozulması kimi əsaslandırılmamış rəyə əsasən imtinanın verilməsi inzibati icraat prinsiplərinə ziddir. O, Gürcüstan Respublikasının ərazisində məktubda qeyd olunduğu kimi qısa müddət deyil, illər üzrə müəyyən olunmuş kreditləri ödəməyə kifayət edəcək qədər müddətdə olmuşdur. İddiaçı universitetə qəbul olunan zaman 2012-ci ildə ümumvətəndaş pasportunu almış və giriş-çıxışla bağlı vurulan ştamplar ilə pasportun səhifələri dolduğu üçün 2015-ci ildə 2-ci ümumvətəndaş pasportunu almışdır. Universiteti bitirənədək 2-ci pasportunun da səhifələri giriş-çıxış ştampları ilə demək olar ki, art ıq dolmuşdur. Onun faktiki yaşayış ünvanı Şəmkir rayonu, Çinarlı qəsəbəsidir. Şəmkir rayonu ilə Tiflis şəhəri arasında 168 km-lik məsafə var, bu isə avtomobillə 2 saat 20 dəqiqəyə qət olunan yoldur. Atası vəfat etdiyi və anası tək yaşadığı üçün, o, anasının tək qalmaması və ailə təsərrüfatına kömək etmək üçün 5 həftəlik imtahan sessiyası zamanı Gürcüstan Respublikasında qalmamış, yalnız imtahan günləri həmin ölkəyə gedib-qayıtmış, eləcə də həmin ölkədə bayram olan günləri, həftənin şənbə (dərs olmayan zaman) və bazar günləri Şəmkir rayonunda olmuşdur. Onun 5-ci kursda Gürcüstan Respublikasının ərazisində olduğu müddət 122 gündür, yəni həmin ölkədə ən az olduğu tədris ilidir. X10 Universitetinin proqramına əsasən 10-cu semestrdə auditoriya saatı cəmi 6 saatdır (mühazirə), qalan 465 saat pra ktik məşğələ saatı, 179 saat isə sərbəst iş saatıdır. Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən imtahana buraxılış üçün 25% auditoriya saatında iştirak tələb olunur. Bu halda Qərarın tələbi pozulmamışdır, çünki praktik məşğələ saatları olmuşdur. Yəni, praktik məşğələlərin verilməsi üçün tələb olunan nisbi işitak tələbini 122 gün həmin ölkədə olmaqla ödəməyi mümkündür.
7. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilərək Azərbaycan Respublikası Təhsil Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997- ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi t ədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində də öz əksini tapmışdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı m ütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivale ntliyin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqrafları nı rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. İddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Gürcüstan Respublikası X10 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Belə ki, iddiaçı 5 il əyani təhsil müddəti ərzində ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə: l-ci tədris ilində - 6 ay 11 gün; ll- ci tədris ilində- 6 ay; lll-cü tədris ilində - 4 ay 25 gün; İV-cü tədris il ində - 4 ay 5 gün; V-ci tədris ilində - 2 ay 22 gün olmuşdur (Gürcüstan Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 20122017-ci illər haqqındakı qeydlərdə öz əksini tapmışdır). Göründüyü kimi, Gürcüstan Respublikası Tbilisi Humanitar Universitetinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 2 mart 2021-ci il tarixli, 2-1(112)-70/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının 30 sentyabr 1997ci il tarixli 367- İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyana, Azərbaycan Respublikas ı Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarına istinad edərək qeyd etmişdir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabde hə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(103)-1599/2021 saylı qərarı ilə (hakimlər X8 – sədrliyi və məruzəsi ilə, X9 və X6) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2 mart 2021ci il tarixli, 2-1(112)-70/2021 nömrəli qəra rı ləğv edilərək iddia tələbi təmin edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh diplomu tanımaqdan imtina edərkən iddiaçının Gürcüstan Respublikası X10 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olduğuna əsaslanmışdır. Lakin cavabdeh bu zaman özünün mövqeyini dəqiqləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu göstərməmişdir.
14. Bununla bağlı olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən sərhədkeçmə məlumatları əsas götürülməklə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı əyani təhsil aldığı 5 illik təhsil müddətində cavabdehin verdiyi rəyə əsasən İ kursda- 6 ay 11 gün deyil, bundan 9 gün çox- 6 ay 20 gün, İİ kursda- 6 ay deyil, bundan 16 gün çox- 6 ay 16 gün, İİİ kursda- 4 ay 25 gün deyil, bundan 12 gün çox- 5 ay 7 gün, İV kursda-4 ay 5 gün deyil, bundan 18 gün çox- 4 ay 23 gün, V kursda- 2 ay 22 gün deyil, bundan 14 gün çox- 3 ay 6 gün ölkə xaricində olmuşdur. Belə ki, iddiaçının Gürcüstan Respublikası ərazisində olan Universitetə Azərbaycan Respublikasının Şəmkir rayonundan getməsi (sərhədkeçmə haqqında məlumatlara əsasən çox vaxt səhər saatlarında getməsi və axşam saatlarında qayıtması), həmin rayon ilə Tiflis şəhəri arasında 168 km-lik məsafənin olduğu, bunun isə avtomobillə 2-3 saatlıq yol olduğu cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamış, buna görə də iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər düzgün hesablanmamış və nəticəd ə cavabdeh inzibati orqan tərəfindən mənfi rəy verilmişdir.
15. Bundan başqa, apellyasiya baxışı zamanı iddiaçı X2 bakalavr diplomu üzrə ixtisasın mənimsənilməsi üçün onun təhsil aldığı ölkədə, xüsusilə də sonuncu kursda dərslərdə ümumi iştirak müddətinin (sərbəst işlər üçün ayrılmış vaxtlar da nəzərə alınmaqla) yetərli olub-olmamasının müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən müsahibə təşkil edilməsi üçün cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixli qərardadla müddət təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə bağlı məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdi ki, İlkin Əhmədova X3 Tədris Universiteti tərəfindən verilmiş THTU seriyalı 000101 saylı xx.xx.2017-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edil məsi məsələsinə yenidən baxılmış, yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür.
16. Cavabdeh yuxarıda göstərilən və imtinanın əsası kimi istinad etdiyi mövqeyini məhkəmə icraatı zamanı da dəqiqləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu göstərməmişdir. Aparılan məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, iddiaçı əyani təhsil aldığı 5 illik təhsil müddətinin 4 təhsil ili ərzində normativə uyğun olaraq dərslərdə iştirak etsə də, son tədris ilində ölkə xaricində cavabdehin göstərdiyi kimi 2 ay 22 gün (əslində sərhədkeçmə məlumatına əsasən bu 3 ay 6 gün təşkil edir) olmuşdur k i, cavabdeh də bu müddətin bir illik tədris yükünü mənimsəmək üçün yetərli olmadığı qənaətindədir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçıya məxsus pasportdakı qeydlərdən, həm də Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, iddiaçı əyani təhsil aldığı müddətin ilk 4 ili ərzində kifayət qədər uzun müddət ərzində Gürcüstan ərazisində olmuş, buna görə də, həmin dörd illik müddətlə bağlı iddiaçının normativə uyğun olaraq dərslərdə iştirakının sübuta yetirildiyi müəyyən olunur. Lakin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tədrisin sonuncu ilinin təcrübə ili olduğunu, iddiaçının təcrübəsini Azərbaycanda keçdiyini nəzərə almamış, formal əsaslardan çıxış etməklə tədris yükünü mənimsəməyin mümkün olmadığı qənaətinə gəlmişdir.
17. Qeyd edilmişdir ki, sonuncu tədris ili təcrübə ili olduğu üçün iddiaçı həmin təcrübəni Azərbaycanda keçmişdir. Gəncə şəhər SV Dental Kilinikasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X7 2016-cı ilin sentyabr-dekabr aylarında 30 gün, 2017-ci ilin yanvar-iyun aylarında 45 gün həkim- stomotoloq Samir Verdiyevin yanında təcrübə keçmişdir. Deməli, iddiaçı V kursla bağlı da tədris yükünü ödəmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçının təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Gürcüstanda qısa müddət ərzində olduğuna və buna görə də, diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmasına baxmayaraq bu halın mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, İPM in 14.3-cü maddəsinə əsasən bu halda sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Həmin maddəyə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.
19. Beləliklə, iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur.
20. Cavabdeh apelly asiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri ilə iddia tələbinə qarşı verilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə dair təqdim olunmuş etirazın dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Təhsil haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-); 1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusu nun müəyyənləşdirilib təsdiq edilməsi proseduru; (-); 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; (-); 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; (-). Maddə
27. Təhsil haqqında dövlət sənədi (-); 27.2. Təhsil haqqında dövl ət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. (-); 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə
24. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: (-); 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-). Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-); 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətənd aşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.
25. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqq ında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalikifasiyalarının tanınmasını həyata keçirir və tanınmasına dair sənədlər verir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: - 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.6-cı bənd. Xarici dövlətlər in ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin mə zmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
27. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul e dilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
28. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1 (102)-2046/2020 nömrəli qərarında qeyd olunmuşdur ki, “göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu hesab etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. Ümumiyyətlə, apelyasiya instanisya məhkəməsi qərarını əsaslandırmamış, sadəcə maddi və prosessual hüquq normalarını sadalamış və son nəticədə cavabdehin imtinasının qanuni olması qənaətinə gəlməklə, əsaslandırılmamış qərar qəbul etmişdir”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstə rilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, cavabdeh orqan iddiaçının diplomunun tanınmasından imtina edərkən iddiaçı tərəfindən qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinə yetiriliməsinin qeyri-mümkün olduğunu qeyd etmiş, bu baxımdan “Qaydaları”nın 3.7-ci bəndinə əsasən diplom üzrə ixtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy vermişdir. Cavabdeh öz kassasiya şikayətində də həmin dəlillərə istinad etmişdir.
35. Kollegiya ilk növbədə bununla bağlı olaraq kassasiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş (hazırkı qərarın 30-cu bəndi) hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyrimüəyyəndir. Belə ki, sözü gedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarını n tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (qiyabi) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur.
36. Göründüyü kimi, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir.
37. Bundan başqa, işin aşağı instansiya məhkəmələrində müəyyən edilən hallarından görünür ki, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib gəlmiş, həmin ölkədə olmadığı dövrün səbəblərini məhkəməyə bildirmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Qeyd olu nanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.
38. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm maddi, həm də prosessual hüquq normalarının tələblərinə əməl olunmuşdur. Odur ki, cavabdehin kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazır kı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə iddiaçı tədris yükünü yerinə yetirməsini sübut edə bilmiş, cavabdeh imtinasının əsası kimi göstərdiyi dəlillərin qanuni olduğunu sübut edə bilməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-1599/2021 nömrəli qərarı