Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-790/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) 11.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2-1(103)-2499/2022 n ömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsində struktur dəyişikliyin aparılması haqqında” xx.xx.2021- ci il tarixli F37 nömrəli əmr ilə Baş İdarənin strukturu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilmişdir.
2. İddiaçı ailə vəziyyəti ilə bağlı olaraq xx.xx.2021-ci il tarixdə iş yerinin dəyişdirilərək 6 saylı Ərazi Vergilər Baş İdarəsində boş ştat vahidinə keçirilməyi üçün Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət etmişdir.
3. İddiaçı xx.xx.2021 tarixli **********518000 nömrəli əmr ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu – “Bakı Ş əhəri X1 Baş İdarəsinin iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəis müavini” vəzifəsindən azad edilərək 3 ay müddətinə sərəncama çıxarılmışdır.
4. Cavabdehin “İşçilərin xidmətinə xitam verilməsi və sərəncamdan çıxarılması haqqında” xx.xx.2021-ci il tarixli əmri ilə dövlət vergi orqanının sərəncamında olan əməkdaşların hal-hazırda uyğun vəzifələrə təyin edilmələrinin qeyri-mümkünlüyü nəzərə alınaraq, “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3cü hissəsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsini”nin 5.5.6-cı yarımbəndləri rəhbər tutularaq sərəncama götürülmüş şəxslərlə, o cümlədən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2021-ci il tarixdən sərəncamdan çıx arılmış hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı mübahisələndirmə haqqınada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” əmrinin ona aid hissəsinin ləğv edilməsi, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 80-ci maddəsində müəyyən edilmiş formada işə bərpa olunmasının təmin edilməsi, sərəncama çıxarıldığı gündən hazırki vaxtadək almalı olduğu əmək haqlarının tam şəkildə ödənilməsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə vəzi yyəti ilə əlaqədar iş yerinin dəyişdirilməsini xahiş etsə də, əsassız olaraq sərəncama çıxarılmış, sonda isə işdən azad edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilsə də, həmin müddəaya əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xidmətə xitam verilə bilər. Lakin iddiaçıya hər hansı başqa vəzifə təklif edilməmiş, o cümlədən digər vəzifəyə keçirilmənin qeyri-mümkünlüyü əmrdə əsaslandırılmamışdır. Həmçinin, xx.xx.2021-ci il tarixdə verilsə də, xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. Bundan əlavə, iddiaçı Bundan əlavə, sərəncamda olduğu 3 ay müddətində ona əmək haqqı ödənilmiş, lakin növbəti 3 ay ərzində heç bir əmək haqqı ödənilməmişdir. Halbuki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinin tələblərinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Müstəsna hal olaraq əlavə 3 ay müddət uzadılmışdırsa, həmin dövrdə əmək haqqı da ödənilməli idi.
7. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırkı iddia ərizəsi ilə Bakı İ nzibati Məhkəməsinə xx.xx.2022-cı tarixdə müraciət etmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli sərəncamdan çıxarılma barədə məlumat ona xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Əlavə olaraq, xx.xx.2021-ci il tarixli əmrlə ştat vahidlərinin sayı azaldılmış, daha az sayda ştat tərkibi təsdiq edildiyinə görə iddiaçının digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bundan əlavə, sərəncamın olduğu ilk üç ay ərzində “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinin tələblərinə əsasən əmək haqqı ödənilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-5588/2022 nömrəli (hakim N.İ.Abıyev) qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən əmri “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələbinə uyğun əsaslandırılmış, əmrin qəbulu zamanı maddi hüquq normalarının pozuntularına yol verilməmişdir. Belə ki, mübahisələndirilən əmrin hüquqi əsasını “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsi təşkil edir.
10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2-1(103)-2499/2022 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) ilə iddiaçının apellyasiya şikayəti q ismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən, “iddiaçının sərəncama çıxarıldığı gündən hazırki vaxtadək almalı olduğu əmək haqlarının tam şəkildə ödənilməsi haqqında iddia tələbinin rədd olunması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi sərəncamda olma müddətinin uzadıldığı dövr üzrə əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilmiş, qərar qalan hissələrində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Həmin hissədə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin əvvəlki 451 ştat vahidindən t əşkilati-struktur dəyişiklikləri çərçivəsində 399 ştat vahidi saxlanıldığı halda iddiaçının həmin idarədə nəinki əvvəlki vəzifəsinə uyğun işlə, hətta başqa bir vəzifə ilə də təmin olunması mümkün deyil və ağlabatan görünmür. Belə olan halda, cavabdehin mübahisələndirilən əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək sərəncamdan çıxarılmış hesab edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü bəndinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə b ilər. İPM-in 70.1-ci maddəsindən isə görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Əlavə olaraq “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 24,61-ci maddələrinə, İPM-nin 12,13, 14.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları ətraflı araşdırıl mamışdır.
15. Belə ki, xx.xx.2021- ci il tarixli F37 nömrəli əmr ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin strukturu təsdiq edilmiş və həmin əmrin əlavəsi ilə bəzi struktur vahidlər birləşdirilərək yeni adla yaradılmış, o cümlədən əmrdə iddiaçının xidmət etdiyi “İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsi”nin ləğv edilməsi deyil, “Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsi" ilə birləşdirilərək “Bəyannamələr və təhlil idarəsi" kimi adlandırılması və bu strukturlarda xidmət edən əməkdaşların yeni yaradılmış struktur vahidlərində xidmətə keçirilmələri nəzərdə tutulmuşdur. Başqa sözlə, F37 nömrəli xx.xx.2021-ci il tarixli Əmrin 1-ci bəndindən də görünür ki, Əmrdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi X idmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin strukturu və ştat vahidlərinin sayı və bölgüsünün azaldılması, hər hansı bir İxtisarın aparılması deyil, İdarənin strukturu, ştat vahidlərinin sayı və bölgüsünün yeni redaksiyada təsdiq edilməsi əmr edilmişdir. Digər tərəfdən yuxarıda adıçəkilən Əmrlə hər hansı təşkilati ştat tədbirləri ilə əlaqədar əməkdaşların işdən azad edilməsi və ya sərəncama çıxarılması deyil, əksinə əmrin 1-ci bəndinə uyğun olaraq kadrların yerləşdirilməsi üçün 5 gün müddətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır
16. Bundan əlavə, iddia o halda əsassız sayılaraq rədd oluna bilərdi ki, cavabdeh inzibati orqanın təqdim etdiyi sübutlarla Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X1 üzrə Baş İdarəsində təşkilati-ştat tədbirlərinin keçirilməsi, iddiaçının Respublika vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması və rəsmi qaydada ona təklif olunmuş başqa vəzifəyə keçirilmədən imtina etməyi öz təsdiqini tapmış olsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdehin kassasiya şikayətinə qarşı təqdim edilmiş etirazında apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli (№) Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”: Maddə
75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər:... 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanla rında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 61.1.Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün mü ddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) d əyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın rədd edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həm in hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya ins tansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
27. Belə ki, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Hazırkı iş üzrə işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarına (iddiaçının təşkilati-ştat tədbirləri nin keçirilməsi ilə əlaqədar ixtisar edilməsinin qanuniliyi, digər vəzifəyə keçirilməsi mümkün olmaması, iddiaçının tutduğu vəzifənin təzə strukturda mövcud olmaması) maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən işdə olan sübutları tam və hərtərəfli araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermişdir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 21(103)-2499/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.