Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-791/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimləri Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı pensiyaya çıxmasını təmin etmək məqsədilə xidmət etdiyi illərin düzgün hesablanılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(112)-1967/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərarınd an iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyaya çıxmasını təmin etmək məqsədi ilə xidmət etdiyi illərin düzgün hesablanılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-2285/2021 saylı (hakim M.Hacıbəyova) qərarı ilə iddia rədd edilmişdir.
3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2021-ci il tarixli 2-1(103)-1967/2021 saylı qərarı (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağ ıyeva və C.Yusifov) ilə Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)2285/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qərardan iddiaçı kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən geri qaytarılmadığı üçün müddətin ötürülməsinin bərpa edilməsi barədə vəsatət vermək üzrlü səbəbdən gec verilmişdir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarı ona təqdim edilməmiş və qərarın əldə edilməsi barədə qəbzə imza etməmişdir. Bundan başqa qeyd edilən tarixdə o işlə əlaqədar olaraq Yardımlı rayonunda olduğu üçün və heç kimə də etibarnamə verə bilmədiyindən onun yerinə kass asiya şikayəti verilə bilməzdi. Bu səbəbdən də o, Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(103)1967/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsini və kassasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış pr osessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən ərizə rədd edilməli və kassasiya mümkün sayılmamalıdır.
9. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2-1(103)-1967/2021 saylı qərarı 6 sentyabr 2021-ci il tarixdə iddiaçıya göndərilmiş və iddiaçı SS736189713AZ poçt qəbzinə imza etməklə qərarı almış (iş vər. 72), kassasiya şikayəti isə 13 dekabr 2022-ci il tarixdə vermiş, yəni qanunla nəzərdə tutulmuş 1 (bir) aylıq prosessual müddət ötürüldükdən sonra verilmişdir. 10.İddiaçı özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətinin ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsi ilə bağlıdır.
11. İddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müd dətin ötürülməsini etiraf edərək müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, qeyd edilən tarixdə o işlə əlaqədar olaraq Yardımlı rayonunda olduğu üçün və heç kimə də etibarnamə verə bilmədiyindən onun yerinə kassasiya şikayəti verilə bilməzdi.
12. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı işlə əlaqədar olaraq Yardımlı rayonunda olduğu səbəbindən şikayətin vaxtında verilməsinin mümkün olmadığını bildirsə də, bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət ü zrə kassasiya mümkün sayılmamalıdır.
14. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1967/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.