Məhkəmə qərarları › İş №2-1(102)-791/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-791/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-791/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə hüququn dövlət qeydiyyatına alınması barədə iddianın əsassızlığı; qanunla nəzərdə tutulmuş və qeydiyyat üçün əsas olan sənədlərin təqdim olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə hüququn dövlət qeydiyyatına alınaraq texniki pasportun və reyestrdən çıxarışın iddiaçının adına verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)1983/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ümumi sahəsi 69.30 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiy yatdan keçmişdir.

2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1sının xx.xx.2022-ci il tarixli, 10 nömrəli qəbul aktına və rəyinə əsasən İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 saylı ünvandakı qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir.

3. Müəyyən edilmişdir ki, Hüseynbala Əliyev küçəsi 15 saylı ünvandakı qeyriyaşayış sahəsi DƏDRX-nin ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 69.30 kv.m olmaqla vətəndaş İddiaçı məxsusdur. Ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, vətəndaş İddiaçı məxsus sözügedən qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsi 199.47 kv.m təşkil edir. Ümumi sahələrdəki fərq, öncəki sahibi tərəfindən rekonstruksiya və yenidənqurma işləri aparılması səbəbindən yaranmışdır. Komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 saylı ünvandakı qeyriyaşayış sahəsinin ümumi sahəsi mövcud ölçülər daxilində 199.47 kv.m olmaqla məqsədəuyğun hesab edilmişdir.

4. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 24 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamına əsasən,

1. Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 saylı ünvandakı qeyri-yaşayış sahəsinin ümumi sahəsi 199.47 m2 hesab edilməsi;

2. Sərəncamın surəti vətəndaş İddiaçı, şəxsi hesab vərəqəsində dəyişiklik edilməsi üçün rayon MKTB-nə, məlumat üçün RİH Başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə, qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilməsi barədə sərəncam verilmişdir.

5. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 199.47 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq texniki pasportun və reyestrdən çıxarışın iddiaçının adına verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir.

6. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən qeyri-yaşayış sahəsinə əlavə artırılmış sahənin tikintisinə icazə sərəncamı və həmin sahənin altında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsin də icraat

7. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 199.47 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq texniki pasportun və reyestrdən çıxarışın iddiaçının adına verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Aparılmış rekonstruksiya və yenidənqurma işləri nəticəsində xüsusi mülki yyətində olan qeyri yaşayış sahəsinin ölçülərində fərq yaranaraq faktiki ümumi sahəsi 199.47 kv.m təşkil etmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə iddiaçı tərəfindən edilmiş müraciət inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubu ilə icra edilməkdən imtina edilmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi idarəsinə edilmiş müraciət “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə uyğundur və orqanın imtinası qanunsuzdur. Belə ki, Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilərək, iddiaçıya məxsus olan ünvan 1 ünvandakı qeyriyaşayış sahə sinin ölçülərinin dəqiqləşdirilməsinə dair sərəncam verilməsi xahiş olunmuşdur. Bununla əlaqədar olaraq Nəsimi rayonu, 51 saylı MKİS tərəfindən yerində baxış keçirilərək xx.xx.2022-ci il tarixli akt və cizgisi tərtib olunmuşdur. Eyni zamanda Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 tərəfindən, xx.xx.2022-ci tarixli, 10 nömrəli rəy və qəbul aktı, daha sonra Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, 24 nömrəli ölçülərin dəqiqləşdirilməsi barədə Sərəncam qəbul edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmiş və etirazında göstərmişdir ki, idarənin mütəxəssisləri tərəfindən qeyri-yaşayış sah əsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, dövlət reyestrində qeydiyyata alınmış 69.30 kv.m qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 201.1 kv.m-dir. Artırılmış əlavə sahə (131.8 kv.m) və altında yerləşən torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10080/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 199.47 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq texniki pasportun və reyestrdən çıxarışın iddiaçının adına verilməsi vəzifəsinin cavabde hin üzərinə qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi DƏDRX-nin ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışına əsasən iddiaçıya məxsusdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahəsi 199.47 kv.m təşkil edir, ümumi sahədəki fərq qeyri-yaşayış sahəsində aparılmış təmir tikinti və yenidənqurma işləri səbəbindən yaranmışdır. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 24 nömrəli sərəncamı ilə iddiaçıya məxsus qeyriyaşayış sahəsinin 199.47 kv.m hesab edilməsi qərara alınmışdır.

12. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Belə ki, sözügedən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

13. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1983/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10080/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

16. Apellyasiya instans iyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Belə ki, işin materiallarına görə, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 199.47 kv.m olan (mütəxəssis rəyinə əsasən 187.7) qeyri-yaşayış sahəsinin 69.30 kv.m-i dövlət reyestrində qeydiyyata alınmış və iddiaçının xüsusi mülkiyyətindədir. Daha sonra, iddiaçı və ya əvvəlki mülkiyyətçisi tərəfindən aparılan yenidənqurma işləri nəticəsində həmin qeyri-yaşayış sahəsinin faktiki ölçüsü artırılmış, mütəxəssis rəyinə əsasən əlavə sahənin ölçüsü 118.4 kv.m olmuşdur.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı»nın təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli, 214 №li Qərarına əsasən, istismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur: İ yüksək məsuliyyət səviyyəli; İİ normal məsuliyyət səviyyəli; İİİ aşağı məsuliyyət səviyyəli.

18. İİ normal məsuliyyət səviyyəli bina və qurğular:

1. İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular;

2. Yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla);

3. Təhsil və səhiyyə obyektləri;

4. Mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər;

5. İstehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməyə əsasən yerli icra hakimiyyəti başçılarının aşağıdakı ümumi səlahiyyətləri müəyyən edilmişdir.... 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək;... 4.18.2-ci bəndində nəzərdə tutulur ki, bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.

20. İş materiallarından və tərəflərin izahatlarından iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi tikilinin Nazi rlər Kabinetinin müvafiq qərarında qeyd edilən təsnifata uyğun olaraq ikinci məsuliyyət dərəcəli qurğulara aid olması müəyyən edilir.

21. Göründüyü kimi, iddiaçının istifadəsində olan qeyri-yaşayış obyekti tikinti işləri aparılmamışdan öncə barəsində icazə alınmalı olan tikililərdən hesab olunur və bu tikinti işləri başlanılmamışdan öncə yuxarı icra hakimiyyəti orqanından (Bakı şəhər İH) müvafiq icazələr (rəy və s..) alınmalı, bundan sonra tikinti işləri başlanılmalı idi.

22. İşin faktiki hallarından isə müəyyən edilir ki, iddiaçı tərəfindən müvafiq icazələr alınmadan tikinti işləri aparılmış, daha sonra iddiaçının müraciəti əsasında Bakı şəhəri ünvan 2 ünvandakı qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdırilməsinə dair sərəncam verilmişdir ki, bu sərəncam və ona əlavə edilmiş sənədlə r “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tələblərinə zidd olduğu üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab oluna bilməz.

23. Qeyd edilənlərdən əlavə, iddiaçı tərəfindən artırılmış əlavə sahə və altında yerləşən torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd nə birinci, nə də apellyasiya instansiya məhkəmələrinə təqdim edilmişdir.

24. Artırılmış əlavə sahənin altında yerləşən torpaq sahəsi ilə bağlı iddiaçının hər hansı hüququnun yaranması müəyyən edilməmişdir.

25. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf dəlil olaraq həmin ünvanda yerləşən başqa şəxslərin mülkiyyətində olan qeyri-yaşayış obyektlərində də artırılmış əlavə sahələrin olduğunu, lakin dövlət reyestrində qeydiyyata alındığını bildirsə də, təqdim edilən sənədlərdən iddiaçının iddia etdiklərini müəyyən etmək mümkün olmamışdır.

26. Beləliklə, iş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir.

27. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri

28. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, “iddiaçının istifadəsində olan qeyri-yaşayış obyekti tikinti işləri aparılmamışdan öncə barəsində icazə alınmalı olan tikililərdən hesab olunur və bu tikinti işləri başlanmamışdan öncə yuxarı icra hakimiyyəti orqanından (Bakı şəhər İH) müvafiq icazələr (rəy və s.) alınmalı, bundan sonra tikinti işləri başlanılmalı idi. Qeyd edilənlərdən əlavə Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçı tərəfindən artırılmış əlavə sahə və altında yerləşən torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə təqdim edilmişdir”.

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1983/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 69.30 ümumi sahəsi olan qeyri - yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.

30. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 tərəfindən, xx.xx.2022-ci il tarixli, 10 nömrəli rəy və qəbul aktına və rəyinə əsasən iddiaçıya Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 199.47 kv.m hesab edilmişdir. Həmin Sərəncama əsasən MKTBnə məlumat üçün RİH Başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə, qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilməsi barədə sərəncam verilmişdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətdə olan və mübahisəsiz sahə 69.30 kv.m təşkil edir. Digər 131.8 kv.m sahə ilə bağlı iddiaçıya Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə yenidənqurma işlərinin aparılması və sahənin ölçülərinin dəqiqləşdirilməsi icazəsi verilmişdir. Bununla bağlı akt və rəy də tərtib edilmiş, layihəsi təsdiq edilmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)2225/2022 saylı qərarının 22-ci bəndində qeyd edildiyi kimi "... təqdim edilmiş istismara icazə qanunvericiliyə uyğun şəkildə tərtib edilməmiş və eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Bakı İdarəsi tərəfindən razılaşdırılmamışdır...” qeyd edilən hal cavabdehin kassasiya şikayətinin dəlilidir.

32. Həmin Qərarın 31-ci bəndinə əsasən “Belə ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni təkrar həll edərkən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1, 13.2-ci maddələrinə, “İnzibati icraat haqqında” qanunun 1.1, 2.0.2, 2.0.4, 2.0.6-cı maddələrinə, İPM-in 2.2.2, 14.3, 34.1, 73.1-ci maddələrinə istinad edib, doğru olaraq qeyd etmişdir ki, inzibati İcraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istif adə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər”.

33. Həmin Qərarın 45-ci bəndi: “Bununla yanaşı məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki yeganə dəlilini, yəni “sözügedən qeyri-yaşayış binası ilə bağlı tikintiyə icazə, tam tərtib edilmiş istismara icazə təqdim olunmamış və eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır və elektron kadastr məlumatına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur” barədə dəlilin əsassız sayır, belə ki, 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.1998-ci il tarixli Texniki Pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 1 saylı satış sa həsi (18,9 m2), 2 saylı kabinet (7,3 m 2 ), 3 saylı dərmanların hazırlanması (9,6 m 2 ), 4 saylı mətbəx (3,2 m 2 ), 5 saylı ayaqyolu (2,0 m 2 ), 6 saylı dəhliz (1,5 m 2 ), 7 saylı anbar (6,1 m2 ) tikililərindən ibarət olmaqla cəmi sahəsi 48,6 kv.m təşkil etmişdir. Eyni zamanda texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsinin tikinti sahəsi 63,7 kv. m təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının “Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 31 ünvanında yerləşən 933 saylı aptekin rekonstruksiya olunması haqqında” 35 nömrəli xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 saylı ünvanda yerləşən, İddiaçıya məxsus 933 saylı aptek binasının rekonstruksiya olunmasına icazə verilmişdir. Həmçinin iş materialla rında olan notarial qaydada təsdiq edilmiş Xəzər Rayon İcra Hakimiyyətinin Ə-10-149 nömrəli xx.xx.2018-ci il tarixli “Tikinti obyektinin istismarına İcazə”sinə əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. İş materiallarında olan ünvan 8 ünvanında vətəndaş İddiaçı məxsus qeyriyaşayış obyektinin 2017-ci il tarixli, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Eskiz Layihəsindən görünür ki, qeyri yaşayış sahəsi 7 müxtəlif tikilidən ibarət olmaqla ümumi sahəsi 67,3 kv.m təşkil edir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6853 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmu şdur ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə ölçüləri ayrı-ayrı tikililərin yerləşmə vəziyyəti və s. texniki göstəriciləri həmin qeyri-yaşayış sahəsinə dair 2017-ci il tarixdə tərtib edilmiş və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğundur”.

34. Qeyd edilən qərarla cavabdeh inzibati orqanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin iddiaçının xeyrinə olan qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilmədiyini qeyd etsə də, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair 05/63 nömrəli, xx.xx.2005-ci il tarixli müqavilənin təqdim etdi yini qeyd etmişdir. Bununla bağlı apellyasiya instansiyası qərarında münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə ver ilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsi nin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq icazələr alınmadan tikinti işləri aparılmış, daha sonra iddiaçının müraciəti əsasında Bakı şəhəri ünvan 2 ünvandakı qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdırilməsinə d air sərəncam verilmişdir ki, bu sərəncam və ona əlavə edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulan və qeyri-yaşayış sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən sənədlər hesab edilmir.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının əsaslandığı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı öz məzmununa görə iddia olunan qeyri-yaşayış sahəsi ilə bağlı yalnız mövcud vəziyyətə dair faktı təsdiq edir. 46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.10, 8.0.10.1-ci maddələrinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarı n 1-dən) sonra inşa edilən tikililərə dair, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

47. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı və məhkəməyə təqdim etdiyi sənədlər qeyd olunan normada nəzərdə tutulan sənədləri əvəz etmir.

48. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəli lləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın təmin olunmasına əsas vermir.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1983/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar