Məhkəmə qərarları › İş №2-1(102)-791/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-791/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-791/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar X5, İddiaçı5, İddiaçı2, İddiaçı3 və X3 cavabdeh Xətai rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: müddət bərpa barədə ərizə; kassasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçılar X5, İddiaçı5, İddiaçı2, İddiaçı3 və X1 cavabdeh Xətai rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “ünvan 1 ünvanından X2 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3352/2024 nömrəli qərardadından İddiaçı5 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanından X2 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 20 iyun 2024-cü il tarixli 21(112)-8905/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı5 həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən v ə məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3352/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı və inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və tərəflərə göndərilmişdir. Məhkəmə sənədləri İddiaçı5 23 sentyabr 2024-cü il tarixdə rəsmi qaydada poçt vasitəsilə çatdırılmışdır.

5. İddiaçı 25 sentyabr 2024-cü il tarixdə qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və S.R.Səlimova) 03 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3352/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 11 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına poçt vasitəsilə rəsmi qaydada çatdırılmış, iddiaçıya hüquqi yardım göstərilməsi üçün 18 noyabr 2024-cü il tarixində “Mirzəyev və Partnyorları” vəkil bürosu tərəfindən Vəkil 57 nömrəli vəkil orderi yazılmışdır. Bundan sonra vəkil tərəfindən 03 dekabr 2024-cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmiş, lakin ərizədə heç bir üzrlü səbəb göstərilməmiş və ərizə əsaslandı rılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdı ğı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. … Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

8. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunan səbəblərdən prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilməli və şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

9. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.

10. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şika yət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin, bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən edilmişdir.

12. Belə ki, iddiaçının dövlət hesabına vəkillə təmin olunması barədə ərizəs i apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə təmin edilmiş və həmin qərardadın icrası olaraq iddiaçıya vəkil təyin edilməklə, vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə order verilmişdir. Başqa sözlə, həmin tarixdən qərardaddan kassasiya şikayətini hazırlamaq və təqdim etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət axımı iddiaçının vəkilinə münasibətdə başlamış, lakin vəkil tərəfindən həmin müddət ötürüldükdən sonra xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir.

13. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin iddiaçı tərəfindən ötürüldüyü mübahisə sizdir. Apellyasiya məhkəməsinə ünvanlanmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması etiraf edilir.

14. Məhkəmə kollegiyası prosessual müddətin bərpası ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, ərizədə iş üzrə qəbul edilmiş məhkəmə aktları, işin gedişatı sadalanmış, ümumiyyətlə prosessual müddətin hansı səbəbdən buraxılması qeyd edilməmiş, ərizə əsaslandırılmamışdır.

15. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin iddiaçının təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir.

16. Müddət bərpası barədə ərizədə də kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 0 günlük müddətin üzrlü səbəblərdən ötürülməsinə dair heç bir əsaslı dəlil irəli sürülməmiş, sübutlar təqdim edilməmişdir.

17. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməli, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3352/2024 nömrəli qərardadından İddiaçı5 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar