Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-792/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi) Giriş hissə: Hakimlər: Rahib Nəbizadə - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı işlədiyi illərin sığorta st ajına daxil edilməsi tələbinə dair iş üzrə Şəki Apelllyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-74/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İddiaçı (Ş/V-0*******, FİN-xxxxxxx) 15.05.1955-ci ildə Zaqatala rayonu, Bəhmədli kəndində anadan olub və orada yaşayır.
2. İddiaçının iş materiallarına əlavə edilmiş 22 iyul 2019-cu il tarixli, 288 nömrəli arxiv arayışına əsasən “Kalinin” adına kolxozda 1970-1974-cü illər, 1976-1996-cı illərdə işlədiyi öz təsdiqini tapmışdır.
3. İş materiallarına əlavə edilmiş 22 iyul 2019-cu il tarixli, 313 nömrəli arayışa əsasən iddiaçı 10 noyabr 1973-cü il tarixdən 10 noyabr 1975-ci il tarixə dək həqiqi hərbi xidmət keçmişdir.
4. İddiaçı “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi barədə cavabdeh orqana müraciət etmişdir.
5. Cavabdeh orqanın 16 sentyabr 2019-cu il tarixli, **********9 nömrəli məktubu ilə təqdim edilmiş iş stajına dair sənədlərdə 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajının düzgünlüyü təsdiq edilmədiyindən yaşa görə əmək pensiyanın təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Zaqatala rayon şöbəsinə qarşı “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli 2-1(116)-1033/2021 nömrəli qərardadı ilə inzibati iş üzrə cavabdeh inzibati orqan olmuş DSMF-nin Zaqatala rayon şöbəsi – hüquq varisi olan ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
8. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə əmək pensiyası almaq hüququnun yaranmasını, 1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işləməsini, işlədiyi illərin təqdim etdiyi arxiv arayışında qeyd olunmasını, 1973-1975-ci illərdə hərbi xidmətdə olmasını qeyd etmişdir.
9. Cavabdeh iddia ərizəsinə etirazını təqdim edərək qeyd etmişdir ki, iddiaçının stajının 25 ildən az olması, 1 970-ci ildə iddiaçının 15 yaşı olmasını, həmin dövrdə qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə əsasən 16 yaşı tamam olmamış şəxslərin əmək fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi, iddiaçının 1970-ci ildə 206 adam günü işləməsinə və əmək haqqısında qaralama olmasına dair qeydlərin aparılması, iddiaçının 10.11.1973-cü il tarixdən 10.11.1975-ci il tarixədək hərbi xidmətdə olması, lakin arxiv arayışında 1974-cü ildə iddiaçının 173 adam günü işlədiyi və 357 rubl əmək haqqı almasının qeyd edilməsi, vətəndaşın eyni vaxtda həm hərbi xidmətdə, həm də kolxozda işləməsinin qeyri-mümkün olması, arxiv arayışında iddiaçının 389 adam günü işləməsi qeyd edilsə də, bir il 365 gündən ibarət olduğundan iddiaçının 389 adam günü işləməsinin qeyri-mümkün olması ilə əsaslandırmışdır. Cavabdeh inzibati orqan iddiaçının ümumilikdə 23 il 2 ay 2 gün sığorta stajının olmasını, pensiya hüququnun yaranmasına əsas olan 25 il sığorta stajını tamamlamadığını bildirmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-152/2020 saylı, 3 sentyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim – İlqar Cabbarov) iddia mümkün sayılmamışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-433/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə (Rövşən Rəfiyev- sədrlik edən hakim, Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən q üvvədə saxlanılmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2-1(102)-163/2021 nömrəli (sədrlik edən hakim-İlqar Hüseynov, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-255/2021 nömrəli iş üzrə 3 iyun 2021-ci il tarixli qərardadı ilə (Gündüz Abbasov- sədrlik edən hakim, Elçin Hüseynov və Mahir Əsədli) apellyasiya şikayəti qismən t əmin edilmiş, birinci instansiya məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş inzibati icraat qaydasında baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. birinci instansiya məhkəməsində icraat
16. Şəki İnzibati Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli, 2-1(116)-1033/2021 nömrəli (sədrlik edən hakim Vüqar Musayev) qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi arxiv arayışında çoxsaylı qeyri-dəqiq məlumatların əks olunmasını vurğula yaraq izah edir ki, müvafiq arxiv arayışını tərtib edən orqan arxivdə saxlanılan kolxozun “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”na, “kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”na və digər sənədlərə baxış keçirərək həmin arayışı tərtib etməli olduğundan arayışda qeyd edilən məlumatlar (rəqəmlər) arxiv sənədlərində qeyd olunmuş məlumatlardan (rəqəmlərdən) fərqli ola bilməz. Odur ki, ilkin sənədlər əsasında iddiaçının 25 il sığorta stajının müəyyən edilməsi mümkün olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsin in 2 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2-1(107)-74/2022 nömrəli (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı kassasiya şikayəti verərək, apelllyasiya instansiyası məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
22. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, arxiv arayışına əsasən, 1970-ci ildə onun kolxozda işlədiyi adam gününün miqdarı 206 gün olmuşdur, lakin minimum adam günü norması isə 220 gün olduğu halda həmin il bütövlükdə əmək stajına daxil edilir. Məhkəmənin qənaətinə görə isə o, 1970-ci ildə minimum adam günü normasını yerinə yetirməmişdir. Lakin məhkəmənin bu fikri ilə o razı deyil. Belə ki, 1970-ci ildə onun 15 yaşı olmuşdur. Əmək Məcəlləsinin 94-cü maddəsinin 5-ci hissəsində qeyd olunur ki, əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək h üquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yol verilməzdir. 23. 1970-ci ildə onun işlədiyi “Kalinin” adına kolxoz kənd təsərrüfatlı təyinatlı müəssisə idi. 1970-ci ildə onun 15 yaşı olduğuna görə kolxoz üçün müəyyən edilmiş minimum adam günü norması da 15 yaşlı işçi üçün Əmək Məcəlləsinin 90, 91, 256-cı maddələrinə əsasən hesablanaraq qısaldılmalıdır.
24. Beləliklə, 220 adam günü norması 40% azaldılarkən 220 rəqəmindən 88 gün çıxılmalıdır (220-88=132). Deməli, 1970-ci ildə “Kalinin” kolxozunda işləyən 16 yaşına çatmayan işçi üçün minumum adam günü norması Əmək Məcəlləsinin 90 və 91-ci maddələrinə əsasən 132 gün nəzərdə tutulmalıdır.
25. Təqdim edilmiş arxiv arayışından da görünür ki, o, 1970-ci ildə “Kalinin” kolxozunda 206 adam günü miqdarında işləmişdir. Bu hesablamadan görünür ki, 1970-ci ildə o, yaşına görə və Əmək Məcəlləsinə görə kolxozda nəzərdə tutulmuş minumum adam günü normasını doldurmuş və buna görə də 1970-ci il onun əmək stajına daxil edilməlidir. 26. 1971-ci il haqqında: 1971-ci ildə onun 16 yaşı tamam olmuşdur, 18 yaşı tamam olmamışdır. Qısaldılmış iş vaxtı Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən 16 yaşdan 18 yaşadək işçilər üçün də nəzərdə tutulmuşdur. Beləliklə, 18 yaşadək işçilər üçün həftəlik iş saatı 36 saatdan artıq olmamalıdır. Bu da o deməkdir ki, kolxozda nəzərdə tutulmuş minumum adam günü norması 10% azaldılmasıdır. Belə ki, 36 saat iş saatı 40 saatdan 10% az deməkdir.
27. Deməli, kolxozda nəzərdə tutulmuş minumum adam günü norması 18 yaşınadək olan işçilər üçün 10% azaldılaraq hesablanmalıdır. Deməli, 220 rəqəmindən 22 gün ç ıxılmalıdır (220-22=198 gün). Əmək Məcəlləsinə əsasən 1971-ci ildə onun üçün minumum adam günü norması 198 gün nəzərdə tutulmalıdır. Təqdim olunmuş arxiv arayışında və eyni zamanda məhkəmə qərarından görünür ki, 1971-ci ildə o, “Kalinin” kolxozunda 208 gün işləmişdir. Bu da 220 rəqəmindən az olduğuna görə məhkəmə 1971ci ili də onun əmək stajına daxil etməmişdir.
28. Lakin yuxarıda qeyd etdiyi kimi, Əmək Məcəlləsinin xüsusi maddələrinə əsasən həmin il də onun əmək stajına tam daxil edilməlidir. Ona görə ki, 18 yaşınadək olan işçilər üçün minumum adam günü norması 198 gün təşkil edir. O isə həmin ili 208 gün işləmişdir. 29. 1994-cü il haqqında: Məhkəmə öz qərarında 1994-cü ilin arxiv arayışına əsasən 195 adam günü olduğuna görə nəzərdə tutulmuş minumum adam günü normasını yerinə yetirilməmiş hesab edərək həmin ili də bütövlükdə əmək stajına daxil etməmişdir. Lakin məhkəmə təqdim olunmuş sənədləri və sübutları tam araşdırmamışdır. Belə ki, 1994-cü ilə dair kolxozun protokol kitabları məhkəmə tərəfindən tələb olunmuş olsaydı məhkəməyə məlum olardı ki, “Kalinin” adına kolxozun 26.12.1986-cı il tarixli, 12 saylı qərarına əsasən həmin tarixdən, yəni 1986-cı il dekabr ayının 26-dan 1997-ci ilədək o qaraj müdürü vəzifəsində işləmişdir. Qaraj müdürü maddi məsul vəzifə olduğuna görə qaraj müdürü işlədiyi illər adam günü hesabı ilə əmək stajı hesablanmalı deyildir. Onun həqiqətən də 1986-cı ildən kolxoz dağılan, yəni 1997-ci ilədək həqiqətən də kolxozda qaraj müdürü işlədiyi Dövlət arxivindən aldığı 30.11.2021-ci il tarixli, 5731 saylı arxiv arayışı və Zaqatala rayon Məhkəməsinin 23. 05.1994-cü il tarixli, 2-87 nömrəli məhkəmə qətnaməsi, eyni zamanda həmin qətnamənin kolxozun idarə heyəti tərəfindən icra olunmasına dair 10.06.1994-cü il tarixli arxiv arayışı təsdiq edir.
30. Hesab edir ki, 1994-cü il də bütövlükdə onun əmək stajıma daxil edilməlidir. İddiaçı hesab edir ki, minumum adam günü normasını yerinə yetirdiyi illərin sayı apelllyasiya məhkəməsinin hesabladığı kimi 16 il + üstəgəl, 1970-ci il, 1971-ci il və 1994cü olmaqla, 19 ilə bərabərdir.
31. Yerdə qalan 1972-ci il, 1976-cı il, 1977-ci il, 1993-cü il, 1995-ci il və 1996-cı illərdə işlədiyi adam günlərini toplayaraq əmək stajının nə qədər olması müəyyən edilməlidir. Həmin illərin adam günlərini topladıqda (67+170+146+177+150+195=905/2204 il 10 gün) yuxarıda hesablanmış işlənmiş adam günlərinin hesabına 4 il 10 gün əmək stajı alınır.
32. Yuxarıda qeyd edilmiş 19 ilin üzərinə 4 il 10 günü gəldikdə 23 il 10 gün alınır və hərbi xidmətdə olduğu 2 ili də onun üzərinə gəldikdə (19 il+4 il 10 gün+2 il=25 il 10 gün) cəmisi 25 il 10 gün əmək stajı alınır. Deməli qanunda nəzərdə tutulmuş 25 il sığorta stajı vardır. Sadəcə olaraq məhkəmə onun yuxarıda qeyd etdiyi qanunları nəzərə almadan sığorta stajını hesablamış, ona görə də tələb olunan 25 ildən az sığorta stajı alınmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmaya n pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 35. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu: 67-ci maddənin birinci hissəsi. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı he sablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 36. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanun: (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67....Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası b arədə” Əsasnaməsi: bənd 1. əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstər ilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
38. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.
42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir,
44. İddiaçı 1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu Bəhmətli kənd keçmiş “Kalinin” adına kolxozda işləmişdir. Arxiv sənədlərində iddiaçının kolxozda işlədiyi hər bir il üzrə həm faktiki iş norması, həm də minimum əmək (adam) iştirakı (günü) norması qeyd edilmişdir.
45. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanun un tələbinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
46. Məhkəmələr haqlı olaraq iddiaçının kolxozda işlədiyi minimum əmək iştirakı normasına əməl olunduğu illəri tam il kimi, minimum əmək iştirakı normasına əməl olunmadığı illəri isə faktik müddət üzrə nəzərə almış və ümumi stajı 24 il 10 ay 18 gün müəyyən etmişdir.
47. İddiaçı hesab edir ki, kolxozda mexanizator və qaraj müdiri işlədiyi illər minimum əmək iştirakı normasına əməl edilməsindən asılı olmayaraq tam sığorta stajı ili kimi qəbul edilməlidir.
48. Kolxozun nümunəvi nizamnaməsinə görə kolxozda işləyən şəxslər kolxoz üzvü sayılırlar. Nizamnamədə hər hansı istisna hal nəzərdə tutulmamışdır. Sıravi kolxozçudan tutmuş kolxoz sədri də daxil olmaqla kolxozda işləyən bütün işçilər kolxoz üzvü hesab edilirlər.
49. Nizamnamədə qeyd edilmişdir ki, kolxozda iş günü, müddəti və qaydası, istirahət günlər, hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzim olunur. Kolxozçuların əmək haqqının səviyyəsi onların əmək iştirakı və kolxozun ümumi gəlirindən əməyin ödənilməsinə yönəldilmiş hissəsinin həcmi ilə müəyyən edilir.
50. Odur ki, iddiaçının kolxozda işlədiyi bəzi illərin, o cümlədən yetkinlik yaşına çatmadığı dövrdə işlədiy i illərin tam sığorta stajı ili kimi nəzərə alınmalı olması barədə iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır.
51. İddiaçının pensiya hüququ yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbi-25 ildən az olmayan sığorta stajı mövcud olmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 52. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda sığorta stajından asılı olmayaraq iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması imkanı olduğundan, iddiaçıya izah edilir ki, əmək pen siyasının təyin olunması üçün çatışmayan pensiya kapitalını ödəməklə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət edə bilər.
53. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-74/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.