Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-792/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi) Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-2919/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. NZ ******* nömrəli hərbi biletə əsasən iddiaçı 23 aprel 1979-cu ildən 13 may 1981-ci ilədək hərbi xidmətdə olmuşdur.
2. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı 16 sentyabr 1977-ci ildə “Dəmirbeton” Trestinin Təcrübə-sınaq zavoduna Yeni Texnika qrupu sahəsinə metal konstruksiyaların yığılması üzrə quraşdırıcı-çilingər şagirdi kimi qəbul olu nmuş, 01 yanvar 1978-ci ildə Metal konstruksiyaların yığılması üzrə birinci dərəcəli çilingər peşəsi verilmiş, 17 iyul 1978-ci “Dəmirbeton” zavodunun Təsərrüfat hesablı TTSnə keçirilməklə işdən azad edilmiş, 16 iyul 1978-ci ildə “Dəmirbeton” trestinin Təsərrüfat hesablı təmir tikinti sahəsi. Dəmirbetontrestinin TZS-dən keçirmə yolu ilə 2-ci dərəcəli quraşdırıcı-çilingər işinə qəbul olunmuş, 09 aprel 1979-cu ildə Sovet Ordusuna çağırış ilə əlaqədar işdən azad edilmiş, 23 aprel 1979-cu ildən 13 may 1981-ci ilə qədər hərbi xidmətdə olmuş, 03 avqust 1981-ci ildə “Dəmirbeton” trestinin təsərrüfat hesablı TəmirTikinti sahəsi 2-ci dərəcəli betonçu işinə qəbul edilmiş, 03 may 1983-cü ildə 3-cü dərəcəli betonçu işinə keçirilmiş, 01 iyul 1986-cı ildə 4-cü dərəcəli betonçu işinə keçirilmiş, 17 oktyab r 1986-cı ildə sahə icraçısı vəzifəsinə keçirilmiş, 17 aprel 1990-cı ildə sahə rəisi vəzifəsinə təyin edilmiş, 31 dekabr 1991-ci ildə TMİK TQİ-nə keçirilmiş, 02 yanvar 1992-ci ildə TMİK Tikinti-Quraşdırma İdarəsi THTİ-dən keçirmə yolu ilə icraçı vəzifəsinə təyin edilmiş, 01 avqust 1992- ci ildə “Abadlıq” kiçik müəssisəsinə keçirmə yolu ilə işdən azad edilmiş, 21 dekabr 2000-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 05 dekabr 2001-ci ildə Bakı Taxıl Tikinti SC-yə Mühəndis vəzifəsinə təyin edilmiş, 25 dekabr 2003-cü ildə öz xahişi ilə işdən azad olunmuş, 23 yanvar 2013-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Resursların Artırılması və Mühafizəsi Departamenti Su Hövzələrində bioresursların mühafizəsi xidmətinin Abşeron-Bakı regionu üzrə sektoruna aparıcı müfəttiş vəzifəsinə təyin ed ilmiş, 07 dekabr 2018-ci ildə müəssisənin ləğv edilməsi səbəbindən tutulduğu vəzifədən azad edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 27 oktyabr 2020-ci il tarixli **********2 imtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş 20 yanvar 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 22 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya ka pitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23.316,72 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. Cavabdeh 27 oktyabr 2020-ci il tarixli **********2 imtina məktubu ilə bildirmişdir ki, təqdim olunan xx.xx.1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında göründüyü kimi güzəştli iş stajı 12 il 6 aydan az (4 il 29 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum mə bləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 39600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırki vaxta cəmi 25972,66 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 14 may 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1960-cı il təvəllüdlü olmaqla, 57 yaşı 14 may 2017-ci ildə tamam olmuşdur. 08 oktyabr 2020-ci il tarixində güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə cavabdehə müraciət edərək, qeyd olunan şərtlərlə pensiya almaq hüququnun yarandığı üçün ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın 27 oktyabr 2020-ci il tarixli **********2 nömrəli məktubu ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunmasından imtina olunmuşdur. İmtinanın səbəbləri kimi 60 yaşı tamam olan tarixə, yəni 14 may 2020-ci ilə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi və 12 il 6 ay güzəştli iş stajına malik olmaması göstərilmişdir. Halbuki 57 yaşı tamam olan tarixə, yəni 14 may 201 7-ci il tarixə iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ müəyyən edilməli idi. Qanunvericiliyə görə bu növ pensiyanın təyin edilməsi üçün kişilərdə 57 yaşa çatması, 25 il ümumi sığorta stajına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan istehsalatlarda, peşələrdə, vəzifələrdə və göstəricilərdə 12 il 6 ay çalışması yetərlidir. İddiaçı 01 yanvar 1978-ci ildən 21 avqust 1992-ci ilədək cəmi 10 il 7 ay 11 gün zərərli sahədə çalışmış, həmin dövr ərzində keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. Hərbi xidmət dövrü nəzərə alınmaqla 12 il 8 ay 1 gün güzəştli iş stajı toplamışdır.
8. Cavabdeh iddiaya qarşı yazılı etirazda bildirmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də inzi bati orqan qanunvericiliyə əsaslanaraq haqlı olaraq pensiya təyinatından imtina etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-6019/2021 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının güzəştli iş stajı 10 il 7 ay 11 gün təşkil edir və iddiaçının 23 aprel 1979-cu ildən 13 may 1981-ci ilədək hərbi xidmətdə olduğu dövr onun ümumi iş stajı kimi nəzərə alınsa da, lakin güzəştli iş stajı kimi nəzərə alına bilməz. Bu isə o deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə öz təsdiqini tapmır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının 12 oktyabr 1998-ci il tarixdən sonrakı dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşələrdə iş stajıdır, həmin tarixədək onun müvafiq stajının 7 il 5 ay 11 gün toplanması mübahisələndirilmir. Lakin işdə olan arayış və digər sənədlərdən məlum olur ki, iddiaçının 2006-cı ilədək “elektrik montyoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulmuş peşələrə aid olduğundan, o, ümumilikdə 1 yanvar 2006-cı il tarixədək 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajına malik sayılır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)-1129/2022 nömrəli qərarı ilə (hakimlər: A.P.Oruczadə - sədrlik edən və məruzəçi, F.T.Şəmsəddin və M.N.Tağızadə) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-6019/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanı lmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2022-ci il tarixli, 2-1(102)-1191/2022 nömrəli qərarı ilə (hakimlər: N.İ.Rəsulbəyova - sədrlik edən və məruzəçi, K.N.Bədəlov və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli 2-1(103)1129/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qərar qəbul edilərkən SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndi nəzərə alınmamışdır. ç. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-2919/2022 nömrəli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi - sədrlik edən və məruzəçi, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-6019/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci və 32.1-1-ci maddələrinə əsasən 14 may 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin 13 oktyabr 2017-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövrü ndən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur. İddiaçı hərbi xidmətdən əvvəl və sonra da güzəştli işlərdə məşğul olmuş və onun güzəştli iş stajı 11 il 6 ay 29 gün təşkil etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 27 oktyabr 2020-ci il tarixli **********2 saylı məktubda onun güzəştli iş stajının 12 il 6 aydan az (11 il 11 ay 22 gün) təşkil etdiyini bildirmişdir. İddiaçının SSRİ Silahlı Qüvvələrində xidmətdə olduğu dövrdə qüvvədə olan sözügedən normanın tətbiqi nəticəsində iddiaçının 13 il 7 ay 19 gün güzəştli iş stajı toplanır ki, bu da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanuni əsasdır. Beləliklə, iddiaçı 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixədək 12 il 6 aydan çox güzəştli iş stajına malik olmuşdur.
20. Cavabdeh həmin qərarda n kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, apellyasiya məhkəməsi SSRİ Nazirlər Sovetinin xx.xx.1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinə istinad edərək iddiaçının güzəştli iş stajının tamamlamasına baxmayaraq, iddiaçının həmin illərinin güzəştli iş illəri sayılmasına dair arayışı belə olmamı ş, hətta sənədlərin arxivə təhvil verilməməsi səbəbindən iddiaçının həmin müəsisədə işləyibişləmədiyini araşdırmaq mümkün olmamışdır.
22. Cavabdeh mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün, İnzibati Prosessual Məcəllənin 12.1 və 58.7-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8 və 9.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığ ortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. 1 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun -13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayara q 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
26. SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndi
27. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mü bahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstər ilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağl ıdır.
34. Qərarın 24-25-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu 14 may 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 2 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
35. Qeyd olunmalıdır ki, Ali Məhkəmə tərəfindən iddiaçının xüsusi əmək stajının mövcudluğu ilə bağlı məcb uri xarakter daşıyan göstərişlər İPM-in 96.11-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, qanuni qərar qəbul edilmişdir.
36. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər t utulur.
37. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı hərbi xidmətdən əvvəl və sonra da güzəştli işlərdə məşğul olmuş və onun güzəştli iş stajı 11 il 6 ay 29 gün təşkil etmişdir.
38. Belə olan halda, iddiaçının SSRİ Silahlı Qüvvələrində xidmətdə olduğu dövrdə qüvvədə olan yuxarıda qeyd edilən normanın tətbiqi nəticəsində onun 13 il 7 ay 19 gün güzəştli iş stajı toplanır ki, bu da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanuni əsasdır.
39. Cavabdeh şikayətinə iş stajının güzəştli staj olmasına dair arayışın təqdim edilmədiyi bildirir. Cavabdeh 11 il 6 ay 29 gün stajın güzəştli staj olmasını özü təsdiq edir. İşin hazırkı vəziyyətində hərbi xidmətin güzəştli staj sayılması qanunvericiliyin tələbindən irəli gəlir. Bu səbəbdən şikayətin dəlili əsaslı sa yıla bilməz.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapır və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.
41. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət ver ilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 21(103)-2919/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.