Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-792/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filiallına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini, əmək kitabçasında olan məlumatın mötəbərliyii Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filiallına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-598/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçının təqdim etdiyi 05 avqust 1974-cü il tarixli və 21 aprel 2020-ci il tarixli əmək kitabçalarının qeydlərinə əsasən o, xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt şəhər 104 nömrəli Tikinti İdarəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək 8 nömrəli Təsərrüfat Hesabı Təmir Tikinti sahəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Xarrat” kooperativində, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “İnşaat məlumatları” kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azmeliotəmirtikinti” X3 Komplekləşdirmə İdarəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X1 İdarəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Sumqayıt şəhəri MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyində, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" İş Mərkəzi MMC-də işləmişdir.
3. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 08 iyul 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası, hərbi biletinin surətinə əsasən onun sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 18 il 08 ay 18 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixədək iddiaçının 15 il 10 ay 18 gün sığorta stajına uyğun olaraq pensiya kapitalı 12915,21 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 1914,69 manat olmaqla, ümumilikdə 14829,90 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək "Xarrat" kooperativinin, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “İnşaat məmulatları” kiçik müəssisəsinin, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azmeliotəmirtik inti" X6 Komplektləşdirmə İdarəsinin və xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək X1 İdarəsinin hüquqi ünvanları məlum deyildir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır.
5. Daha sonra iddiaçı yenidən ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
6. Cavabdeh 25 avqust 2022-ci il tarixli məktubla iddiaçının müraciətinə eyniməzmunlu imtina cavabı verərək qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının xidməti məktubuna əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1991ci il tarixədək "Xarrat" kooperativinin, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “İnşaat məmulatları” kiçik müəssisəsinin və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azmeliotəmirtikinti" X6 Komplektləşdirmə İdarəsinin hüquqi ünvanı məlum olmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutu landan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək “Xarrat” kooperativində, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək İnşaat Məlumatları kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Azmeliotəmirtikinti X3 Komplekləşdirmə İdarəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək X1 İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2022-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödəni lməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 65 yaşının tamam olması ilə əlaqədar olaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət elmişdir. Cavabdeh orqan ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun əmək kitabçalarına əsasən 25 ildən çox stajı vardır. Cavabdeh ona əsassız olaraq 23 il 08 ay sosial sığorta stajı hesablayaraq əmək pensiyası hüququnun olmadığı qənaətinə gəlmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(118)-692/2023 nömrəli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, iddiaçının xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək “Xarrat” kooperativində, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək İnşaat Məlumatları kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Azmeliotəmirtikinti X3 Komplekləşdirmə İdarəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək X1 İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2022-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək Sumqayıt şəhər 44 nömrəli peşə məktəbind əki təhsil dövrü də sosial sığorta stajına daxil edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən təhsil dövrü iddiaçının iş stajına daxil edilməlidir. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməyən xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1996-cı illərə münasibətdə qeyd edir ki, qeyd edilən dövrlərdə onun əmək fəaliyyəti ilə məşğul olması həm ona məxsus əmək kitabçası ilə həm də arayışla öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 25 ildən artıq iş stajına malik olduğundan, cavabdehin imtinası qanunsuzdur.
12. Cavabdeh apelyasiya ş ikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apelyasiya Məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-598/2023 nömrəli iş üzrə 06 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X8 və X2) apelya siya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(118)-692/2023 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
16. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil, hərbi xidmət, habelə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr istisna olmaqla, əmək ki tabçası üzrə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək işlədiyi dövr nəzərə alındıqda, onun 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.
17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 7, 21.1, 32.1-1 və 37.7-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
19. Kassator bildirmişdir ki, iddiaçının yaşa görə pensiya hüququnun yaranması üçün tələb edilən 25 il sığorta stajı mövcud deyildir. Belə ki, iddiaçının əmək kitabçasın da qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək olan dövrün ( 4 il 8 ay 6 gün) doldurulması qaydası pozulduğu üçün (həmin dövrlər möhür ilə təsdiq edilmədiyi üçün) həmin dövrün adıçəkilən şəxsin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itird iyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alı nır. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları
3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qa zanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanu nvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
35. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ 10 yanvar 2022-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu p ensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
36. Cavabdeh kassasiya şikayətində iddiaçının 25 il sığorta stajının toplanmadığını mübahisələndirir. Qeyd edilir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək olan dövrün ( 4 il 8 ay 6 gün) doldurulması qaydası pozulduğu üçün (həmin dövrlər möhür ilə təsdiq edilmədiyi üçün) həmin dövrün adıçəkilən şəxsin sığorta stajına daxil edilməsi qanuni sayıla bilməz.
37. Məhkəmə kollegiyası cavabdehin hazırki dəlilini iş materiallarına və qanunvericiliyin müvafiq normalarına uyğun olmaması qənaətindədir.
38. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından məlum olur ki, iddiaçı xx.xx.1979cu il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt şəhər 104 nömrəli Tikinti İdarəsində işl əmişdir. Həmin müəssisədə işlədiyi dövrdə iddiaçı xx.xx.1983-cü ildə 11 aylıq müddət ərzində Liviyaya ezamiyyətə göndərilmiş, xx.xx.1985-ci ildə isə ezamiyyətdən geri qayıtmışdır. Daha sonra iddiaçı öz ərizəsi ilə xx.xx.1990-cı ildə həmin müəssisədən işdən azad edilmişdir.
39. Məhkəmə kollegiyası bildirir ki, həqiqətən də əmək kitabçasında iddiaçının xx.xx.1985-ci il tarixdə ezamiyyətdən qayıtması barədə qeyddə möhür mövcud deyildir. Lakin belə bir möhürün olmaması iddiaçının əleyhinə şərh edilə bilməz. Əvvəla ona görə ki, iddiaçı ezamiyyətə işlədiyi müəssisə tərəfindən göndərilmiş, xx.xx.1990-cı ildə isə həmin müəssisədə əmək fəaliyyətinə xitam verilmişdir. Başqa sözlə iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt şəhər 104 nömrəli Tikinti İdarəsi ilə qarşılıqlı ra zılıq əsasında əmək münasibətində olmuşdur. Bu münasibətlər isə cavabdeh tərəfindən mübahisələndirilmir.
40. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.
41. Hüququn prinsiplərinə əsaslanaraq əminliklə bildirmək olar ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə əgər əmək kitabçası iddiaçının işlədiyi dövrdə həmin müəssisə (orqan) tərəfindən düzgün doldurulmayıbsa, hər hansısa bir əmr möhürlənməməyibsə, bu hal iddiaçının əleyhinə şərh edilə b ilməz. Çünki əmək kitabçasını düzgün və vaxtında doldurulması, eləcə də zəruri rekvizitlərlə təsdiq edilməsi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işəgötürənin funksiyalarına aiddir.
42. Bundan əlavə şikayətdə qeyd edilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır.
43. Cavabdehin bu dəlili ilə də razılaşmayan məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
44. Göründüyü kimi qanunun tələbinə görə şəxsin pensiya kapitalının olması mütləq şərt deyil. Qanun vətəndaşa münasibətdə daha humanist yanaşaraq yaşa görə əmək pensiyasının müəyyən edilməsi üçün alternativlər müəyyən etmişdir. Qeyd edilmişdir ki, şəxsin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğunda və bu pensiya təminatına imkan vermədikdə, azı 25 il sığorta stajı olan şəxslərin yaşa görə əmək pensiyası hüququ tanınır.
45. Beləliklə, iddiaçının 25 il sığorta stajı olduğundan, eləcə də cavabdehin mübahisələndirdiyi məsələ öz həllini hazırki qərarda tapdığından iddiaçının kifayət qədər pensiya kapitalının olmaması əsası i lə onun pensiya hüququnun məhdudlaşdırılması qanuni və əsaslı sayıla bilməz.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-598/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.