Məhkəmə qərarları › İş №2-1(102)-793/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-793/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-793/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şamaxı Rayon Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi; arxiv arayışı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şamaxı Rayon Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.12.2020-ci il tarixli, 2-1(105)346/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, 1975-1988-cu illərdə Şamaxı rayonu X0 adma sovxozunda, 1988-1990-cı illərdə Şamaxı rayonu X adına sovxozunda, 1991-1996cı illərdə Hacıqabul rayonu Xx adına kolxozda və 1997-2000-ci illərdə Hacıqabul rayon X3 idarəsinin 64 saylı sahəsində işləmişdir.

2. İddiaçı ərizə ilə ca vabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 19.03.2020-ci il tarixli **********6 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 1975-1988-ci illərdə Şamaxı rayon “X0” adına sovxozda, 1988-1990-cı illərdə Şamaxı rayon “X” adına sovxozda, 1991-1996-cı illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda və 1997-2000ci illərdə Hacıqabul rayon X3idarəsinin 64 saylı sahəsində işlədiyi dövrlər əmək kitabçasında əks olunmadığından ona pensiya təyin edilməsi qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19751988-cu illərdə Şamaxı rayonu X0 ad ma sovxozunda, 1988-1990-cı illərdə Şamaxı rayonu X adına sovxozunda, 1991-1996-cı illərdə Hacıqabul rayonu Xx adına kolxozda və 19972000-ci illərdə Hacıqabul rayon X3 idarəsinin 64 saylı sahəsində işləməyinə dair arxiv arayışlarında göstərilən müddətin sığorta stajına hesablanmaqla ona yaşa görə pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, iddiaçı yuxarıda qeyd edilən dövrlərdə işlədiyi zaman ona əmək kitabçası verilməli olsa da, verilməmişdir. Lakin bu iddiaçının təqsiri olmadığından onun sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. Bundan başqa, işlədiyi dövrlər arxiv arayışında öz əksini tapmışdır. Həmin arxiv arayışları ilə iddiaçının sözügedən illə rdə göstərilən müəssisələrdə işləməsi, eləcə də əmək haqqı alması öz təsdiqini tapır. Odur ki, əmək kitabçasının olmamasına istinad edərək cavabdehin ona pensiya təmin etməkdən imtina etməsi qanunsuzdur.

6. Sumqayıt İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(118)-951/2020 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddianın təmin edilməsi, iddiaçıya Şamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi 12.02.2020-ci il tarixli 78 nömrəli arayışları, Hacıqabul rayon Dövlət Arxivinin təqdim etdiyi 28.12.2019-cu il tarixli, 128 nömrəli arayışlarında olan müddətləri sosial sığorta stajına daxil edilərək ona 12.10.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dö vrlərdəki iş stajı arxiv arayışı ilə təsdiq olunur. İddiaçının 25 il 10 ay 17 gün iş stajı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən onun 61 il (6 ay) yaşından, yəni 12.10.2019-cu il tarixindən yaşa görə əmək pensiyası almaq hüququ var.

8. Cavabdeh həmin qərardan narazı qalaraq apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.12.2020-ci il tarixli 2-1(105)-346/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Hökümə Babayeva, hakimlər – Zaur Məmmədov və Fuad Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(118)-951/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apel lyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Məhkəmə qərarının cavabdehə hansı tarixdə təqdim edilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır.

12. Cavabdeh həmin qərardan 23.02.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.12.2020-ci il tarixli 21(105)-346/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iş üzrə hərtərəfli, tam, obyektiv araşdırmanın aparılması, həqiqətin aşkara çıxarılm ası məqsədilə iddiaçının işlədiyi Xx kolxozuna dair kolxozçunun əmək stajı və qazancının uçot kitabındakı adlı siyahının və Hacıqabul rayon X3 idarəsinin 64 nömrəli sahəsinə dair əmrlər kitabındakı əmrlərə dair ətraflıı arayışın verilməsinə göstəriş verilməsi tələbi ilə sorğu verilmişdir.

14. Tərtib olunmuş aktdan isə məlum olmuşdur ki, iddiaçının əmək stajı və qazancının uçot kitabına dair sənədlər tapılmış, lakin kolxoz tərəfindən arxivə təqdim olunmuş işçilərin siyahısında iddiaçının adı aşkarlanmamışdır.

15. Eyni zamanda, Xx adına kolxozun arxivə təqdim etdiyi sənədlərdə kolxozun fəaliyyət dövrünə dair qaralamalar mövcuddur. Sorğuya cavab olaraq təqdim olunmuş sənədə əsasən kolxozun 1997-ci ildən daha tez dağıldığı müşahidə olunur. Bu halda isə iddiaçının 25 illik stajı tamam olmur və onun yaşa görə əmək pensiyası hüququ yaranmır.

16. Sözügedən aktın məzmununa görə Hacıqabul rayon X3 idarəsinin 64 nömrəli sahəsinə dair əmrlər kitabında iddiaçının işə qəbul və işdən azad olunması aşkarlansa da, əmrlərə möhür vurulmamışdır. Lakin 25.11.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 25-ci bəndinə görə “Əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır.

17. Beləliklə, 2 nömrəli Avtomonil yolları idarəsi tərəfindən arxivə təqdim olunmuş əmrlərin möhürsüz olması həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin pozulmasının və iddiaçının əmək stajının təsdiq olunmasının qeyri- mümkünlüyünün sübutudur. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları tam araşdırmamış, bununla da İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinin tələbini pozaraq əsassız qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişi lərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22. ““Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmə k pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 23. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 24. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçını n arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə iddiaçının müvafiq dövrlərdə işlədiyi illərin əmək kitabçasında qeyd olunmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir.

33. İ şə baxan məhkəmələr isə cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi arxiv arayışları onun iş stajını təsdiq etdiyindən həmin illərin əmək kitabçasında qeyd olunmaması əsası ilə ona pensiya təyin olunmasından imtina oluna bilməz.

34. Cavabdeh isə öz kassasiya şikayətində qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi arxiv arayışlarının əsassız olduğundan həmin arayışlar iddiaçının iş stajını təsdiq edən sənəd hesab oluna bilməz.

35. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı qərarın 21-25-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tut mamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

36. Belə olan halda, cavabdeh orqan iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə ona pensiya təyin edilməsindən imtina edə bilməz.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş illərini təsdiq edən arxiv arayışı təqdim etmişdir və onun həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır.

38. Cavabdeh həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində arxiv arayışlarının mötəbər olmadığını bildirsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi bu hala haqlı qiymət vermişdir. Belə ki, şikayətdə qeyd edilən əmrlər kitabının əslinə apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı ilə baxış keçirmiş və müəyyən etmişdir ki, nəinki iddiaçı barəsində tərtib edilmiş əmrlərə, o cümlədən bir çox işçilərin işə qəbul və işdən çıxma əmrlərinə müəssisənin möhürü vurulmamışdır və həmin əmrlər sadəcə müəssisə rəhbəri və kadrlar müvəkkilinin imzası ilə təsdiq edilmişdir.

39. Odur ki, kolxozun fəaliyyət dövrünə dair məlumatlarda düzəliş edilməsi, iddiaçının 1996-cı il tarixinədək həmin kolxozda işləməsini şübhə altına ala bilməz. Cavabdeh bu halı mübahisələndirdiyi təqdirdə, sözügedən kolxozun həqiqətən də iddia etdiyi kimi 1993-cü ildən etibarən fəaliyyətini dayandırdığını sübut etməlidir. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxıl arkən məhkəməyə belə bir sübut təqdim edilməmişdir.

40. Əlavə olaraq qeyd edilməlidir ki, X3 İdarəsinin 64 nömrəli sahəsinə dair əmrlər kitabının arxivdə saxlanılan nüsxəsində iddiaçının işə qəbul və işdən çıxmasına dair əmrlərin müəssisənin möhürü ilə təsdiq edilməməsi iddiaçının təsqsiri üzündən baş vermədiyindən onun sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz.

41. Göründüyü kimi, iddiaçının təqdim etdiyi arxiv arayışları ilə onun 25 il 10 ay 17 gün iş stajının olması öz təsdiqini tapır. Cavabdeh isə buna baxmayaraq iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında qeyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 26-cı bəndində göstərilən normanın tələbini pozmuşdur.

42. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

44. Məhkəmə kollegi yası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

45. Göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini əs assız hesab edən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.12.2020-ci il tarixli 2-1(105)-346/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.12.2020-ci il tarixli 21(105)-346/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar