Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-793/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi; riskli vergi ödəyicisi; əmtəəsiz əməliyyatlar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinə qarş ı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2764/2023 nömrəli iş üzrə 02 noyabr 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 01 fevral 2022-ci il tarixli **********705500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə cavabdehə 2021-ci ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV üzrə 94.560,74 manat, 03 fevral 2022-ci il tarixli **********923400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə 2021-ci ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV üzrə 13.627,84 manat, 06 aprel 2 022-ci il tarixli **********942900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə 2021-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV üzrə 68.214,50 manat, 07 aprel 2022-ci il tarixli **********960600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə 2021-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV üzrə 16.870,69 manat, 18 aprel 2022-ci il tarixli **********616600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə 2021-ci ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV üzrə 176.919,46 manat, 19 aprel 2022-ci il tarixli **********061700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə 2021-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV üzrə 88.341,06 manat, 04 iyul 2022-ci il tarixli **********453100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi üzrə 258.635,61 manat əlavə vergi məbləğləri hesablanmışdır.
2. Cavabdeh həmin qərarlar əsasında əlavə vergi məbləğləri hesablamasını iddiaçının qarşılıqlı əməliyyatlar apardığı şəxslərin riskli vergi ödəyiciləri hesab olunmaları ilə əsaslandırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 fevral 2022-ci il tarixli **********705500 nömrəli, 03 fevral 2022-ci il tarixli **********923400 nömrəli, xx.xx.2022-ci il tarixli * *********942900 nömrəli, xx.xx.2022-ci il tarixli **********960600 nömrəli, xx.xx.2022-ci il tarixli **********616600 nömrəli, xx.xx.2022ci il tarixli **********061700 nömrəli və 04 iyul 2022-ci il tarixli **********453100 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1428/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" xx.xx.2003-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növü "fasiləsiz tökmə zamanı alınan məhsullar daxil olmaqla isti və soyuq yayma üsulu ilə polad məhsulların istehsalı”ndan ibarətdir. İddiaçı barəsində aparılan kam eral yoxlama nəticəsində qəbul edilmiş cavabdehin qərarları ilə müvafiq dövrlər üzrə vergi boracları hesablanmışdır. Cavabdeh mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********705500 nömrəli, xx.xx.2022-ci il tarixli **********923400 nömrəli, xx.xx.2022-ci il tarixli **********942900 nömrəli, xx.xx.2022-ci il tarixli **********960600 nömrəli, xx.xx.2022-ci il tarixli **********616600 nömrəli və xx.xx.2022-ci il tarixli **********061700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarların qəbulunu onunla əsaslandırılmışdır ki, araşdırma zamanı "xxxx" ASC-nin əldə etdiyi elektron qaimə-faktura məlumatlarına əsasən 2021-ci ilin avqust ayı ərzində "xxxx" MMC-dən (VÖEN **********) 82464,58 manat ƏDV məbləği, sentyabr ayı ərzində "xxxx" MMC- dən (VÖEN **********) 68214,15 manat ƏDV məbləği, oktyabr ayı ərzində "xxxx" MMC- dən (VÖEN **********) 86609,79 manat, X4 (VÖEN **********) 11560,21 manat ƏDV məbləği, noyabr ayı ərzində "xxxx" MMC-dən (VÖEN **********) 63129,94 manat, "xxxx" MMC-dən (VÖEN **********) 33026,3 manat, "xxxx" MMC-dən (VÖEN **********) 80763,22 manat ƏDV məbləği və dekabr ayı ərzində "LERDMAN” MMC-dən (VÖEN **********) 16870,71 manat ƏDV məbləği müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 308-ci sətirində əvəzləşdirilmiş, lakin həmin ödəyicilər üzrə malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edildiyindən riskli (əmtəəsiz) əməliyyatlar hesab edilmişdir. Kameral vergi yoxlaması zamanı cəmiyyət tərəfində n 2021-ci il üçün avqust ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 076228 nömrəli, EBBG seriyalı 147085 nömrəli, EBBF seriyalı 862806 nömrəli, EBBG seriyalı 075638 nömrəli, EBBG seriyalı 276941 nömrəli, EBBG seriyalı 211676 nömrəli, EBBG seriyalı 075776 nömrəli, EBBG seriyalı 277038 nömrəli, EBBF seriyalı 862638 nömrəli, EBBF seriyalı 929542 nömrəli, EBBG seriyalı 211809 nömrəli, EBBF seriyalı 929601 nömrəli və EBBG seriyalı 147231 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin avqust ayı üçün 88341,06 manat, sentyabr ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBH seriyalı 829387 nömrəli, EBBFİ s eriyalı 898744 nömrəli, EBBH seriyalı 898422 nömrəli, EBBH seriyalı 756830 nömrəli, EBBH seriyalı 756246 nömrəli, EBBH seriyalı 687917 nömrəli, EBBH seriyalı 829291 nömrəli, EBBH seriyalı 687616 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə- fakturalar üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin sentyabr ayı üçün 68 214,50 manat, noyabr ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBL seriyalı 779483 nömrəli, EBBM seriyalı 715304 nömrəli, EBBM seriyalı 874140 nömrəli, EBBL seriyalı 669213 nömrəli, EBBM seriyalı 795714 nömrəli, EBBL seriyalı 669148 nömrəli, EBBL seriyalı 718377 nömrəli, EBBM seriyalı 874206 nömrəli, EBBM seriyalı 715625 nömrəli, EBBL seriyalı 718431 nöm rəli, EBBN seriyalı 156063 nömrəli, EBBL seriyalı 779898 nömrəli və EBBM seriyalı 796333 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaiməfakturalar üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin noyabr ayı üçün 176919,46 manat, dekabr ayı üzrə isə əvəzləşmə üçün təqdim edilmiş EBBN seriyalı 470212 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə- faktura üzrə üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin dekabr ayı üçün 16870.71 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Həmçinin cavabdehin inzibati araşdırma zamanı elektron qaiməfaktura məlumatlarına əsasən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1330.3 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq cəmi 136.6 ton metal aldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3314 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq cəmi 2806 ton metal aldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək 2391.62 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq cəmi 1664.76 ton metal aldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4996 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq cəmi 4885 ton metal alıdığı müəyyən edilmişdir. Cavabdehin dəlillərinə görə alınmış və təqdim edilmiş malların miqdarında fərq yarandığı üçün həmin əməliyyatlar əmtəəsiz əməli yyatlar hesab edilmiş və "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vergi orqanının xx.xx.2021-ci il tarixli **********685800 nömrəli, xx.xx.2021-ci il tarixli **********698100 nömrəli, xx.xx.2021-ci il tarixli **********400000 nömrəli və xx.xx.2021-ci il tarixli **********235700 nömrəli qərarları ilə riskli vergi ödəyiciləri hesab edilmişlər. Eyni zamanda cavabdeh hesab etmişdir ki, iddiaçının 2021-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 502174,70 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məblə ğlərinin cəmi 497321,15 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşmalarla bağlı ƏDV bəyannamələri üzrə 2021ci ilin avqust, sentyabr və noyabr ayları üçün xx.xx.2022-ci il tarixli **********764000 nömrəli, oktyabr ayı üçün xx.xx.2022-ci il tarixli **********500500 nömrəli və dekabr ayı üçün xx.xx.2022-ci il tarixli **********928100 nömrəli uyğunsuzluq məktubları göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, müvafiq dövrlər üzrə uyğunsuzluqlar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə mübahisələndrilən qərarlarla iddiaçıya ƏDV üçün 2021-ci ilin avqust ayı üzrə 88341,06 manat, sentyabr ayı üzrə 68214,5 manat, oktyabr ayı üzrə 108188,58 manat, noyabr ayı üzrə 176919,46 manat və dekabr ayı üzrə 16870,69 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmçinin də cavabdehin digər mübahisələndirilən xx.xx.2022ci il tarixli **********453100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməliyyatların araşdırılması nəticəsində, 2021-ci il ərzində X12 (FİN 5C8QJ5R) və X13 (FİN 4200XKV) üzrə tərtib edilmiş 83320,8 elektron alış aktlarının tərkibinin araşdırılması zamanı uyğunsuzluqlar aşkar edilmişdir. Eyni zamanda, 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 2514763,79 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəs iz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********334800 nömrəli “2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” və xx.xx.2022-ci il tarixli **********304800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2021-ci il üçün mənf əət vergisi bəyannaməsi üzrə 50 faiz güzəşt məbləği tətbiq edilməklə 258635,61 manat əlavə vergi məbləği hesablanmışdır.... Cavabdehin iddiaçının X12 (FİN 5C8QJ5R) və X13 (FİN 4200XKV) ilə metal alınmasına dair tərtib edilmiş elektron alış aktlarının tərkibinin araşdırılması zamanı uygunsuzluqların aşkar edilməsi barədə dəlilləri yalnız həmin şəxslərin müraciətlərində iddiaçıya ümumiyyətlə hər-hansı malın təqdim edilməməsinin bildirməsi barədə mülahizəyə əsaslandıgından, cavabdeh tərəfindən bu barədə hər-hansı araşdırmanın aparılması iş üzrə müəyyən olunmadıgından və nəqədərki işdə imzalanmış elektron alış aktları var və onların saxtalıgı, habelə malların təqdim olunmaması cavabdeh tərəfindən sübut olunmadıgından həmin şəxslərin vergi öhdəliklərinin yerinə yetirməsindən yayınma halı kimi qiymətləndirilməli və bu hallar iddiaçının xeyrinə şərh edilərək iddiaçı barəsində vergi borcunun hesablanmasına əsas ola bilməz. Həmçinin cavabdehin dəlillərinə görə elektron qaimə-faktura məlumatlarına əsasən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1330.3 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq cəmi 136.6 ton metal aldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3314 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq cəmi 2806 ton metal aldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək 2391.62 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq cəmi 1664.76 ton metal aldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4996 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq cəmi 4885 ton m etal aldığının müəyyən edilməsi, yəni “alınmış və təqdim edilmiş malların miqdarında” fərq yarandığı üçün həmin əməliyyatların əmtəəsiz əməliyyatlar hesab edilməsi barədə cavabdehin mübahisələndirilən qərarlarını əsaslandırması Vergi Məcəlləsinin 13.2.81.-ci maddəsinin tələblərinə uygun olmamışdır. İddiaçının mal aldığı MMC-lərin satılan malları rəsmi sənədləşdirməməsini iddiaçının bilməsi absurddur və ümumiyyətlə iddiaçının məsuliyyət sferasına aid edilə bilməz.... Bundan əlavə “riskli hesab olunan şəxslərlə əməliyyat aparması” barədə cavabdehin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iş materiallarında olan metal satan vergi ödəyicilərinin iddiaçının rəhbərliyinə göndərdikləri məktublardan, əməliyyatların aparılmasını özündə əks etdirən sənədlərdən (elektron qaimələr, ödəniş sən ədləri, alqısatqı müqavilələri və s.), həmçinin də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 27 nömrəli və Dövlət Vergi Xidmətinin X5 Baş idarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli **********413900 nömrəli və xx.xx.2022-ci il tarixli **********590300 nömrəli qərarlarında göstərilənlərdən aydın olur ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilən vergi ödəyiciləri ilə apardığı ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) əməliyyatlar vergi orqanının “riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarlarının tarixindən əvvəl aparılmışdır. Yəni iddiaçının hüquqi və fiziki şəxslərlə apardığı alqı-satqı əməliyyatlarının icra edildiyi dövrdə, həmin şəxslər (hüquqi və fiziki) riskli əməliyyatlar icra edən şəxslər kimi müəyyən edilməmişlər. İş materiallarında təqdim edilmiş elektron qaimə-fakturalar üzrə əməliyyatların aparıldığı tarix aralıqlarında riskli olmaları barədə məlumatların Nazirlər Kabinetinin 28 iyun 2020-ci il tarixli 265 nömrəli Qərarının 1.3.-cü və 1.4.-cü bəndlərində göstərildiyi kimi Dövlət Vergi Xidmətinin rəsmi saytlarında dərc olunması və İnternet Vergi İdarəsi portalında elektron qaime-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərin olması öz əksini tapmamışdır. Yəni əgər aparılan əməliyyatlar bu əməliyyatların aparıldığı (qaimə-fakturaların təqdim olunduğu) tarix aralıqlarında riskli olmuş olsaydılar, o zaman həmin tarix aralıqlarında Nazirlər Kabineti qərarının 1.3. və 1.4.-cü bəndlərinin tələbləri yerinə yetirilmiş olardı, yəni riskli şəxslər barədə məlumatlar dərc olunar, bildirişlərlə xəbərdarlıqlar verilmiş olardı. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, "xxxx" ASC-nin ilkin sənədlərinə əsasən alqı-satqı əməliyyatları bütün normativlərə və qaydalara qanunamüvafiq surətdə əməl edilərək aparılmışdır.Yəni alqı-satqı müqavilələrini tərtib edərək, bunlara uyğun elektron qaiməfakturaları alaraq və təhvil təslim aktı tərtib edərək metal qırıntılarını almış və yalnız özünə məxsus olan vəsaiti hesabına aldığı malın dəyərini metal satan şəxslərin bank hesablarına tam ödəmiş, həmçinin ƏDV məbləğini həmin şəxslərin ƏDV sub-uçot hesablarına köçürmüşdür. Eyni zamanda qeyd edilməlidir ki, təqdim edilmiş elektron qaimələrdə göstərilən miqdarda metal qırıntısının ASC-nin nümayəndəsi tərəfindən qəbul edilmədiyi təqdim edilmiş sənədlərlə müəyyən edilmir. Bütün yuxarıda göstərilənlərdən əlavə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinə mübahisələndirilən qərarlarla əlavə hesablanmış ƏDV məbləğlərinin Vergi Məcəlləsinin 159.7 maddəsinin tələblərinə uyğunluğu da müəyyən edilmir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2764/2023 nömrəli iş üzrə 02 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər A.Oruczadə (sədrlik edən və məruzəçi), X.Cəmilova və R.Səmədov) Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, “iddiaçı tərəfindən 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün əvəzləşməyə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğuna görə həmin əməliyyatlar əvəzləşdirməyə əsas vermir, qeyd olunan elektron qaimə-fakturalar üzrə ƏDV məbləğləri vergi orqanı tərəfindən əvəzləşdirildiyi üçün həmin aylar üzrə təqdim edilmiş bəyannamələr üzrə eyni məbləğlərdə kənarlaşma yaranmışdır, lakin məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçının müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mallara görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyatlar əmtəəsiz əməliyyat hesab edilə bilməz, çünki vergi qanunvericiliyinin n ormalarına görə əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədi ilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi ilə aparılan əməliyyatdır.” Kollegiya qeyd edir ki, cavabdeh vergi orqanı məhkəmənin bu mövqeyi ilə razılaşmamış, lakin məhkəmənin gəldiyi nəticəni nəyə görə düzgün hesab etmədiyi barədə apellyasiya şikayətində heç bir konkret dəlil irəli sürməmişdir. Vergi orqanı apellyasiya şikayətində yalnız iddiaçı tərəfindən əvəzləşmə üçün təqdim olunan elektron qaimə-fakturaların nömrə və seriyalarını ümumi şəkildə qeyd etməklə kifayətlənmiş, lakin həmin elektron qaimə- fakturalar üzrə aparılan əməliyyatların nəyə görə riskli (əmtəəsiz) əməliyyatlar hesab olunduğunu və əvəzləşməyə əsas v ermədiyini qanunvericiliyə istinad edərək əsaslandırmamışdır. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, vergi orqanı qeyd olunan əməliyyatları riskli (əmtəəsiz) əməliyyat hesab etməsi barədə mövqeyini yalnız iddiaçıya mal satan şəxslərin riskli vergi ödəyiciləri hesab edilməsi ilə izah edir. Apellyasiya şikayətinin bu dəlili əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı "xxxx" ASC həmin şəxslərdən mal alarkən onlar riskli vergi ödəyicisi hesab edilməmişdilər. Bu fakt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 06 may 2022-ci il tarixli, 27 nömrəli və Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin rəisi, vergi xidməti müşaviri X11 07 aprel 2022-ci il tarixli, **********413900 nömrəli və 04 iyun 2022-ci il tarixli, **********590300 nömrəli qərarları ilə də təsdi q olunur. Həmin qərarlarda qeyd olunub ki, "xxxx" MMC və fiziki şəxs X1 Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC isə xx.xx.2021-ci il tarixli qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişlər. Bundan başqa, qeyd olunan MMC-lərin "xxxx" ASC-nin rəhbərliyinə göndərdikləri məktublardan görünür ki, "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC 23 dekabr 2021-ci il tarixdə, "xxxx" MMC 05 oktyabr 2021-ci il tarixdə, "xxxx" MMC 15 noyabr 2021-ci il tarixdə, "xxxx" MMC isə 12 yanvar 2021-ci ildə daxil edilmişdir. Göründüyü kimi "xxxx" ASC adları qeyd olunan hüquqi və fizi ki şəxslərdən mal alarkən həmin şəxslər riskli vergi ödəyiciləri siyahısına daxil edilməmişlər. Buna görə də Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinad olunaraq, həmin şəxslərlə aparılan əməliyyatlar üzrə verginin əvəzləşdirilməsindən imtina oluna bilməz. Bundan başqa, iş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" **********4822 nömrəli, 21 avqust 2021-ci il tarixli; **********4824 nömrəli, 21 avqust 2021ci il tarixli; **********7484 nömrəli, 07 sentyabr 2021-ci il tarixli; **********7493 nömrəli, 16 may 2022-ci il tarixli və **********7496 nömrəli, 16 may 2022-ci il tarixli sair qərarları əsasında "xxxx" ASC -də 21 iyun 2021-ci il tarixdən başlayaraq qeyd olunan əməliyyatların aparıldığı və hətta ondan sonrakı dövrlərdə də ASC-nin bütün fəaliyyəti və alqı-satqı müqavilələri üzrə müşahidə və operativ nəzarət tədbirləri həyata keçirilmiş və həmin dövrdə ASC-nin aldığı metal məhsullarını satan şəxslərin fəaliyyəti də vergi orqanının əməkdaşları tərəfindən nəzarətdə saxlanılmışdır. Buna görə də həmin dövrdə fəaliyyəti daim nəzarət altında saxlanılan iddiaçının "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmiş müəssisələrdən mal alması ağlabatan deyildir. Bundan başqa qeyd edilməlidir ki, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adları qeyd olunan şəxslərdən mal aldığı dövrlərdə həmin şəxslərin "Riskli vergi ödəyicilərinin siyahısı" na daxil edilmələri barədə digər vergi ödəyicilərinə heç bir məlumat verilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, hətta hər hansı sahibkarlıq subyektinin riskli vergi ödəyicisi hesab edilməsi belə, həmin sahibkarlıq subyektləri ilə alqı-satqı əməliyyatlarının aparılmasını qadağan etmir. Qanunvericilikdə belə bir qadağanedici norma mövcud deyildir. Buna görə də iddiaçının riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatları apardığını əsas götürməklə qeyd olunan əməliyyatların hətta məhz bu səbəbdən əmtəəsiz əməliyyat hesab edilməsi yol verilməzdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçının X12 (FİN 5C8QJ5R) və X13 (FİN 4200XKV) ilə metal alın masına dair tərtib edilmiş elektron alış aktlarının tərkibinin araşdırılması zamanı uyğunsuzluqların aşkar edilməsi barədə cavabdeh təşkilatın dəlilləri yalnız həmin şəxslərin müraciətlərində iddiaçıya ümumiyyətlə hər-hansı malın təqdim edilməməsinin bildirilməsi barədə mülahizəyə əsaslandığından, cavabdeh tərəfindən bu barədə hər-hansı araşdırmanın aparılması iş üzrə müəyyən olunmadığından və nə qədər ki işdə imzalanmış elektron alış aktları var və onların saxtalığı, habelə malların təqdim olunmaması cavabdeh tərəfindən sübut olunmadığından həmin şəxslərin vergi öhdəliklərinin yerinə yetirməsindən yayınma halı kimi qiymətləndirilməli və bu hallar iddiaçının xeyrinə şərh edilərək iddiaçı barəsində vergi borcunun hesablanmasına əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində birinci insta nsiya məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlaması zamanı vergi orqanının əlavə inzibati yoxlama aparmaq və sübutlar toplamaq imkanı məhduddur. Deməli, bununla da cavabdeh əslində X8 və X9 adından tərtib edildiyi iddia edilən həmin məlumatların yoxlanılmadığını özü də etiraf edir və bunu həmin məlumatları yoxlamaq imkanının olmaması ilə izah edir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan həmin sənədlərə baxış keçirilərkən qeyd olunan müraciətlərin iddiaçı təşkilatla bağlı olduğu müəyyən edilmir. Belə ki, X9 adından yazıldığı qeyd olunan ərizəyə baxış keçirilərkən müəyyən edilir ki, X9 adından 12 nömrəli Ərazi Vergilər Baş idarəsinin rəisinə yazılan 24 aprel 2022ci il tarixli həmin ərizədə iddiaçı - "xxxx" ASC-yə deyil digər MMC-yə mal, o cümlədən metal qırıntıları satılmadığı bildirilib. Həmçinin həmin ərizədə yalnız 2020- ci ilə aid olan dövrdən bəhs edilir. Halbuki iddiaçıya vergi hesablanan dövr 2021-ci ilin avqust- dekabr aylarına aiddir. Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi 14 mart 2022-ci il tarixli akta baxış keçirərkən müəyyən edilir ki, 5 nömrəli Ərazi Vergi İdarəsinin dövlət vergi müfəttişləri olan X14 və X2 İlkin Vahid oğlu adlı şəxslə telefon əlaqəsi saxlamış və həmin şəxs heç kimə mal satmadığını bildirmişdir. Lakin həmin aktda adı qeyd olunan X3 olduğu, onun kimə mal satmadığı, hansı dövrlərdə mal satmadığı və ümumiyyətlə həmin şəxsin iddiaçı təşkilata hər hansı bir aidiyyətinin olub-olmadığı qeyd olunmamışdır. Belə olan halda, vergi orqanının qeyri-mötəbər olan v ə iddiaçı təşkilata heç bir aidiyyəti olmayan həmin sənədlərə istinad edərək iddiaçıya vergi hesablaması əsassızdır. Həmçinin vergilərin hesablanması xüsusi bilik tələb etdiyi üçün birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə əlavə olaraq məhkəmə - mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9222 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı "xxxx" ASC (**********) barəsində qəbul etdiyi 01 fevral 2022-ci il tarixli, **********705500 nömrəli, 03 fevral 2022- ci il tar ixli **********923400 nömrəli, xx.xx.2022-ci il tarixli **********94290 nömrəli, xx.xx.2022-ci il tarixli **********960600 nömrəli, xx.xx.2022-ci il tarixli **********616600 nömrəli, xx.xx.2022ci il tarixli **********061700 nömrəli və 04 iyul 2022-ci il tarixli **********453100 nömrəli qərarları ilə hesablanmış vergi borcları düzgün hesablanmamışdır və bu hesablamalar vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
9. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddia tələbinin xx.xx.2022-ci il tarixli **********453100 nömrəli qərarın ləğvi hissəsində mümkün sayılmaması, qalan hissədə isə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. a) K assasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən elektron alış aktı ilə mal alan şəxslərin xərclərinin araşdırılması zamanı bir sıra hallarda vergi ödəyiciləri tərəfindən saxta formada əməliyyatlar yaradılaraq müxtəlif vergi üstünlüyü əldə etməsi halları müşahidə edilmişdir. Belə ki, araşdırma nəticəsində 2021-ci il ərzində X12 (FİN 5C8QJ5R) və X6 (FİN 4200XKV) alınmış mallar üzrə tərtib edilmiş 83.320,8 elektron alış aktlarının tərkibinin araşdırılması zamanı uyğunsuzluqlar aşkar edilmişdir. Araşdırma zamanı 83320,8 manat elektron alış aktından 77716,8 manat məbləğində alış aktının Kərimov İlkin adlı şəxsdən aldığı və ÖMV təqdim etməsi, həmçinin 5604,0 manat məbləğində alış aktını isə öz işçisindən aldığı məlum olmuş, beləliklə, 83320,8 manat xərc tanınmaqla, iddiaçının investisiya təşviqi sənədi olması nəzərə alınaraq, 83320,80*20%*50%=8332,08 manat azalması məqsədəuyğun hesab edilmiş və xx.xx.2022-ci il tarixli **********547900 nömrəli qərar qəbul edilmişdir. Yəni, xx.xx.2022-ci il tarixli **********453100 nömrəli qərar qismən - 8332,08 manat hissədə (83 320,8 manat elektron alış aktı əsasında təqdim edilmiş xərcə münasibətdə) azaldılaraq ləğv edilmişdir. İddiaçı tərəfindən cavabdeh orqanın kameral vergi yoxlaması barədə 7 qərarı mübahisələndirilmiş, bu qərarların da əsasında iddiaçının apardığı qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında mövcud olan iqtisadi göstəricilərinin mövcud olan iqtisadi göstəriciləri ilə uzlaşmaması olmuşdur. Məhkəm ə kollegiyası qərarında qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC həmin şəxslərdən mal alarkən onlar riskli vergi ödəyicisi hesab edilməmişdilər. Əvvəla, qeyd edir ki, bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir (vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar iş materiallarında mövcuddur). Həmin vergi ödəyicilərinin riskli hesab edilməsinə səbəb məhz bu vergi ödəyicilərinin aldığı və təqdim etdiyi malların miqdarının fərqli olmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə kollegiyasının dəlillərini təkzib etmək üçün konkret olaraq bildirir ki, iddiaçı ilə "xxxx" MMC (VÖEN: **********) arasında elektron qaimə-faktura əsasında 2021-ci ilin sentyabr və oktyabr aylarında 3894,75 ton miqdarda, 1760053,99 mana t (ƏDV-si 316809,73 manat) məbləğində, X7 (VÖEN: **********) arasında elektron qaimə-faktura əsasında 2021-ci ilin sentyabr və oktyabr aylarında 287,49 ton miqdarda, 168626,72 manat (ƏDV-siz 30352,81 manat) məbləğində metal təqdim edildiyi, təqdim edilmiş elektron qaimə-fakturalar əsasında əvəzləşdirmə əməliyyatının aparıldığı müəyyən edilmişdir. Məhkəmə qərar qəbul etməzdən əvvəl "xxxx" MMC, X7, "xxxx"M MC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin idxal zamanı, elektron qaimə əsasında aldığı və təqdim etdiyi malların miqdarını müəyyən etməli və iddiaçı ilə həmin vergi ödəyiciləri arasındakı əməliyyatları rəsmiləşdirən elektron qaimələrdəki malların mövcud olub-olmadığını aydınlaşdırmalı idi və adları çəkilən müəssisələri 3-cü şəxs qismində cəlb etməli idi. xx.xx. 2022-ci il tarixli **********453100 nömrəli qərarın hesablanması əsası 2021-ci ilin mənfəət vergisi bəyannaməsində 2598084,59 manat xərcin tanınmaması olmuşdur (2514763,79 manat riskli hesab edilən vergi ödəyicilərindən alınan qaimə + 83 320,8 manat elektron alış aktı nəticəsində) və 258635,61 manat vergi məbləği hesablanmışdır. xx.xx.2022-ci il tarixli **********547900 nömrəli qərar qəbul edilmişdir. Yəni, xx.xx.2022-ci il tarixli **********453100 nömrəli qərar qismən - 8332,08 manat hissədə (83 320,8 manat elektron alış aktı əsasında təqdim edilmiş xərcə münasibətdə) azaldılaraq ləğv edilmişdir. Göründüyü kimi məhkəmə qərarında ləğv edilmiş qərara münasibət bildirilmiş, hesablamanın məhz azaldılan hissəsi ilə bağlı - 83 320,8 manat elektron alış aktı əsasında təqdim edilmiş xərcə münasib ətdə qərara dəlillər əlavə edilmiş, ləğv edilmiş qərarın yenidən ləğv edilməsi qərara alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı iddiaçının etirazında şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 13. “İnsan hüquqlarının və əsas azadlıqlar ın müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mü əyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə
37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; Maddə
109. Gəlirdən çıxılmayan xərclər 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəl irdən çıxılır; Maddə 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında D övlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir; Bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur; Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikd ə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğu n olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənəd lərin və ya məlumatların tələb olunması qadağandır; Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır; Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tət biq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndi rilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir; Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati a ktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə
68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquq larını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur; Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; 96.8. Şikayə t əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ a) Kassasiyanın mümkünlüyü
18. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün müm kün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri
19. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası
20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu bax ımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” iş üzrə qərarı).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Bu mənada, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh in qərarlarının ləğvi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bu mənada kassasiya şikayətinin dəlilləri aşağıdakı xüsusatlar nəzərə alınmaqla, əsassızdır. 25. “Riskli vergi ödəyicisi” konsepsiyası Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ö dəyicisi” anlayışı daxil edilmişdir. Həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
26. Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələri Vergi Məcəlləsinin 13.2.82, o cümlədən “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin r iskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci m addəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
27. Vergi Məcəlləsinin 109.9 və 175.11-ci maddələrinin tətbiqi Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər isə əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Belə ki, malın idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9 və 175.11-ci maddələrinin tətbiqinə əsas verməməlidir. Sözügedən normaların malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparıl an inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materiallar ı (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araş dırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Həmçinin, o da diqqətə alınmalıdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mə nada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
28. Riskli əməliyyatlarla bağlı aşağıdakılar qeyd edilməlidir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin a ldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən hər hansı imperativ norma da mövcud deyil.
29. Hazırkı iş üzrə mübahisələndirilən qərarın qanuniliyi İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının mübahisəli malları aldığı şəxslər həmin tarixdə riskli vergi ödəyicisi hesab edilməmiş, qeyd olunan hüquqi və fiziki şəx slər mallar alınarkən riskli vergi ödəyiciləri siyahısına daxil edilməmişdilər. Cavabdeh vergi orqanı iddiaçıya mənfəət vergisi (iş üzrə mübahisələndirilən digər qərarlardan fərqli olaraq xx.xx.2022-ci il tarixli qərarla əlavə vergi məbləğinin hesablanmasının əsası 2021-ci ilin mənfəət vergisi bəyannaməsində əksini tapan xərcin tanınmaması olmuşdur), habelə, aparılan əməliyyatlar üzrə verginin əvəzləşdirilməsindən imtina edib, ƏDV məbləğləri hesablayarkən yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı (mal aldığı) şəxslərin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparıl mayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
30. Kassasiya şikayətinin konkret dəlillərinə gəldikdə isə, şikayətin məhkəmənin qərar qəbul etməzdən əvvəl elektron qaimə əsasında alınan və təqdim edilən malların miqdarını müəyyən etməli və iddiaçı ilə riskli vergi ödəyiciləri arasındakı əməliyyatları rəsmiləşdirən elektron qaimələrdəki malların mövcud olub-olmadığını aydınlaşdırmalı olduğu, həmin şəxsləri üçüncü şəxs qismində cəlb etməli olması barədə dəlil əsaslı deyil. Belə ki, bu Qərarda yuxarıda (§27) hüquqi qiymət verildiyi kimi, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir, inzibati məhkəmə inzibati orqanın əvəzi nə icraat aparmaq öhdəliyi daşımır, İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi isə inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Çünki, məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Əksini düşünmək, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün, yolverilməzdir. İnzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində məhkəmə nəzarətini ehtiva edir. Həmin nəzarət isə şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması demək deyil.
31. Şikayətin məhkəmənin cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş xx.xx. 2022-ci il tarixli qərarı yenidən ləğv etməsinə dair dəlili də əsaslı deyil. Belə ki, xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci il tarixli qərar qismən - 8.332,08 manat hissədə ləğv edilmişdir. Bu baxımdan, xx.xx.2022-ci il tarixli qərarın xx.xx.2022-ci il tarixli qərarla ləğv edilən hissə istisna edilməklə, qüvvədə qalan digər hissəsi məhz hazırkı araşdırma nəticəsində qəbul edilən yekun məhkəmə aktı ilə ləğv edilmişdir.
32. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin mübahisələndirilən qərarlarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehin qərarları qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icr aatla bağlı tələblərə zidd olmuş və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur.
33. Hazırkı inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2764/2023 nömrəli iş üzrə 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respubli kası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.