Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-793/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət hüququndan sui-istifadə, dövlət hesabına vəkillə təmin olunmadan imtina, kassasiyanın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı “qərarların icra olunması” tələbinə dair iş üzrə iddiaçının kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-4197/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 6(006)-21/2024 və 6(006)-32/2024 və 6(006)-44/24 nömrəli işlər üzrə qərarların icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü tarixli, 2-1(112)-11844/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(103)-4197/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçının həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-4197/2024 nömrəli qərardadı ilə təmin edilməmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizənin təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyindən, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı əsassız iddialar qaldırmaqla, həmin iddiaların mümkünsüzlüyünə dair qərardadları hər üç məhkəmə mərhələsində mübahisələndirməklə hüququndan sui-istifadə edir. Hüquqdan sui-istifadə edən şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi isə dövlət vəsaitinin təyinatından kənar əsassız yerə xərclənməsinə səbəb olur. Qeyd edilənləri, iddiaçının bu vaxta qədər eyni bir mübahisə ilə bağlı qaldırdığı çoxlu sayda iddiaların mümkünsüz hesab edildiyini, hər dəfə iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verildiyini, hazırkı iddia tələbinin həmin tələblərlə bağlılığını nəzərə alaraq kollegiya hesab edir ki, vəkillə təmin olunmaya dair ərizə təmin edilə bilməz.
6. İddiaçı kassasiya şikayəti verərə k, həmin qərardadın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Sözügedən Qərardadda eləcə də izah olunmuşdur ki, “...təcrübədə rast gəlinən şikayət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui-istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrartəkrar məhkəmə yə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər (§60)” və “şikayət hüququndan sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər (§61)”. Əsaslandırılmamış kassasiya şikayəti isə İnzibati Prosessual Məcəllənin 94.2-ci maddəsinə əsasən mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət hüququndan sui-istifadə hallarının qarşısının alınması və sanksiyalaşdırılması daxili hüquqda olduğu kimi, beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə də mövcuddur. “Azərbaycan Respublikasında insan hüquq v ə azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından suiistifadə etməməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 35-ci maddəsinin § 3 (a) yarımbəndində isə qeyd olunmuşdur ki, şikayət hüququndan sui-istifadə edilməklə təqdim olunmuş şikayət Məhkəmə tərəfindən qəbuledilməz (mümkün olmayan) elan edilməlidir.
11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya çərçivəsində yaradılan və Razılığa gələn X1 ilə bağlı öhdəliklərinə riayət etməsini təmin etmək üçün nəzərdə tutulan Məhkəmə əsassız və bezdirici şikayətlərlə məşğul olmamamalıdır, bu, onun real funksiyaları ilə uyğun gəlməyən lazımsız iş yükü yaradır (mutatis mutandis, keçmiş Komissiya ilə bağlı, “M. Birləşmiş Kral lığa qarşı”, №13284/87, Komissiyanın qərarı, 15 oktyabr 1987, Qərarlar və Hesabatlar (DR) 54, s. 214). Məhkəmə şikayətin şikayət hüququndan sui-istifadə əsasında rədd edilməsinin müstəsna tədbir olduğunu vurğulayaraq bir çox hallarda tətbiq etmişdir. Belə ki, şikayətçi bilərəkdən yalan faktlara əsaslanan şikayətlər verdikdə, işdə sənədləri saxtalaşdırdıqda və ya Məhkəmənin işin araşdırılması üçün əsaslı bir sübut barədə məlumatlandırmadıqda və ya icraatın gedişində yeni yaranan əhəmiyyətli halları gizlətdikdə; şikayətçi Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etdiyi hallarda; eləcə də, şikayətçi təkrar-təkrar və açıq-aşkar əsassız şikayətlər göndərdikdə və bu şikayətlərin əvvəllər təqdim etdiyi və qəbuledilməz hesab edilən şikayə tə bənzədiyi; və buna bənzər digər hallarda tətbiq etmişdir (“Miroļubovs və başqaları Latviyaya qarşı”, №798/05, §§ 62-65, 15 sentyabr 2009; və “S.A.S. Fransaya qarşı” [BP], № 43835/11, §§ 66-67, 1 iyul 2014).
12. Beləliklə, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin şikayət hüququndan sui-istifadə etməsidir. Yuxarıda sadalanan hallardan göründüyü kimi, şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsəd ilə edilən), açıq-aydın əsaslandırılmamış, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan (t ərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayətçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən hər hansı davranışı şikayət hüququndan sui-istifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik və şikayətçinin m əhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.
13. Şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir.
14. Sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sisteminin yanlış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi üçün şikayə tin mümkün sayılmaması haqqında qərardad çıxara və ya bu hüquqdan sui-istifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə qərarlar çıxara bilər.
15. Hazırkı işə münasibətdə nəzərə almaq lazımdır ki, məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil qanunvericiliklə müəyyən olunmuş müəyyən şərtlər daxilində təyin oluna bilər. Bu baxımdan dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə verən şəxs həmin şərtlərin ona münasibətdə mövcud olduğunu əsaslandırmalıdır. Həmin şərtlərin yoxlanılması zamanı məhkəmələr tərəfindən həmçinin proses iştirakçısının əsassız şikayət verib-vermədiyi, şikayət vermə hüququndan sui-istifadə edib-etmədiyi də araşdırılmalıdır. Aşkar surətdə əsassız kassasiya şikayəti verən, xüsusilə də hüququndan sui-istifadə edən proses iştirakçısına dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi, bir tərəfdən, şəxsin hüquqi müdafiəsinin dövlət hesabına təmin olunması məqsədləri ilə uzlaşmır, digər tərəfdən isə, dövlət vəsaitinin səmərəsiz və təyinatına uyğun olmayan şəkildə xərclənməsinə, eləcə də iş üzrə məhkəmə icraatının əsassız uzanmasına səbəb olur.
16. Kassasiya instansiyası məhkəməsinin iddiaçının kassasiya şikayətinə dair analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda qeyd edilmişdir ki, dövlət hesabına vəkillə təmin edilməsi barədə müraciət edən ərizəçi uzun müddətdir məhkəmələrdə əsassız iddialar qaldırır. Ərizəçinin müxtəlif məhkəmə instansiyalarında inzibati məhkəmə icraatı qaydasında baxılan və baxılmış iddialarının sayı həddən artıq çoxdur. B u vaxta qədər eyni mübahisə ilə bağlı onun qaldırdığı çoxlu sayda iddialar məhkəmələr tərəfindən mümkün sayılmamışdır. Və hər dəfə ərizəçi iddianın mümkün sayılmaması barədə həmin qərardadlardan kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hallar nəzərə alındıqda, ərizəçinin belə davranışı hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi ərizəçiyə dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasından imtina etməkdə haqlı sayılmalıdır. Qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə, belə hallarda ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması ona hüquqdan sui-istifadəyə imkan və şərait yaradılması kimi qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2295/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)-2839/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2902/2023 nömrəli, xx.xx.2024- cü il tarixli 2-1(102)-40/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-218/2024 nömrəli və sair qərarları).
17. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (İnzibati Prosessual Məcəllənin 1.2, Mülki Prosessual Məcəllənin 47.1-ci maddəl əri).
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının açıq-aşkar əsassız və təkrarlanan şikayətləri məhkəmənin real funksiyaları ilə üst-üstə düşmür, gərəksiz iş yükü yaradır, həmçinin, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmasına əngəl törədir. Beləliklə, iddiaçının eyni və oxşar mübahisələr ilə bağlı davamlı olaraq qaldırdığı çoxlu sayda əsassız, mümkünsüzlüyü əvvəlcədən aşkar olan iddialar irəli sürməsi, hər dəfə kassasiya şikayəti verilməsi üçün işsiz kimi qeydiyyatda olduğuna, aktiv əmək müqaviləsinin olmadığına dair rəsmi məlumatlara istinadla dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizələrlə müraciət etməklə iddiaçı prosessual qanunla ona verilmiş şikayət hüququndan sui-istifadə etm işdir.
19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-4197/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şika