Məhkəmə qərarları › İş №2-1(102)-794/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-794/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-794/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-73/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hərbi biletə və Qeydiyyat kartasına əsasən iddiaçı 25.10.N3-31.01.N4-cü il tarixlərdə N nömrəli hərbi hissədə atıcı, 04.06.N-21.07.N-ci il tarixlərdə isə N nömrəli hərbi hissədə atıcı olmuş, 04.06.N-21.07.N-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, cavabdehin 27.06.N-ci il tarixli 109 saylı əmri ilə 21.07.N-ci il tarixdən ehtiyata buraxılmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 25.07.2019cu il tarixli məktubuna əsa sən N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Sumqayıt ŞHK-nin çağırışçısı, 1959-cu il təvəllüdlü, sıravi iddiaçı N №-li hərbi hissə komandirinin 04.06.N-ci il tarixli 155 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlarla təmin edilərək 4-cü MAT-a təyin olunmuşdur. Cavabdehin 27.06.N-ci il tarixli müvafiq əmrinə əsasən yuxarı yaş hədli, 1959-cu il təvəllüdlü, iddiaçı N №-li hərbi hissə komandirinin 21.07.N-ci il tarixli 202 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-na göndərilmişdir.

3. N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası”na əsasən iddiaçı 30.01.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almışdır.

4. Qarabağ Hərbi Proku rorluğunun 28.04.2020-ci il tarixli məktubuna əsasən iddiaçı barəsində Qarabağ hərbi prokurorluqda cinayət işi istintaqı olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 04.12.2020-ci il tarixli məktubundan görünür ki, xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş Sumqayıt ŞHK-dan çağırılmış iddiaçı N №-li hərbi hissə komandirinin 31.12.N3-cü il tarixli 24 №-li əmrilə 21.12.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bir aydan artıq hərbi hissəni özbaşına tərk etdiyi üçün ŞHK-dan çağırılmış iddiaçı N №-li hərbi hissə komandirinin 28.04.N4-cü il tarixli 101 №-li əmrilə şəxsi heyətin sıralarından və bütün növ təminatlardan çıxarılmışdır.

6. Cavabde hin N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabının arxiv çıxarışından və həmin hərbi hissə komandirinin 31.12.N3-cü il tarixli 24 №-li əmrin arxiv çıxarışından görünür ki, N №-li hərbi hissədən gəlmiş iddiaçı 21.12.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissə komandirinin 28.04.N4-cü il tarixli 101 №-li əmrin arxiv çıxarışından isə görünür ki, iddiaçı N gün hərbi hissəni özbaşına tərk etdiyi üçün 01.04.N4-cü il tarixdən şəxsi heyətin sıralarından və bütün növ təminatlardan çıxarılmışdır.

7. Sumqayıt şəhər 1 saylı şəhər poliklinikasının 8095 №-li müayinəsindən görünür ki, rentgen təsvirinə əsasən 1959-cu il təvəllüdlü iddiaçının sol körpücük sümüyünün orta 1/3 hissəsində düz bitişməyən köhnə sınıq izlənildi.

8. İddiaç ı “Müharibə veteranı” adı və vəsiqəsi almaq məqsədilə cavabdehə müraciət etmiş, cavabdehin 10.09.2019 saylı məktubu ilə xahişi təmin olunmamışdır. Məktubda qeyd edilir ki, N saylı hərbi hissənin arxiv sənədləri Mərkəzi Arxivə daxil olmadığına görə və iddiaçının hərbi xidməti tam təsdiqlənmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı 30 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, 1977–1979-cu illərd ə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Sumqayıt Hərbi Komissarlığı tərəfindən 27 iyul N3-cü ildə könüllü olaraq hərbi xidmətə çağırılmış və N saylı Hərbi Hissəyə göndərilmişdir. 25 oktyabr N3-cü ildə N saylı hərbi hissədə atıcı kimi Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 30.01.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almışdır. Bunu Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası“ təsdiq edir. Müdafiə Nazirliyinin 27.06.N-ci il tarixli 109 saylı əmri ilə ehtiyata buraxılmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi faktı Müdafiə Nazirliyi N saylı hərbi hissə tibb rotasının “ilkin tibbi kartoçkası" ilə ona məxsus hərbi biletin notariat təsdiqi ilə, Müdafiə Nazirliyinin İşlər idarəsi Mə rkəzi Arxivinin 25.07.2019-cu il tarixli arayışı və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin 01.11.N-ci il tarixində verdiyi 642 saylı vəsiqəsi ilə təsdiq edilir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

11. Cavabdehin iddiaya qarşı etirazının əsaslarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N8-ci ilin fevralın 1-dən N4-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi v ahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqq ında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. İddiaçı 30 yanvar N4-cü ildən 0N iyun N-ci ilə qədər hərbi hissədə olmamışdır.

12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X3, 2-1(118)-187/2020 saylı iş) 26 avqust 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, iddiaçının 30 yanvar N4-cü ildən N iyun N-ci ilədək N saylı hərbi hissədə olmaması səbəbindən ona müharibə veteranı statusu verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd olunan tarixlərdə N saylı hərbi hissədə olmamışdır. Lakin göstərilən müddətlərdə iddiaçının N saylı hərbi hissədə olmamasına səbəb onun yaralanaraq müalicədə olması ilə əlaqədar olmuşdur. Sonradan iddiaçı N saylı hərbi hissə komandirinin N iyun N-ci il tarixli əmri ilə şəxsi heyətin sıralarına daxil edilərək, qanuni əsaslarla N saylı hərbi hissə komandirinin N iyul N-ci ildə 202 saylı əmrinə əsasən ordu sıralarından tərxis olunmuşdur. Məhkəmə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə hesab etmişdir ki, iddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyindən görə “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi iddiaçı döyüş əməliyyatlarında iştirak edən zaman yuxarıda qeyd olunan qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini digər döyüşən hərbi hissədə davam etdirməklə Müdafiə nazirinin 27.06.N-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub.

14. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia nın təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X1, 2-1(105)-73/2021 saylı iş) 15 fevral 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

16. Cavabdeh 10 mart 2021-ci il tarixdə qərarın surətini almış, 19 mart 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

17. İddiaçı iddia ərizəsində 27 iyul N3-cü ildə könüllü olaraq hərbi xidmətə çağırıldığını, 25 oktyabr N3-cü ildə N saylı hərbi hissədə atıcı kimi Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, 30.01.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı” xəsarəti aldığını göstərib məhkəmədən 27.06.N327.06.N-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olmağı faktını təsdiq etməklə, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir.

18. N nömrəli hərbi hissə 09.07.N3-cü ildə N №-li əmrlə yaradılmış, 14.12.N3-cü ildə 0323 №-li əmrlə ləğv edilmişdir. Hərbi hissə 15.11.N3-cü il tarixdən 14.12.N3-cü i tarixə kimi döyüş əməliyyatları aparmışdır.

19. Göstəril ən səbəblərdən iddiaçının 27.06.N3-27.06.N-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olması faktının təsdiq edilməsinə dair iddiası əsassızdır.

20. İddiaçının ilkin tibbi kartından da görünür ki o, 30.01.N4-cü ildə N nömrəli hərbi hissənin əsgəri olmuşdur.

21. İddiaçının 30.01.N4-cü ildən 0N iyun N-ci ilə qədər olan dövr üçün xidməti barədə məlumat yoxdur.

22. Məhkəmə 04.06.N-ci il tarixdən 21.07.N-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyini göstərir. Halbuki, 12 may N4-cü ildə döyüş əməliyyatları dayandırılmışdı və N nömrəli hərbi hissə də döyüş əməliyyatları aparmırdı. 23. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cı maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərb qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

24. İddiaçının N və N nömrəli hərbi hissələrin şəxsi heyətinin siyahısına daxil edilməsi və siyahıdan çıxarılması barədə sübutlar yoxdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat veri b şikayətin təmin edilməsini xahiş etmişdir.

27. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 28. 25 dekabr N1-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, to planışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

29. Azərbaycan Respublikasının 3 oktyabr N7-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə

20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. 30. “Veteranlar haqqında” Qanun: Maddə 3, 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmət ə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikas ının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq ve teran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı v ə müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

32. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa bo rcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. ap elyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

33. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formad a təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

36. İddiaçı 27.06.N3-27.06.N-ci illərdə hərbi xidmətdə olduğunu, N4-cü ilin yanvarın da döyüş zamanı xəsarət almasını və N-ci ilin iyul ayında qanuni əsasla ehtiyata buraxıldığını bildirib “Müharibə veteranı” adı və vəsiqəsi verilməsini xahiş etmişdir.

37. Cavabdehin mövqeyinə görə N saylı hərbi hissənin arxiv sənədləri mərkəzi arxivə təhvil verilmədiyinə və hərbi xidməti tam təsdiqlənmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adı verilə bilməz.

38. Tarixi ardıcıllıqla iddiaçının ayrı-ayrı hərbi hissələrin şəxsi heyətinin siyahısında olma dövrü aşağıdakı kimi olmuşdur. 1) 25 oktyabr N3-cü ildən 31 yanvar N4-cü ilə qədər N saylı hərbi hissə (əsas: hərbi bilet); 2) 31 yanvar N4-cü ildə xəsarət alması və müalicə olunması barədə məlumat (əsas: arayış); 3) 21 dekabr N3-cü ildən 28 aprel N4-cü ilə qədər N saylı hərbi hissə (əsas: arxiv sənədləri); 4) N iyun N-ci ildən N iyul N- ci ilə qədər N saylı hərbi hissə (əsas: hərbi bilet və arxiv sənədləri).

39. İlk öncə qeyd edilməlidir ki, apelyasiya məhkəməsi iddiaçının 21 dekabr N3cü ildən 31 yanvar N4-cü ilə qədər eyni vaxtda həm N saylı, həm də N saylı hərbi hissənin şəxsi heyətinin siyahısında olmasının səbəbini araşdırmamışdır.

40. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi iddiaçının hərbi biletində qeyd edilən 25 oktyabr N3-cü ildən 31 yanvar N4-cü ilə qədər N saylı hərbi hissədə xidmət etməsi barədə məlumatın hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv sənədləri ilə təsdiq olunmasını araşdırmamışdır.

41. Halbuki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabineti nin N-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq ha qqında vəsiqələr, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

42. Əsasnamənin tələbinə görə iddiaçının hərbi biletində olan 25 oktyabr N3-cü ildən 31 yanvar N4-cü ilə qədər N saylı hərbi hissədə xidmət etməsi barədə məlumat hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər.

43. Bundan başqa, iddiaçının N iyun N-ci ildən N iyul N-ci ilə qədər N saylı hərbi hissədə xidmət etməsi həm hərbi bilet, həm də hərbi hissələrin nizami hissə üzrə əmrləri və arxiv arayışları ilə birgə təsdiq edilir.

44. İddiaçının hərbi biletində olan məlumata görə o, N iyun N-ci ildən N iyul N-ci ilə qədər N saylı hərbi hissədə xidmət edən zaman Füzulu rayonu uğrunda gedən döyüşlərdə iştirak etm işdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, 12 may N4-cü ildə atəşkəs razılaşması əldə olunduqdan sonra N iyun N-ci ildən N iyul N-ci ilə qədər olan dövrdə N saylı hərbi hissənin həqiqətən aktiv döyüşlərdə iştirak etməsi apelyasiya məhkəməsi tərəfindən araşdırılmamış, iddiaçının bu dövrdə döyüş zamanı xəsarət alması müəyyən edilməmişdir.

46. Yuxarıda adı çəkilən Əsasnamənin tələbinə görə 12 may N4-cü ildən sonra döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etmiş hərbi qulluqçuya döyüş zamanı xəsarət aldığı halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər. 47. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12 -dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında, N4-cü il 12 may tarixindən sonra isə döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

48. Apelyasiya məhkəməsi iddiaçının hərbi biletində olan məlumatların hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməsini, həmçi nin xəsarət alması barədə məlumatı yuxarıda qeyd edilən qaydada ətraflı araşdırmadığından apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qismən təmin olunmalıdır.

49. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-73/2 021 saylı 15 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar