Məhkəmə qərarları › İş №2-1(102)-794/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-794/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-794/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplomların tanınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(103)2678/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE ********, FİN kod: xxxxxxx) xx xxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. Rusiya Federasiyası X5 tərəfindən verilmiş 137724 ******* nömrəli, 17 aprel 2015-ci il tarixli diplomun və həmin diploma əlavənin surətinə əsasən iddiaçı təhsil forması qiyabi olmaqla 2015-ci ildə həmin Akademiyanın tam kursunu bitirərək “Sənətşünaslıq” sahəsi üzrə bakalavr dərəcəsi əldə etmişdir.

3. Rusiya Federasiyası “Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti tərəfindən verilmiş 137705 ******* nömrəli, 18 noyabr 2019-cu il tarixli diplomun və həmin diploma əlavənin surətinə əsasən iddiaçı təhsil forması qiyabi olmaqla 2019-cu ildə həmin Univers itetin tam kursunu bitirərək “İdarəçilik” sahəsi üzrə magistr ali ixtisas dərəcəsi əldə etmişdir.

4. İddiaçı qeyd edilən bakalavr və magistr diplomlarının tanınması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının elektron kabinetinə yerləşdirilmiş 29 aprel 2021-ci il tarixli elektron çıxarışların məzmununa əsasən iddiaçı Rusiya Federasiyası X3 Bakı filialında təhsil almışdır. Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Göstərilənlər nəzərə alınaraq 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, **********6 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Ekspertiza zamanı magistratura səviyyəsi üçün baza rolunu oynayan bakalavr diplomu üzrə əldə etdiyi xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə mü vafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Nəticədə, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, **********5 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası DİN X2 adına verilmiş bakalavriat üzrə 137724 ******* nömrəli, 17.04.2015-ci il tarixli diplo mun və Rusiya Federasiyası DİN “Sinergiya” Moskva Maliyyə və Sənaye Universitetinin magistratura üzrə 137705 ******* nömrəli, 18.11.2019-cu il tarixli diplom ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının məhkəməyə ünvanladığı iddianın əsasının və ya predmetinin dəqiqləşdirilməsinə dair ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 8 iyun 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə X4 (Moskva, Rusiya Federasiyası) qəbul olunmuş, təhsilini qiyabi şöbədə almışdır. Həmin ali təhsil müəssisəsində təhsilini başa vurub 2015-ci ildə 137724 ******* nömrəli bakalavr diplomu almışdır. Daha sonradan “Sinergiya” Moskva Maliyyə və Sənaye Universitetinin magistraturasına qəbul olmuş və 2019-cu ildə təhsilini bitirib 137705 ******* nömrəli magistr diplomunu almışdır. İxtisasının tanınması və ixtisas ekvivalentliyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, müraciətinə cavab olaraq ona ünvanlanmış 29 aprel 2021-ci il tarixli elektron cavabda qeyd edilmişdir ki, Rusiya Federasiyası DİN X3 hazırda akkreditasiyası yoxdur və ona verilmiş diplomların ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Lakin o, akademiyanı 2015-ci ildə bitirmiş və həmin tarixdə Akademiya akkr editə olunmuşdur. Bu səbəbdən hesab edir ki, sənədləri tam qanuni və əsaslıdır, cavabdehin imtinası tamamilə qanunsuzdur.

8. Cavabdehin etirazında göstərilmişdir ki, müraciətə baxılan zaman İddiaçı bakalavr üzrə təhsil aldığı müddət ərzində Rusiya Federasiyasında cəmi 8 gün (İ il – 3 gün, İİ il – getməyib, İİİ il – getməyib, İV il – getməyib, V il – 5 gün) olması, Rusiya Federasiyasının X4 sorğu göndərilməsi nəticəsində onun 2010-2015-ci tədris illərində həmin təhsil müəssisəsində qiyabi əsaslarla Bakı innovasiyalar texnologiyaları mərkəzinin bazasında təhsil alması müəyyən edilmişdir. Belə bir mərkəz hər hansı bir xarici universitetin filialı olaraq Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərmir. Digər tərəfdən iddiaçının aldığı magistr təhsili müddətində o, Rusiya Federa siyası ərazisində olmadığından, eyni zamanda magistratura səviyyəsi üçün baza rolunu oynayan bakalavr diplomu üzrə əldə etdiyi xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması, magistr diplomu əsasında kvalifikasiyanın tanınması mümkün deyildir.

9. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7040/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən də qəbul edildiyi kimi, həmçinin cavabdehin etiraz ərizəsində iddiaçının 2010-2015-ci tədris illərində həmin təhsil müəssisəsində qiyabi əsaslarla Bakı innovasiyalar texnologiyaları mərkəzinin bazasında təhsil aldığı göstərilmişdir. Halbuki, iddiaçının aldığı təhsilin Bakı innovasiyalar texnologiyaları mərkəzi ilə səbəbli əlaqəsini n olub-olmaması iş materiallarında olan sənədlərdə müşahidə olunmamışdır. Nəzərə alınmalıdır ki, hətta, bu hal sübut olunsaydı belə, Bakı innovasiyalar texnologiyaları mərkəzi qanuni əsaslara fəaliyyət göstərməmişdir. Bundan başqa, həmin mərkəz ümumiyyətlə hər hansı bir xarici şirkətin filialı olmamışdır. İddiaçı aldığı təhsilin distant formada həyata keçirildiyini bildirsə də, bu hal bakalavr diplomunda və Rusiya Federasiyası DİN X5 tərəfindən İddiaçı ünvanlanmış olan məktub ilə təkzib olunmuşdur. Belə ki, həmin sənədlərdən görünür ki, 1978-ci il təvəllüdlü İddiaçı 2010-cu ildən 2015-ci ilədək qiyabi formada təhsil almışdır. Bundan başqa, iddiaçının məhkəmə iclasında qeyd etdiyi hal ilə yanaşı iddia ərizəsinin əsaslandırılması arasında ziddiyyətli məqamlar olmuşdur ki, iddiaçı əsaslandırm a zamanı təhsilini “qiyabi şöbədə” aldığını bildirmişdir. Göründüyü kimi, iddiaçının aldığı təhsil qiyabi formada tədris olunduğu halda, iddiaçı tədris müddəti ərzində təhsil aldığı ali təhsil müəssisəsində yalnız 8 gün olmuşdur. Rusiya Federasiyası DİN X5 tərəfindən İddiaçı ünvanlanmış olan məktubda iddiaçının təhsil müddəti əsasında distant təhsil texnologiyalarından istifadə olunması göstərilsə də, bu hal iddiaçının aldığı təhsilin “distant” olduğu mənasını vermir. Sadəcə şəxsin iradə ifadəsindən asılı olaraq təhsilin məsafədən davam etdirilməsinin metodudur. Məhkəmə iddiaçının ölkə ərazisində qısa müddət olub-olmaması ilə bağlı əlavə araşdırmanın aparılmasına (Dövlət Sərhəd Xidmətinə sorğu verilməsi) zərurət görməmiş, çünki iddiaçı məhkəmə iclaslarında verdiyi izahatda Rusiya Federasiy ası DİN X3 dərslərində əyani qaydada iştirak etmədiyini, 1-ci və 5-ci tədris illərində ümumilikdə 8 gün iştirak etdiyini, digər vaxtda isə yalnız məsafədən, yəni internet vasitəsi ilə onlayn dərslərə qoşulduğunu qeyd etmişdir. Baza rolunu oynayan bakalavr diplomunun ölkə ərazisində tanınmaması, bakalavr ilə magistr səviyyələri arasında mövcud olan asılılıq əsasında iddiaçının bakalavr bazasını mənimsəmədiyinə gətirib çıxarır ki, bu halda magistr diplomu üzrə kvalifikasiyanın tanınması yol verilməzdir. Hətta, həmin diplom tanındığı təqdirdə belə, iddiaçının təhsil aldığı magistratura dövrü ərzində zəruri dərs saatlarında iştirak etməməsi, onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verə rək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(103)-2678/2021 nömrəli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər C.Yusifov və H.Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7040/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən iddiaçının hazırkı tələbi əsassız olmuşdur.

14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı hesab edir ki, məhkəmə kollegiyasının gəldiyi nəticə işin hallarına, iş materiallarında olan sübutlara qətiyyən uyğun deyildir. İş materiallarında olan heç bir sənəddə iddiaçının Bakı İnnovasiyalar texnologiyaları mərkəzi adlı ali təhsil müəssisəsində, şirkətdə, filialda və s. təhsil almağı ilə bağlı heç bir məlumat yoxdur. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, o, Rusiya Federasiyasının X5nda 20102015-ci illə rdə qiyabi formada bakalavr təhsili almış, aldığı təhsil üzrə ona 17.04.2015-ci il tarixdə 137724 ******* nömrəli diplom verilmişdir. Diplom Moskva şəhəri Təhsil Departamenti tərəfindən 31.07.2015-ci il tarixdə apostil olunmuşdur. Həmin diplomdan, eləcə də, X2 iddiaçıya ünvanlanmış 27.05.2021-ci il tarixli, 04-1346 saylı məktubundan məlum olur ki, iddiaçı bakalavr təhsilini Bakı İnnovasiyalar Texnologiyaları mərkəzi adlı ali təhsil müəssisəsində, şirkətdə, filialda və s. almamış, məhz Rusiya Federasiyasının X5nda təhsil almış, həmin Akademiya isə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Təhsil və elm sahəsinə nəzarət Federal Xidmətinin “Təhsil və elmi müəssisələrin dövlət akkreditasiyası haqqında” 26.04.2010-cu il tarixli Sərəncamı ilə akkreditasiya olunmuşdur. Bundan başqa, X2 iddia çıya ünvanlanmış 27.05.2021-ci il tarixli, 04-1346 saylı məktubundan görünür ki, iddiaçı həmin təhsil müəssisəsində 2010-2015-ci illərdə qiyabi formada təhsil almışdır. Eyni zamanda həmin məktubda vurğulanır ki, Rusiya Federasiyasının “Təhsil haqqında” Qanununun 16-cı maddəsinə əsasən tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunmuşdur. Göründüyü kimi iddiaçının qiyabi formada bakalavr təhsili zamanı distant təhsil texnologiyalarından istifadə edildiyi barədə izahatı ilə bu məzmunda olan sənədlər arasında hər hansı ziddiyyət yoxdur. Məhkəmə kollegiyası iddiaçının iddiasını bakalavr diplomunun tanınması hissəsində təmin etmədiyindən, iddianın magistr diplomunun tanınması hissəsində də diplomun tanınmasını yolverilməz hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Təhsil haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-); 1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru; (-); 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; (-); 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; (-); 1.0.34. magistratura - ali təhs ilin ikinci səviyyəsi; (-); 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; (-). Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə

27. Təhsil haqqında dövlət sənədi (-); 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ix tisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. (-); 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: (-); 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-). Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-); 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qa ydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

18. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələri n ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 19. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: - 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə a lınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvival entlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

22. Azərbayc an Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş»: Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə pros es iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəm ənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçi vəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarı və həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillər ilə əlaqədar olaraq qeyd edir ki, iddiaçı Rusiya Federasiyası X5nda “Sənətşünaslıq” sahəsi üzrə bakalavr təhsili almış və ona 137724 ******* nömrəli, 17 aprel 2015-ci il tarixli diplom verilmişdir. Bundan sonra, iddiaçı həmin diplom əsasında Rusiya Federasiyası “Sinergiya” Moskva Maliyyə-Sənaye Universitetində təhsil alaraq “İdarəçilik” sahəsi üzrə magistr ali ixtisas dərəcəsi əldə etmiş və ona 137705 ******* nömrəli, 18 noyabr 2019-cu il tarixli diplom verilmişdir.

27. İddiaçı qeyd edilən bakalavr və magistr diplomlarının Azərbaycan Respub likasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyası X3 Bakı filialında (Bakı innovasiyalar texnologiyaları mərkəzində) təhsil almış, lakin Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Eyni zamanda, iddiaçı bakalavr üzrə təhsil aldığı müddət ərzində Rusiya Federasiyasında cəmi 8 gün olmuşdur. İddiaçının magistratura səviyyəsi üçün baza rolunu oynayan bakalavr diplomu üzrə əldə etdiyi xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmadığından magistr dipl omu əsasında kvalifikasiyanın tanınması da mümkün deyildir.

28. Göründüyü kimi, cavabdehin imtinasının əsasını iki hal təşkil edir: - Bakalavr diplomu üzrə təhsil müəssisəsinin yerləşdiyi ölkədə çox qısa olması və həmin ölkəyə getmədən Bakı şəhərində təhsil aldığı filiala Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməməsi; - magistratura səviyyəsi üçün baza rolunu oynayan bakalavr təhsilinin tanınmamasına görə magistr diplomunun da tanınmasının mümkünsüzlüyü.

29. İddiaçı birinci hal ilə əlaqədar kassasiya şikayətində qeyd edir ki, iş materiallarında olan heç bir sənəddə onun Bakı İnnovasiyalar texnologiyaları mərkəzi adlı ali təhsil müəssisəsində, şirkətdə, filialda və s. təhsil almağı ilə bağlı heç bir məlumat yoxdur. O, Rusiya Federasiyasının X5nda 2010-2015-ci illərdə qiyabi formada bakalavr təhsili almış, diplomu Moskva şəhəri Təhsil Departamenti tərəfindən 31.07.2015-ci il tarixdə apostil olunmuş, həmin diploma və X3 27 may 2021-ci il tarixli, 04-1346 saylı məktubuna əsasən məhz Rusiya Federasiyasının X5nda təhsil almış, həmin Akademiya isə Rusiya Federasiyasında akkreditasiya olunmuşdur. Rusiya Federasiyasının “Təhsil haqqında” Qanununun 16-cı maddəsinə əsasən tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunmuş, bu da onun bakalavr təhsilinin qiyabi formada olması ilə bağlı ziddiyyətin olmamasına dəlalət edir.

30. Məhkəmə kollegiyası ilk öncə iddiaçının kassasiya şikayətinin dəlillərində yazılan ziddiyyətli məqamlara diqqət yetirməyi zəruri hesab edir.

31. Belə ki, iddiaçı kassasiya şikayətində “...heç bir sənəddə onun Bakı İnnovasiyala r texnologiyaları mərkəzi adlı ali təhsil müəssisəsində, şirkətdə, filialda və s. təhsil almağı ilə bağlı heç bir məlumat yoxdur... bakalavr təhsilini Bakı İnnovasiyalar Texnologiyaları mərkəzi adlı ali təhsil müəssisəsində, şirkətdə, filialda və s. almamış, məhz Rusiya Federasiyasının X5nda təhsil almışdır...” qeyd etsə də, iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən aparılan araşdırma zamanı Rusiya Federasiyasının X2 daxil olmuş 15 aprel 2021-ci il tarixli, 04-0938 nömrəli məktubunda iddiaçının həmin akademiyada Bakı innovasiyalar texnologiyaları mərkəzinin bazasında qiyabi təhsil aldığı göstərilmişdir.

32. Bundan başqa, iddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, 2010-2015-ci tədris illərində Rusiya Federasiyası X5nda qiyabi əsaslar la Bakı innovasiyalar texnologiyaları mərkəzinin bazasında təhsil almış, bakalavr təhsilini distant formada almış, Rusiya Federasiyası X5nda tədrisi ilə bağlı ilk kursda 3 gün, sonuncu kursda isə 5 gün olmaqla əyani qaydada iştirak etmiş, digər vaxtlarda isə yalnız məsafədən, yəni internet vasitəsi ilə onlayn dərslərə qoşulmuşdur.

33. Bu qərarın 17-ci bəndində qeyd edilən normaya əsasən Azərbaycan Respublikası ərazisində dörd təhsilalma forması müəyyən edilmişdir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat).

34. Həm birinci, həm də apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bakalavr təhsilini qiyabi formada almışdır. Bu xüsusat iddiaçının özünün etirafı ilə yanaşı həm də iş üzrə mübahisələndirilən bakalavr diplomunda da öz əksini tapmışdır.

35. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qiyabi formada təhsil alması üçün onun mütləq şəkildə akkreditasiyadan keçmiş təhsil müəssisəsində təhsil alması mütləqdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı Rusiya Federasiyasının X5nda təhsil aldığı 2010-2015-ci illərdə Rusiya Federasiyasında ümumilikdə 8 (səkkiz) gün olmuş, habelə bakalavr təhsilini Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməyən Bakı İnnovasiyalar texnologiyaları mərkəzində davam etdirmişdir.

36. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində qeyd etdiyi, Rusiya Federasiyası X3 27 may 2021-ci il tarixli, 04-1346 saylı məktubunda göstərilən “tədris zamanı distant təhsil texnologiyalarından isti fadə olunması” barədə dəlilinə də qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir.

37. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı təhsil aldığı bütün müddət ərzində qiyabi təhsilalma formasının qaydalarına əməl etmədən Rusiya Federasiyasında çox qısa müddətdə olmuş, distant təhsil aldığını bildirərək bunun qiyabi təhsillə heç bir ziddiyyət təşkil etmədiyini göstərmişdir.

38. Qərarın 21-ci bə ndində qeyd edilmiş normaya müvafiq olaraq məhkəmə kollegiyası qeyd edir ki, təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəy verilməsi üçün əsaslardan biridir.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin magistr diplomunun tanınması ilə bağlı hissəsinə də qiymət verərək göstərir ki, magistratura ali təhsilin ikinci səviyyəsidir. Magistratura pilləsində təhsilin davam etdirilməsi üçün baza rolunu oynayan bakalavr təhsili (ali təhsilin birinci səviyyəsi) üzrə diplomun tanınmaması magistratura diplomunun kvalifikasiyasını qeyri-mümkün edir.

40. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkred itasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən iddiaçının hazırkı tələbi əsassız olmuş, onun Rusiya Federasiyası X5 tərəfindən aldığı təhsilin və həmin təhsil əsasında verilmiş olan diplomu ölkə ərazisində tanınmadığından onun magistr diplomu üzrə kvalifikasiyanın tanınması yol verilməz olmuşdur.

41. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı qərarın 17-22-ci bəndlərində qeyd edilmiş maddi hüquq normalarını düzgün tətbiq etmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.

42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(103)-2678/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 21(103)-2678/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar