Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-794/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Yardımlı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Yardımlı rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Maraqlı şəxs və qeyriləri) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-221/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2013-cü ildə Yardımlı rayon İcra Hakimiyyətinə müraciət edərək, ona sahibkarlığı inkişaf etdirmək məqsədilə şəhər ərazisində yerləşən dövlət mülkiyyətinə aid ərazidən torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.
2. Yardımlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 62 nömrəli sərəncamı ilə iddiaçıya Yardımlı şəhərinin yeni hazırlanmış baş planına uyğun olaraq Heydər Əliyev prospekti 122 nömrəli ünvanda dükan tikintisi məqsədi ilə 40x10 metr ölçüdə ümumi sahəsi 400 m2 olan torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. 3. "xxxx" MMC tərəfindən təsdiq edilmiş layihədən görünür ki, 2016-cı ildə Yardımlı şəhəri, Heydər Əliyev prospekti 122 nömrəli ü nvanda İddiaçı məxsus sahibkarlıq obyektinin layihəsi hazırlanmış və Yardımlı rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsi tərəfindən təsdiq olunmuşdur.
4. Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında bağlanılmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2021-ci il tarixli, 922 nömrəli müqavilədən görünür ki, Yardımlı şəhəri, Heydər Əliyev prospekti ünvanında, qeyri-yaşayış binasının yerləşdiyi 400 m2 torpaq sahəsi İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə icarəyə qəbul edilmişdir.
5. Yardımlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 74 nömrəli sərəncamı ilə Heydər Əliyev prospekti 122 ünvanında dükan tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 62 nömrəli sərəncamı ləğv edilmişdir. xx.xx.2014-cü il tarixli, 62 nömrəli sərəncamın ləğvinə səbəb qismində iddiaçıya dükan tikintisindən ötrü torpaq sahəsinin ayrıldığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, onun tərəfindən həmin torpaq sahəsində heç bir tikinti işlərinin aparılmadığı, bununla da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əməl edilmədiyi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yardımlı rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 74 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək sahibkarlığı inkişaf etdirmək məqsədilə Yardımlı şəhəri daxilində dükan tikintisindən ötrü torpaq sahəsinin ayrılmasını xahiş etmişdir və cavabdeh tərəfindən ona Yardımlı şəhərinin yeni hazırlanmış baş planına uyğun olaraq Heydər Əliyev prospekti 122 nömrəli ünvanda 40x10 metr nisbətində dövlət mülkiyyətinə aid torpaq sahəsinin ayrılması və tikintiyə icazənin verilməsi barədə xx.xx.2014-cü il tarixli, 62 nömrəli sərəncam qəbul edilmişdir. Qeyd edilən ünvanda inşa ediləcək ona məxsus sahibkarlıq obyektinin layihəsi "xxxx" MMC tərəfindən hazırlanmış və Yardımlı rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsi tərəfindən təsdiq edilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul o lmaq üçün xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmış və ona qeydiyyat nömrəsi (VÖEN) ********** olan şəhadətnamə verilmişdir. Ona ayrılmış sözügedən 400 m2 torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti ilə onun arasında xx.xx.2021-ci il tarixdə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış, həmçinin həmin torpaq sahəsinin planı, ölçüləri və sərhədləri təsdiq edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq tərəfindən icarə haqqı ödənilmiş və torpaq sahəsində müəyyən tikinti işləri aparılmışdır. Hazırda həmin müqavilə qüvvədədir, icarə hüquq münasibətləri davam edir. Cavabdeh inzibati orqan inzibati icraat qaydasına əməl etmədən, ona heç bir məlumat vermədən xx. xx.2021-ci il tarixli, 74 nömrəli sərəncamla xx.xx.2014-cü il tarixli, 62 nömrəli əvvəlki sərəncamını ləğv etmişdir. Əgər ona məlumat verilsə idi, həmin torpaq sahəsi ilə bağlı bağlanmış icarə müqaviləsini təqdim edilə bilərdi. Sözügedən xx.xx.2021-ci il tarixli, 74 nömrəli sərəncam xx.xx.2021-ci il tarixli məktuba əlavə edilərək poçt vasitəsilə onun ünvanına göndərilmişdir. Həmin sərəncam ünvanına daxil olandan sonra cavabdeh inzibati orqan sözügedən 400 m2 torpaq sahəsində dövlətin maraqlarına, eləcə də sahibkarlıq maraqlarına zidd olaraq tikilinin söküntüsünə və həmin torpaq sahəsində qazma işlərinə başlamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, 74 nömrəli sərəncamı ləğv edilməlidir. Belə ki, hazırkı mübahisədən göründüyü kimi, sözügedən sərəncamın qəbul olunmasını zər uri edən şərtlər mövcud olmamışdır. Əksinə, ona ayrılmış torpaq sahəsində sahibkarlıq obyektinin layihəsi hazırlanmış, torpaq sahəsi icarəyə götürülmüşdür. Həmin torpaq sahəsi və sahibkarlıq obyektinin inşası hər hansı üçüncü şəxsin marağına toxunmur.
8. Şirvan İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2-1(120)-511/2022 nömrəli qərarı ilə (hakim F.Abbasov) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1, 77.2 və 73-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl etmədiyindən Yardımlı rayon İcra Hakimiyyəti əsaslı olaraq iddiaçıya Yardımlı şəhəri, Heydər Əliyev prospekti 122 ünvanında satış dükanı tikmək üçün torpaq sahəsinin ayrılması və tikintisinə icazə verilməsi barədə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının 04 iyul 2014-cü il tarixli, 62 saylı Sərəncamını ləğv etmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-221/2022 nömrəli qərarı ilə (hakimlər M.Həsənov-sədrlik edən və məruzəçi, Z.Allahyarov və O.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olara q qeyd etmişdir ki, torpaq sahəsi iddiaçının müraciəti əsasında sahibkarlıq məqsədilə ayrılsa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi ayrılarkən iddiaçının sahibkar statusu olmamış, yəni iddiaçı vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. İddiaçı yalnız xx.xx.2021-ci il tarixdə vergi orqanına müraciət edərək, əvvəllər vergi ödəyicisi kimi qeydiyyatda olmadığını bildirmiş, fəaliyyət növü südlük istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi olmaqla ilkin uçota alınmasını xahiş etmiş və həmin tarixdə də məcburi dövlət sosial sığortası məqsədləri üçün torpaq mülkiyyətçisi qismində ********** nömrəli VÖEN-lə uçota alınmışdır. Göründüyü kimi, iddiaçı sözügedən torpaq sahəsindən məqsədli təyinatına görə istifadə etməmişdir. Qanunvericiliyə əsasən isə in zibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda, həmçinin maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda qanuni əlverişli inzibati akt ləğv edilə bilər.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanan kassasiya şikayətində qeyd etmişdir ki, tikintiyə icazə qeyri-normativ hüquqi aktla verildiyindən, həmin sərəncamın hüquqi qüvvəsini itirməsi üçün Yardımlı rayon İcra Hakimiyyəti başçı sı onu məhkəmə qaydasında mübahisələndirməli idi. Belə ki, qeyrinormativ hüquqi aktın icrasına nəzarət Yardımlı rayon İcra Hakimiyyəti başçısının aparatının Memarlıq və Tikinti şöbəsində idi və tikintinin hansı səbəblərlə başlanılmadığına və ya aparılmış tikintinin dayandırıldığına dair sübutlar məhkəməyə təqdim edilməklə mübahisələndirilməli idi. Yardımlı rayon İcra Hakimiyyəti başçısının qanunsuz qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 74 nömrəli sərəncamla tikintinin hansı səbəbdən başlanmaması və ya tikintinin hansı səbəbdən dayandırılması inzibati icraat qaydasında araşdırılmamışdır və bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Yardımlı rayon İcra Hakimiyyəti başçısı inzibati icraat qaydasında araşdırma aparmadan və araşdırmanın nəticələrini məhkəmə qaydasında mübahis ələndirmədən məhkəmənin səlahiyyətlərini mənimsəmişdir.
15. Həmçinin kassasiya şikayətində Yardımlı rayon İcra Hakimiyyətinin mübahisələndirilən qeyri-normativ hüquqi aktın qəbulunu zəruri edən halların mövcudluğunu sübut edə bilmədiyi, məhkəmənin isə bu halları nəzərə almadığı və araşdırmadığı qeyd edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi Maddə
77. Tikintiyə icazənin qüvvədə olma müddəti 77.1. İcazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ə rzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. 77.2. Bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göst ərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şik ayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin v ə apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş ilkin sərəncamın ləğv olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Bu qərarın 17-ci bəndində istinad edilən normanının məzmununa əsasən, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı halda tikintiyə icazə qüvvəsini itirir. Bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır.
27. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının müraciəti əsasında sahibkarlığın inkişafı məqsədilə Yardımlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 62 nömrəli sərəncamı ilə iddiaçıya 400 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində tikintiyə icazə verilmişdir. Tikintiyə icazə verildiyi və torpaq sahəsinin ayrıldığı vaxtdan uzun müddət keçməsinə rəğmən, ayr ılmış torpaq sahəsində iddiaçı tərəfindən icazədə nəzərdə tutulan obyektin inşasına və torpaq sahəsindən həmin məqsəd üçün təyinatı üzrə istifadə olunmasına başlanılmamışdır. Nəticədə tikintiyə icazənin müddəti bitmiş, həmin müddətin uzadılması ilə bağlı iddiaçı yazılı müraciət etməmişdir.
28. Nəzərə almaq lazımdır ki, tikintiyə icazənin müəyyən müddətlə məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipindən irəli gəlir və icazə verilmiş obyektin tikintisinə həmin müddət ərzində başlanılması və bunun üzərindən obyektin tikintisinin ağlabatan zaman çərçivəsində başa çatdırılması məqsədlərinə xidmət edir.
29. Kassasiya şikayətinin tikintiyə icazə ilə bağlı sərəncamın hüquqi qüvvəsini itirməsi üçün Yardımlı rayon İcra Hakimiyyəti başçısının onu məhkəmə qaydasında mübahisələndirməsi ilə bağlı dəl ilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın inzibati akt qəbul etmək səlahiyyəti həm də qanunla nəzərdə tutulmuş əsasların mövcud olduğu təqdirdə, onun həmin inzibati aktı ləğv etmək və dəyişdirmək səlahiyyətini də ehtiva edir və belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Başqa sözlə, inzibati orqan qəbul etdiyi qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmək öhdəliyi daşımır. Belə yanaşma operativ və səmərəli idarəçilik prinsiplərindən də irəli gəlir.
30. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, bu qərarın 17-ci bəndində istinad edilən normanın təfsirinə görə, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı halda, tikintiyə icazə qanunvericinin iradəsinə əsasən hüquqi qüvvəsini itirir və həmin andan mübahisələndirilən sərənc am tikintiyə icazə hissəsində etibarsız sayılır, yəni artıq hüquqi əhəmiyyət kəsb etmir. Həmin andan şəxs qanuna görə etibarsız hesab olunan inzibati akta istinad etməkdə haqlı sayıla bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-221/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.