Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-794/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə məhkəmə qərarının icrası qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarı icra edilərək, ödənilməli olan pul məbləğinin cavabdehdən tutulması, pensiyadan qanunsuz tutulmaların hər ay pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilməsi” tələbinə dair ərizə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(105)552/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əmək kitabçası üzrə 1981-ci ildən 1995-ci ilədək neft sənayesində işlədiyi dövrün xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 20042005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2-1(85)2689/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək kitabçası üzrə 1981-ci ildən 1995-ci ilədək neft sənayesində işlədiyi dövrün iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmiş və qərar qanuni qüvvəyə minmişdir.
4. Qərar 05 dekabr 2017-ci il tarixdə icra olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə göndərilmiş, sonuncu 12 sentyabr 2018-ci il tarixli məktubla bildirmişdir ki, məhkəmə qərarı tam icra olunmuşdur.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən pensiya hüququnun təsbiti ilə bağlı əsaslı şübhələrin yaranması əsası ilə inzibati icraat təzələnmiş, iddiaçının əmək pensiyasını n ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır.
6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə təqdim edərək, 50 yaşından ona ödənilən pensiyanın dayandırılmasını, fərqin aylara bölünərək hər ay 10 faiz tutulmaqla 52 yaşından pensiya ödənişinin bərpa olunmasını xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məhkəmə qərarına əsasən, 50 yaşdan təyin edilmiş əmək pensiyası 52 yaşdan yenidən hesablanmaqla, pensiyanın məbləği əmək haqqı əsasında deyil, sosial sığorta stajına əsasən hesablanaraq, 2021-ci ilin may ayından etibarən bərpa edilmiş və hər ay pensiyadan 93,99 manat olmaqla, artıq ödənilmiş məbləğin tutulmasına başlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ərizə ilə Sumqayıt İnzibati Məh kəməsinə müraciət edərək, məhkəmə qərarı icra edilməklə, ödənilməli olan pul məbləğinin cavabdehdən tutulması, pensiyadan qanunsuz tutulmaların hər ay pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olmasına baxmayaraq, 4 il sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən qanunsuz olaraq xx.xx.2020-ci il tarixdən pensiyası ödənişi dayandırılmış, daha sonra, 2021-ci ilin aprel ayında yenidən ödəmə başlamış, lakin hər ay pensiyası 380-400 manat arasında müxtəlif məbləğlərlə ödənilmişdir. Borclu orqanın iş üzrə məhkəməyə təqdim etdiyi etirazında qeyd edilmişdir ki, sözügedən məhkəmə qərarlarına əsa sən ona ödənilməli olan 37628,02 manatdan 19531,66 manat hələ ödənilməmişdir. Eləcə də qeyd edilmişdir ki, məhkəmə qərarı əsasında ərizəçiyə 784 manat pensiya məbləği təyin edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında ona 784,31 manat məbləğində pensiya təyin olunmuşdur. Həmin pensiya məbləği xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər ümumiyyətlə ödənilməmiş, xx.xx.2021-ci il tarixdən isə 380 manat ödənilmişdir. Nəticədə, həmin 7 ay müddət üçün ona cəmi 784,31x7=5488 manat ödənilməli, xx.xx.2021-ci il tarixdən isə hər ay ödənilməyən pensiya məbləği (784-380=404 manat) fərq pensiyasının üzərinə əlavə edilməlidir.
9. Cavabdeh ərizəyə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)-2689/2017 nömrəli və xx.xx.2018-ci il tarixli, 2-1(85)-560/2018 nömrəli qərarlarının icrası məqsədilə iddiaçının əmək pensiyası yenidən 341,86 manatdan 653,06 manata artırılmış, həmçinin ona keçmiş dövr üzrə ödənilməli olan 37628,02 manat fərq məbləği hesablanmışdır. Həmin 37628,02 manat fərq məbləğinin 18096,36 manat hissəsi xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən etibarən 784,31 manat təşkil etmişdir. Həmçinin, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Sözügedən şöbənin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli xidməti məktubunda iddiaçıya əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi və ona artıq ödənilmiş 25948,35 manat pul vəsaitinin büdcəyə qaytarılması tapşırılmışdır. Bununla əlaqədar iddiaçının müvafiq ərizəsi nəzərə alınaraq ona artıq ödənilmiş 26948,35 manat pul vəsaiti onun pensiyasının yeni aylıq məbləğindən hər ay 93,99 manat olmaqla tutularaq büdcəyə bərpa edilir.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 16 fevral 2023-cü il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, iddiaçının əmək pensiyasının məhkəmə qərarlarına əsasən yenidən hesablanması nəticəsində yaranmış fərqin ödənilməyən hissəsi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək ödənilməli pensiya məbləği və xx.xx.2021-ci il tarixdən ödənilməsinə başlanılan əmək pensiyasından tutulan pul vəsaitinin iddiaçıya ödənilməsinin cavabdeh tərəfindən təmin edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının iştirakı təmin edilmədən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozulmaqla icraat aparılmışdır.
12. Cavabdeh həmin qərardaddan apellyasiya şikay əti verərək qərardadın ləğv edilməsi, ərizənin rədd barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) 22 sentyabr 2023-cü il tarixli, 2-1(105)-552/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərardadı ləğv edilmiş, ərizə rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçi yuxarıda qeyd edildiyi kimi məhkəmə qərarının icrası qaydasında ərizə ilə müraciət edərək, yaşlı insan olduğundan sözügedən ərizənin onun iradəsindən asılı olmayaraq cavabdeh orqan tərəfindən yazdırıldığını, hazırkı iş üzrə qanuni qüvvə yə minmiş məhkəmə qərarının olduğunu nəzərə alaraq, cavabdehdən onun xeyrinə 19531,66 manat, eləcə də xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək 7 ay müddətində ödənilməli olan cəmi 5488 manat pensiya məbləğinin tutulması və xx.xx.2021-ci il tarixdən başlayaraq, təyin olunmuş pensiyanın ödənilməyən hissəsinin, 404 manat fərqin hər ay pensiyasının üzərinə əlavə edilərək pensiyasının bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Kollegiya işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq hesab etmişdir ki, əmək pensiyası dayandırıldıqdan sonra ərizəçinin razılığı əsasında əmək pensiyasının yenidən hesablanması barədə yeni inzibati akt qəbul edildiyindən və pensiyaçının razılığı ilə artıq pensiya məbləğinin hər ay əmək haqqından tutulması həyata keçirildiyindən hazırkı ərizəyə məhkəmə qərarının icrası qaydasında deyil, müstəqil iddia qaldırılmaqla baxıla bilər. Göründüyü kimi, qanunvericilikdə məhkəmə qərarının icrası qaydasında baxılmalı olan məsələlər üzrə qəbul edilməsinə yol verilən qərardadların növləri konkret təsbit edilmişdir. İddiaçının hazırkı tələbləri isə qeyd olunan icra institutları ilə tənzimlənən məsələlərin dairəsinə daxil deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə məhkəmə qərarının məcburi icrasına nəzarət edən məhkəmə tərəfindən icra icraatı qaydasında baxıla bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almayaraq ərizəçinin tələbinə məhkəmə qərarının icrası qaydasında baxaraq, ərizənin qismən təmin edilməsi ilə bağlı müvafiq qərardad qəbul etmişdir. Halbuki, qanun vericilikdə icra icraatı qaydasında baxılan məsələlər üzrə belə məzmunda qərardad növü təsbit edilməmişdir.
15. İddiaçı qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
16. Kassasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyas ı və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
68. Məhkəmə qərarının əsası... 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə funda mental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2-1(85)- 2689/2017 nömrəli qərarı ilə iddiaçının əmək kitabçası üzrə 1981-ci ildən 1995-ci ilədək neft sənayesində işlədiyi dövrün iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən qərar tam icra olunmuşdur.
25. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən pensiya hüququnun təsbiti ilə bağlı əsasl ı şübhələrin yaranması səbəbi ilə inzibati icraat təzələnmiş, ərizəçinin əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Ərizəçi xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə təqdim edərək, 50 yaşından ona ödənilən pensiyanın dayandırılmasını, fərqin aylara bölünərək 10 faiz tutulmaqla 52 yaşından pensiya ödənişinin bərpa olunmasını xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən ona məhkəmə qərarına əsasən, 50 yaşdan təyin edilmiş əmək pensiyası 52 yaşdan yenidən hesablanmaqla, pensiyanın məbləği əmək haqqı əsasında deyil, sosial sığorta stajına əsasən hesablanaraq, 2021-ci ilin may ayından etibarən bərpa edilmiş və hər ay pensiyadan 93,99 manat məbləğində artıq ödənilmiş məbləğin tutulmasına başlanılmışdır.
26. Göründüyü kimi, cavabdeh inzibati orqan ərizə çinin razılığını əsas götürərək ona məhkəmə qərarına əsasən, 50 yaşdan təyin edilmiş əmək pensiyasını 52 yaşdan yenidən hesablamaqla, pensiyanın məbləğini əmək haqqı əsasında deyil, sosial sığorta stajına əsasən hesablayaraq, 2021-ci ilin may ayından etibarən pensiya ödənişini bərpa etmiş və hər ay pensiyadan 93,99 manat məbləğində artıq ödənilmiş məbləğin tutulmasına başlamışdır. Qeyd olunan proseslər cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akta - “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən aparılmış və nəticədə iddiaçının əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 469,96 manat həddində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının pe nsiyasının yenidən hesablanması barədə yeni inzibati akt qəbul edildiyindən və pensiyaçının razılığı ilə artıq ödənilmiş pensiya məbləğinin hər ay əmək haqqından tutulması həyata keçirildiyindən, hazırkı ərizəyə məhkəmə qərarının icrası qaydasında deyil, müstəqil iddia qaldırılmaqla baxıla bilər.
27. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(105)-552/2023 nömrəli qərardadı dəyişdirilməd