Məhkəmə qərarları › İş №2-1(102)-795/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-795/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-795/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə mülkiyyət hüququnun qeydə alınması (iş № 2-1(102)-795/2022) Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs "xxxx" MTK) “çıxarışın verilməsi” tələbinə dair iş üz rə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-641/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarından üçüncü şəxs "xxxx" MTK kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamına əsasən Bakı şəhəri Nəsimi RİH-in xx.xx.2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layhələşdirilməsi və tikintisi nə həmin MTKya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTKya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. 2. 5 mart 2006-cı il tarixdə "xxxx" MMC (podratçı) ilə Alyans-Z” Mənzil-Tikinti Kooperativi (sifarişçi) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə podratçı yaşayış binası və ticarət obyektinin inşasını öz üzərinə götürür. Müvafiq xərclər (binanın inşasına çəkilən xərc, torpağın dəyəri, vergi ödənişləri və s.) çıxdıqdan sonra qalan xalis gəlir tərəflər arasında bərabər olaraq bölünür. 3. "xxxx" MMC ilə İddiaçı arasında 16 mart 2011-ci il tarixdə 48 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binası nın 9-cu mərtəbəsində 3 otaqdan ibarət 27 nömrəli 140,6 kv.m sahəsi olan mənzilin tikilib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC ödənilməsini öhdəsinə götürmüşdür. 4. 16 mart 2011-ci il tarixli 48 nömrəli müqavilə ilə Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İX mərtəbəsində yerləşən 140,6 kv.m sahəsi olan 27 saylı mənzilə görə iddiaçı müəssisəyə 80.000 manat pul ödəmiş həmin müqavilə üzrə borcu qalmamışdır.

5. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən binada 27 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlərə İdarədə baxılmışdır. Araşdırma aparılan z aman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə olunmadığı müəyyən edilmişdir

6. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi-nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir.

7. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək mənzilə çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə iddiaçının hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi səbəbindən ərizəni təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 saylı, 140,6 kv.m sahəsi olan mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş et mişdir.

9. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, 16 mart 2011-ci il tarixdə "xxxx" MMC ilə 48 nömrəli müqavilə bağlayaraq, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 nömrəli 140,6 kv.m sahəsi olan mənzili əldə etmişdir. O, mənzilin dəyərini tam ödəmiş və bu barədə "xxxx" MMC tərəfindən ona maliyyə arayışı verilmişdir. Onun (İddiaçı) 16 mart 2011-ci il tarixli 48 nömrəli müqavilə üzrə borcu qalmamışdır. İddiaçı 2017-ci ilin dekabr ayında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, həmin mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin həmin təşkilat məsələninhəllindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinə, AR Mülki Məcəlləsinin 139, 152, 157, 178-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1, 4, 17-ci maddələrinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1, 5, 9-cu maddələrinə, İPM-in 45 – 49-cu maddələrinə əsaslanaraq, iddiaçının adına həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

10. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Bu barədə Bakı şəhər Ərazi İdarəsinin 9 yanvar 2018-ci il tarixli cavab məktubu vardır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Q anununun 10, 11.1, 12.1, 23-cü maddələrinə, İPMin 35.1, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-6549/2020 saylı iş) 13 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqdan ibarət, sahəsi 140,6 kv.m olan 27 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 31 oktyabr 2012-ci il tarixli 70 nömrəli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəlləsinin 139-1-ci maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır.

13. Üçüncü şəxs tərəfindən 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərarından apellyasiya şikayəti verilmişdir.

14. Üçüncü şəxs "xxxx" MTK apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2-məruzəçi, X1 və X7, 2-1(103)-641/2021 saylı iş) 25 yanvar 2021-ci il tarixli qə rarla iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Üçüncü şəxs "xxxx" MTK kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan, 3 otaqlı, 27 say lı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsinə dair iddia ərizəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Üçüncü şəxsin şikayətinin dəlillərinə görə iddiaçı üçüncü şəxsə ("xxxx" Mənzil Tikinti Kooperativinə) məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia etmişdir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" MMC-ilə müqavilə bağlamışdır və mənzilin dəyərini "xxxx" MMC-ə ödəmişdir. Halbuki "xxxx" MMC ümumiyyətlə həmin binanın mənzillərin satmasına ixtiyarsız idi və hüququ olmamışdır. Eyni zamanda iddiaçının bağladığı müqavilədə Ç.Məmmədov imza etmişdır, hansı ki, "xxxx" MMC-ə h eç bir aidiyyəti yoxdur. İşdə olan bütün sənədlərdən məlum olur ki, ünvan 1də 1 girişli, zirzəmili, 17+ (mansarda) mərtəbəli yasayış bina bütövlüklə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Üçünçü şəxs hesab etmişdir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 337.1, 337.3, 337.4-cü maddələrinin, Mənzil Məcəlləsinin 112.1, 112.2-ci maddələrinin və Mülki Prosessual Məcəlləsinin 82.3, 88-ci maddələrinin tələblərinə riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazların dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

21. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Mənzil Məcəlləsi: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmi ş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yükl ülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) Maddə 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (-) Maddə 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sər əncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1614/2021 nömrəli, 23 fevral 2022-ci il tarixli 2-1(102)167/2022 nömrəli qərarları.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Üçüncü şəxsin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində veri lmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.

29. İşin araşdırılmış hallarından müəyy ən olunur ki, Bakı şəhər İH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in xx.xx.2004cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən üçüncü şəxs ("xxxx" MTK-ya) müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir.

30. Həmçinin iş materiallarından görünür ki, 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) aras ında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı şəhər İH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihəsmeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr üçüncü şəxs tərəfindən bağlanılır. 31. "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış 16 mart 2011-ci il tarixli 48 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqlı 27 nömrəli 140,6 kv.m mənzili tikib iddiaçıya təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür.

32. K assa mədaxil orderinə və maliyyə arayışına əsasən iddiaçı həmin mənzilə görə ümumilikdə 80.000 manat pul ödəmişdir və onun həmin müqavilə üzrə borcu qalmamışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlınmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiqin i əsaslı hesab edir.

34. Kassator hesab edir ki, məhkəmə əsas gətirdiyi İddiaçı "xxxx" MMC-i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 16 mart 2011-ci il tarixli bağlanmış 48 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, ünvan 1də 1 girişli, zirzəmili, 17 mərtəbəli yaşayış binanın "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olduğu və binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına heç bir ixtiyarı olmamışdır.

35. Məhkəmə kollegiyası kassatorun həmin dəlilini əsaslı hesab etmir və qeyd edir ki, üçüncü şəxsin özünün də istinad etdiyi - "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında bağlanmış 2006-cı il 5 mart tarixli müştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50 % yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqlı 27 nömrəli 140.6 kv.m mənzili tikib iddiaçıya təhvil verməyi, sonuncu isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər.

36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

37. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

38. İddiaçı müqavilə öhdəliyinə əməl edərək müqav ilədə nəzərdə tutulan mənzilin pay haqqını ödəmiş, mənzilin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmişdir. 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı və 8.0.10.1ci maddələrinin tələbləri iddiaçı tərəfindən yerinə yetirildiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, hüququn qeydə alınmasından imtina üçün həmin Qanunun 15ci maddəsində nəzərdə tutulmuş hər hansı biri mövcud olmamışdır.

40. Odur ki, yuxarıda göstərilənlərə və hazırkı qərarın 26-ci bəndində qeyd olunan Ali Məhkəmənin formalaşmış məhkəmə praktikasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçünçü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-641/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar