Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-795/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş aylar üzrə əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 fevral 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək, yəni 8 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanıb birdəfəyə iddiaçıya ödənilməsinin cav abdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-2747/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ümumi xəstəliyi səbəbindən əlillik təyin edilmiş, həmin əlillik müddəti xx.xx.2021-ci il tarixində başa çatmışdır, sonradan 28 sentyabr 2021-ci il tarixdə yenidən 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək təyin edilmişdir, iddiaçıya xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan müddətdə əlillik ilə bağlı pensiya ödənilməmişdir,
2. İddiaçı həmin pensiya məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 6 dekabr 2021-ci il tarixli mə ktubla bildirmişdir ki, xx.xx.2021-ci il tarixində əlillik müddətinin bitməsi səbəbindən 1 fevral 2021-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci il tarixindən bərpa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 fevral 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək, yəni 8 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanıb birdəfəyə iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Dövlət Tibbi-Sosial E kspertiza və Reabilitasiya Agentliyi tərəfindən 25 yanvar 2015-ci il tarixdən 25 yanvar 2021-ci il tarixə kimi 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyin olunma müddəti keçdikdən sonra, yəni 8 fevral 2021-ci il tarixdən başlayaraq iddiaçı müayinədən keçmək üçün 8 saylı Şəhər poliklinikasına müraciət etmiş və 2021-ci ilin fevral-aprel aylarında müvafiq müayinələrdən keçmişdir. 26 aprel 2021-ci il tarixdə 8 saylı Şəhər Poliklinikası tərəfindən Dövlət TibbiSosial Ekspertiza komissiyasından keçmək üçün tibbi sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibbi sənədlər təqribən 10 gün hərəkətsiz saxlanıl dıqdan sonra, yəni 06 may 2021-ci il tarixində iddiaçıya əlavə müayinə və müalicəyə ehtiyacı olduğu səbəb kimi göstərilərək iddiaçıya əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. İddiaçı ikinci dəfə 8 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasında müayinə olunduqdan sonra bu barədə göndəriş 28 sentyabr 2021-ci il tarixdə «Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə daxil edilmiş və həmin tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi yenidən qiymətləndirilərək bərpa edilmişdir.
5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 01 fevral 2021-ci il tarixdən, yəni əlillik müddətinin bitməsi tarixindən 28 sentyabr 2021-ci il tarixədək, yəni əlilliyinin bərpa edilməsi tarixinədək, 8 ay üçün əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 6 dekabr 2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbindən 01 fevral 2021-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyinin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci il tarixdən bərpa edilmişdir. Həmin məktub ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona 01 fevral 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək, yəni 8 ay üçün əlilliyə görə əmək pensiyasını ödəməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 15 may 2022-ci il tarixli, 2-1(112)-5319/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının 1 fevral 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək, yəni 6 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əlillik müddəti dayandırıldıqdan sonra bir ay müddətində sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müraciət etmişdir, xx.xx.2021-ci il tarixdən başlayaraq müayinələrdən keçmişdir, bir dəfə onun əlavə müalicəyə ehtiyacı olması əsası ilə ona əlillik dərəcəsi verilməsindən imtina edilməsinə baxmayaraq növbəti müraciəti əsasında əlilliyi yenidən bərpa edilmişdi r, yəni əlillik müddətinin dayandırılmasından əlilliyin bərpa edildiyi tarixə qədər olan dövrdə də əlilliyinin olması təsdiq edilən şəxsdir, əlilliyi olan şəxslərin əlilliyə görə sosial təminat almaq hüquqlarının olması qanunvericilikdə təsbit edildiyinə və dövlət siyasətinin tərkib hissəsi olduğuna görə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün, lakin 6 aydan çox olmayan bir müddətdə ona əlilliyə görə əmək pensiyasının ödənilməsini tələb etmək hüququ vardır. Cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, iddiaçının əlilliyinin iddiaçıdan asılı olmayan səbəbdən 8 aydan sonra bərpa edilməsinə qiymət vermədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etm işdir..
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-2747/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 may 2022-ci il tarixli, 2-1(112)-5319/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.
14. İddiaçıya 25 yanvar 2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbindən 1 fevral 2021-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi onun əlilliyinin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci ilin tarixindən bərpa edilmişdir. 15. “Əlilliyi olan şəxsl ərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddətdə daxil olmaqla əlilliyi olan şəxs hesab edilir (02 iyul 2021-ci il). Bununla da, əlilliyin bərpası 02 iyul 2021-ci il tarixdən sonra olmaqla yanaşı həmin tarixədək də 6 ay müddətini tamamlamış olmalı idi. Lakin həmin müddət 7 ay 27 gün təşkil etməklə 6 ay müddətini keçmişdir.
16. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanununun 12.1ci, 13.2-ci maddələrinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ ED İLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanu niliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 24. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələbinə görə, əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbindən göründüyü kimi, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (maddə 3.3.). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (maddə 3.3-1).
26. Cavabdeh haqlı olaraq qeyd edir ki, iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası 25 yanvar 2021-ci il tarixdə məhz əlillik müddətinin bitməsi səbəbi ilə dayandırılmış, əlilliyə görə əmək pensiyasının ödənişi isə onun əlilliyinin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci ilin tarixindən bərpa edilmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilləri ilə razılaşır. Belə ki, həmin imtina yuxarıda istinad edilən normaların tələbindən irəli gəlir.
28. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazı rkı cavabdeh – DSMF şəxsin əlilliyini müəyyən etməyə və ya əlilliyi bərpa etməyə səlahiyyətli orqan deyil. Hazırkı mübahisədə DSMF-nin səlahiyyətləri digər orqan – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilmiş əlilliyin dərəcəsinə və müddətinə bağlıdır. Başqa sözlə, əlilliyə görə əmək pensiyasının təyinatı, pensiya ödənişinin dayandırılması və bərpası, həmçinin onun ödənişinin dayandırılması və bərpası arasındakı müddət üçün ödənilməsi şəxsin qanunla müəyyən edilmiş qaydada və müddətdə əlilliyi olan şəxs hesab edilməsi ilə şərtlənir.
29. İddiaçı təsdiq edir ki, 06 may 2021-ci il tarixdə “əlavə müayinə və müalicəyə ehtiyacı olduğu” səbəb kimi göstərilərək ona əlillik dərəcəsi verilməsindən imtina edilmiş, iddiaçı ikinci dəfə 8 saylı Şəhər Poliklinikası nın Həkim Məsləhət Komissiyasında müayinə olunduqdan sonra bu barədə göndəriş 28 sentyabr 2021-ci il tarixdə «Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə daxil edilmiş və həmin tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi yenidən qiymətləndirilərək bərpa edilmişdir.
30. Göründüyü kimi, iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 06 may 2021-ci il tarixli imtinasını mübahisələndirməmişdir.
31. Hazırkı halda, iddiaçının əlillik müddətinin başa çatdığı 25 yanvar 2021-ci il tarixdən başlayaraq yenidən əlilliyin təyin edildiyi 28 sentyabr 2021-ci il tarixədək olan müddətdə onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbləri qaydasında “əlilliyi olan şəxs” stat usuna malik olduğuna dair sübut yoxdur.
32. Beləliklə, iddiaçının hazırkı cavabdeh orqana qarşı hazırkı məzmunda tələbi əsaslı hesab edilə bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 21(103)-2747/2022 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.