Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-795/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə pensiya, arayış əsasında güzəştli stajın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filiallına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-642/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt rayonlararası tədarük istehsal müəssisəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Astraxan şəhər mineral kübrə bazasında, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Astraxan şəhər Kənd təsərrüfatı kimya zavodunda, xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “X11” X12 İşləri İdarəsində işləmiş, xx.xx.2014-cü il tarixdən həmin X9 İstehsalat bölümünə keçirilmiş, xx.xx.2021-ci il tarixdən X4 bölümünə keçirilməklə, hal-hazıradək həmin Trestdə işləyir.
3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 16 fevral 2023-cü il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, onun işlədiyi vəzifələr güzəştli vəzifəyə uyğun olmamış, nəticə etibarı ilə güzəştli iş stajı 1 2 il 6 aydan az təşkil etmişdir. Bu səbəbdən də onun güzəştli şərtlərlə pensiya hüququ mövcud deyildir.
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 06 may 2022-ci il tarixdə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın “Neft in qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (10) fəhlələr yarımbəndində (a) qazma qurğularının maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “X11” X7 İşləri İdarəsində dizelçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi dizelçi vəzifəsi yuxarıda qeyd olunan qazma qurğularının maşinisti vəzifəsinə uyğun deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 23 gün (xx.xx.2013- xx.xx.2014, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımınd an mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında və xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmiş dövrlər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh onun tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdı r. Belə ki, o, 1982-ci ildən əmək fəaliyyətinə başlamışdır və hal-hazıradək işləyir. Hazırda “X11” trestinin Abşeron İstehsalat bölümündə motorçu vəzifəsində işləyir. Əmək kitabçası və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən o, 40 ildən artıq sığorta stajına malik olmaqla, onun 13 ildən artıq müddəti zərərli iş yerlərindəki fəaliyyət dövrüdür. xx.xx.2022-ci il tarixdən 60 yaşı tamam olmuşdur. Bu səbəbdən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-647/2023 nömrəli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, iddi açıya 60 yaşının tamam olduğu 02 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qərarında qeyd etmişdir ki, məhkəmə iddiaçının işlədiyi dizelçi və maşinist vəzifələrinin əmək funksiyalarının nədən ibarət olması ilə bağlı aidiyyəti üzrə sorğu vermiş, sorğuya cavab məktubunda isə qeyd edilən vəzifələrin əmək funksiyalarının eyni olması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifənin adının dizelçi olması onun maşinist vəzifəsinin əmək funksiyalarını yerinə yetirməsini istisna etmir. İddiaçının maşinist vəzifəsinin əmək funksiyaları ilə eyni funksiyalara məxsus dizelçi vəzifəsi ilə məşğul olması və qeyd edilən peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, v əzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və ya şistin emalı bölməsində nəzərdə tutulmaması isə iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır.
11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-642/2023 nömrəli iş üzrə 06 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X6 və X1) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-647/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı laşmışdir.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Cavabdeh bildirmişdir ki, iş materiallarına əsasən İddiaçı SOCAR-ın “X11 trestinin xx.xx.2022-ci il tarixli SOCAR**********81200598X00013 nömrəli arayışında qeyd olunan xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındaki dövr ərzində işlədiyi dizelçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı i lə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 5 ay (xx.xx.2013xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabil iyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyası): Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi si yahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddə lərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhk əmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiy a məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün dörd şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
29. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması (xx.xx.2022), 25 il ümumi iş stajına (iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt rayonlararası tədarük istehsal müəssisəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Astraxan şəhər mineral kübrə bazasında, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Astraxan şəhər Kənd təsərrüfatı kimya zavodunda, xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “X11” X12 İşləri İdarəsində işləmiş, xx.xx.2014-cü il tarixdən həmin X9 İstehsalat bölümünə keçirilmiş, xx.xx.2021-ci il tarixdən X4 bölümünə keçirilməklə, hal-hazıradək həmin Trestdə işləyir. (25 il 08 ay 24 gün).) və qanunla tələb olunan pensiya kapitalına malik olması (birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən 25 aprel 2023-cü il məktubla məhkəməyə təqdim edilmiş xidməti məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək olan 12 il 11 ay 23 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 12105,48 manat müəyyən edilmişdir. İddiaçının həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fə rdi hesabında 51828,98 manat olmaqla, cəmi 63934,46 manat pensiya kapitalı qeydə alınmışdır) işin mübahisə edilməyən halıdır.
30. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmə səbəbi kimi iddiaçının işlədiyi sahələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmadığı olmuşdur.
31. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, şikayətin mahiyyətindən də göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının xx.xx.2013- xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 08 il 02 ay müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul etmişdir.
32. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının xx.xx.2007xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X11” Trestində işlədiyi dizelçi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və ya şistin emalı bölməsində nəzərdə tutulmuş qazma qurğularının maşinisti vəzifəsinə uyğun olmamasıdır.
33. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Azərbayca n Respublikası Dövlət Neft Şirkəti “X11” X7 İşləri İdarəsində dizelçi vəzifəsində işlədiyi göstərilmişdir.
34. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı “X11” X7 İşləri İdarəsi üzrə xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək dizelçi – qazma qurğusunun motorçusu, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək qazma qurğusunun motorçusu, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Trestin “Qaradağ, Qalmaz” İstehsalat bölümündə qazma qurğusunun motorçusu işləmişdir, xx.xx.2021-ci il tarixdən hal-hazıradək “Abşeron” İstehsalat bölümündə qazma qurğusunun motorçusu peşəsində işləyir. Həm iddiaçıya məxsus əmək kitabçasından, həm də yuxarıda qeyd olunan arayışdan göründüyü kimi iddiaç ı mübahisələndirilən xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “X11” Trestində dizelçi vəzifəsində işləmişdir. (05 il 05 ay 04 ay).
35. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “X11 Tresti” tərəfindən verilmiş 28 fevral və 21 sentyabr 2023-cü il tarixli məktublarda qeyd edilmişdir ki, “dizelçi” peşəsi ilə “Neft və qaz üzrə qazma qurğusunun maşinisti” peşəsinin əmək funksiyaları eynidir. Hər iki peşənin iş xüsusiyyəti dizel mühərrikləri və bu tip avadanlıqların istismarı, təmiri işləri, dərin qazma qurğularında ümumi gücü 1600 at gücü olan dizel mühərriklərə, güc agreqatlarına, transmissiyalar və pnevmatik sistemə xidmət edilməsi, güc qazma avadanlığı və avtomatika cihazlarının sökülməsi, yığılması, mərkəzləşdirilməsi, nasazlıqların aradan qaldırılması və tən zimlənməsi, mühərriklərin və güc aqreqatlarının cari və mürəkkəb təmirlərinin aparılması, dizellərin tənzimlənməsi, güc və qazma avadanlıqlarının işində nasazlıqların qarşısının alınması tədbirlərinin həyata keçirilməsi, soyutma, yağlama və yanacaqvermə sistemlərinin, turbotransformatorların, turbomuftaların, güc aqreqatlarının avtomatik qoruyucu sistemlərinin tənzim edilməsi və saz halda olması, dizel mühərriklərin və güc aqreqatlarının işinin uçotunun aparılması, güc aqreqatlarının işə buraxılması, yeni və əsaslı təmirdən çıxmış aqreqatların sınanılması zamanı onlar üçün müəyyən edilmiş istismar və iş rejimlərinə riayət edilməsinə nəzarət, güc aqreqatlarının, dizel genaratorlarının və başqa stansiyaların işində əmələ gələ bilən nasazlıqların qarşısının alınmasını təmin edən tədbirlərin h azırlanıb həyata keçirilməsi işlərindən ibarətdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halından göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “X11” Trestində işlədiyi dizelçi vəzifəsinin əmək funksiyaları güzəştli siyahıda nəzərdə tutulmuş “Neft və qaz üzrə qazma qurğusunun maşinisti” vəzifəsinin əmək funksiyası ilə eynilik təşkil edir.
36. Eyni zamanda iddiaçının vəkili elektron məhkəmə sistemi vasitəsi ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bir qrup sənədlər təqdim etmişdir. Belə ki, həmin mötəbərliyi heç bir sübhə doğurmayan sənədlərdən görünür ki, iddiaçının vəkili İddiaçı Bayramqulu oğlunun “X11” Trestində işlədiyi “DİZELÇİ” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci İİ tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və ya şistin emalı bölməsində nəzərdə tutulmuş “QAZMA QURĞULARİNİN” qazma qurğularının maşinisti vəzifəsinə uyğun olub-olmaması (hər iki peşənin eyni əmək funksiyalarını yerinə yetirib-yetirməməsi) barədə məlumatın təqdim edilməsi məqsədi ilə "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X11” Trestinə sorğu ünvanlamışdır.
37. Sorğu əsasında verilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavablarda qeyd edilmişdir: “ Nəzərinizə çatdırırıq ki, “dizelçi" peşəsi ilə "Neft və qaz üzrə qazma qurğusunun maşinisti" peşəsinin əmək funksiyaları eynidir, hər iki peşənin iş xüsusiyyəti dizel mühərrikləri və bu tip avadanlıqların istismarı, təmiri işləri, dərin qazma qurğularında ümumi gücü 1600 at gücü olan dizel mühərriklərə, güc agreqatlarına, transmissiyalar və pnevmatik sistemə xidmət edilməsi, güc qazma avadanlığı və avtomatika cihazlarının sökülməsi, yığılması, mərkəzləşdirilməsi, nasazlıqların aradan qaldırılması və tənzimlənməsi, mühərriklərin və güc aqreqatlarının cari və mürəkkəb təmirlərinin aparılması, dizellərin tənzimlənməsi, güc və qazma avadanlıqlarının işində nasazlıqların qarşısının alınması tədbirlərinin həyata keçirilməsi, soyulma, yağlama və yanacaqvermə sistemlərinin, turbotransformatorların, turbomuftaların, güc aqreqatlarının avtomatik qoruyucu sistemlərinin tənzim edilməsi və saz halda olması, dizel mühərriklərin və güc aqreqatlarının işinin uçotunun aparılması, güc a qreqatlarının işə buraxılması, yem və əsaslı təmirdən çıxmış aqreqatların sınanılması zamanı onlar üçün müəyyən edilmiş istismar və iş rejimlərinə riayət edilməsinə nəzarət, güc aqreqatlarının, dizel genaratorlarının və başqa stansiyaların işində əmələ gələ bilən nasazlıqların qarşısının alınmasını təmin edən tədbirlərin hazırlanıb həyata keçirilməsi işlərindən ibarətdir. Yaranmış zərurətlə əlaqədar bir daha nəzərinizə çatdırırıq İddiaçı Heybetqulu oğlunun “X11” trestində işlədiyi “Dizelçi” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23. yanvar 2007-ci il tarixli 12 normal Qərarı ilə təsdiq edilmiş 10.1 Qazma a) fəhlələr “Neft və qaz üzrə qazma qurğusunun maşinisti” peşəsi ilə eynidir”.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
39. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dizelçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1-ci “Qazma” yarımbölməsinin a) fəhlələr bəndində göstərilmiş “neft və qaz üzrə qazma qurğu larının maşinistləri” vəzifəsinə uyğun gəlməsi işdə olan mötəbər sübutlarla təsdiq olunur. Bu baxımdan, iddiaçının ümumilikdə 12 il 6 aydan az olamayan güzəştli iş stajına malik olduğu müəyyən edilir.
40. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-642/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.