Məhkəmə qərarları › İş №2-1(102)-795/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-795/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-795/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İstehsalat-Kommersiya firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarın mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı İstehsalat-Kommersiya firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naz irliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(104)-20/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İstehsalat-Kommersiya firması ********** X2 nömrəsi ilə qeydiyyatdan keçən vergi ödəyicisidir.

2. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı X1 ödəyicisi tərəfindən 2020-ci il üzrə əlavə dəyər vergisi 133305,84 manat azaldıldığı üçün 66652,92 manat maliyyə sanksiyası və 2017-ci il üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan gəlir vergisinin məbləği 27.50 manat azaldıldığı üçün 13.75 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmin qərar X8 tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanaraq qəbul olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı İstehsalat-Kommersiya firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İstehsal-Kommersiya Firması (VÖEN **********) yanacağın parakəndə satışı istiqamətində fəaliyyət göstərmişdir. Ona məxsus yanacaq doldurma məntəqəsi Göygöl rayonu ərazisində, Gəncə Göygöl yolunda yerləşir, Firma yanacaq saxlama bazasına da malikdir. Cavabdeh tərəfindən İddiaçı İstehsal-Kommersiya Firması üzrə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş (qərarda xx.xx.2021-ci il tarixli akt qeyd edilmişdir) Səyyar vergi yoxlama aktı və onun əsasında 28 yanvar 2021-ci il tarixdə tərtib edilmiş qərar əsasında MMC-nin üzərinə düzgün olmayaraq, Əlavə dəyər vergisi üzrə 133.305,84 manat məbləğində azaldılmış borcu və 66.652,92 manat maliyyə sanksiyası hesablanmış və üzərinə başqa vergi öhdəliyi qoyulmuşdur. Yoxlamanın keçirildiyi 2020-ci ilin iyun-dekabr aylarında Firmanın direktoru X8 xəs təliyi ilə bağlı vəziyyəti ağırlaşdığından həkimlərin nəzarəti altında stasionar müalicədə olmuş, bir ilə yaxın müalicə davam etmiş, sağlamlığı 2021-ci ilin may ayında qismən bərpa olmuş, iyun ayında işə başlamışdır. Bu səbəbdən də yoxlamada iştirakı mümkün olmamış və yoxlamanın nəticələrindən xəbəri olmamışdır. Mübahisələndirilən qərarın ona təqdim edilməsi bu səbəbdən mümkün olmamışdır. Bu qərarın verilməsinə dair məsələ həll edilmiş, qərar ona xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, lakin vergilərin hesablanmasına dair qərarın ləğv edilməsi və hesablanmış borc məsələsinə vergi ödəyicisinin rəhbərinin iştirakı ilə yenidən baxılması barədə cavabdehə müraciəti müsbət həll edilməmiş, bu barədə 24 avqust 2021-ci il tarixdə məktubla imtina verilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş mübah isələndirilən qərarın, iddiaçı Firma üzrə 2017- 2020-ci illər ərzində müəyyən edilmiş fəaliyyəti və fəaliyyətindən yaranmış vergilərin hesablandığına dair xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlama aktının nəticələrinə görə qəbul edildiyi qeyd edilmişdir. Halbuki, Firmanın təsisçisinə təqdim edilmiş yoxlama Aktı xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Aktda qeyd olunan müddətlərdə Firma üzrə yanacağın parakəndə satışı ilə bağlı gəlir və xərclərin dövriyyəsi düzgün göstərilməmiş, yanacaq dövriyyəsi və qalığı ilə bağlı yanlış hesablamalar aparılmışdır. Nəticədə Firmanın üzərinə əsassız olaraq 133.305,84 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Daha sonra isə qərar qəbul edilərkən, aktda qeyd olunan 133.305,84 manat ƏDV-yə 66.652,92 manat maliyyə sanksiyası tətbiq edilmiş dir. Qeyd olunan akt vergi ödəyicisinin rəhbərinin iştirakı olmadan bir tərəfli qaydada tərtib edilmişdir. Onun nəticəsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən 28 yanvar 2021-ci il tarixli qərarın qəbul edilməsindən əvvəl vergi ödəyicisinin dəvət edilməsi, Firmanın rəhbərinin əsaslı səbəblərdən, yoxlamada iştirak etməsinin mümkün olmadığı nəzərə alınmadan (belə ki, yoxlama müddətində xəstəliyi ağırlaşdığından, müalicədə olduğundan, səyyar vergi yoxlama aktı təsisçiləri qeyd edilməklə tərtib edilmişdir) qərar qəbul edilmişdir. Akt və qərara görə hesablanmış vergilərin əsası kimi ona istinad edilmişdir ki, xx.xx.2020-ci il tarixdə aparılmış inventarizasiya ilə Aİ 92 markalı 39313 litr, Aİ markalı 5543 litr və Dizel markalı 18594 litr faktiki yanacaq qalığının olduğu müəyyən edilmişdir. Lakin həmin tarixə sənəd üzrə qalıq benzin Aİ 92 - 39313 litr, Aİ - 5543 litr və dizel 18594 litr mal qalığı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Benzin Aİ 92 - 770079 litr, Aİ 95 40300 litr və dizel 608902 litr mal alışı müəyyən edilmişdir. Bu hesabla da ümumilikdə Benzin Aİ 92 - 1086620,08 litr, Aİ 95 - 34757 litr və dizel 939504,34 litr mal kənarlaşması müəyyən edilmiş və Benzin Aİ 92 - 1086620,08 litr x 0,**********64407 manat = 810360,74 manat, Benzin Aİ 95 - 34757 litr x 0,**********88136 manat = 31811,49 manat və dizel 939504,34 litr x 0,4**********8814 manat = 461790,27 manat olmaqla ümumilikdə 1.303.962,5 manatdan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan 547.148,69 manat satış çıxılmaqla 7 56.813,81 manat ƏDV dövriyyə kənarlaşması müəyyən edilmişdir. Azaldıldığı güman edilən 756813,81 manat məbləğə 18% olmaqla 136.226,49 manat ƏDV hesablanmışdır. Göründüyü kimi ƏDV-nin hesablanmasının əsası kimi sənəd üzrə qalığın, inventarizasiya zamanı faktiki qalıqla uyğun gəlmədiyi müəyyən edilməsi olmuşdur, cavabdehin yoxlama ilə bağlı gəldiyi nəticəyə görə Firma üzrə 2020-ci ilin yanvar - may aylarında ümumilikdə satılmış yanacaqdan 1.086.620,08 litr benzin Aİ92, 34.757 litr Aİ 95 və 939.504,34 litr Dizel hesaba alınmamışdır. Birincisi bu hesablama məntiqə uyğun deyildir. Çünki qeyd olunan yanvarmay ayları ərzində hesabda qeyd olunan yanacaqla yanaşı, həm də əlavə olaraq həmin həcmdə yanacağın satılması faktiki olaraq YDM-də texniki cəhətdən mümkün deyildir. Bu inventarizasiyanın natam am keçirilməsindən irəli gəlmişdir. Belə ki, Firma yanacağın satılmasını həyata keçirdiyi YDM-də mövcud çənlərdən başqa, yanacaq rezervlərinə əsasən özünə məxsus bazada mövcud əsas anbar çənlərində saxlayır. Lakin yoxlama zamanı aparılmış inventarizasiya ilə yalnız YDM-də olan çənlərdəki yanacaq ölçülüb, hesaba alınmışdır. Bazanın anbar çənlərində mövcud olan yanacaqlar hesaba alınmamışdır. Halbuki, yoxlama müddətinə həmin çənlərdə 1.200 ton civarında benzin və 940 ton dizel yanacağı mövcud olmuşdur. Lakin həmin qalıqlar nəzərə alınmamışdır. Yoxlama aktında firmanın vəzifəli şəxsləri qrafasında X9 və X12 qeyd edilmişdir. Halbuki, onlar firmanın təsisçiləridirlər, idarəçiliyinə rəhbərlik edən şəxs deyillər. Məhz buna görə onun iştirakı ilə bu məsələyə yenidən baxılması üçün cavabdehə müraci ət etmiş, lakin cavabdeh bundan imtina etmişdir.

5. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlanılan dövrdə iddiaçı faktiki olaraq ixtisaslaşdırılmış mağazalarda (yanacaq doldurma məntəqələrində) motor yanacağının pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2020-ci il tarixli Qərarı ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Firmanın əmlak, mənfəət, torpaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə 2017-2019-cu illəri, ə lavə dəyər vergisi iyun 2017-may 2019-cu illəri, ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2017 - 2-ci rüb 2020-ci illəri, MDSS-İşəgötürənlər muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər (0111) 4-cü rüb 2018-2-ci 2019, MDSS-Muzdla işləyənləri işəgötürən sığortaedənlər (0112) 3-cü rüb 2019 - 4-cü rüb 2019-cu illəri, İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2018 - 4-cü rüb 2019-cu illəri əhatə etmişdir. Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən sözügedən Firmada xammalın, mal-materialların, hazır məhsulların və zəruri olan digər sərvətlərin inventarizasiyanın aparılması məqsədi ilə xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən xx.xx.2020-ci il tarixdə iddiaç ının istifadəsində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində (Obyektin kodu:**********-76007), Gəncə şəhəri, X16 yerləşən yanacaq doldurma məntəqəsində (Obyektin kodu:**********- 101), Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda (Obyektin kodu:**********- 12) inventarizasiya aparılmış və nəticəsi xx.xx.2020-ci il tarixli “əmlakın və digər qiymətlilərin inventarizasiyası akt”ları ilə rəsmiləşdirilmişdir. Mal qalığının yoxlanılması məqsədi ilə aparılmış inventarizasiya nəticəsində 39313 litr Aİ 92 Benzin, 5543 litr Al 95, 94 litr dizel müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilə kimi 770079 litr Aİ 92 markalı Benzin, 40300 litr Aİ 95 markalı Benzin, 608902 litr dizel alışı müəyyən olunmuşdur. Ümumilikdə 1086620.08 litr Aİ 92 markalı Benzin, 57 litr Aİ 95 markalı Benzin, 907000,16 litr dizel kənarlaşması aşkar edilmiş və Aİ 92 alı Benzinə görə 1086620.08 litr*0.**********64407 manat=810360.74 manat, Aİ 95 markalı Benzinə görə 34757 litr*0.**********88136 manat=31811.49 manat və dizelə görə 100.16*0.4**********8814 manat =445567.46 manat olmaqla ümumilikdə 1287736.69 manatdan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan 547148.69 manat satış çıxmaqla 756813.81 manat ƏDV dövriyyə kənarlaşması müəyyən edilmişdir. Azaldılmış məbləğə 740588.0 manat *18%=133305.84 ƏDV hesablanmışdır. İddiaçı tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılarkən 2020-ci ilin may ayı üzrə 133305.84 manat məbləğində əlavə dəyər vergisinin, 27.50 manat məbləğində muzdlu işlə əlaq ədar ödəmə mənbəyində tutulan verginin azaldılması aşkar olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən iddiaçı barəsində 66666.67 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Cavabdeh inzibati orqan iddiaçı barəsində apardığı səyyar vergi yoxlaması prosedurunu, eləcə də mübahisələndirilən inzibati aktı vergi qanunvericiliyinin tələbləri daxilində icra etmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(114)-375/2022 nömrəli qərarı ilə (hakim X3) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, aparılmış inventarizasiyanın nəticəsi olaraq tərtib edilmiş “əmlakın və digər qiymətlilərin inventarizasiyası” haqqında xx.xx.2020-ci il tarixli aktlara əsasən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda mal qalığı aşkar edilməmiş, Göygöl ray onu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində 19023 litr Aİ 92 markalı Benzin, 2125 litr Aİ 95 markalı benzin, 16534 litr Dizel yanacağı, Gəncə şəhəri, X16 yerləşən yanacaq doldurma məntəqəsində isə 20290 litr Aİ 92 Benzin, 3418 litr Aİ 95 markalı Benzin, 2060 litr Dizel yanacağı aşkar edilmişdir. Yoxlama-ölçmə işləri Firmanın rəhbəri olan X5 və iştirakçıların iştirakı ilə aparılmış və müvafiq aktlar həmin şəxslər tərəfindən imzalanmışdır. İddiaçı təşkilatın direktoru X8 inventarizasiya prosesi zamanı iltizam vermiş, aktda olanların doğruluğunu təsdiq etmişdir. Bundan başqa iddiaçının nümayəndəsinin vəsatətinə əsasən məhkəmə- mühasibatlıq ekspertizası təyin edilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28.01,2021 -ci il tarixli qərarı ilə hesablanmış 2020-ci il üzrə 133.305,84 manat məbləğində əlavə dəyər vergisinin və həmin ƏDV-nin 50% miqdarında, yəni 66652,92 manat maliyyə sanksiyasının düzgünlüyü müəyyən edilmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-20/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X6 və X13) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(114)-375/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Şikayətdə Vergi Məcəlləsinin 16, 23, 38, 39, 49, 62 və 64-cü maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

13. Bildirilmişdir ki, Firma yanacağın satılmasını həyata keçirdiyi YDM-də mövcud çənlərdən başqa, yanacaq rezervlərinə əsasən özünə məxsus bazada mövcud əsas anbar çənlərində saxlayır. Lakin yoxlama zamanı aparılmış inventarizasiya ilə yalnız YDM-də olan çənlərdəki yanacaq ölçülüb, hesaba alınmışdır. Bazanın anbar çənlərində mövcud olan yanacaqlar hesaba alınmamışdır. Halbuki, yoxlama müddətinə həmin çənlərdə 1.200 ton civarında benzin və 940 ton dizel yanacağı mövcud olmuşdur. Lakin həmin qalıqlar nəzərə alınmamışdır. Yoxlama aktında firmanın vəzifəli şəxsləri qrafasında X9 və X12 qeyd edilmişdir. Halbuki, onlar firmanın təsisçiləridirlər, idarəçiliyinə rəhbərlik edən şəxs deyillər. Məhz buna görə onun iştirakı ilə bu məsələyə yenidən baxılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi həmin sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün qərara gəlməmiıdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apellyas iya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxl amalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq s əyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Maddə

39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkre t maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir.... 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Maddə

49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulması na görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərar ını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K assasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab ol una bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 23. “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərara əsasən apa rılmış inventarizasiya 3 obyektdə, yəni Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda, Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində və Gəncə şəhəri, X16 yerləşən yanacaq doldurma məntəqəsində aparılmışdır. Aparılmış inventarizasiyanın nəticəsi olaraq tərtib edilmiş “əmlakın və digər qiymətlilərin inventarizasiyası” haqqında xx.xx.2020-ci il tarixli aktlara əsasən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda mal qalığı aşkar edilməmiş, Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində 19023 litr Aİ 92 markalı Benzin, 2125 litr Aİ 95 markalı benzin, 16534 litr Dizel yanacağı, Gəncə şəhəri, X16 yerləşən yanacaq doldurma məntəqəsində isə 20290 litr Aİ 92 Benzin, 3418 litr Aİ 95 markalı Benzin, 2060 litr Dizel yanacağı aşkar edilmişdir.

24. Kassasiya şikayətində qeyd edilir ki, 2020-ci ilin iyun-dekabr aylarında Firmanın direktoru X8 xəstəliyi ilə əlaqədar olaraq yoxlamada iştirak etməmişdir. Yəni səyyar vergi yoxlaması onun iştirakı olmadan aparılmışdır.

25. Məhkəmə kollegiyası şikayətin dəlili ilə əlaqədar olaraq bildirir ki, yoxlamaların aparılması ilə əlaqədar “sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə” Protokol” tərtib edilmiş və həmin sənəd Firmanın rəhbəri X7 təqdim edilmişdir. Bundan əlavə cavabdeh təşkilatın xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli Bildirişi, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədləri təqdim olunması haqqında” xx.xx.2020-ci il tarixli Tələbnamə şə xsən B.Məmmədova təqdim olunmuş, həmin sənədlərlə tanış edilmiş və bu sənədləri imzalamışdır. xx.xx.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarla həmin şəxs tanış olmuş və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol onun iştirakı ilə tərtib edilmişdir. VM-nin 38.7.2-ci maddəsinin tələblərinə əsasən qəbul edilmiş “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2020-ci il tarixli Qərar, eləcə də “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qərarlarda şəxsən iddiaçı firmanın rəhbəri tərəfindən qəbul edilmişdir.

26. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi yoxlama-ölçmə işləri Firmanın rəhbəri olan X5 və digər şəxslərin işt irakı ilə aparılmış və müvafiq aktlar həmin şəxslər tərəfindən imzalanmışdır. Göründüyü kimi iddiaçı təşkilatın direktoru X8 inventarizasiya prosesi zamanı iltizam vermiş, aktda olanların doğruluğunu təsdiq etmişdir.

27. Şikayətdə həmçinin qeyd edilir ki, inventarizasiya natamam keçirilmişdir. Belə ki, Firma yanacağın satılmasını həyata keçirdiyi YDM-də mövcud çənlərdən başqa yancaq rezervlərinə əsasən özünə məxsus bazada mövcud əsas anbar çənlərində saxlayır. Lakin yoxlama zamanı aparılmış inventarizasiya ilə yalnız YDM-də olan çənlərdəki yanacaq ölçülü hesaba alınmışdır. Bazanın anbar çənlərində mövcud olan yanacaqlar hesaba alınmamışdır.

28. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edərək bildirir ki, səyyar vergi yoxlaması aktına nəzər yetirdikdə görmək olur ki, İddia çı İKF-nin səyyar vergi yoxlamasının aparıldığı vaxtda Firmanın aktiv 1 anbarı (Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşir. Obyektin kodu:**********1 -23002), 2 ədəd yanacaq doldurma məntəqəsi (Göygöl rayonu, Quşqara kəndində yerləşir. Obyektin kodu:**********76007, digəri- Gəncə şəhəri, X16 yerləşir. Obyektin kodu:**********-23001) mövcud olmuşdur. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbar xx.xx.2020-ci il tarixdə vergi orqanında uçota alınmışdır. xx.xx.2020-ci il tarixli **********140547 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərara əsasən aparılmış inventarizasiya da məhz yuxarıda qeyd edilən bu 3 obyektdə aparılmışdır. Beləliklə, göründüyü kimi başqa anbarların olması ilə bağlı kassasiya şikayətinin dəlilləri əsaslı deyil.

29. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İstehsalat-Kommersiya firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(104)-20/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar