Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-796/2021 27.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünlüyü; inzibati orqana müraciət edilməsi araşdırılmayıb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iş üzrə “dəbbə pulu borcunun ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 10.03.2021-ci il tarixli, 2-1(105)159/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Gömrük Komitəsinin 19.04.2019-cu il tarixli 1000/110 nömrəli sərəncamına əsasən Sumqayıt Baş Gömrük İdarəsinin 01.01.2016-cı il tarixdən 01.01.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinin audit nəticələrinə dair ödəniş cədvəlində müəyyən olunmuş GB-də qeyd olunan malların XİFMN kodu düzgün bəyan edilmədiyi üçün borc yaranmış, 10349.27 AZN dəbbə pulu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmiş, cavabdehin iddiaçıya hesabladığı 10.349,27 manat məbləğində dəbbə pulu borcunun lə ğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi **********5447 saylı 18.09.2017-ci il tarixli və **********2500 saylı 28.11.2017-ci il tarixli gömrük bəyannamələrindən göründüyü kimi tərəflərindən 18.09.2017-ci il və 28.11.2017-ci il tarixlərdə "kanepox lining free 3430" adlı mallar istehsal məqsədi ilə ölkəyə idxal edilmişdir. Bununla bağlı olaraq müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və "kanepox lining free 3430" adlı mallara gömrük orqanları tərəfindən 320890 təsnifat kodu verilərək idxal rüsum dərəcəsi 0,5% olmaqla hər bəyannamə üzrə 414.08 manat məbləğində rüsum hesablanmış və hər iki gömrük bəyannamələri üzrə iddiaçı tərəfindən cəmi 828.16 manat idxal rüsumu ödənilmişdir. Daha sonra təxminən 2019-cu ilin iyul aylarında cavabdehin məsul şəxsləri tərəfindən iddiaçıya verilən məlumata əsasən daxili gömrük auditi tərəfindən aparılmış yoxlamaların nəticəsi olaraq əvvəllər **********5447 saylı və **********2500 saylı gömrük bəyannamələrində idxal olunmuş malların idxal rüsumu dərəcəsi 15% əvəzinə 0.5% kimi rəsmiləşdirilmişdir. Nəticədə 24.028,88 manat idxal rüsumu və 4.325,20 manat ƏDV, cəmi 28.354,08 manat gömrük ödənişləri az hesablanmışdır. Və həmin məbləğin də ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı da öz növbəsində buna razılıq verərək gömrük orqanları tərəfindən vaxtında az hesablanmış qalıq məbləği ödəmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya yuxarıda qeyd olunan əməliyyatların nəticəsi olaraq əlavə 10.349,24 manat məbləğində dəbbə pulu hesablaması ilə iddiaçı qətiyyən razı deyildir. Çünki ölkəyə idxal olunan bütün mallar məhz gömrük orqanları tərəfindən gömrük yoxlamasından və laboratoriyadan keçirilir, təsnifat kodu verilir və dövlət rüsumları təyin olunaraq sahibkara bu barədə məlumat verilir. Sahibkar da öz növbəsində tələb olunan rüsumları ödəməklə gətirdiyi malları ölkəyə idxal edir. Yuxarıda adıçəkilən mallar iddiaçı tərəfindən ölkəyə idxal edilərkən gömrük orqanı tərəfindən idxal rüsum dərəcəsi 0,5% olaraq hesablanmışdır və müəssisə də öz növbəsində həmin ödənişləri vaxtında və lazımi qaydada icra etmişdir. Həmin ərəfələrdə gömrük orqanları tərəfindən idxal rüsum dərəcəsi 0,5% deyil, 15% həddində hesablansa idi, müəssisə təbii ki, həmin ödənişləri də lazımi qaydada icra edəcəkdi və indi ki kimi süni dəbbə pulu borcu yaranmamış olacaqdı.
4. Sumqayıt İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(118)-422/2020 nömrəli qərarına əsasən (hakim – İsmayıl Quliyev) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
5. Məhkəmə qeyd etmişdir ki, düzgün bəyan edilməmiş mallara görə dəbbə pulunun hesablanması gömrük qanunvericiliyinin tələblərinə zidd deyil. Gömrük Məcəlləsinin 274.1-ci maddəsinin məzmununa uyğun olaraq gömrük orqanları məsul şəxslərin məsuliyyətindən ayrıca olaraq iddiaçının malları düzgün bəyan etmək öhdəliyi olduğuna görə dövlət büdcəsinə ödənilməli məbləğ vaxtında ödənilmədiyinə görə ötən müddətə qanunvericilikdə müəyyən olunmuş dəbbə pulu hesablana bilər. Beləliklə, cavabdeh tərəfindən dəbbə pulunun hesablanması qanunvericiliyin tələblərindən irəli gəlir və bu səbəbdən də, cavabdeh inzibati orqanın hərəkətlərində dəbbə pulu hesablanmasında hər hansı hüquq pozuntusu mövcud deyildir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(105)-159/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Fuad Məmmədov, hakimlər – Zaur Məmmədov və Hökümə Babayeva) apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(118)422/2020 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, işin hallarından iddiaçının hazırkı iddia üzrə məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafi q ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Hazırkı halda, iddiaçı cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə qəradadı iddiaçıya 17.03.2021-ci il tarixində təqdim edilmişdir.
10. İddiaçı həmin qərardaddan 19.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 21(105)-159/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərində iddiaçı qeyd etmişdir ki, kassasiya şikayətinə əlavə olunmuş 225/19 nömrəli 16.07.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən Dövlət Gömrük Komitəsinin Sədrinə müraciət olunmuşdur. Müraciətdə gömrük əməliyyatları üzrə dəbbə pulun hesablanması əsassız olduğu bildirilmiş və dəbbə pulun hesablanması barədə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə əlavə edilmiş qəbzin surətindən göründüyü kimi, qeyd olunan məktub 17.07.2019-cu il tarixində Dövlət Gömrük Komitəsinə çatdırılmışdır.
12. Bundan sonra Komitə tərəfindən 1000-160/160-24/018118 nömrəli 22.08.2019cu il tarixli məktubla iddiaçının müraciətinə cavab verilmiş, məktubda gömrük bəyannamələri üzrə vaxtında ödənilməmiş gömrük ödənişləri üzrə hesablanmış dəbbə pulunun dövlət büdcəsinə qısa müddətdə ödənilməsinin zəruri olduğu bildirilmişdir.
13. Eyni zamanda, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddianın mümkünsüzlüyü barədə etiraz təqdi m etsə də, yuxarıda sadalanan sənədlər iddiaçı tərəfindən təqdim edilmiş, məhkəmə də öz növbəsində göstərilən hallara qiymət verərək etirazı əsassız hesab etmişdir.
14. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən isə işə daha çox mahiyyəti üzrə baxılmış, iddianın mümkünsüzlüyü ilə bağlı tərəflərə heç bir fikir, irad bildirilməmiş və hər hansısa bir sənəd tələb olunmamışdır. Lakin buna baxmayaraq məhkəmə tərəfindən iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilmişdir.
15. Halbuki, məhkəmələrin vəzifəsidir ki, inzibati icraat zamanı tərəflərə prosessual qaydada köməklik və işin mahiyyəti üzrə yekunlaşması ilə bağlı səylər göstərsin. Lakin bu məsələlərlə bağlı heç bir araşdırma aparılmamış, iddiaçıdan heç bir sənəd tələb olunmamış və nəticədə əsassız qərardad qəbu l edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati-Prose ssual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
21. Həmin Məcəllənin 13-cü maddəsində əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
23. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda.
24. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
25. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
27. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2
8. Həmin Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
29. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaç ının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulduğundan kassasiya şikayəti təmin edilməlidir.
33. Belə ki, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 26-29-cu bəndlərində göstərilən hüquqi mövqeyindən də göründüyü kimi məhkəmələr işlərə baxarkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının həmin iddiası üzrə cavabdehin imtinasının olub-olmamasını, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
34. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi məhkəmə tərəfindən yoxlanılmalıdır.
35. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə bu halla bağlı ətraflı araşdırma aparmadan iddianı mümkün saymamışdır. Bununla bağlı iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə iclasının protokolundan (i.v.129) görünür ki, məhkəmə tərəfindən iddianın mümkünlüyü ilə bağlı cavabdehin izahatı dinlənilsə də, iddiaçının bu barədə izahatı alınmamış, dəlilləri qiymətləndirilməmişdir.
36. Halbuki, hazırkı qərarın 19-21-ci bəndlərində göstərilən normaların tələbinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti v əzifəsinə görə araşdırmalı, qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
37. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının cavabdeh orqana ilkin müraciətinin olmamasına istinad etsə də, bu nəticəyə yalnız cavabdehin izahatı əsasında gəlmiş, göstərilən hallarla bağlı tam və hərtərəfəli araşdırma aparmamışdır.
38. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin bu hərəkətləri həm işin araşdırılması ilə bağlı İPM-in normalarının, həm də iddianın mümkünlük şərtlərinin qiymətləndirilməsi ilə bağlı Ali Məhkəmə Plenumu nun hüquqi mövqeyinə ziddir. Odur ki, iddiaçının kassasiya şikayəti əsaslıdır.
39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçı kassasiya şikayətinə cavabdeh orqana ilkin müraciətinin olmasına dair sübutları da əlavə etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda qeyd olunan prosessual pozuntular səbəbindən iddianın mümkünlüyü ilə bağlı əhəmiyyətli sübutlar araşdırılmadığından məhkəmənin qərardadı ləğv edilməli, iş sözügedən sübutların araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir.
40. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərini hazırkı qərarın 19-29-cu bəndində göstərilən normaların tələbinə uyğun qiymətləndirməli, iddianın mümkünlüyü ilə bağlı iddiaçının dəlillərinə, eləcə də təqdim etdiyi sübut lara qiymət verməli, iş materiallarında olan sübutlar və tərəflərin izahatlarını birlikdə qiymətləndirərək iddianın mümkünlüyü ilə bağlı məsələni qanunamüvafiq qaydada həll etməli, iddia mümkün sayıldığı təqdirdə isə işə mahiyyəti üzrə baxaraq ədalətli qərar qəbul etməlidir.
41. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(105)-159/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.