Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-796/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-796/24) (Açar sözlər: inzibati aktın ləğv edilməsi və professor elmi adının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızının (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023 il tarixli 01 nömrəli qərarı ilə Sosiologiya elm sahəsi üzrə professor elmi adını almağı üçün vəsatətini icra etməkdən imtinaya dair cavabdehin qəbul etdiyi inzibati aktın ləğv edilməsi və bu vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 21(103)-3492/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Milli X1 və Sosiologiya institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosentdir.
2. İddiaçıya xx.xx.2009-cu il tarixdə 7210 - “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
3. İddiaçı "Sosiologiya nın nəzəriyyəsi, metodologiyası və tarixi" ixtisası üzrə professor elmi adının verilməsi ilə bağlı iddiasına əsasən AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023-cü il tarixli 01 nömrəli qərarı ilə iddiaçıya Sosiologiya elm sahəsinin 6312.01 - "Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" ixtisası üzrə professor elmi adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmış, vəsatət xx.xx.2023-cü il tarixdə cavabdeh Komissiyaya göndərilmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixdə vəsatəti geri qaytarmış və vəsatətin geri qaytarılmasına əsas kimi göstərmişdir ki, iddiaçıya fəlsəfə elmləri doktoru elmi dərəcəsi 7210 - “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə verildiyindən, vəsa tət elmi adların verilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığından iddiaçının attestasiya sənədləri vəsatətin dəyişdirilərək qanunvericiliyin tələblərinə uyğun qaldırılması məqsədi ilə geri qaytarılır. İddiaçıya Əsasnamənin müvafiq bəndi əsas gətirilərək, elmi dərəcənin verildiyi elm sahəsi üzrə müraciət ediləcəyi təqdirdə, sənədlərinin Komissiya tərəfindən baxılmasının mümkünlüyü izah edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023 il tarixli 01 nömrəli qərarı ilə Sosiologiya elm sahəsi üzrə professor elmi adını almağı üçün vəsatətini icra etməkdən imtinaya dair cav abdehin qəbul etdiyi inzibati aktın ləğv edilməsi və bu vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi sözlər 11 iyun 2019 il tarixli Əsasnaməyə 3 il 5 aydan sonra - xx.xx.2022-cü il tarixdə əlavə edilmişdir. Halbuki, cavabdehə təqdim etdiyi elmi işləri və fəaliyyəti bundan öncəki illəri əhatə edir. Professor elmi adının alınması üçün iddia etmə prosesi cavabdehin imtinanı əsaslandırmağa cəhd etdiyi xx.xx.2022-ci il tarixli düzəlişdən deyil, onun elmlər doktoru elmi dərəcəsi alması tarixindən başlanır. O, isə elmlər doktoru elmi dərəcəsini 2009-cu ildə alıb və buna görə də professorluğa iddia etmə prosesi bu tarixdən başlanıb və 2010-2022ci illəri əha tə edir. Beləliklə, 2022-ci ilin sonunda Əsasnaməyə edilən düzəliş ona aid edilə bilməz, çünki qanunun geriyə qüvvəsi yoxdur. Eyni zamanda o, 2018-ci ildən başlayaraq institutun “Sosiologiya” şöbəsinin baş elmi işçisidir. Bu da o deməkdir ki, sosiologiya elm sahəsində elmi ad almağa iddiası təsadüfi deyil, birbaşa vəzifəsi ilə əlaqəlidir. Sosiologiya elm sahəsində fəaliyyət göstərərək o, 2016-cı il 14 iyun tarixli Azərbaycan Respublikası Elm Qanununun 31.1.15. bəndində təsbit olunmuş “işlədiyi elmi təşkilatın tədqiqat istiqaməti çərçivəsində elmi maraqlarına uyğun olaraq sərbəst tədqiqat istiqaməti seçmək” hüququndan istifadə etmişdir. Elmi təşkilatın isə tədqiqat istiqamətlərindən biri isə sosiologiyadır. Bu illər ərzində qanunlarda fəlsəfə elmləri doktorunun sosiologiya elm sahəsi üzrə professor elmi adını almaq üçün heç bir əngəl olmamışdır və buna görə də buna iddia etmişdir. Bilə bilməzdi ki, 2022-ci ilin sonunda Əsasnaməyə düzəliş ediləcək. Buna görə həmin düzəliş onun iddiasına aid edilməməlidir, çünki geriyə qüvvəsi ola bilməz. Əsasnamənin 3.1.3. və 3.1.5.3. bəndlərinə görə, professor adına iddia etmək üçün əsas şərtlərdən biri iddiaçı tərəfindən elmi müəssisənin qərarı ilə monoqrafiyanın dərc edilməsidir. Bu qanunu icra edərək, institutun Elmi şurasının qərarı ilə 2020-ci ildə sosioloji mövzuda monoqrafiya dərc edib və bunu edərkən bilə bilməzdi ki, xx.xx.2022-cü il tarixində Əsasnaməyə düzəliş ediləcək və professor elmi adı elmi dərəcə alındığı sahədə veriləcəkdir. O zaman qüvvədə olan qanunlar ona zəmanət vermişdi ki, fəlsəfə elmləri doktoru olaraq institutun ə sas istiqamətlərindən biri olan sosiologiya elm sahəsində monoqrafiya dərc etsə, ona həmin sahədə professor elmi adı veriləcək və buna şübhə etmədən elmi fəaliyyət göstərmişdir. Buna görə xx.xx.2022-cü il tarixli düzəliş, onun elmi işini pozduğuna və ona ziyan vurduğuna görə onun işinə aid edilməməlidir. Onun geriyə qüvvəsi ola bilməz, çünki monoqrafiya 2020-ci ildə dərc edilib. 2020-ci ildə monoqrafiyanı dərc edəndən sonra dərhal professorluğa iddia qaldırmaq mümkün deyildi, çünki Əsasnamənin 3.1.5.1. bəndinə görə professor elmi adı almaq üçün iddiaçının elmi rəhbərliyi ilə azı iki mütəxəssis elmi dərəcə almalıdır. Bunu isə qısa müddət ərzində etmək olmur, çünki mütəxəssisin hazırlanması üçün “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarının” 1.7. bəndinə görə 4 il vaxt tələb olunur. Bu müddət yenə də ona dəlalət edir ki, 2022-ci ilin sonunda Əsasnaməyə edilən düzəliş ona aid oluna bilməz, çünki mütəxəssislərin hazırlığı illər tələb edir və hazırlıq prosesi bu tarixdən öncə başlayıb. Buna baxmayaraq o, Əsasnaməyə 2022-ci ilin sonunda edilmiş düzəlişin qəbul olunmasından öncə iddia qaldırmalı idi. Ancaq cavabdehin təqsiri üzündən bunu edə bilməmişdir. Belə ki, elmi rəhbərliyi ilə müdafiə etmiş birinci mütəxəssisə Komissiya tərəfindən 2018-ci ildə elmi dərəcə verilmişdir. İkinci mütəxəssis isə xx.xx.2021-ci ildə dissertasiyasını müdafiə etməsinə baxmayaraq, təsdiqini bir ildən sonra xx.xx.2022-ci il tarixdə almışdır. Lakin, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin” 6.7. və 6.8. bəndlərinə görə ən gec 6 aydan sonra (xx.xx.2022-ci ildə) almalı i di. Cavabdeh tərəfindən bu qayda pozulduğuna görə o, Əsasnaməyə edilən düzəlişdən qabaq xx.xx.2022 - xx.xx.2022 tarixləri arasında professorluğa iddia qaldıra bilməmişdir. AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurası professor elmi adını almaq üçün vəsatəti, onun 2009-cu ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi aldığından sonra 2010-2022-ci illər ərzində həyata keçirdiyi elmi işlərin əsasında qaldırmışdır. Çünki, elmi fəaliyyəti qısa zaman ərzində həyata keçirilib nailiyyətlər əldə etmək, eləcə də qaydalar üzrə 2 nəfər elmi ad almış mütəxəssis (fəlsəfə doktoru) yetişdirmək mümkün deyil, buna illər tələb olunur. Buna görə cavabdehin qeyd etdiyi Əsasnamənin 1.3. bəndinə xx.xx.2022-ci il tarixində edilən düzəliş geri tarixlərə deyil, qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlər ə tətbiq edilməlidir. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə görə həmin düzəliş, illərlə gördüyü elmi işlərin və əldə etdiyi nailiyyətlərin əsasında elmi ad almağını əngəllədiyi və bununla da onun uzun müddət gördüyü qurucu elmi işlərini pozduğuna görə onun geriyə qüvvəsi ola bilməz.
7. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən müvafiq bəndə “elmi dərəcənin verildiyi elm sahəsində” sözləri əlavə ed ilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı Komissiyaya 2023-cü ildə müraciət etmiş və dəyişikliklər artıq qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə müvafiq olaraq elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu” na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir. Əsasnamənin 4.2-ci bəndinə əsasən elmi müəssisə v ə təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları elmi adlar verilməsinə dair vəsatəti yalnız Əsasnamənin dosent və professor elmi adlarının verilməsinə dair tələbləri ödənildiyi halda qaldırır. Lakin yuxarıda qeyd olunanlardan anlaşılır ki, iddiaçıya professor elmi adı verilməsi haqqında vəsatət qanunvericiliyin tələbinə uyğun qaldırılmamışdır. İddiaçıya elmi adın verilməsi məsələsinə baxılması və qərarın qəbul edilməsi yalnız Əsasnamənin tələbləri ödənildiyi halda mümkündür. Bu səbəbdən, iddiaçının sənədləri Komissiya tərəfindən ekspertizaya qəbul edilməmiş, vəsatətin qanunvericiliyin tələblərinə uyğun qaldırılması məqsədilə elmi müəssisəyə geri qaytarılmış və bununla bağlı heç bir inzibati akt qəbul edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(112) -9880/2023 nömrəli qərarı (hakim B.M.Cəlalov) ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya elmi adın verilməsi ilə bağlı müraciət olunan tarixdə elmi adın verilməsi qaydalarını tənzimləyən Əsasnamənin istinad olunan norması qüvvədə olduğuna görə, cavabdehin imtinası əsaslı olmuşdur. Əsasnaməyə həmin dəyişikliyin edilməsi barədə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 26 noyabr 2022-ci il tarixli 1888 №-li Fərmanda, bu barədə hər hansı bir qeyd şərt nəzərdə tutulmamış, dəyişiklik edilənə qədər elmi ad üçün iddia prosesinə başlamış şəxslər ba rəsində hər hansı güzəşt, imtiyaz və ya istisna nəzərdə tutulmamışdır. Nəticə etibarı ilə cavabdehin hərəkəti Əsasnamənin və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 149, Vİİ bəndinə istinad edərək, illərlə gördüyü elmi işlərin və əldə etdiyi nailiyyətlərin əsasında elmi ad almağını əngəllədiyi və bununla da onun uzun müddət gördüyü qurucu elmi işlərini pozduğuna görə Sərəncamdakı həmin düzəlişin geriyə qüvvəsinin ona şamil olunmadığını göstərmişdir. Lakin, hazırkı mübahisədə hər hansı normativ hüquqi aktın geriyə qüvvəsindən söhbət getmir. Cavabdeh iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan Əsasnaməyə istinad etmişdir ki, burada şəxsin vəziyyətini pisləşdirən normativ hüquqi aktın geriyə qüvvəsindən söhbət gedə bilməz. Cavabdeh vəsatəti geri qaytararkən hazırda qüvvədə olan normativ hüquqi akta istinad edir. İddiaçı cavabdehin təqsiri ucbatından (ikinci mütəxəssisə elmi dərəcənin verilməsinin gecikdirilməsi səbəbindən) cavabdehin ona maddi ziyan vurmasını göstərmişdir ki, bu hazırkı iddianın predmeti deyildir. Məhkəmən əlavə olaraq qeyd edir ki, hazırkı məsələyə baxılması cavabdehin diskression səlahiyyətlərinə aiddir. Belə olan halda, cavabdehin hərəkəti mübahisələndirilərkən, məhkəmə onun imtinasının diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı iş üzrə isə, cavabdeh inzibati orqanın imtina barədə hərəkəti edərkən qanunla müəyy ən olunmuş müvafiq hədlərə əməl etməməsi, eləcə də diskresion hüququnun həmin səlahiyyətin məqsədinə uyğunsuzluğu ilə bağlı xüsusatlar müəyyən edilmir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiya məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3492/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9880/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə raz ılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Komissiya işə yalnız vəsatət daxil olduqdan sonra baxa bilər və yalnız vəsatət daxil olduqda qüvvədə olan qanunvericiliyin normalarını tətbiq edə bilər. İddiaçı Komissiyaya Əsasnamədə müvafiq dəyişiklik edildikdən so nra müraciət etmiş və həmin dəyişikliyə uyğun olaraq vəsatətinə baxılmamışdır. Buna görə də, qərarın dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə: Bənd 1.1. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. Bənd 2.0. Komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək;.. 2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək.
17. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”: Bənd 1.2. Elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu” na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir. Bənd 1.3. Dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyə t, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılara bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və hallarda verilir.
18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələ b edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquq i məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçıya xx.xx.2009-cu ildə “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsinin verilməsi işin mübahisələndirilməyən hallarıdır.
26. İşin mübahisələndirilən halı ondan ibarətdi r ki, iddiaçı “Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" professor elmi adının verilməsi ilə bağlı iddia prosesinə başlayaraq, qanunvericilikdə professor elmi adı almaq üçün nəzərdə tutulmuş tələbləri yerinə yetirmiş (2020-ci ildə sosioloji mövzuda monoqrafiya dərc edib, 2 mütəxəssis yetişdirib və s.), AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023-cü il tarixli 01 nömrəli qərarı ilə Komissiya qarşısında vəsatət qaldırılması qərara alınmış və vəsatət xx.xx.2023-cü il tarixdə Komissiyaya göndərilmişdir. Komissiya “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə xx.xx.2022-cü il tarixdə edilmiş dəyişikliyə istinad edərək vəsatəti geri qaytarmışdır. Həmin dəyişikliyə görə, Əsasnamənin 1.3-cü bəndinin tələblərinə uyğun olaraq, dosent və professor elmi adları e lmi və elmipedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində verilir. İddiaçıya “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi verilmişdir, lakin iddiaçı professor elmi adı almaq üçün həmin sahə üzrə deyil, “Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" sahəsi üzrə iddia prosesinə başlamış və həmin sahə üzrə elmi ad almaq üçün Komissiya qarşısında vəsatət qaldırılmışdır. İddiaçı hesab edir ki, professorluq elmi adı uzun sürən prosesdir və bu proses ona elmi dərəcə verildiyi vaxtdan sonra başlamış və 2010-2022-ci illəri əhatə edir. Əsasnamədə edilən həmin dəyişikliklər ona şamil edilməməlidir, qanunun geriyə qüvvəsi yoxdur. O, bu sahə üzrə elmi ad almaq üçün hazırlaşanda Əsasnaməyə belə bir dəy işikliyin ediləcəyini bilə bilməzdi. Həmçinin, cavabdeh onun mütəxəssisinə vaxtında elmi dərəcə vermədiyi üçün, elmi dərəcənin verilməsi gecikdirilməsi üçün vəsatəti vaxtında qaldıra bilməmişdir.
27. Məhkəmə kollegiyası iddianın hüquqi əsasına münasibətdə qeyd edir ki, “Elmi Dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılara bu Əsasnamə ilə müəyyən edilmi ş qaydada və hallarda verilir.
28. Əsasnaməyə qeyd edilən dəyişiklik 26 noyabr 2022-ci il tarixdə edilmişdir.
29. Göründüyü kimi, iddiaçıya elmi adın verilməsi ilə bağlı müraciət olunan tarixdə elmi adın verilməsi qaydalarını tənzimləyən Əsasnamənin istinad olunan norması artıq qüvvədə olduğundan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur.
30. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Əsasnaməyə həmin dəyişikliyin edilməsi barədə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 26 noyabr 2022-ci il tarixli 1888 nömrəli Fərmanda, bu barədə hər hansı bir qeyd şərt nəzərdə tutulmamış, dəyişiklik edilənə qədər elmi ad üçün iddia prosesinə başlamış şəxslər barəsində hər hansı güzəşt, imtiyaz və ya istisna nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdehin hərəkəti Əsasnamənin və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
31. İddiaçı kassasiya şikayətinin dəlillərində illərlə gördüyü elmi işlərin və əldə etdiyi nailiyyətlərin əsasında elmi ad almağını əngəllədiyi və bununla da onun uzun müddət gördüyü qurucu elmi işlərini pozduğuna görə Sərəncamdakı həmin düzəlişin geriyə qüvvəsinin ona şamil olunmadığını göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının təkrarlanan kassasiya dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, hazırkı mübahisədə hər hansı normativ hüquqi aktın geriyə qüvvəsindən söhbət getmir. Cavabdeh iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan Əsasnaməyə istinad etmişdir ki, burada şəxsin vəziyyətini pisləşdirən normativ hüquqi aktın geriyə qüvvəsindən söhbət gedə bilməz. Cavabdeh vəsatəti geri qaytararkən hazırda qüvvədə olan normativ hüquqi akta istinad edir.
32. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçını n kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 21(103)-3492/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.