Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-796/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın icra edilməməsinə görə cərimə olunma; mübahisələndirmə haqqında iddialara dair məhkəmə qərarı üzrə icra hərəkətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məhkəmə qərarının icra olunmamasına görə cavabdehin 50000 manat m əbləğindən cərimə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 2-1(103)-3857/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-286/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, **********080100 nö mrəli qərar 57840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
2. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-421/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-493/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İdd iaçı ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-493/2024 nömrəli qərarı ilə cavabdehin üzərinə qoyulmuş öhdəliklər icra edilmədiyi üçün cavabdehin 50000 manat məbləğində cərimə olunmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırmışdır ki, uzun bir müddət ötməsinə və məhkəmə qərarının qanuni qüvvəsini almasına baxmayaraq, cavabdeh (vergi orqanı) tərəfindən hər hansı tədbir görülməmiş və ya qərarın icrası həyata keçirilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) xx.xx.2024-cü il tarixli 2-1(112)286/2022 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməs i haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının 5-ci bəndində izah edilir ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Bununla yanaşı, İPM-in 2.2.1 və 2.2.5-ci maddələrində təsbit edilmiş mübahisələndirmə haqqında, müəyyən etmə və ya tanınma haqqında iddialar üzrə, eləcə də İPM-in XVİİİ-İ fəslində təsbit edilmiş icraat üzrə qəbul edilmiş iddianın tam və ya qismən təmin edilməsinə dair məhkəmə qərarları mübahisəni mahiy yəti üzrə həll etsələr də, həmin qərarlar qanuni qüvvəyə mindikdən sonra onların əsasında əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır (İPM-in 70.3 və 71- ci maddələrində təsbit olunmuş hallar istisna olmaqla). Çünki sözügedən növ iddialar üzrə mübahisə predmetləri ilə bağlı hüquqi vəziyyətlərdə dəyişiklik yaratmaq və ya hüquqi vəziyyəti müəyyən etmək üçün həmin məhkəmə qərarlarının özlərinin çıxarılması kifayət edir. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və məhkəmə qərarı ilə cavabdehin mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir. Plenum qərarında ifadə edilmiş hüquqi mövqedən göründüyü kimi, İPM-in 2.2.1-ci maddəsində təsbit edilmiş mübahisələndirmə haqqında iddialar üzrə qəbul edilmiş məhkəmə qərarı qüvvəyə mindikdən sonra onların əsasında əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır.
8. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-286/2022 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və M.C.Qarayeva) xx.xx.2024-cü il tarixli, 21(103)-3857/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanıl mışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd edilən dəlilləri təkrarlamış, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulduğunu bildirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə ka ssasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prose ssual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
18. Hazırkı iş üzrə iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğuldur. İddiaçı 2017-ci ilin İV rübü üzrə 1.689.112,26 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini bəyan etmiş, cavabdeh həmin dövr üzrə apardığı kameral vergi yoxlaması ilə iddiaçının həmin tədiyyə üzrə vergi öhdəliyini 2.407,277,58 manat müəyyən etmiş və nəticədə 718.165,32 manat (2.407,277,58-1.689.112,26), yəni iddiaçı tərəfindən bəyan edilmiş məbləği nəzərə almaqla əlavə verginin hesablanmasına dair xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. İddiaçı həmin qərarı mübahisələndirmiş və qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir (həmin iş üzrə kassasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir).
19. Eyni zamanda, cavabdeh xx.xx.2022-ci il ta rixli qərarla iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli **********172544 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmişdir. Səyyar vergi yoxlaması zamanı cavabdeh iddiaçının 2017-ci ilin İV rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə vergi öhdəliyini 2.792.369,25 manat müəyyən etmiş və kameral yoxlama ilə müəyyən edilmiş məbləği (2.407,277,58) nəzərə almaqla, əlavə 385.091,67 manat vergi hesablamışdır. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilmiş, Bakı İnziba ti Məhkəməsinin 21(112)9387/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli **********172544 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla, digər hissədə ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 21(112)9387/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(102)2279/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilən kassasiya şikayəti hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatındadır.
20. Vergi ödəyicisinin şəxsi hesab vərəq əsində isə həm kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği azaldılmamış, həmçinin də səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlər əlavə edilmişdir.
21. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan belə ehtimal etmək olur ki, cavabdeh kameral yoxlamadan sonra apardığı səyyar vergi yoxlamasının nəticələrinin iddiaçı tərəfindən ayrıca icraatda mübahisələndirilməsinə görə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)286/2022 nömrəli qərarını icra etmir.
22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış vergi borcunun 57840,75 manat hissəsi istisna olmaqla, faktiki silinməsidi r və şəxsi hesab vərəqəsində belə bir silinmə həyata keçirilmədiyindən iddiaçı cavabdehin cərimələnməsini tələb edir.
23. İşə baxan aşağı instansiya məhkəmələri “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarındakı hüquqi mövqedən çıxış edərək o qənaətə gəlmişlər ki, iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan əlavə icra hərəkətlərinin həyata keçirilməsinə zərurət yoxdur.
24. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
25. İlk növbədə, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Bununla yanaşı, İPM-in 2.2.1 və 2.2.5-ci maddələrində təsbit edilmiş mübahisələndirmə haqqında, müəyyən etmə və ya tanınma haqqında iddialar üzrə, eləcə də İPM-in XVİİİ-İ fəslində təsbit edilmiş icraat üzrə qəbul edilmiş iddianın tam və ya qismən təmin edilməsinə dair məhkəmə qərarları mübahisəni mahiyyəti üzrə həll etsələr də, həmin qərarlar qanuni qüv vəyə mindikdən sonra onların əsasında əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır (İPM-in 70.3 və 71-ci maddəsində təsbit olunmuş hallar istisna olmaqla). Çünki sözügedən növ iddialar üzrə mübahisə predmetləri ilə bağlı hüquqi vəziyyətlərdə dəyişiklik yaratmaq və ya hüquqi vəziyyəti müəyyən etmək üçün həmin məhkəmə qərarlarının özlərinin çıxarılması kifayət edir...”
26. Məhkəmə kollegiyası hesab edir ki, Plenum qərarında əks olunan bu mövqe o hala aiddir ki, mübahisələndirmə haqqında iddia üzrə mübahisələndirilən inzibati akt məhkəmə qaydasında ləğv edildikdən və ya dəyişdirildikdən sonra bu aktların ləğvindən və ya dəyişdirilməsindən irəli gələrək, həmin inzibati aktın əlverişsiz nəticələrini aradan qaldırmaqla bağlı inzibati orqanın inzibati aktın yenidən ləğvi və ya dəyişdirilməsinə dair əlavə hərəkətlər etmək öhdəliyi yaranmır. Digər tərəfdən, Plenum qərarındakı bu mövqe bütün hallarda mübahisələndirmə haqqında iddialara dair işlər üzrə icra vərəqəsinin verilməsinin zəruri olmadığını vurğulamaqla, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın inzibati aktın ləğvindən və ya dəyişdirilməsindən irəli gələrək ləğv olunan və ya dəyişdirilən inzibati aktın əlverişsiz nəticələrini aradan qaldırmaqla bağlı əlavə hərəkətlər etmədiyi halda, iddiaçının (iddiaçıların) müraciəti əsasında məhkəmənin icra hərəkətləri etməsini istisna etmir. Əks mövqe, prosessual qənaət prinsipinə ziddir.
27. Məlumdur ki, vergi ödəyicilərinin şəxsi hesab vərəqəsi vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aiddir. Bu qayd ada bir uçot sənədinin aparılması vergi idarəçiliyinin təşkili baxımından zəruri olmaqla yanaşı, həm də vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərdə açıqlığı, şəffaflığı və hüquqi müəyyənliyi təmin etməyə xidmət edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02 nömrəli qərardadının 43-45-ci bəndləri). Başqa sözlə, vergi ödəyiciləri üçün əlavə vergi öhdəliyi yaradan inzibati aktlar ləğv edildikdə, vergi orqanı müvafiq olaraq şəxsi hesab vərəqəsində, yəni uçot sənədlərində də müvafiq düzəlişlər etməlidir. Bu vergi orqanının inzibati orqan kimi xidməti vəzifəsindən irəli gələn öhdəliyidir.
28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya məhkəməsi ilk növbədə, məhkəmə qərarı ilə ləğv edilən inzibati aktın əlverişsiz nəticələrinin faktiki aradan qaldırılıb-qaldırılmadığını müəyyən etməli, aradan qaldırılmadığı halda, bunun səbəblərini müəyyən etməklə, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının 25-30-cu bəndlərinə uyğun davranmalıdır.
29. Bundan əlavə, hazırkı iş üzrə iddiaçının tələbi cərimə tətbiq edilməsi olsa da, iddiaçıya hüquqi yardım edilməli və izah edilməlidir ki, nə qədər ki, aşağı in stansiya məhkəmələri İPM-in tələblərinə və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarına müvafiq olaraq məhkəmə qərarını icraya yönəltməyiblər, hazırkı halda onun tələbi məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərin başlamasına yönəlməlidir.
30. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 2-1(103)-3857/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.