Məhkəmə qərarları › İş №2-1(102)-797/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-797/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-797/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-797/19 Bakı şəhəri 10 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçev ir şəhər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2-1(1407)-599/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil aldığı müddətin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək 1980ci il tarixdən 1984-cü il t arixədək Sovet Azərbaycanının 60 illiyi adına X1 əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 01 sentyabr 1980-ci il tarixdə Sovet Azərbaycanının 60 illiyi adına X2 daxil olmuş, ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirmiş və dövlət imtahan komissiyasının 21 iyun 1984-cü il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilərək, adına 23 iyun 1984-cü ildə diplom verilmişdir. Lakin ona 01 iyul 2018-ci il tarixdə pensiya təyin edilərkən qeyd olunan əyani təhsil aldığı müddət nəzərə alınmamışdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmadığından, onun təhsil müddətinin sosial sığorta stajının hesablanması qanunvericiliyin tələblərinə ziddir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1414/2018 saylı qərarı (hakim Rüfət Məcidov) ilə iddia qismən təmin edilərək, cavabdehin üzərinə iddiaçının 01 sentyabr 1980-ci il tarixdən 21 iyun 1984-cü il tarixədək Sovet Azərbaycanının 60 illiyi adına X1 əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan, təhsil müddətinin sığorta s tajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilmir. Buna görə də iddiaçının təhsil aldığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilməli olduğundan cavabdehin imtinası əsassızdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2-1(107)-599/2018 saylı qərarı ilə (sədrlik edən hakim Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya m əhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və əlavə olaraq bildirmişdir ki, qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan, iddiaçı bu hüquqdan məhrum edilə bilməz. Şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Cavabdehin ağırlaşdırıcı hallara istinad edərək əyani təhsil müddətini sosial sığorta stajına daxil etməməsi isə konstitusion normanın pozulmasıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 149.7, 01 oktyabr 1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1, 190, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təmin atı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində vətəndaşın təhsil aldəığı müddətin onun soail sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21, Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 418-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 23 iyun 1984-cü il tarixdə tərtib edilmiş KB seriyalı, 019971 nömrəli diplomdan görünür ki, iddiaçı 1980-ci il tarixdə Sovet Azərbay canının 60 illiyi adına X2 daxil olmuş, 1984-cü il tarixdə həmin institutun ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursunu bitirmiş və Dövlət İmtahan Komissiyasının 21 iyun 1984-cü il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. İddiaçı təhsil müddəti nəzərə alınaraq pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 18 iyul 2018-ci il tarixli, **********2 nömrəli məktubunda bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddin də baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının əyani təhsil aldığı müddət həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə sığorta stajına daxil edilməlidir. Cavabdehin mövqeyinə görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir və apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə yanaşı aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş (1) və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) (2) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin (3 ) məcmusudur. Maddənin tələblərindən göründüyü kimi, sosial sığorta stajına aşağıdakılar daxil edilmişdir: iş dövrü (1);digər fəaliyyət dövrü (2); müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər (3). İş dövrü və digər fəliyyət dövrlərinə hansı müddətlərin daxil edilməsi həmin Qanunun 21-ci maddəsində əks olunmuşdur. Maddə “Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri” kimi adlandırılmış və onun 21.1-ci maddəsində hansı iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsi göstərilmişdir. Həmin maddənin 21.2.1 – 21.2.11-ci hissələrində isə iş və digər fəaliyyət dövründən başqa hansı müddətlərin də sığorta stajına daxil edilməsi sadalanmışdır. Beləliklə, Qanunda sosial sığorta stajının müəyyən edilməsi üçün iş dövrünə və d igər fəaliyyət dövrlərinə hansı halların aid edilməsi Qanunun 21.1-ci maddəsində göstərilmiş, “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər” anlayışına daxil edilən müddətlər 21.2-ci maddədə sadalanmışdır. Misal üçün, 21.2.5-ci maddədə müəyyən edilmişdir ki, işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət sığortaolunanın sığorta stajına daxil edilir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin maddədə sadalanmış hallar “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin” siyahısını tam müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilm iş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndə ibarət olduğu müəyy ən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Bu halda ape llyasiya məhkəməsi düzgün olaraq qanunveriliyin zamana görə qüvvəsi ilə bağlı qaydalara əsasən, hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinin tətbiq edilməsi nəticəsinə gəlmişdir. İddiaçının təhsil aldığı müddət 1980-1984-cü illəri əhatə etdiyi üçün, həmin dövrdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” 14 iyul 1956-cı il tarixli SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanun qüvvəli normativ akt əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta ixtisas (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Habelə, Azərbaycan Respublikasının qəbul etdiyi 23 sentyabr 1992-ci il tarixli“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən edilmişdir: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, do ktoranturada və klinik ordinaturada təhsil müddəti. Qanunvericiliyin zamana görə qüvvədə olmuş müddəalarının tələblərindən göründüyü kimi, ümumi iş stajı anlayışına həmçinin ali, orta ixtisas məktəblərində təhsil alınmış müddət daxil edilir. Sadalanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, bu halda ümumi iş stajınının müəyyən edilməsi 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən aparılmalı olduğundan, aşağı instansiya məhkəmələri düzgün olaraq iddiaçının həmin müddətdən əvvəl təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil edilməsi barədə tələbini təmin etmişdirlər. Məsələyə hüquqi qiymət verərkən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını həmin dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər q ərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirıiyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2-1(1407)-599/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar