Məhkəmə qərarları › İş №2-1(102)-797/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-797/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-797/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.05.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MTK) “sərəncamların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(103)-2317/2021 nömrəli qərarından cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Bakı şəhəri Nəsimi RİH-in 25 sentyabr 2017-ci il tarixli 248 saylı və 7 may 2018-ci il tarixli 158 saylı sərəncamlarının ləğv olunması” tələbini irəli sürərək iddianın təmin edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-898/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 deka br 2021-ci il tarixli, 2-1(103)-2317/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qərar ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Cavabdeh 25 sentyabr 2017-ci il tarixli 248 saylı və 7 may 2018-ci il tarixli 158 saylı sərəncamları ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə münasibətdə ləğv edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİNDA İCRAAT

6. Kassasiya instansiyasında icraat zamanı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək üçüncü şəxslə razılıq əldə etdiklərindən hazırkı iddiadan imtina etd iyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İddiadan imtina barədə ərizə tə min olunmalı və iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

9. İPM-in 55.1-ci maddəsinin tələbindən göründüyü kimi, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina edə bilər.

10. İddiaçının ərizəsi həmin normanın tələblərinə uyğundur.

11. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiadan imtina qəbul edilir. İş üzrə icraata xitam verilir. İddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar