Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-797/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə 2 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 fevral 2018-ci il tarixli, 2-1(82)-1061/2018 nömrəli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqana cərimə tətbiq olunmasına dair ərizə barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)-3778/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, ona 04 dekabr 2006-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-ci il tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin, 04 dekabr 2011-ci il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi 2 fevral 2018-ci il tarixli, 2-1(82)-1061/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2018-ci il tarixli, 2-1(112)-779/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 fevral 2018-ci il tarixli, 2-1(82)-1061/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Bakl İnzibati-İqtisadi Məhkəməsinin 2 fevral 2018-ci il tarixli, 2-1(82)-1061/2018 nömrəli qərarı 15 may 2018-ci il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir.
5. Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 25 may 2018-ci il tarixli, 15/2520 saylı məktubla iddiaçıya 15 may 2018-ci il tarixli 2-1(82)1061/2018 nömrəli iş üzrə pensiya hüququnun yarandığı 28 mart 2018-ci il tarixdən məhkəmə qərarının icra edildiyi, əmək pensiyası təyin edilərək ödənildiyi qeyd olunmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 15/3656 nömrəli arayışda qeyd olunmuşdur ki, iddiaçı cavabdehin kompyuter bazasının məlumatına əsasən yaşa görə 3.167,63 manat pensiya alır.
7. Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 nömrəli ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-1061/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi dair qərar çıxarılmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(82)-1061/2018 nömrəli qərardadı ilə ərizə mümkün hesab edilməmişdir.
9. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci tarixli, 21(103)-1917/2022 nömrəli qərardadı ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 01 iyun 2021-ci il tarixli **********3 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan X3 Fondu tərəfindən mütamadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən dayandırılır. Qeyd olunanlarla əlaqədar, qanunvericiliyin tələblərinə uğun olaraq ona müvafiq növə görə əmək pensiyası hüququ yaradan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədi ilə onların əsillərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi xahiş olunur. Araşdırmanın nəticəsindən asılı olaraq onun əmək pensiyası hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır.
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-2709/2022 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, iddiaçıya yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və dayandırılmış pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməs i öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2-1(103)-2050/2022 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-2709/2022 nömrəli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “pensiyanın bərpa edilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, pensiyanın dayandırılması məs ələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
16. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və aylıq pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilməsi üçün məhkəmə nəzarəti qaydasında qanuni qüvvədə olan məhkəmə qərarının məcburi icra edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 02 fevral 2018-ci il tarixli qərarı ilə ona 04 dekabr 2006-cı il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-cı İl tarixinə qədər olan müddət üçün əmək pensiyası məbləğinin və həmçinin, 04 dekabr 2011- cı il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb bir dəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)779/2018 nömrəli 16 mart 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)1061/2018 nömrəli 02 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərarı 16 aprel 2018-ci il tarixdən qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilərək, 01 iyun 2021-ci il tarixədək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hər ay ödənilmişdir. Lakin 01 iyun 2021-ci il tarixdən onun aylıq əmək pensiyasının ödənişi qanunsuz və əsassız olaraq dayandırılmış və cavabdeh tərəfindən onun yaşayış ü nvanına 01 İyun 2021- ci il tarixli **********3 nömrəli məktub göndərilmişdir. Həmin məktubda göstərilir: “... Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan X3 Fondu tərəfindən mütamadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8.3-cü maddəsinə əsasən dayandırılır. Qeyd olunanlarla əlaqədar, qanunvericiliyin tələblərinə uğun olaraq ona müvafiq növə görə əmək pensiyası hüququ yara dan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədi ilə onların əsillərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfindən təqdim edilməsi xahiş olunur. Araşdırmanın nəticəsindən asılı olaraq onun əmək pensiyası hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır.” O, məcbur olub borcluya qarşı “pensiyanın bərpa edilməsi” tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)2709/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ona yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və dayandırılmış pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ca vabdehin apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2050/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-2709/2022 nömrəli xx.xx.2022-cİ İl tarixli qərarı ləğv edilmiş və iddiaçının cavabdehə qarşı “pensiyanın bərpa edilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası öz qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya ödənişinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Onun aylıq əmək pensiyası bu günə qədər, yəni 14 aydır ki, cavabdeh tərəfind ən ödənilməmişdir. Artıq 68 yaşı vardır, səhhətində yaranmış xəstəliklərlə bağlı mütamadi olaraq müalicələr alır, həkim nəzarəti altındadır, ciddi cərrahi əməliyyata ehtiyacı vardır və hazırda aylıq pensiyasının verilməməsi səbəbindən nəinki, müalicə xərclərini, hətta gündəlik dolanışıq xərclərini ödəyə bilmir. Odur ki, ağır maddi, mənəvi və psixolji sarsıntılar keçirir.
18. Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehə ünvanlanmış 09 avqust 2022-ci il tarixli məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 21(82)-1061/2018 nömrəli qərarının icra olunaraq, görülmüş icra tədbirlərin nəticəsi barədə 15 (on beş) gün müddətində məhkəməyə məlumat verilməsi xahiş olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməməyə görə İPM-nin 120-ci maddəsinin tələb lərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcəyi barədə məlumat verilmişdir.
19. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 26 avqust 2022-ci il tarixli **********7 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırmanın nəticəsi olaraq iddiaçının qanunazidd, əsassız olaraq yüksək məbləğdə g üzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hall aşkar edilməyəcəyi təqdirdə, adıçəkilən şəxsin əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği onun müvafiq kart hesabına köçürüləcəkdir. Bu səbəbdən sözügedən məhkəmə qərarının icrası üzrə müəyyən edilmiş müddətin uzadılması xahiş edilmişdir.
20. Bakı İnzibati Məhkəməsinin (h akim: N.Abıyev) 21 sentyabr 2022-ci il tarixli, 21(82)-1061/2018 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)-1061/2018 nömrəli, 02 fevral 2018-ci il tarixli qərarının icrasını təmin etmədiyinə görə cavabdehə 500 (beş yüz) manat məbləğində cərimə təyin edilmişdir.
21. Məhkəmə hesab etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1061/2018 nömrəli, 02 fevral 2018-ci il tarixli qərarının qüvvəyə minməsinə, 9 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə məhkəmə tərəfindən qərarın icra edilmədiyi təqdirdə cavabdehin barəsində cərimə təyin edilməsinə dair müvafiq qərardadın qəbul ediləcəyi barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə qərarı icra edilmədiyinə görə inzibati orqan barəsində cərimə tətbiq edilməlidir.
22. Cavabd eh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və həmin qərardad əsasında təyin edilən 500 (beş yüz) manat məbləğində cərimənin götürülməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Eyvazov – sədrlik edən və məruzəçi, Ş.Məmmədova və F.Babayev) 20 dekabr 2022-ci il tarixli, 21(103)-3778/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlili razılaşmamışdır. Belə ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş və vaxtınd a icra olunması üçün müddət təyin edilərək göndərilmiş məhkəmə qərarının icrası tam həyata keçirilməmişdir.
25. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
26. Cavabdehin kassasiya şikayətinin dəlilləri məhkəməyə ünvanlanmış 26 avqust 2022-ci il tarixli **********7 nömrəli məktubun və apellyasiya şikayətinin məzmununa uyğundur. Şikayətdə qeyd edilir ki, iddiaçıya təyin olunan pensiyanın dayandırılmasına əsas olan şübhələrin yaranması və nəticədə pensiyanın dayandırılması qərarın icra olunmaması kimi qiymətləndirilməməlidir.
27. Məhkəmə cərimə tətbiq edərkən qərarın icra e dilməməsini əsas gətirmişdir, halbuki qərar icra edilərək iddiaçıya pensiya ödənişləri həyata keçirilmişdir. Sonradan aparılan araşdırmalar nəticəsində ödənişin dayandırılmasına zərurət yaranmışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
29. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-c ü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsə lələrin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları il ə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2-1(82)1061/2018 saylı qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, qərar icra olunması üçün DSMF-nin Nizami rayon Şöbəsinə göndərilmişdir. DSMF Nizami rayon Şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 25 may 2018-ci il tarixli, 15/2520 saylı məktubla iddiaçıya məhkəmə qərarının icrası qaydasında pensiya təyin edilib ödənildidiyi qeyd olunmuşdur. Sonradan hazırkı cavabdeh xx.xx.2021-ci il tarixli **********6 saylı ə rizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-1061/2018 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərardadı ilə ərizə mümkün hesab edilməmiş, apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır.
36. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tar ixli, 2-1(112)-2709/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsi 21 iyun 2022-ci il tarixli qərardad ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçıya izah edilmişdir ki, pensiyanın dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir.
37. Hazırkı halda da iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və aylıq pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yerinə yetirilmə si üçün məhkəmə nəzarəti qaydasında qanuni qüvvədə olan məhkəmə qərarının məcburi icra edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir.
38. İddiaçının ərizəsi məhkəməyə daxil olandan sonra Bakı İnzibati Məhkəməsi 09 avqust 2022-ci il tarixdə cavabdehə məktub ünvanlayıb məhkəmə qərarının icra olunaraq, görülmüş icra tədbirlərin nəticəsi barədə 15 (on beş) gün müddətində məhkəməyə məlumat verilməsi tələb edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməməyə görə İPM-nin 120-ci maddəsinin tələblərinə əsasən 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir.
39. Cavabdeh məhkəməyə hazırkı qərarın 19-cu bəndində qeyd olunan məzmunda məktub ünvanlayaraq, məhkəmə qərarının icrası üzrə müəyyən edilmiş müddətin uzadılmasını xahiş etmişdir.
40. Bundan sonra, Bakı İnzibati Məhkəməsi 21 sentyabr 2022-ci il tarixli qərardadla cavabdehə cərimə tətbiq etmişdir.
41. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya təyin olunan pensiyanın dayandırılmasına əsas olan şübhələrin yaranması və nəticədə pensiyanın dayandırılması qərarın icra olunmaması kimi qiymətləndirilməməlidir.
42. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. 43. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli qərarındakı hüquqi mövqeyə görə, “...qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir. Məhkəmələr nəzərə almalıdırlar ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıbyaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilibedilməməsindən asılı olaraq qiymət verilməlidir (bənd 5-7).
44. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dai r çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamağa görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimən in məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər... Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ar dıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilər lər (bənd 25-28)”.
45. Beləliklə, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1061/2018 saylı, 02 fevral 2018-ci il tarixli qərarın tam və vaxtında icra edilməməsi aşkardır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş və vaxtında icra olunması üçün müddət təyin edilərək göndərilmiş məhkəmə qərarının icrası tam həyata keçirilməmişdir.
46. İddiaçının – “yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyanın dayandırılmasına dair cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə iddiası nın Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamasının əsası da məhz, həmin məsələnin qanuni qüvvədə olan məhkəmə qərarının icrası qaydasında həll edilməsilə bağlı olmuşdur (yəni, cavabdeh inzibati orqan məhkəmə aktına əsasən iddiaçıya pensiya təyin etsə də, sonradan onun ödənilməsini dayandırmışdır).
47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə nəticə prosessual hüquq normalarının tələblərinə uyğun olmaqla, qanuni və əsaslı olmuşdur. Məhkəmə qərarı vaxtında, tam və lazımi qaydada icra edilmədiyindən, hakimin etdiyi xəbərdarlıqdan sonra da icra bərpa olunmadığından, cərimə təyin olunması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə düzgündür.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkə mə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 21(103)-3778/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.