Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-797/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Açar sözlər: təhsilin davam etdirilməsinin təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti və Bakı Avrasiya Universiteti) qarşı “təhsilin davam etdirilməsinin təmin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2-1(103)3008/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 mart 2011-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən Nümayəndə ilə X1 arasında 19 mart 2011-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir.
2. Azərbaycan Beynəlxalq Universitetinin M/320 №-li, xx.xx.2007-ci il tarixli əmrindən çıxarışa əsasən, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə İİ (ikinci) kurs tələbəsi iddiaçı X3 fərq imtahanlarını vermək şərti ilə ABU-nun “ingilis dili” fakültəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülmüşdür. Əsas: ərizəsi, qiymət kitabçasından çıxarışı, Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş əsasnaməsi və köçürülmə haqqında komissiyanın protokolu.
3. Azərbaycan Beynəlxalq Universitetinin 3/615-1 №-li, xx.xx.2008-ci il tarixli əmrindən çıxarışa əsasən, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİ (ikinci) kurs tələbəsi iddiaçı İİ (ikinci) kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İİİ (üçüncü) kursa keçirilmişdir.
4. Azərbaycan Beynəlxalq Universitetinin 3/09-362 №-li, xx.xx.2009-ci il tarixli əmrindən çıxarışa əsasən, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİİ (üçüncü) kurs tələbəsi iddiaçı İİİ (üçüncü) kursun tədri s yükünü tam yerinə yetirdiyinə görə İV (dördüncü) kursa keçirilmişdir.
5. Azərbaycan Beynəlxalq Universitetinin məzun tələbənin tədris planını icra etməsi haqqında fakültə dekanlığının xx.xx.2010-cu il tarixli arayışına əsasən, məzun tələbə iddiaçı 2006-cı ildən 2010-cu ilə qədər Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi Xarici Dillər fakültəsində təhsil almışdır. Universitetdə təhsil aldığı müddətdə HS 020400 filologiya (ingilis dili) ixtisası üzrə Azərbaycan Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təsdiq etdiyi tədris planını tam yerinə yetirmiş, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübələri üzrə qiymətləri almışdır.
6. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan B8141/03-24 №-li, xx.xx.2013- cü il tarixli məktuba əsasən, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir.
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan R12979/11-24 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı 11 yanvar 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərilməsi ilə bağlı verilmiş lisenziya müddətinin bitdiyinə görə natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3472/20 21 nömrəli qərardadı ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti və Bakı Avrasiya Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbəsinə qəbul olmuşdur. xx.xx.2007-ci ilin M/320 №li əmr ilə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “Tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə ikinci kurs tələbəsi, fərq imtahanlarını vermək şərti ilə Azərbaycan Beynəlxalq Universitetinin “İngilis dili” fakültəsinin əyani şöbəsinin ikinci kursuna, sonradan isə xx.xx.2008 və xx.xx.2009-cu il tarixli müvafiq əmrlər ilə ikinci kursdan üçüncü, üçüncü kursdan dördüncü kursa keçi rilmişdir. Azərbaycan Beynəlxalq Universitetinin 30 iyun 2010-cu il tarixli arayışından göründüyü kimi o, 2006-cı ildən 2010-cu ilə qədər xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi xarici dillər fakültəsində təhsil almışdır. O cümlədən, həmin arayışda universitetdə təhsil aldığı müddətdə HS 020400 filologiya (ingilis dili) ixtisası üzrə Azərbaycan Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təsdiq edilən tədris planının onun tərəfindən tam yerinə yetirilməsi, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübələri üzrə aldığı qiymətlər öz əksini tapmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə yazılı ərizə ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması səbəbindən təhsilinin natamam qaldığı və diplomu ala bilmədiyi üçün müvafiq ali təhsil müəssisəsinə təyinatının verilməsini və təhsilini tamamlamaq üçün həmin təhsil müəssisəsinin diplomunu almağında ona köməklik göstərilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Həmin məktubda təhsil almağı ilə bağlı bütün sənədlərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli imtina məktubunda Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısının tərtib edildiyi, lakin həmin siyahıda onun adının aşkar edilmədiyi qeyd edilmişdir. Cavabdeh qurumun imtina məktubu əsassızdır. Belə ki, Təhsil Nazirliyi Lisenz iya Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı və Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli əmri ilə Azərbaycan Beynəlxalq Universitetinə verilmiş lisenziya müddəti bitdiyi üçün fəaliyyəti dayandırılmış, orada təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin maddi-texniki bazası və kadr potensialı imkan verdiyi üçün bir sıra ixtisaslarla təhsil alan tələbələrin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməsi barədə qərar qəbul olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Təhsil Mərkəzi “Təfəkkür'’ Universitetinə ünvanladığı xx.xx.2011-ci il tarixli, 46xx-xx-1712/17 saylı məktubunda keçən müddət ərzində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tədris şöbə si tərəfindən təqdim edilmiş siyahılar və Təhsil Nazirliyinə daxil olmuş çoxsaylı müraciətlərin təkrar araşdırıldığı, təhsilləri müəyyən səbəblərdən yarımçıq qalmış (təhsil haqqı, hərbi xidmət, akademik və ya analıq məzuniyyəti, köçürülmə ilə gələnlərin təhsil sənədlərinin qaydasında olmadığı və s.) tələbələrin şəxsi işləri təkrar araşdırıldıqdan sonra sənədləri qaydasında olanların siyahılarının yenidən tərtib edildiyi göstərilmişdir. O cümlədən, sözügedən məktubda təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrini və məktuba əlavədə göstərilən ixtisaslar üzrə təhsilini “Təfəkkür” Universitetində davam etdirəcək tələbələrin siyahısının göndərildiyi qeyd olunmuş, Təhsil Nazirliyinin xx.xx.2010cu il tarixli, 1200 nömrəli əmrinin 5-ci bəndinin icrası tapşırılmışdır. Hal-hazırda “Təfəkkür” universiteti fəaliyyət göstərmədiyindən tapşırığın icrası iddiaçıya münasibətdə mümkün olmamışdır. Həmçinin, qeyd edilmişdir ki, Təhsil Nazirliyinin Elm və Təhsil Mərkəzinin “Təfəkkür” Universitetinə ünvanladığı xx.xx.2011-ci il tarixli, 46xx-xx-1712/17 saylı məktuba əlavə edilmiş tələbələrin siyahısında 443-cü tələbə olaraq iddiaçının adı “X1” qeyd edilmişdir.
11. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçı 2007-ci ildə Rusiya Federasiyasında yerləşən Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. İddia ərizəsinə əlavə edilən ABU-nun xx.xx.2007-ci il tarixli, M/320 saylı əmrinin məzmunundan və əmrin verilməsinə əsas olmuş sənədlərin si yahısından və iddiaçının köçürülməsi barədə Köçürülmə Komissiyasının sədrinin təqdimatından görünür ki, Təhsil Nazirliyindən iddiaçının köçürülməsi ilə bağlı razılıq alınmamışdır. Təhsil nazirinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələrin müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır.
12. Bundan başqa, etirazda bildirilmişdir ki, sonradan Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli, 80 nömrəli əmri olmuşdur. Həmin əmrin 3-cü bəndinə görə qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən təl əbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin 5-ci bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinin əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2002-ci il tarixli, xx-xx-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bi lərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu təqdirdə, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələr sırasına daxil olunması barədə əmr verilə bilərdi. İddiaçının köçürülməsi barədə ABU-nun əmrində xx.xx.1996-cı il tarixli, 402 saylı Əsasnaməyə istinad edilməsi, onun köçürülməsinə nazirlik tərəfindən razılığın verilməsini təsdiq etmir. Sənədlərdən göründüyü kimi iddiaçının köçürülməsinə Təhsil Nazirliyi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünm üşdür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilidiyindən onun adına diplom blankı verilməmişdir. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli arayışdan məlum olmuşdur ki, o, artıq 2010-cu il tarixdə ali təhsilini başa vurmuşdur. İddiaçı ali təhsil müəssisəsini 2010-cu ildə bitirdiyi halda, yenidən təhsilinin davam etdirilməsi barədə iddia qaldırması məntiqsizdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir. Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və mü əssisəni uğurla başa vuran məzunlara verilir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı daxil olan sənədlər
13. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 02 avqust 2021-ci il tarixli, 181859/12 nömrəli məktubda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən iddiaçının ərizəsi və ona aid sənədlər yenidən araşdırılmışdır. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra orada təhsil alan, həmçinin müxtəlif səbəblərdən təhsilləri yarımçıq qalmış tələbələrin sənədləri müvafiq komissiya tərəfindən araşdırılmış və onların digər müəssisələrə köçürülməsinə dair əmrlər imzalanmışdır. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada ali təhsil müəssisəsinə qəbul olunan və təhsilləri yarımçıq qalmış tələbələrin siyahıları imzalanaraq, təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrinə uyğun olaraq ixtisaslar üzrə müvafiq ali təhsil müəssisələrinə göndərilmişdir. Eyni zamanda, Nazirliyin xx.xx.2011-ci il tarixli, xx-xx-1712/17 saylı məktubu ilə “nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti”, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür. ABU-da təhsil alan “xarici dil (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin xx.xx.2011-ci il tarixli, 46-031711/17 saylı məktubu ilə Bakı Avrasiya Universitetinə köçürülmüşdür. Həmin universitetlərə köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmin dövrdə q üvvədə olan təhsil qanunvericiliyinə uyğun olaraq, Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından ABU-ya köçürülmüş tələbələrin siyahısı məlum olmasına baxmayaraq, onların digər ali təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı nazirlik tərəfindən əmr verilməmişdir. Məhkəmə qərardadına uyğun olaraq iddiaçının təhsilinin davam etdirilməsinin təmin edilməsi ilə bağlı müraciətinə baxılmış və onun ali təhsil müəssisəsinə bərpa edilməsi mümkün hesab edilməmişdir.
14. Məhkəmə sorğusu əsasında Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən xx.xx.2022-ci il tarixli, 3/90 nömrəli məktub ilə X3 barəsində olan sənədlər məhkəməyə təqdim edilmişdir.
15. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-c i il tarixli, 3/97 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484A nömrəli əmrinin icrası ilə bağlı məktub Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə daxil olmamışdır.
16. Bakı Avrasiya Universiteti tərəfindən məhkəməyə ünvanlanmış T2219-01/06 nömrəli, 07 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Universitetə iddiaçı haqqında hər hansı müraciət və sənəd daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-546/2022 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia təmin edilmiş, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərməsinə görə verilmiş lisenziya müddətinin bitdiyinə görə iddiaçının natamam qalmış təhsilini davam etdirməyinin təmin ed ilməsi üçün hal-hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh öz imtinasını köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməməsi ilə əsaslandırsa da, hazırkı məhkəmə icraatında bu xüsusat təkzib olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış B-8141/03-24 №-li, xx.xx.2013-cü il tarixli məktubda Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetin də davam etdirilməsinin nəzərdə tutulduğu, bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməyini məqsədəmüvafiq hesab edilməsi göstərilmiş, həmçinin iddiaçıya aid olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq sənədlərinin əslinin (əmrlər, ərizələr, orta təhsil haqqında attestatın) Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində mövcud olması müəyyən edilmişdir. Bununla da cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı gətirdiyi dəlillər əsaslı sayıla bilməz.
19. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin yazılı et irazına uyğun əsaslandırılmışdır. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə sədrlik edən, X.A.Cəmilova və A.P.Orucova) 1 dekabr 2022-ci il tarixli, 2-1(103)3119/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsində birinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.K.H üseynov (sədrlik edən), N.İ.Rəsulbəyova və K.N.Bədəlov) 11 may 2023-cü il tarixli, 2-1(102)-802/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-3119/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. d. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova sədrlik edən, C.A.Yusifov və P.A.Hüseynov) 7 noyabr 2023-cü il tarixli, 2-1(103)-3008/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi rədd olunmuşdur.
25. Məhkəmə kollegiyası qeyd etmiş dir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli arayışdan məlum olmuşdur ki, o, artıq 2010-cu il tarixdə ali təhsilini başa vurmuşdur. İddiaçı ali təhsil müəssisəsini 2010-cu ildə bitirdiyi halda, yenidən təhsilinin davam etdirilməsi barədə iddia qaldırması məntiqsizdir. Bundan başqa, təhsil nazirinin ABU-da təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanladığı 8 sentyabr 2010-cu il tarixli, 46- 035541/17 nömrəli və 7 mart 2011-ci il tarixli, xx-xx-1712/17 nömrəli məktublara və onlara əlavə edilmiş siyahılara nəzər yetirdikdə müəyyən edilir ki, həmin məktublarda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbələrin siyahıları Təhsil Nazirliyinin möhürü ilə təsdiq edilmişdir. Həmin məktublarda iddiaçı nın ixtisası və siyahılarda iddiaçının adı qeyd olunmamışdır. Bundan başqa, iddiaçının adı fərqləndirici (qalın) şriftlə göstərilmiş siyahının isə Təhsil Nazirliyi tərəfindən tərtib edildiyi müəyyən deyildir.
26. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, s əviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. - 5.2-ci maddəsinə əsasən dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. - 5.3-cü maddəsinə əsasən dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. - 5.6-cı maddəsinə əsasən dövlət maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır. - 32.1-ci maddəsinə əsasən təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. - 32.2-ci maddəsinin tələblərinə görə bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. - 32.3-cü maddəsinə əsasən təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 29. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 401 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin: -1.1-ci bəndinə görə Respublika daxilində: - ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir; - uyğun ixtisas üzrə b aşqa təhsil müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə küçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, 8-dən çox olduqda isə, öz razılığı il bir kurs aşağıda da (birinci kurs istisna olmaqla) keçirilə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu təhsil müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəss isəsində tələbələr sırasına daxil olması barədə əmr verilir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkə mələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi inzibati orqan tərəfindən natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün halhazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.
37. İddia ərizəsinə Azərbaycan Beynəlxalq Universitetinin 30 iyun 2010-cu il tarixli arayışının surətini əlavə edilərək arayışda qeyd edilmişdir ki, iddiaçı 2006-2010-cu ill ərdə Universitetin xarici dillər fakültəsinin Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsinin əyani şöbəsində təhsil almış və Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təsdiq etdiyi tədris planını tam yerinə yetirmişdir.
38. İş materiallarından müəyyən edilir ki, Təhsil Nazirliyinin Lisenziya Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı və Təhsil Nazirinin xx.xx.2010-cu il tarixli 1200 № əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziya müddəti bitdiyi üçün etibarsız hesab olunmuşdur.
39. Bundan başqa, iş materiallarında olan Azərbaycan Beynəlxalq Universitetinin M/320 №-li, xx.xx.2007-ci il tarixli əmrindən çıxarışa əsasən, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə İİ (ik inci) kurs tələbəsi iddiaçı fərq imtahanlarını vermək şərti ilə ABU-nun “ingilis dili” fakültəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülmüşdür. “Əsas: ərizəsi, qiymət kitabçasından çıxarışı, Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş əsasnaməsi və köçürülmə haqqında komissiyanın protokolu”.
40. Nəzərə alınmalıdır ki, Təhsil nazirinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələrin müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır.
41. Sonradan Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.20 02-ci il tarixli, 80 nömrəli əmri olmuşdur. Həmin əmrin 3-cü bəndinə görə qeyridövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin 5-ci bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinin əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2002-ci il tarixli, xx-xx-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədl ərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu təqdirdə, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələr sırasına daxil olunması barədə əmr verilə bilərdi.
42. Göründüyü kimi Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə İİ (ikinci) kurs tələbəsi iddiaçı fərq imtahanlarını vermək şərti ilə ABU-nun “ingilis dili” fakültəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülməsi zamanı məsələyə Təhsil Nazirliyində baxılaraq, nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi.
43. Cavabdeh iddia tələbinə qarşı verdiyi etirazında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının köçürülməsi barədə ABU-nun əmrində xx.xx.1996-cı il tarixli, 402 saylı Əsasnaməyə istinad edilməsi, hələ onun köçürülməsinə nazirlik tərəfindən razılıq verilməsi kimi qəbul edilə bilməz, habelə, iddiaçının köçürülməsinə Təhsil Nazirliyi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı.
44. Bundan əlavə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili kimi qeyd edilmiş və iş materiallarına əlavə edilmiş “iddiaçının adının olduğu siyahıya” münasibət göstərməyi zəruri hesab edərək bildirir ki, həmin siyahıda iddiaçı X1 və və digər şəxslərin adları qeyd olunmuşdur. Lakin həmin siyahı nə imza, nə də möhürlə təsdiqlənməyərək sadəcə komputer yazısı ilə tərtib edilmiş mötəbər hesab ed ilməyən kağız parçasından ibarət olmuşdur. Belə olduğu halda iddiaçının adının göstərilmiş siyahının Təhsil Nazirliyi tərəfindən tərtib edildiyi müəyyən deyildir.
45. Bundan başqa, iddiaçı tərəfindən istinad edilən həmin siyahının həqiqəti əks etdirməsi cavabdeh tərəfindən təqdim edilmiş digər mötəbər sənədlərlə öz təsdiqini tapmamışdır.
46. Belə ki, iş materiallarında olan təhsil nazirinin ABU-da təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanladığı 8 sentyabr 2010-cu il tarixli, xx-xx-5541/17 nömrəli məktuba və onlara əlavə edilmiş siyahılara nəzər yetirdikdə müəyyən edilir ki, həmin məktublarda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbələrin siyahıları Təhsil Nazirliyinin möhürü ilə təsdiq edilmişdir. Həmin mək tublarda iddiaçının ixtisası və siyahılarda iddiaçının adı qeyd olunmamışdır.
47. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 02 avqust 2021ci il tarixli, 18-1859/12 nömrəli məktubda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən iddiaçının ərizəsi və ona aid sənədlər yenidən araşdırılmışdır. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra orada təhsil alan, həmçinin müxtəlif səbəblərdən təhsilləri yarımçıq qalmış tələbələrin sənədləri müvafiq komissiya tərəfindən araşdırılmış və onların digər müəssisələrə köçürülməsinə dair əmrlər imzalanmışdır. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada ali təhsil müəssisəsinə qəbul olunan və təhsilləri yarımçıq qalmış tələbələrin siyahıları imzalanaraq, təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrinə uyğun olaraq ixtisaslar üz rə müvafiq ali təhsil müəssisələrinə göndərilmişdir. Eyni zamanda, Nazirliyin xx.xx.2011-ci il tarixli, xx-xx-1712/17 saylı məktubu ilə “nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti”, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür. ABU-da təhsil alan “xarici dil (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin xx.xx.2011ci il tarixli, xx-xx-1711/17 saylı məktubu ilə Bakı Avrasiya Universitetinə köçürülmüşdür. Həmin universitetlərə köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmin dövrdə qüvvədə olan təhsil qanunvericiliyinə uyğun olaraq, Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Un iversitetinin Moskva filialından ABU-ya köçürülmüş tələbələrin siyahısı məlum olmasına baxmayaraq, onların digər ali təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı nazirlik tərəfindən əmr verilməmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 21(10 3)-3008/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.