Məhkəmə qərarları › İş №2-1(102)-798/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-798/2019

05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-798/2019 05.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Məmmədov Xəqani Səyyad oğlunun sədrliyi, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-739/2018 saylı iş üzrə 12 dekabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında 05 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qər ardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-284/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarı (hakim – R.A.Məcidov) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı maddi və mənəvi zərərin əvəzi kimi 25000 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi barədə iddiası rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-739/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, hakimlər – R.R.Rəfiyev və M.R.Hüseynov) ilə İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-284/2018 saylı, 10 oktyab r 2018-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardan isə iddiaçının adından onun etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmış kassasiya şikayəti verilmişdir. Şikayətdə apellyasiya məhkəməsinin qərarının ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə oğlu iddiaçının onun qızı olduğunu və buna görə də, şikayətin səlahiyyətli şəxs kimi etibarnamə əsasında hərəkət edən nümayəndə tərəfindən imzalandığını nəzərə almaqla kassasiya şikayətinin mümkün sayılaraq ona mahiyyəti üzrə baxılmasını xahiş etdi. İş baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlmə mişdir. Cavabdeh məhkəməyə ünvanlandığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrində təsbit edilmişdir ki, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qal dırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə isə inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. İş materiallarından görünür ki, iddiaçının verdiyi kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, kassasiya şikayətini iddiaçının adından etibarnamə əsasında hərəkət edən Nümayəndə oğlu imzalasa da, iş materiallarında onun iddiaçı ilə yaxın qohumluğunu təsdiq edən sənəd yoxdur. Nümayəndə iddiaçının onun qızı olduğunu bildirsə də, bu barədə məhkəmə yə hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 407.3-407.4-cü maddələrinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından həmçinin görünür ki, iddiaçının verdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçılarının dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin edilmiş, yol verilmiş pozuntular göstərilməklə iddiaçıya ünvanlanmış 31 yanvar 2019-cu il tarixli, 2-1(102)-798/19 saylı bild irişdə təyin edilmiş məhkəmə iclasınadək göstərilən konkret çatışmazlıqların aradan qaldırılması iddiaçıya təklif olunmuş, həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr aydın şəkildə izah olunmuşdur. Lakin iddiaçı sərəncamında olan xeyli müddət ərzində kassasiya şikayətindəki qüsurların aradan qaldırılmasına yönəlmiş hər hansı hərəkət etməmişdir. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, eləcə də yol verilmiş qüsurlar diqqətinə çatdırılmasına baxmayaraq iddiaçı tərəfindən aradan qaldırılmadığından kassasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməli. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-739/2018 saylı iş üzrə 12 dekabr 2018-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar