Məhkəmə qərarları › İş №2-1(102)-798/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-798/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-798/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı n Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" ASC) "ünvan 1 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m2 olan 3 otaqlı 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 m2 olan 3 otaqlı 24 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 207,44 kv.metr olan 5 otaqdan ibarət 11 və 12 nömrəli) mənzillər üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-41/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AA *******, FİN: xxxxxxx) xx xxxxxx 1969-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. Zaqatala rayonu İH başçısının xx.xx.2008-ci il tarixli, 75 nömrəli sərəncamının təsdiq edilmiş surətinə əsasən "xxxx" MMC Zaqatala RİH-nə müraciət edərək, Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında mülkiyyətində olan torpaq sahəsində 7 mərtəbəli yaşayış kompleksinin tikintisinə razılıq verilməsini xahiş etmişdir. Qeyd olunan sərəncamla "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsində yüksək mərtəbəli yaşayış kompleksinin tikintisinə icazə verilməsi barədə RİH-nə daxil olmuş müraciəti və təqdim etdiyi sənədlər nəzərə alınmış, MMC-nin mülkiyyətində olan ünvan 6 ünv anda MMC-nin mülkiyyətində olan torpaq sahəsində 7 mərtəbəli yaşayış kompleksinin layihələndirilməsinə və tikintisinə ilkin razılıq verilmişdir 3. xx.xx.2010-cu il tarixli “Maliyyə arayışı”nın təsdiq edilmiş surətində qeyd edilir ki, Zaqatala şəhəri, Azərbaycan prospekti, 108 ünvanında "xxxx" MMC tərəfindən ona məxsus 26700 kv.metr torpaq sahəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4 saylı blokunda, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 207,44 kv.m olan 5 otaqlı 11-12 saylı mənzilin dəyərini İddiaçı 155580 saylı müqaviləyə əsasən 100 faiz ödəmiş və onun "xxxx" MMC-yə heç bir borcu yoxdur. Mənzilin alqı-satqısı tikinti başa çatdıqdan sonra müvafiq qaydada rəsmiləşəcəkdir. 4. xx.xx.2010-cu il tarixli, 01 nömrəli müqavilənin surətinə əsasən satıcı "xxxx" MMC tərəfindən ona məxsus 26700 kv.metr torpaq sahəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4 saylı blokunda, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 207,44 kv.m olan 5 otaqlı 11-12 saylı mənzilin alıcı İddiaçı ilə alqı-satqı müqaviləsini (sonradan “Əsas müqavilə” adlanacaq) bağlamağa razılaşmışlar.

5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-39/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə cavabdeh "xxxx" MMC-dən cəmi 27.908.455,36 manat kredit borcunun tutularaq "xxxx" QSC BOKT-nin xeyrinə ödənilməsi, borc tələbinin cavabdehə məxsus olan 11.544.000,0 manat məbləğində qiymətləndirilmiş, Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında yerləşən, ümumi sahəsi 15226,19 kv.m olan 95 ədəd mənzillərə, ümumi sahəsi 2.747,52 kv.m olan qeyri-yaşayış sahələrinə və 96 ədəd yeraltı dayanacaq lara yönəldilməsi qərara alınmışdır

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli, **********22-05301 reyestr nömrəli “Texniki pasport”un təsdiq edilmiş surətinə əsasən Zaqatala RİH başçısının xx.xx.2008-ci il tarixli, 75 nömrəli sərəncamı, təsdiq edilmiş eskiz layihə, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-2(84)-39/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla: Zaqatala şəhəri, Azərbaycan prospekti 140, 142) ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" QSC BOKT-nin mülkiyyətinə verilmişdir.

7. Azərbaycan Respublikası İqtisa diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli, **********22-05301 reyestr nömrəli “Daşınmaz əmlakın texniki pasport”unun təsdiq edilmiş surətinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla: Zaqatala şəhəri, Azərbaycan prospekti 140, 142) ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2018- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq olunmuş surətinə əsasən "xxxx" ASC BOKT-nin xüsusi mülkiyyətinə verilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti, 108 (yeni qaydalarla: AZ 6202 Zaqatala şəhəri, Azərbaycan prospekti, 140, 142) ünvanında 0.984 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5540.20 kv.m olan çoxmərtəbəli yaşayış binası Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" ASC-nin xüsusi mülkiyyətinə verilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti, 108 (yeni qaydalarla: AZ 6202 Zaqatala şəhəri, Azərbaycan prospekti, 140, 142) ünvanında 0.984 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5540.20 kv.m olan çoxmərtəbəli yaşayış binası Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır 10. "xxxx"xxxx"xxxx" QSC BOKT-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının xx.xx.2020-ci il tarixli, 28 nömrəli iclas protokolunun surətinə əsasən həmin iclasda seriya RX ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Azərbay can prospekti 108 ünvanında (yeni ünvan Azərbaycan prospekti 140, 142) yerləşən ümumi sahəsi 5540.20 kv.m çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 11 nömrəli və ümumi sahəsi 110.67 kv.m olan, 3 otaqlı 12 nömrəli mənzillər istisna olmaqla həmin bina üzrə qalan 5339.08 kv.m sahənin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi təsdiq edilmişdir.

11. Qeyd olunan qərarla Zaqatala rayonu, Azərbaycan prospekti 108 ünvanında (yeni ünvan Azərbaycan prospekti 140, 142) yerləşən ümumi sahəsi 5540.20 kv.m çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 11 nömrəli və ümumi sahəsi 110.67 kv.m olan, 3 otaqlı 12 nömrəli mənzillər istisna olmaqla həmin bina üzrə qalan 5339.08 kv.m sahə üzərində "xxxx" ASC-nin mü lkiyyət hüququnun rəsmiləşdirilməsi və bununla bağlı yeni çıxarışların verilməsi üçün "xxxx" ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi qərara alınmışdır. 12. "xxxx" ASC-nin cavabdeh orqana ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən, “Aqrarkredit" QSC-nin "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlakın “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mülkiyyətinə verilməsinin təmin edilməsi üçün bu Fərmanın 9.1-ci bəndinə uyğun olaraq "xxx x" ASC-nin mülkiyyətinə veriləcək əmlakın müvafiq qaydada dövlət qeydiyyatının təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılmışdır.

13. İddiaçı əldə etdiyi mənzillərə dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.

14. Cavabdehin 04 noyabr 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan mənzillərin notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əlavə olunmamışdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinə əsasən şəxsiyyətinizi təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquq müəyyənedici sənəd (daşınmaz əmlak barəsində no tarial qaydasında təsdiq edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”) və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyiniz təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı cavabdehə (üçüncü şəxs “Azərbaycan Sənaye Korporasiyası ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "ünvan 1 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m2 olan 3 otaqlı 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 m2 olan 3 otaqlı 24 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108 ünvanında yerləşən çoxmərtəbəli yaşayı ş binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 207,44 m2 olan 5 otaqdan ibarət 11 və 12 nömrəli) mənzillər üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı “Alfa Construktion" MMC ilə aralarında bağlanmış 03 fevral 2010-cu il tarixli, 01 saylı müqaviləyə əsasən, “Alfa Construktion" MMC-yə məxsus olmuş ünvan 1 ünvanında 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 90,45 kv.metr olan 3 otaqlı 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 kv.metr olan 3 otaqlı 24 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümu mi sahəsi 207,44 kv.metr olan 5 otaqdan ibarət Vİ və 12 nömrəli) mənzilləri dəyərini ödəməklə almışdır. "xxxx" MMC-nin mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti-142 (keçmiş - Zaqatala şəhəri, Azərbaycan prospekti-108) ünvanında yerləşən həmin bina daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən, “Aqrarkredit QSC-nin "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi əmlak olaraq qiymətləndirilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmişdir. Lakin, "xxxx" MMC-nin 03 fevral 2010-cu il tarixli, 01 saylı müqaviləyə əsasən İddiaçı satmış olduğu ünvan 1 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sah əsi 90,45 kv.metr olan 3 otaqlı 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 kv.metr olan 3 otaqlı 24 nömrəli (keçmiş ünvan - Zaqatala səhəri, Azərbaycan prospekti-108 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 207,44 kv.metr olan 5 otaqdan ibarət 11 və 12 nömrəli) mənzillər "xxxx" ASC-nin və “Aqrarkredit QSC BOKT-nın nümayəndələrindən ibarət birgə Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolu ilə İddiaçı satılması təsdiq edilmişdir.

17. Cavabdeh iddia ərizəsinə dair etiraz ərizəsində qeyd etmişdir ki, X1 etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı tərəfindən "xxxx" MMC-dən əldə etdiyi mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdə n çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan mənzillərin notariat qaydada təsdiq edilmiş alqı- satqı müqavilələri əlavə olunmamışdır. Qeyd olunanlara əsasən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2020-ci il tarixli, **********50 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, Zaqatala şəhəri, Azərbaycan prospekti, 142 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr 2017-ci il tarixli, 792s saylı Sərəncamına əsasən (Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanı qüvvəyə m indikdən sonra "xxxx" QSC-nin "xxxx" ASC-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi onun mülkiyyətinə veriləcəyi əmlakı "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir) iddia ərizəsində göstərilən mənzillər də daxil olmaqla "xxxx" ASC-nin mülkiyyətinə verilmiş və həmin binalar üzərində "xxxx" ASC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Buna görə də tələbdə göstərilən mənzillər ayrıca mənzil kimi vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və həmin mənzillərə dair ayrıca arxiv qovluğu yoxdur. Sərəncamın 1-ci hissəsi ilə bağlı tələbdə göstərilən mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına dair arxiv qovluğun da olan hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. Bildirilir ki, cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

18. Üçüncü şəxsin “Azərbaycan Sənaye Korporasiyası ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir ki, sözügedən iddia tələbinə üçüncü şəxs olaraq etiraz etmir və iddiaya dair aşağıdakı mülahizələrini təqdim edirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən yaradılmış Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolu ilə Zaqatala şəhəri, Azərbaycan prospekti 142 ünvanında, bina B, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 110.67 kv.m. olan 3 otaqlı 24 nömrəli və 90.45 kv.m. olan 2 otaqlı 23 nömrəli mənzillərin "xxxx" MMC tərəfindən vətəndaş İddiaçı satılması təsdiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən çoxmərtəbəli yaşayış binasına dair dövlət reyestrdən yeni çıxarışların təqdim edilməsi ilə əlaqədar 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra Xidmət) mürac iət edilmişdir. Xidmətin 24 noyabr 2020-ci il tarixli **********71 nömrəli cavab məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə istinad gedilərək ərizə təmin edilməmiş, mənzillərin özgəninkiləşdirilməsi barədə notarial qaydada təsdiqlənmiş müqavilə ilə yenidən müraciət olunduğu təqdirdə, məsələnin müsbət həlli məsələsinə baxılmasının mümkünlüyü bildirilmişdir. Əlavə olaraq iddia ərizəsinə əlavə olunmuş sənədlərə əsasən İddiaçı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaq istədiyi mənzillərin alqı-satqısına dair "xxxx" MMC ilə 3 fevral 2010-cu il tarixli, 01 nömrəli alqısatqı müqaviləsi bağlamış, həmin tarixdə mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı almışdır. Göründüyü kimi iddiaçı mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədləri əldə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmirik.

19. Şəki İnzibati Məhkəməsinin 2 sentyabr 2021-ci il tarixli, 2-1(112)-946/2021 saylı qərarı ilə (hakim: İ.Cabbarov) iddianın rədd edilməsi qərara alınmışdır.

20. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilən xx.xx.2010-cu il tarixli, 01 saylı müqavilədən tərəflər arasında tələbdə qeyd olunan mənzillərin alqı-satqısı aparıldığı görünsə də, qeyd olunan müqavilə ilkin müqavilə olmuş, həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC qeyd olunan bina və mənzillər üzərində mülkiyyət hüququnu qeydə aldırdıqdan sonra mənzillərin iddiaçının mülkiyyətinə verilməsinə dair öhdəlik götürmüşdür. Həmin müqavilə isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində qeyd olunan tələblərə cavab vermir. Belə ki, tərəflər arasında alqı-satqı notariat qaydasında aparılmamış, həmçinin xx.xx.2010-cu il tarixli, 01 nömrəli müqavilə də notariat qaydasında təsdiqlənməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 142 ünvanında yerləşən “B” binasının 7-ci mərtəbəsində yerləşən 23 və 24 nömrəli mənzillərin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata a lınıb çıxarışın verilməsinə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi təmin edilməməlidir.

21. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-41/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Cavadova və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində göstərilir ki, işə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qeyd olunan qərarları qəbul edərkən bir sıra maddi və prosessual hüquq normaların tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış 03 fevral 2010-cu il tarixli, 01 saylı müqaviləyə əsasən "xxxx" MMCyə məxsus olmuş ünvan 13 ünvanında 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 90,45 kv.me tr olan 3 otaqlı 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 kv.metr olan 3 otaqlı 24 nömrəli mənzilləri dəyərini ödəməklə almışdır. "xxxx" MMC-nin mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti -142 ünvanında yerləşən həmin bina daha sonra "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən “Aqrarkredit QSC-nin "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi əmlak olaraq qiymətləndirilmiş və "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Lakin "xxxx" MMC-nin 03 fevral 2010-cu il tarixli, 01 saylı müqaviləyə əsasən İddiaçı satmış olduğu ünvan 13 ünvanında 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 90,45 kv.metr olan 3 otaqlı 23 nömrəli və həm in ünvanda yerləşən ümumi sahəsi 110,67 kv.metr olan 3 otaqlı 24 nömrəli mənzillər "xxxx" ASC-nin və “Aqrarkredit QSC BOKT”ın nümayəndələrindən ibarət birgə təhvil-təslim komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolu ilə İddiaçı satılması təsdiq edilmişdir. Bundan başqa iddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29 və 60-cı maddələrini, “İnzibati icraat haqqında” Qanunun 12.1, 12.2, 12.4, 13.1, 13.2, 13.3, 13.4 və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Plenumunun 24 noyabr 2005ci il tarixli qərarının 1, 2.1, 5, 6.2 və 17-ci bəndlərini, həmçinin İnzibati Prosessual Məcəllənin 35.3, 92.0.6, 96.5, 96.5.1, 96.5.2, 96.9, 94.1-ci maddələrini qeyd etsə də, hansı hüquqlarının pozulması əsaslandırmamışdır. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:... -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz ə mlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə veril məsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: -10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -10.2.2. torpaq sahəsinin planı və ölçüsü; -10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;... -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göst ərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir... -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyy atı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. -15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir...

28. Mənzil Məcəlləsi: Maddə

112. Mənzil-tikinti kooperativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüq uqu 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şaml edilir. Maddə

113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericilikl ə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır....

29. Mülki Məcəllə:... -109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. -109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.... 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış ( qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... 178.8-ci maddənin 9 fevral 2018-ci il tarixə qədər qüvvədə olan redaksiyası Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan R espublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

35. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2010-cu il tarixli, 01 nömrəli müqavilənin surətinə əsasən satıcı "xxxx" MMC tərəfindən ona məxsus 26700 kv.m torpaq sahəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4 saylı blokunda, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 207,44 kv.m olan 5 otaqlı 11-12 saylı mənzilə (hazırda ünvan 15 ünvanda 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 90,45 kv.m olan 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 kv.m olan 24 nömrəli mənzil) dair İddiaçı ilə alqı-satqı müqaviləsini bağlamışdır. Müqavilə tərəfləri həmçinin razılaşmışlar ki, MMC bina üzərində mülkiyyət hüququnu rəsmiləşdirdikdən sonra 1 ay ərzində iddiaçı ilə həmin mənzillərə dair alqı-satqı müqaviləsi bağlayacaqlar.

36. Həmçinin xx.xx.2010-cu il tarixli “Maliyyə arayışı”nın təsdiq edilmiş surətinə əsasən Zaqatala şəhəri, Azərbaycan prospekti, 108 ünvanında "xxxx" MMC tərəfindən ona məxsus 26700 kv.m torpaq sahəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4 saylı blokunda, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 207,44 kv.m olan 5 otaqlı 11-12 saylı mənzilin dəyərini İddiaçı 155580 saylı müqaviləyə əsasən 100 faiz ödəmiş və onun "xxxx" MMC-yə heç bir borcu yoxdur. Mənzilin alqı-satqısı tikinti başa çatdıqdan sonra müvafiq qaydada rəsmiləşəcək.

37. Yuxarıda qeyd edilən Mənzil Məcəlləsinin, Mülki Məcəllənin müddəalarına və Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İddiaçının mənzilə dair pay haqqını tam ödəməsi mübahisə doğurmur, mənzil tikintisini həyata keçirmiş MMC ilə iddiaçı arasında müqavilə şərtləri və mənz ilə dair pay haqqı ilə bağlı işdə mübahisə olmasına dair hər hansı sübut mövcud deyildir. Belə olan halda iddiaçının iddia ərizəsində göstərilən mənzilə mülkiyyət hüququnu qeydə aldırmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqi əsas olmuşdur.

38. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bina tikintisini həyata keçirmiş MMC-dən 27.908.455,36 manat kredit borcunun tutularaq "xxxx" QSC BOKT-nin xeyrinə ödənilməsi, borc tələbinin cavabdehə məxsus olan 11.544.000,0 manat məbləğində qiymətləndirilmiş, iddiaçıya aid mənzillər də daxil olmaqla Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında yerləşən, ümumi sahəsi 15226,19 kv.m olan 95 ədəd mənzillərə, ümumi sahəsi 2.747,52 kv.m olan qeyri-yaşayış sahələrin ə və 96 ədəd yeraltı dayanacaqlara yönəldilməsi qərara alınmış, bundan sonra həmin mənzillər də daxil olmaqla Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-39/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla: Zaqatala şəhəri, Azərbaycan prospekti 140, 142) ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" QSC BOKT-nin mülkiyyətinə verilmişdir.

39. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bağlı işdə iddiaçı məhkəmə icraatının iştirakçısı olmamışdır. Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edil mir.

40. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bağlı işdə iştirak edən şəxs olmadığından həmin qətnamə ilə müəyyən edilmiş faktlar onun üçün preyudisial əhəmiyyət daşımır.

41. İşdə olan sənədlərdən görünür ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla: Zaqatala şəhəri, Azərbaycan prospekti 140, 142) ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" ASC-nin mülkiyyətinə verilmiş, bundan sonra Azərbaycan Sənaye Korporasiyası ASC-nin və "xxxx" QSC BOKT-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının xx.xx.2020-ci il tarixli, 28 nömrəli iclas protokolunun surətinə əsasən yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 11 nömrəli və ümumi sahəsi 110.67 kv.m olan, 3 otaqlı 12 nömrəli mən zillər istisna olmaqla həmin bina üzrə qalan 5339.08 kv.m sahənin Azərbaycan Sənaye Korporasiyası ASC-nin mülkiyyətinə verilməsi təsdiq edilmişdir.

42. Azərbaycan Sənaye Korporasiyası ASC də cavabdehə müraciət edərək yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 11 nömrəli və ümumi sahəsi 110.67 kv.m olan, 3 otaqlı 12 nömrəli mənzillər istisna olmaqla həmin bina üzrə qalan 5339.08 kv.m sahə üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi və bununla bağlı yeni çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir.

43. Azərbaycan Sənaye Korporasiyası ASC tərəfindən qəbul edilən təhvil-təslim aktında iddiaçıya məxsus mənzillər ASC tərəfindən qəbul edilməməklə yanaşı, cavabdehə edilən müraciətdə də onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilə cək çıxarışda həmin mənzillərin qeyd edilməməsi xahiş olunmuşdur.

44. Bəhs olunan dəlillərə istinad edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən çoxmənzilli yaşayış binasında olan 11 və 12 nömrəli mənzillərə sahiblik və istifadə hüququ əldə etdiyindən, hər iki mənzilin pay haqqını ödədiyinə görə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmalı olduğundan, üçüncü şəxs Azərbaycan Sənaye Korporasiyası ASC-də həmin mənzillərin iddiaçının adına qeydə alınmasına razılığı olduğundan, hüquqların qeydə alınmasından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğ v edilməli, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

45. Məhkəmə kollegiyası şərh edilənləri rəhbər tutaraq QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-41/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. "Zaqatala şəhəri, Azərbaycan prospekti-108 (yeni qaydada AZ 6202 ünvan 16 ünvanında 7-ci mərtəbədə yerləşən-ümumi sahəsi 90,45 kv.m olan 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 kv.m olan 24 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 207,44 kv.metr olan 5 otaqdan ibarət 11 və 12 nömrəli) mənzillər üzərində İddiaçı hüquqlarının daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar