Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-798/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Nizami A.S.” kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı “Nizami A.S.” kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “yanğın çıxışları üçün nəzərdə tutulan ərazilərin zəbt edilməsinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi” tələbinə dair inzibati i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2022ci il tarixli, 2-1(103)-3655/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qaradağ Rayonu icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 845 saylı sərəncamına əsasən Lök-batan qəsəbəsi, 2-ci yaşayış massivində maşınlara pullu dayanacaq xidməti göstərilməsi məqsədilə “Nizami AS” kiçik müəssisəsinə 50×40 m. ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 15 may 1998-ci il tarixli, 440 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1100 saylı sərəncamında dəyişiklik edilmiş və həmin sərəncamın aşağıdakı redaksiyada oxu nması qərara alınmışdır: "Nizami-AC” kiçik müəssisəsinin xx.xx.1997-ci il tarixli, 55 nömrəli və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 5/03 nömrəli məktubları nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllədə “Nizami-AC" kiçik müəssisəsinə xidmət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi ayrılsın." Daha sonra, xx.xx.1998-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllədə yerləşən torpaq sahəsi üçün ayrıc aktı tərtib olunmuş və xx.xx.1998-ci il tarixdə iddiaçıya həmin torpaq sahəsi üçün 10458 saylı inşaat pasportu verilmişdir. Həmin vaxtdan iddiaçı göstərilən torpaq sahəsindən istifadə edərək müvafiq tikililər inşa etmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək on un istifadəsində olan torpaq sahəsinin ətrafında olan qanunsuz tikilmiş qeyri-yaşayış obyektinin söküntüsünü xahiş etmişdir.
4. Cavabdehin 24 yanvar 2022-ci il tarixli iddiaçının ərizəsini cavablandıraraq qeyd etmişdir ki, ərizədə qeyd edilən ərazi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmadığından ərizənin təmini mümkün deyil.
5. Cavabdehin 11 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi Lökbatan Bələdiyyəsinin təsdiq edilmiş xəritəsində yerləşir. Hazırda mübahisəli torpaq sahəsində bir neçə vətəndaşın qeyri-yaşayış sahələri mövcuddur və onların iddiaçıya heç bir maneçiliyi yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 3 fevral 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsin ə iddia ərizəsi ilə müraciət edərək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllə ünvanında “Nizami- AC"KM-nə xidmət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün ayrılmış 0,2 ha torpaq sahəsində inşa olunmuş tikililərin yanğın çıxışları üçün nəzərdə tutulan ərazilərinin qanunsuz yolla zəbtinin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(112)-5956/2022 nömrəli qərardadı (hakim: X1) ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi ərazi cavabdehin, yəni dövlətin deyil, bələdiyyənin istifadəsinə verilən ərazinin hüdudları daxilindəki torpaqlara aiddir və həmin ərazi di gər şəxslərin sahibliyindədir. iddiaçı bələdiyyəyə ayrılmış əraziyə aid olan və digər şəxslərin sahiblik etdiyi torpağın zəbt olunması ilə bağlı tələblə cavabdehə qarşı iddia qaldıra bilməz. İddiaçının arzuladığı məqsədə nail olması hazırkı iddia vasitəsi ilə deyil, mübahisəli torpaq sahəsindən istifadə edən şəxslər hüquqmüəyyənedici sənədlər əsasında istifadə etdikdə həmin sənədlərin mübahisələndirilməsi, hər hansı hüquqmüəyyənedici sənəd olmadan qanunsuz istifadə edildikdə isə həmin şəxslərin torpaq sahəsindən çıxarılması ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırılması ilə mümkündür.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat 10 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2-1(103)-3655/2022 nömrəli qərardadı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarına əsaslanaraq birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mahiyyəti üzrə baxılması üçün növbəti prosedur qaydalarının təmin olunması üçün işin apellyasiya instansiyası m əhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, üçüncü şəxslər qanunsuz hərəkətləri cavabdehin qərarları əsasında həyata keçirmişdir. Beləliklə, iddia mümkün sayılmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı ha llarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 0 aprel 2015-ci il tarixli 5 saylı Qərarı
17. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsin in qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya məhkəməsi yanğın çıxışları üçün nəzərdə tutulan ərazilərin zəbt edilməsinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə iddianın mümkünlük şərtlərinin mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəy yən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi ərazi cavabdehin, yəni dövlətin deyil, bələdiyyənin istifadəsinə verilən ərazinin hüdudları daxilindəki torpaqlara aiddir və həmin ərazi digər şəxslərin sahibliyindədir. İddiaçı bələdiyyəyə ayrılmış əraziyə aid olan və digər şəxslərin sahiblik etdiyi torpağın zəbt olunması ilə bağlı tələblə cavabdehə qarşı iddia qaldıra bilməz.
25. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kol legiyası QƏRARA ALDİ: “Nizami A.S.” kiçik müəssisəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2-1(103)-3655/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.