Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-798/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2, İddiaçı3, İddiaçı1 və X3 cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınan yaşayış sahəsinə görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı1 və qeyrilərinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2567/2 023 nömrəli qərarından iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 278 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən:
1. Xətai Rayon icra Hakimiyyəti Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə vahid sifarişçi təşkilat təyin olunsun. 2. "xxxx" MMC (Abit Əliyev) ayrılmış 29.219.000 (iyirmi doqquz milyon iki yüz on doqquz min) manat vəsaiti Xətai Rayon icra Hakimiyyətinin təqdim etdiyi bank hesabına köçürülməsini təmin etsin.
3. Xətai Rayon İcra Hakimiyyəti: 3.1. Bu Sərəncamın 2-ci bəndinə uyğun ayrılmış və saitlə Xətai rayonu Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2 mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 8 mərtəbəsində yerləşən 32 mənzilin və bundan əlavə 2 ədəd (“Qədim Qəbələ" restoranı və “İnternational SOS" Bakı klinikası) qeyri-yaşayış obyektinin mülkiyyətçiləri ilə qanunvericiliyə uyğun olaraq münasibətlərin tənzimlənməsi şərti ilə əmlakların alınmasını və köçürülmə işlərinin aparılmasını təmin etsin; 3.2. Köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sökülərək ərazisinin abadlaşdırılmasını və qanunvericiliyə uyğun digər tədbirlərin görülməsini təmin etsin.
2. Xətai Rayon İcra Hakimiyyəti başçısının 373 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı ilə Bakı şəhərinin X ətai rayonu ərazisində abadlaşdırma işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədilə komissiya yaradılmış, Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2 mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 8 mərtəbəsində yerləşən 32 mənzilin və bundan əlavə 2 ədəd (“Qədim Qəbələ restoranı və “İnternational SOS" Bakı klinikası) qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə qanunvericiliyə uyğun olaraq münasibətlərin tənzimlənməsi şərti ilə əmlakların alınması və köçürülməsi işlərinin aparılmasını təmin etmək, köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək ərazisinin abadlaşdırılması və qanunvericiliyə uyğun digər tədbirlərin görülməsini təmin etmək həmin komissiyaya həvalə edilmişdir.
3. Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov 1 a, ünvanında yerləşən binada yaşayan sakinlər tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə və Xətai Rayon İcra Hakimiyyətinə məktubla müraciət olunmuş və Azərbaycan Respublikasının qanunlarına riayət etməklə iddiaçılara məxsus evləri müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilib və qiymətləndirməyə uyğun olaraq aşağıda qeyd olunanlara əsasən kompensasiya verilməsi tələb edilmişdir:
1. İddiaçı5 4 otaq - 819 460 manat;
2. X22 3 otaq - 688 000 manat;
3. İddiaçı6 4 otaq -848 000 manat;
4. X16 3 otaq - 679 890 manat;
5. X12 4 otaq - 807 850 manat;
6. X7 4 otaq - 805 480 manat;
7. X7 3 otaq – 629 910 manat;
8. İddiaçı3 (Penthouse) - 2 000 000 manat;
9. İddiaçı2 3 otaq - 652 030 manat;
10. X5 3 olaq - 628 570 manat;
11. X2 3 otaq - 636 200 manat;
12. X8 3 otaq - 672 000 manat;
13. X9 3 otaq- 667 850 manat;
14. X23 4 otaq- 848 000 manat;
15. İddiaçı1 4 otaq- 788 860 manat;
16. İddiaçı9 4 otaq- 890 400 manat
17. Yusif Nəcəf 4 otaq- 700 000 manat. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 xx.xx.2020-ci il tarixdə cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıların mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış binasının yaşayış sahələrinin hər 1 kv.m - 6000 manatdan, qeyri-yaşayış sahələrinin (əlavə sahə və ümumi istifadədə olan sahələr daxil olmaqla) hər 1 kv.m - 2.500 manatdan, yaşayış binasının həyətyani torpaq sahəsinin hər 1 kv.m məhkəmə ekspertizasından sonra müəyyən edildikdən sonra həmin məbləğə uyğun hesablanaraq kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçıların əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının sakinləri (mülkiyyətçiləri), həmçinin "xxxx" MTK-nın üzvləridirlər. xx.xx.2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin müavini Etibar Əhmədovun imzası ilə bina sakinlərinə bildi riş paylanmışdır. Həmin bildirişdə qeyd olunmuşdur ki, “Bakı şəhərinin Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlaşdırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 373 nömrəli Sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Sərəncamın icrası ilə əlaqədar 5 (beş) gün müddətinə hüquqi sənədlərinizlə komissiyaya müraciət etməyiniz Sizdən xahiş olunur.”
6. Bundan sonra bina sakinlərinə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlər başlanılmış, xx.xx.2021-ci il tarixdə binanın həyətyanı sahəsinin hasarı uçurulmuş, xx.xx.2021-ci il tarixdə isə binanın elekt rik təchizatı qanunsuz olaraq özbaşına şəbəkədən ayrılmışdır.
7. Diqqətəlayiq məqam odur ki, Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları şifahi olaraq mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq yaşayış sahəsinin hər kv.m. 2.200 manat, binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinə 2.500 manat pul ödəniləcəyini, sakinlərin razılığının olub-olmamasından asılı olmayaraq binanın söküləcəyini bildirmişlər. Nəzərə alınmalıdır ki, iddiaçıların yaşadıqları yaşayış binası şəhərin mərkəzində yerləşir və əlbəttə ki, bu hal bilavasitə yaşayış binasında olan yaşayış və qeyri-yaşayış sahələrinin real bazar qiymətinə təsir edir. Digər təsiredici amillərdən biri də odur ki, mübahisəli yaşayış binasına ən yaxın yerləşən “Azin ko Holding”, “Park Azure”, “Nizami Residence”, “X27” kimi tanınmış yaşayış komplekslərinin olmasıdır. Başqa sözlə, cavabdeh inzibati orqan hər nə qədər də yaşayış sahəsinin hər kv.m üçün 2.200 manat, qeyri-yaşayış sahəsi üçün isə 2.500 manat nəzərdə tutsa da, həmin məbləğ həqiqətən də yaşayış binasının dislokasiyası nöqteyi-nəzərindən çox aşağı olaraq qiymətləndirilir.
8. İddiaçılar mülkiyyətlərində olan yaşayış sahələrinə, ümumi istifadədə olan sahələrə və həyətyani sahələrə kompensasiyanın (kompensasiyanın məbləği qiymətləndirmə nəticəsində ekspert tərəfindən müəyyən olunmuşdur) ödənilməsi məqsədi ilə cavabdeh inzibati orqanlara ərizə ilə müraciət etmişlər. Lakin sonuncu, onların müraciətləri üzrə rəsmi cavab verməmişdir.
9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 139-cu bən dində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sah ibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir.
10. Qanunvericiliyə əsasən, kompensasiyanın natura yaxud digər formalardan ödənilməsi imkanı qanunvericilikdə birmənalı olaraq göstərilmişdir. Belə ki, qanunvericilik dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaqların alınması ilə bağlı mübahisələrdə vətəndaşa seçim etmək hüququ vermişdir ki, bu hüquq qarşılığında şəxs öz seçimi əsasında alan orqana kompensasiya və ya köçürülməsinin təmin edilməsini tələb edə bilər.
11. Nəzərə alınmalıdır ki, “kompensasiya” anlayışı özü-özlüyündə geniş məna kəsb etmir və kompensasiya məbləğinin müəyyən edilməsində geniş xüsusları ehtiva edir. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Lakin, burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və maraqlarının qorunması ilə nəticələnir. Qeyd olunmalıdır ki, qanunvericilik kompensasiya məbləğinin müəyyən edilməsi zamanı təsiredici amillərin əhatə dairəsini konkret olaraq müəyyən etmişdir ki, bu amillərdən biri də əmlakın bazar qiyməti çıxış edir.
12. Göründüyü kimi dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı mexanizm “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları üzərində qurulmuşdur ki, kompensasiyanın ödənilməsi əmlakın bazar qiymətinin müəyyən edilməsi əhəmiyyət kəsb edici amillərdən biridir. Bu mövqeyindən irəli çıxaraq iddiaçılar tərəfindən hazırkı iddia tələbi ilə ödənilməsi tələb olunan kompensasiyanın məbləğinin müəyyən edilməsi zərurəti yaranmışdır.
13. Nəzərə alınmalıdır ki, iddiaçılar mülkiyyətlərində olan yaşayış (qeyri-yaşayış) sahələrinə, həmçinin ümumi istifadələrində olan sahələrə, o cümlədən də yaşayış binasının həyətyani sahəsinə münasibətdə də kompensasiyanın ödənilməsini tələb edirlər. İlkin olaraq iddiaçıların mülkiyyətlərində olan yaşayış (qeyri-yaşayış) sahələrinə görə ödənilməli kompensasiya məbləğlərinə münasibət bildirilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışlara əsasən müəyyən olunur ki, iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinin ölçüləri aşağıda göstərildiyi kimidir: İddiaçı1 - 189,89 kv.m (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a, mənzil 12); İddiaçı10 - 162,62 kv.m (həmin binada olan mənzil 3); İddiaçı2- 156,5 kv.m (mənzil 34); İddiaçı3 - 168,80 kv.m + 534.7 kv.m eyvanın (penthaus) - ümumi likdə 703.5 kv.m sahə (mənzil 35); İddiaçı6 - 196,4 kv.m (mənzil 13); X1 Cəmilə Şirəli qızı-116,3 kv.m İddiaçı7 - 168 kv.m (mənzil 27) İddiaçı8 - 161,39 kv.m (mənzil 7) İddiaçı9.
14. İddiaçılar həqiqətən də kompensasiyanın ödənilməsini tələb etdikləri əmlaklara münasibətdə mülkiyyət hüquqlarına malikdirlər. Həmin əmlaklara görə ödənilməli kompensasiya məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, ümumiyyətlə aparılmış qiymətləndirmə (qiymətləndirmə rəyləri əlavə olunur) rəylərinə əsasən ünvan 4 ünvanı dislokasiyasında yerləşən yaşayış binalarının orta bazar qiyməti 4000-4500 manat arası təşkil edir. Əlbəttə, bu məlumatlar müvafiq olaraq mənzil satışı bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alı nmış informasiyalardan, o cümlədən xüsusi düsturlardan istifadə olunmaqla müəyyən edilmişdir.
15. Hər yaşayış binasında olduğu kimi - "xxxx" MTK-nın ünvan 4 ünvanında yerləşən yaşayış binasının 718 kv.m ümumi və 126 kv.m zirzəmi mərtəbəsində ümumi istifadədə sahələr mövcuddur. Həmin sahələr proporsional bölgü prinsipinə əsasən MTK-nın ümumi yığıncağına əsasən üzvlər (sakinlər) arasında pay şəklində ayrılmışdır. "xxxx" MTK üzvlərinin 19 noyabr 2021-ci il tarixli 2021-ci il tarixli ümumi yığıncağının 36 №-li protokoldan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2021 ci il tarixli 373 nömrəli sərəncamından irəli gələn layihə "xxxx" MTK-nın Yusif Səfərov 1a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının sakinlərinin Dövlət tərəfindən köçürülməsi və kompensasiya verilməsi barədə MTK-nın ümumi yığıncağı keçirilmiş, bununla bağlı müzakirələr aparılmış, nəticədə ümumi istifadə olan sahələrin üzvlər arasında bölüşdürülməsinə qərar verilmişdir. İddiaçılara münasibətdə ayrılan paylar aşağıdaki formada olmuşdur:
16. X20 -18,6 kv.m (ümumi) İddiaçı2 -18,6 kv.m (ümumi) +11,4 kv.m (zirzəmi) İddiaçı3 74,4 kv.m (ümumi) + 11,4 kv.m (zirzəmi) + 11,4 kv.m (zirzəmi) X6 -18,6 kv.m (ümumi) İddiaçı5 -18,6 kv.m (ümumi) + 5,7 kv.m (zirzəmi) İddiaçı6 - 18,6 kv.m (ümumi) + 5,7 kv.m (zirzəmi) İddiaçı7 - 18,6 kv.m (ümumi) İddiaçı8 - 18,6 kv.m (ümumi) İddiaçı9 -18,6 kv.m (ümumi) İddiaçı10 - 18,6 kv.m (ümumi) + 5,7 kv.m (zirzəmi) (Mənzilin əvvəlki mülkiyyətçisi X9)
17. Göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçiləri arasında proporsional bölgü əsasında ümumi istifadədə ola n sahələr paylar şəklində iddiaçılar arasında bölünmüşdür. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin sahələr ümumi istifadə də olsa da, iddiaçılar həmin sahələrə münasibətdə kompensasiya tələb etmək hüququna malikdirlər.
18. Kompensasiya məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, qiymətləndirilmə rəyindən görünür ki (İddiaçı3 əmlakına münasibətdə), yaşayış binasının ərazisində olan əlavə sahə 535 kv.m - hər 1 kv.m üçün 2.500 manat olaraq hesablanmışdır. Bunun əsasında hesab edilir ki, iddiaçılara ayrılmış ümumi istifadədə olan sahələrin hər 1 kv.m üçün kompensasiya məbləği 2.500 manatdan hesablanaraq ödənilməlidir.
19. Yaşayış binasının hasar daxilində olan 630 kv.m həyətyani torpaq sahəsinə görə kompensasiya tələb etmək hüququna da malikdirlər, ilkin olaraq qeyd olunmalıdır ki, torpaq s ahəsi MTK-nın ümumi yığıncağına əsasən üzvlər (sakinlər) arasında pay şəklində ayrılmışdır. "xxxx" MTK üzvlərinin 22 noyabr 2021 -ci il tarixli 2021 -ci il tarixli ümumi yığıncağının 66 №-li protokoldan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2021 - ci il tarixli 373 nömrəli sərəncamından irəli gələn layihə "xxxx" MTK-nın Yusif Səfərov 1a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının sakinlərinin Dövlət tərəfindən köçürülməsi və kompensasiya verilməsi barədə MTK-nın ümumi yığıncağı keçirilmiş, bununla bağlı müzakirələr aparılmış, nəticədə 630 kv.m torpaq sahəsinin üzvlər arasında bölüşdürülməsinə qərar verilmişdir. İddiaçılara münasibətdə ayrılan paylar aşağıdaki formada olmuşdur: X20 -17,5 kv.m; İddiaçı2 -17,5 kv.m; İddiaçı3 70 kv.m (əvvəl X17); X6 - 17,5 kv.m; İddiaçı5 -17,5 kv.m; İddiaçı6 - 17,5 kv.m; İddiaçı7 17,5 kv.m; İddiaçı8 -17,5 kv.m; İddiaçı9 - 17,5 kv.m; İddiaçı10 - 17,5 kv.m (əvvəl X9)
20. Göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçiləri arasında proporsional bölgü əsasında torpaq sahələri paylar şəklində iddiaçılar arasında bölünmüşdür.
21. İddiaçıların həyətyani torpaq sahələrinə kompensasiya tələb etmək hüququ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəalarında birbaşa olaraq göstərilmişdir. Belə ki, Qanunun 64-cü maddəsinə əsasən alınan torpağa ümumi istifadədə olan torpaq sahələri daxil olduqda, ondan istifadə etmək və ya məhsul götürmək hüququna malik olan şəxslər ümumi istifadədə olan torpaq sahələrinə giriş, istifadə və ya məhsul götürmək hüququnun itirilməsinə görə kompensasiya almaq hüquq una malikdirlər. Həmin Qanunun 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymət ini verən üsul tətbiq edilir.
22. Xüsusi ilə qeyd edilir ki, ümumi istifadədə olan sahələrin və həyətyani torpaq sahəsinin bölgüsü müvafiq olaraq payçıların iştirakı ilə bölünmüş və razılaşdırılmışdır. Yəni, yaşayış binasının sakinlərinə ayrılan sahələrin ölçüləri ilə bağlı hər hansı mübahisəli məqam mövcud deyildir. Qeyd olunan hallara ümumi qiymət verərək hesab edirik ki, ünvan 3 ünvanında yerləşən yaşayış binasının yaşayış sahəsinin məbləği hər 1 kv.m üçün 6000 manat, əlavə sahələr, ümumi istifadədə olan sahələr və qeyri-yaşayış sahələri üçün hər 1 kv.m 2500 manat, həyətyani torpaq sahəsinin hər 1 kv.m məhkəmə ekspertizası əsasında müəyyən edilərək həmin məbləğə uyğun dəyərdə iddiaçıların mülkiyyətində olan əmlaklara münasibətdə (ümumi istifadədə və həyətyani torpaq sahəsi daxil olmaqla ) kompensasiya məbləğinin ödənilməsi həyata keçirilməlidir. Bundan başqa qeyd etmək istəyirik ki, ümumi məhkəmə təcrübəsində bu növ mübahisələrdə (Sovetski evlərinin sökülməsi ilə əlaqədar) ağlabatan kompensasiya məbləğinin hər 1 kv.m üçün 400-500 manat kimi qiymətləndirilməsi hazırki iddiaya münasibətdə tətbiq olunmamalıdır. Belə ki, yuxarıda göstərilən bütün bu hallar, yəni əmlakların real bazar qiyməti, yaşayış binasının dislokasiyası, ətrafda yerləşən tanınmış yaşayış komplekslərinin olması yaşayış binasında olan əmlakların dəyərinin yüksək olduğuna dəlalət edir. Cavabdehin və üçüncü şəxsin etirazları:
23. Cavabdeh və üçüncü şəxs iddia tələbinə etiraz təqdim etməmişdir. Məhkəmə sorğularına cavab.
24. Xətai Rayon İcra Hakimiyyəti başçısının 1251 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə yə ünvanladığı sorğuya cavab məktubunda qeyd edilmişdir: məlumat üçün bildiririk ki, Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərd ə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirilir.
25. Xətai Rayon İcra Hakimiyyətinin verilmiş sorğuya cavab məktubuna əlavə etdiyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti ilə İddiaçı10 arasında bağlanmış ******* nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 162.82 kv.m olan mənzilin müqabilində Xətai RİH həmin şəxsə 389.383,06 (üç yüz səksən doqquz min üç yüz səksən üç manat altı qəpik) manat ödəmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə “iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, X6 və İddiaçı8 mülkiyyətlərində olan yaşayış sahələrinin hər 1 kv.m sahəsi üçün 4500 manat məbləğində kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
27. İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı10 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin onlara aid hissədə geri qaytarılmasını xahiş etmişlər.
28. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı10 münasibətdə geri qaytarılmış və onların iddiaçı qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
29. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-c ü il tarixli, 2-1(112)-1998/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
30. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 278 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə Xətai Rayon İcra Hakimiyyəti vahid sifarişçi təşkilat təyin olunmuşdur. Xətai rayonu Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2 mərtəbəsi isə yerləşən qeyriyaşayış sahəsinin, 8 mərtəbəsində yerləşən 32 mənzilin və bundan əlavə 2 ədəd (“Qədim Qəbələ" restoranı və “İnternational SOS" Bakı klinikası) qeyri-yaşayış obyektinin mülkiyyətçiləri ilə qanunvericiliyə uyğun olaraq münasibətlərinin tənzimlənməsi şərti ilə əmlakların alınmasını və köçürülmə işlərinin aparılmasını təmin etməsi və köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sökülərək ərazisinin abadlaşdırılmasını və qanunvericiliyə uyğun digər tədbirlərin görülməsinin təmin edilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
31. Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulan evlərini yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirilir. Köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək y aşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir.
32. Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (əmlakın) dəyəri hər kv.m-ə görə 2200-2500 manat müəyyən edildiyindən hər kvadratmetrə görə 4500 manat kompensasiya ödənilməli olması barədə iddiaçıların dəlilləri əsaslı olmamışdır.
33. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X6 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və onların mülkiyyətində olan yaşayış sahələrinin hər 1 kv.m sahəsi üçün 4500 manat məbləğində kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəm əsində birinci icraat
34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2567/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-1998/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
36. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X6 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçılara hər 1 kv.m sahəsi üçün 4500 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
37. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göst ərilənlər təşkil edir.
38. Şikayətdə, həmçinin qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi öz qərarında Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinin bilavasitə dövlət ehtiyacı olması ilə əlaqələndirmiş, bu səbəbdən də cavabdeh tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini əsaslı hesab etmişdir.
39. Apellyasiya instansiya məhkəməsi aşağıdaki səbəblərə görə şikayətə düzgün qiymət verməmiş, bununla da əsassız qərar qəbul etmişdir: -Tikintinin dövlət ehtiyacı baxımından sökülüb-sökülməməsinin araşdırmaması; -Heç bir əsas olmadan cavabdehin Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (əmlakın) dəyəri hər kv.m-ə görə 2200-2500 manat müəyyən edilməsini əsaslı hesab etməkdə; -İş üzrə mütəxəssis rəyini nəzərə almamaqda; -Məhkəmə icraatı zamanı digər əmlak ilə bağlı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyi nəzərə almamaqda; -Qərar qəbul edərkən prosessual baxımdan qanunvericiliyin tələblərini pozmaqla.
40. İlk növbədə qeyd olunmalıdır ki, iddia ərizəsinin və apellyasiya şikayətinin əsaslandırılmasında söküntü ilə bağlı hərəkətlər, bu hərəkətlərə görə kompensasiya məbləğinin ödənilməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları əsasında həyata keçirilməli olduğu ilə əsaslandırılmışdır. Lakin nəzərə alınmalıdır ki, nə birinci instansiya məhkəməsi, nə də ki apellyasiya instansiya məhkəməsi söküntünün məhz dövlət ehtiyacı üçün alınıb-alınmaması araşdırmamış, bu hala qiymət verməmiş dir. 41. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəalarına nəzər yetirdikdə görünür ki: Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardı r: i. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; ii. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; iii. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; iv. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; v. dəniz limanının ərazisinin artırılması.
42. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər.
43. Göründüyü kimi, qüvvədə olan qanunvericilik torpaqların hansı təqdirdə dövlət ehtiyaclarına alınmasının mülklüyünü konkret əsaslar ilə şərtləndirmişdir ki, hazırki halda cavabdeh tərəfindən qəbul edilmiş sərəncamın əsası parkı n salınması və abadlaşdırma işlərinin aparılması təşkil edir ki, bu hal torpağın alınmasına əsas verən dövlət ehtiyaclarının əhatə dairəsinə düşmür. Buna baxmayaraq, birinci və apellyasiya instansiya məhkəməsi öz qərarlarında bu hala münasibət bildirməmiş, bu hissədə hər hansı qiymətləndirmə aparmamışdır.
44. Digər tərəfdən, hətta söküntünün dövlət ehtiyacı baxımından aparıldığını nəzərə alsaq belə, hesab edilir ki, məhkəmə bu hissədə düzgün qiymətləndirmə aparmamışdır.
45. Məhkəmə hər hansı ekspertiza tədqiqatı aparmadan, məhkəmə icraatı zamanı isə təqdim olunmuş qiymətləndirmə rəyini nəzərə almandan, cavabdeh inzibati orqan tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini ağlabatan hesab etmişdir. Bu hal məhkəmə tərəfindən araşdırmanın aparılmadığını, iddiaçıların hüquq və maraqlarının nəzərə almadığını, bununla da onların hüquqlarının pozulmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə əlavə
46. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2567/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəmənin qərarının əsassız olmasının dəlilləri göstərilmişdir. Bir daha qeyd olunur ki, nə birinci instansiya məhkəməsi, nə də ki apellyasiya instansiya məhkəməsi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınıb-alınmaması istiqamətində hər hansı araşdırma aparmamış, ümumiyyətlə münasibət bildirməmişdir
47. Göründüyü kimi, qüvvədə olan qanunvericilik torpaqların hansı təqdirdə dövlət ehtiyaclarına alınmasının mümkünlüyünü konkret əsaslar ilə şərtləndirmişdir. Hazırkı halda cavabdeh tərəfindən qəbul edilmiş sərəncamın əsası parkın salı nması və abadlaşdırma işlərinin aparılması təşkil edir ki, bu hal torpağın alınmasına əsas verən dövlət ehtiyaclarının əhatə dairəsinə düşmür. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
48. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
49. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə veril ir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.
54. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
55. Məhkəmə kollegiyası apel lyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış sahələrinin hər kvadratmetrinə görə 4500 manat kompensasiya ödənilməli olması barədə iddiaçıların dəlilləri əsaslı olmamışdır.
56. Məhkəmə kollegiyası nəzərə alır ki, iddia olunan məbləğin iddiaçılara məxsus əmlakın həqiqi dəyərini əks etdirdiyini yalnız ehtimal etmək olar. Lakin məhkəmə qərarı ehtimallara deyil, iddianın əsaslarını təsdiq edən, şübhədən kənar sübutlara əsaslanmalıdır.
57. İddiaçıların iddia etdikləri məbləğin onlara məxsus əmlakın həqiqi dəyərini əks etdirdiyi iş üzrə müəyyən olunmur. İddiaçıların istinad etdikləri mütəxəssis (qiymətləndirmə) rəyi isə yalnız nəzəri və ehtimal xarakteri daşıdığından, məhkəmələr həmin rəyi nəzərə almamaqda haqlı olmuşlar.
58. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2567/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.