Məhkəmə qərarları › İş №2-1(102)-799/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-799/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-799/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N(N07)-86/2022 saylı, N fevral 2022 -ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Oğuz Rayon Hərbi Komissarlığından xx.xx.N992-ci il tarixdə təcili həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 3N №-li əmrinə əsasən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.

2. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarıl mışdır.

3. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 9/2-2486 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

4. İş materiallarında olan Cavabdeh İşlər İdarəsi X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinə ünvanladığı xx.xx.202N-cu il tarixli 9/2-2486 nömrəli arxiv arayışında qeyd edilir ki, xx.xx.N992-ci il tarixdə Oğuz RHK-dan təcili həqiqi hərbi xidmətə çağırılmış, N97N-ci il təvəllüdlü İddiaçı Rüşdü oğlu N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 3N №-li əmr ilə (əsas: səh.-2N, §3; qeyd: əmrdə atasının adı “Rüşqü” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 35 №-li əmrində (əsas: səh.25, §3; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış; əmr rus əlifbası ilə qeyd edilmişdir) Q.R.Nəsirovun xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdərə rayonu döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 5N №-li əmrində (əsas: səh.-4N, §N; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış; əmr rus əlifbası ilə qeyd edilmişdir) Q.R.Nəsirovun “sürücü-radiotelefonçu” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. XN N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 69 №-li əmrilə (əsas: səh.62, §N, sıra-N; qeyd: əmrdə adı “Hümbət”, atasının adı “Rüşdü” yazılmışdır) OBMO-dan OPBB-yə keçirilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli NN9 №li əmrində (əsas: səh.-46, §N, sıra-3; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) 2-ci avtomobil bölüyünün sürücüsü, sıravi İddiaçı xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 2N №-li əmrində (əsas: səh.-N5, §N, sıra-25; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış; əmr rus əlifbası ilə qeyd edilmişdir) 3 OMCB-yə silah ilə birgə keçirilərək, şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş OPBB-nin şəxsi heyətinin siyahısında Q.R.Nəsirovun adı qeyd edilmişdir. OPBB-dən göndərilmiş, pulemyotçu X7 N №-li hərbi h issə komandirinin xx.xx.N993-cü il tarixli N08 №-li əmrilə (əsas: səh.-20, sıra-25; qeyd: əmrdə adı “Hümbət”, atasının adı “Rüşdü” yazılmış; “XN2” əmrə sonradan əlavə edilmiş, əmr hərbi hissə komandirinin möhür və imzası ilə təsdiqlənməmişdir) xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmişdir. N-ci motoatıcı bölüyünün qranatatanı, XN N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N24 №li əmrilə (əsas: səh.-27, sıra-24; qeyd: əmrdə adı “Hümbət”, atasının adı “Rüşdü” yazılmışdır) müalicəsini davam etdirmək üçün hərbi hospitala göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 9 iyul 202N-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Hərbi Komissarlığından xx.xx.N992-ci il tarixdə təcili həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 3N №-li əmrinə əsasən iddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 35 №-li əmrinə əsasən xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdərə rayonu döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 5N №-li əmrinə əsasən "sürücü-radiotelefonçu" vəzifəsinə təyin edilmişdir. N №-li hərbi his sə komandirinin xx.xx.N993-cü il tarixli 69 №- li əmrinə əsasən OBMO-dan OPBB-yə keçirilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN9 №-li əmrinə əsasən N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N №-li əmrinə əsasən 3 OMCB-yə silah ilə birgə keçirilərək, şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, OPBBnin şəxsi heyətinin siyahısında adı qeyd edilmişdir. OPBB-dən pulemyotçu kimi göndərilərək, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N08 №-li əmri ilə xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N24 №-li əmri ilə N-ci motoatıcı bölüyünün qr anatatanı kimi müalicəsini davam etdirmək üçün hərbi hospitala göndərilmişdir. Xidmət etdiyi hərbi hissənin göndərişi ilə xəstəxanada müayinə və müalicə olunmuşdur. Lakin iddiaçı müharibə veteranı adını ala bilməmişdir

7. Cavabdeh iddiaya qarşı etirazında iddianı qəbul etməyərək, bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçü n ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar şəxsi işlər hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqınd a arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

8. Şəki İnzibati Məhkəməsinin (hakim X4, 2-N(NN6)-NN43/202N NN noyabr 202N-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq tələblərə cavab vermir. İddiaçının qanuni əsaslarla şəxsi heyət siyahısından çıxarılması və ehtiyata buraxılması mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N996-cı il ta rixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Həmçinin məhkəmə tərəfindən iddiaçının hərbi biletinin əslinə baxış keçirilərkən onun xx.xx.N99N-ci il tarixdən sonrakı xidməti barədə qeydlər aşkar edilməmişdir. İddiaçının xx.xx.N993-cü ildən sonrakı dövrdə hərbi xidmətinə dair isə arxiv sənədləri mövcud deyildir. Həmçinin iddiaçının adının şəxsi heyət siyahısından qanuni əsaslarla çıxarılmasına əsas olmuş əmr, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat, ümumiyyətlə digər bir əmr aşkar olunmamışdır..

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi), X5 və X2, 2-N(N07)-86/2022 N fevral 2022-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin NN noyabr 202N-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Apellyasiya məhkəməsi dəlilləri araşdırmamış və birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları köçürməklə kifayətlənmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və yaralandığı faktı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsi də məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Çünki həmin bölmədə qeyd edilən hərbi döyüşlərdə onun iştirakını sübut edən bütün sənədlər məhkəməyə təqdim olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi də məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Çünki həmin maddədə qeyd edilən halların baş verməsində iddiaçının məsuliyyətinin nə dərəcədə olduğu məhkəmə tər əfindən aydınlaşdırılmamışdır. Eyni zamanda məhkəmə qərarın əsaslandırıcı hissəsində N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 3N nömrəli, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N nömrəli və digər hərbi hissə üzrə əmrlərə istinad etsə də yenə də həmin hala düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsi qərarın əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli məktubunu düzgün şərh etməmişdir. Həmin məktubda əsasən əmrlərdə ad, soyad və ata adımın səhv yazıldığından bəhs edilir. Qeyd edilən qərarda ona məxsus H3 ******* nömrəli hərbi biletdə mənim xx.xx.N99N-ci il tarixdən sonrakı dövrdə hərbi xidməti barədə qeydlərin aşkar edilmədiyi göstərilir. Qeyd edilən maddi hüquq norm alarının pozulması və düzgün tətbiq edilməməsi barədə dəlillərə iddiaçı apellyasiya şikayətində geniş yer vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 15. 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıl dıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

16. Azərbaycan Respublikasının 3 oktyabr N997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə

20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. 17. “Veteranlar haqqında” Qanun: Maddə 3, 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

18. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin ve rilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), K əlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya ) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıx arışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin bir inci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofu lu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Mə hkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları ( sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət ə saslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. İddiaçının kassasiya şikayəti v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İddiaçı Oğuz Rayon Hərbi Komissarlığından xx.xx.N992-ci il tarixdə t əcili həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 3N №-li əmrinə əsasən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.

22. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 9/2-2486 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

23. Göründüyü kimi, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təq dim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsaslar olsa da, məhkəmə araşdırması nəticəsində iddiaçının ehtiyyata buraxılmasına dair Mərkəzi Arxivdə olan hərbi hissənin sənədlərində hər hansı məlumatın mövcud olması aşkar edilməmişdir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 7-ci yarımbəndinin Qeyd hissəsinə görə müharibə veteranı adının verilməsi barədə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medall arla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməsinə dair qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad ed ilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

25. Bəhs olunanlara əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar olmadığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

26. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.N0 və 98.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddia çı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-86/2022 saylı, N fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar